Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Əfsanə davam edir (Məqalə)
ƏFSANƏ DAVAM EDİR...
(«Nəsimi» poemasını yenidən oxuyarkən)


     Sənətkar haqqında əsər yazmaq çox çətindir.
     İnsan, onsuz da, mürəkkəb, zəngin bir varlıqdır, sənətkarın isə hissləri, əməlləri, dünyagörüşü, yəqin ki, daha mürəkkəb və daha zəngindir.
     E.Dostoyevski yazırdı: «Mənim hər bir qəhrəmanım öz dili və öz anlayışları ilə danışır» və bu, həqiqətdir, çünki, əslində, sənətkar yalnız bir fərd deyil. Sənətkarın daxili aləmində, hisslərində müxtəlif xarakterlər, müxtəlif hisslər, həyəcanlar məskən salır, sənətkarın sarsıntısı da, sevinci də adi sarsıntı (hərgah sarsıntıya adi demək mümkünsə!) və adi sevinc deyil.
     Qabil, sənətkar haqqında əsər yazıb.
     Hərgah bu sənətkarın ədəbi irsi yalnız öz xalqının yox, bütün bəşəriyyətin mənəvi sərvətidirsə, hərgah bu sənətkarın əməlləri, həyatı bəşəri qəhrəmanlıq nümunəsidirsə, o zaman, əlbəttə, həmin sənətkar haqqında əsər yazmaq daha çətindir.
     Nəsimi dünya mədəniyyətinin məhz belə bir nümayəndəsidir, bəşər tarixinin məhz belə bir fiqurasıdır.
     Bu çətinlik Qabilin özünü bir sənətkar kimi qorxutmamışdır və o, «Nəsimi» epik poemasını yazmışdır.
     Poemanın yazılmasından artıq bir neçə il keçmişdir, lakin sənət əsəri bu bir neçə ildə köhnələcəksə, dünənin ədəbi faktına çevriləcəksə, deməli, sənət əsəri yox, hərgah belə demək mümkünsə, gündəlik sənət məmulatıdır.
     Qabilin poeması sənət əsəridir və tənqidimiz bu barədə tu- tarlı fikrini söyləyib, poema həm ədəbi ictimaiyyətin, həm oxucuların layiqli qiymətini alıb, lakin buna baxmayaraq, biz də həmin poemanı yenidən oxuyarkən, bu kiçik qeydləri yazmağa bir ehtiyac hiss etdik.
     Nəsimi altı yüz ildən artıq bir vaxt bundan əvvəl, XIV əsrin ortalarında Azərbaycanın məşhur Şamaxı şəhərində anadan oldu və tale onu ömrünü tamamlamaq üçün Suriyanın məşhur Hələb şəhərinə aparıb çıxardı, cəhalət, istibdad şairin ölümünə fitva verdi, Misir sultanı Əlmüyyəd şairin diri-diri dərisinin soyulması, yeddi gün Hələbdə camaata göstərilməsi barədə əmr verdi.
     İnsanlar kimi, şəhərlərin də öz taleyi var: şair məhz orada anadan olduğu üçün Şamaxı daha artıq məşhurlaşdı. Şair məhz orada diri-diri soyulduğu üçün Hələb də daha artıq məşhurlaşdı.
     Şamaxı ilə uzaq Hələb arasındakı şair ömrü bir daha insanın böyüklüyündən xəbər verdi və bu ömürdə Poeziya ilə Azadlıq anlayışları eyniyyət təşkil etdi.
     Nəsimi Azadlıq naminə yazdı və Azadlıq naminə diri-diri soyuldu.
     Çox zaman əfsanələr ölümdən sonra yaranır.
     Lakin Nəsiminin həyatı öz sağlığında ikən əfsanəvi bir qəhrəmanlıq idi, Nəsiminin istedadı əfsanəvi bir vergi idi.
     Bu gün də belədir. Əfsanə, adicə olaraq davam edir.
     Nəsimi hissləri, həyəcanları, Nəsimi fitrəti dünyaya sığmırdı:
Məndə sıgar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam!

     Nəsimidən söz düşəndə bəzən onun ana dilini zənginləşdirməsini Dante ilə, humanist lirikasını Petrarka ilə, fəlsəfəsindəki panteistliyi Lukretsi Kar ilə, İnsan, Azadlıq və Gələcək naminə həyatından keçməyini Cordano Bruno ilə müqayisə edirlər.
     Əlbəttə, bu analogiyalarda bir həqiqət var, lakin həmin həqiqətlə bərabər, mənə elə gəlir ki, Dante də, Petrarka da, Lukretsi Kar da, Cordano Bruno da və Nəsimi də bəşər tarixinin elə parçaları, hissələridir ki, onları bir-biri ilə müqayisə etmək olmaz.
     Tarixin parçaları, hissələri müqayisəyə sığışmır. Tarixin bu səhifələri o qədər işıqlı, o qədər yüksəkdir ki, onlar müqayisəsiz, analogiyasız, öz-özlüyündə insan dühasının qadirliyindən xəbər verir.
     Nəsimi şəxsiyyəti böyük İnsan nümunəsi idi və buna görə də Nəsiminin İnsan haqqında yazdıqları böyük də təsir gücünə malik idi və həmin təsir gücü bu gün də poeziyanın qüdrətindən deyir:
Həqq təala Adəm oğlu özüdür,
Otuz iki haqq kəlamı sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş üzüdür.

     Uzun-uzadı əsrlər boyu insan özünün kiçikliyini, heçliyini bildirirdi, Nəsimi isə İnsanı Allah adlandırırdı və Nəsiminin İnsana hörməti, məhəbbəti onun böyük istedadı ilə vəhdətdə dünya poe- ziyasında İnsan himni yaratdı.
     Həmin insan himninin müəllifi Qabilin ədəbi qəhrəmanıdır.
     Bəzən biz müasir poeziyamızda imkan ilə iddia arasındakı acı bir təzadın şahidi oluruq: müəllif poema yazır, iddiası böyükdür, böyük mətləblərə girişir, lakin poetik imkanı həmin iddianın müqabilində kiçikdir və əlbəttə, bu zaman bədii məğlubiyyət baş verir.
     Nə yaxşı ki, Qabilin iddiası ilə imkanları bu poemada oz vəhdətini tapmışdır.
     Hələ poemanın başlanğıcında Qabil Nəsimiyə müraciətlə:
... Gün kimi qalxırsan, babam Nəsimi! -
deyir və əlbəttə, sələfini beləcə günəşə bənzətməsi müəllifin qarşısına böyük vəzifə qoyur: misralar, fəsillər, bütün poema öz qəhrəmanının belə bir ucalığını poeziyanın dili ilə göstərməyi bacarmalıdır.
     Qabil bu boyük vəzifənin öhdəsindən gəlmişdir və buna görə də «Nəsimi» poeması müasir Azəbaycan poeziyasının əlamətdar hadisələrindən biridir.
     Nəsiminin Şamaxıda başlayıb, uzaq Hələbdə sona yetən zəngin və mürəkkəb hadisələrlə dolu həyatı, Qabilin poemasında öz dolğun bədii inikasını tapmışdır.
     Poemanın sonunda oxuyuruq:
Məşəllər qovuşdu fəcrin nuruna,
Gecə işıq oldu sabaha kimi.
Tarix şəxsiyyətin ən məğruruna
Hələbdə rast gəldi-şair Nəsimi!

     «Nəsimi» poemasının bədii-estetik keyfiyyətləri, fəlsəfi mündəricəsi bizi Hələbdən başlamış ölümsüzlüyə inandırır, Qabilin poeziyası həmin ölümsüzlüyə gətirib çıxaran əməlləri, fəaliyyəti, hiss və həyəcanları, əqidəni dolğun, tutarlı boyalarla əks etdirib.
     Qabil əsərini «tarixi-dramatik poema» adlandırıb.
     Məncə, «Nəsimi» poemasının ən yaxşı cəhətlərindən biri budur ki, tarixilik burada şərti səciyyə daşıyır. Dəqiq tarixi rəqəmlərlə, tarixi şəxsiyyətlərlə, həqiqətən baş vermiş hadisələrin təsviri ilə, tarixi koloritlə bərabər, Qabilin poemasının mündəricəsini vaxt, zaman çərçivəsini tanımayan bəşəri səciyyə müəyyənləşdirir.
     Sənətkar və zaman, sənətkar və cəmiyyət daimi bir problemdir və bu mənada, Qabilin poeması bu günün poemasıdır.
     Mən bu kiçik qeydləri F.Dostoyevskidən gətirdiyim bir sitatla başladım və yenə də ondan bir sitat gətirmək istəyirəm: «Bədii əsərin bütün dərinliyi, bütün mündəricatı, yəqin yalnız tiplərlə və xarakterlərlə bağlıdır».
     Qabilin poeması tiplər və xarakterlər poemasıdır.
     Lap bu günlərdə çapdan çıxmış «Rübailər» kitabında Qabil yazır:
Haqsızlığa kim dözsə də, şair ölər, şair dözməz.
     «Nəsimi» poeması belə bir «şair dözməzliyi» haqqında əsərdir. Nəsiminin «dözməzliyi» anlayışı, əslində, onun əbədiliyi, mənəvi «ölməzliyi» anlayışı ilə eyni mahiyyətlidir, digər tərəfdən isə, Nəsimi «dözməzliyini» bütün vüsəti ilə görmək və bunu poeziyanın dili ilə ifadə etmək üçün, poema müəllifinin özünün narahatlığı, mənəvi sıxıntıya, ictimai bərabərsizliyə, milli hüquqsuzlu- ğa, xislətin naqisliyinə dözməzliyi vacib idi. Bu mənada, Qabilin özü də narahat və «dözməyən» şairdir.
     Yenə də həmin «Rübailər» kitabında Qabil oxucusuna - müasirimizə müraciətlə deyir:
Nəsimiyə, Füzuliyə, Vaqifə tapın!
     Daxildən qopub gələn bu çağırış, bu dəvət, görünür, oxucu ilə ünsiyyətin daha artıq etibarlı, hərarətli olması, daha artıq bir məhrəmliyi naminə mənəvi tələbatdan doğur. Əlbəttə, Nəsimiyə, Füzuliyə, Vaqifə tapınan bir oxucu ilə, bu böyük sələflərə tapınan şair arasındakı ünsiyyət daha mündəricəli və daha ali olacaqdır.
     «Nəsimi» poeması öz qəhrəmanının timsalında Azərbaycan poeziyasının qədimliyi və qadirliyi barədə dolğun təsəvvür yaradır, eyni zamanda, Qabilin sənətinin timsalında müasir Azərbaycan poeziyasının epik janrın yüksək zirvələrini fəth etmək əzmində olduğunu əyani şəkildə nümayiş etdirir.

1985.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.06.2014) | Müəllif: R.C E W
Baxış: 643 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more