Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Elmimiz müstəqil olmalıdır! (Məqalə)
ELMİMİZ MÜSTƏQİL OLMALIDIR!

     Professor R. Feyzullayev «Xalq qəzeti»nin 1991-ci il 18 dekabr nömrəsində bu gün Azərbaycanda gedən ictimai-siyasi proseslərin ümumi mənzərəsi və mahiyyəti baxımından son dərəcə mühüm bir məsələ qaldırmışdı və aradan iki aydan artıq keçsə də həmin məsələ öz real həllini tapmamış, hətta elə bil ki, artıq unudulmaq üzrədir. Belə bir vəziyyət də, təbii ki, narahatlıq və nigarançılıq yaradır.
     Söhbət Azərbaycan Attestasiya Komitəsinin yaradılması zəruriyyətindən gedir və elə bilirəm ki, müstəqilliyimiz, beynəlxalq nüfuzumuz və elmimizin inkişaf və hüquqi statusa malik ola bilməsi üçün çox böyük əhəmiyyətli bu məsələnin həlli, həm də yüksək səriştəli müsbət həlli elm sahəsində çalışıb-çalışmamasından asılı olmayaraq hamımızı düşündürməlidir.
     Müstəqillik uğrunda mübarizə, əslində, xalqın öz varlığını sübut etmək uğrunda mübarizədir və yalnız siyasi, iqtisadi müstəqillikdən, hərbi özünümüdafiə bacarığından ibarət deyil, bu vacib cəhətlərlə bərabər, eyni zamanda, elm və mədəniyyətin milli-bəşəri özünümüdafiəsi və özünütəsdiqi mühümdür. Yəni belə bir həqiqəti demək istəyirəm ki, elmin və mədəniyyətin, o cümlədən, ədəbiyyatın inkişafı uğrunda mübarizə və fəaliyyət xalqın öz müstəqilliyi uğrunda mübarizəsinin, fəaliyyətinin tərkib hissəsidir.
     Bu baxımdan təəssüf edirəm ki, zamanın aktual vətəndaş tələblərindən doğan təşəbbüs elmi və ədəbi ictimaiyyət tərəfindən layiqincə qarşılanmadı.
     Düzdür, mətbuatda bir sıra məktublar, məqalələr dərc olundu, lakin bunlar qaldırılan məsələnin mühümlüyü müqabilində çox azdır. Hərgah nəzərə alsaq ki, müsahibədə deyildiyi kimi, elmi fəaliyyətlə məşğul olan işçilərin 70 faizdən çoxu ali məktəblərdə çalışır, onda nə üçün elə həmin ali məktəblərdə, onların elmi şuralarında, müdafiə şuralarında Azərbaycan Attestasiya Komitəsinin yaradılması ilə bağlı, həm də ictimaiyyətin nümayəndələrini dəvət etməklə, elmi konfranslar, müşavirələr, «dəyirmi masa»lar keçirilmir və əməli təkliflər verilmir? Eləcə də elmi tədqiqat institutları, elmi istehsalat müəssisələri, birlikləri və s.
     Əməli təkliflər dedikdə, mən əsas iki cəhəti nəzərdə tuturam: təşkilati təkliflər və təsis ediləcək komitənin nəzəri konsepsual əsasları. Bünövrədən hər iki cəhətə xüsusi fikir vermək lazımdır ki, Azərbaycan Attestasiya Komitəsi elmin inkişafı üçün münbit şərait yarada bilsin, yalnız tənzimləyici və əlaqələndirici yox, eyni zamanda da təminedici orqana çevrilsin və bütün respublika miqyasında müstəqil dövlətin şərtsiz-qeydsiz nüfuza malik hüquqi subyekti olsun.
     İndiyə qədər bütün dissertasiyaların təsdiqi, alimlik dərəcələrinin və elmi adların verilməsi keçmiş SSRİ üzrə Moskvada mərkəzləşmişdi və Azərbaycan elminin, xüsusən, ictimai elmlərimizin inkişafında özünü göstərən disharmoniyanın, pərakəndəliyin, səriştəsizliyin, məhdudiyyətin əsas səbəblərindən biri də elə bununla əlaqədar idi.
     Misal üçün, Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı hər hansı bir dissertasiya müdafiə olunurdusa, onun avtoreferatı rus dilində nəşr edilməli (bir ara isə bütün dissertasiya rus dilinə çevrilməli, ya da rus dilində yazılmalı idi!), külli miqdarda ən müxtəlif bürokratik və tamamilə, əhəmiyyətsiz sənədlərlə, stenoqramlarla, rəylərlə (bunlar da rus dilinə çevrilməli idi!) bərabər, Moskvaya göndərilməli və orada SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilməliydi.
     Əlbəttə, Azərbaycan ədəbiyyatı üzrə, deyək ki, Ə. Bağdadinin - hələ özümüzün yaxşı tanıyıb öyrənmədiyimiz XVI əsr Azərbaycan şairinin yaradıcılığı haqqında, yaxud Azərbaycan romantizminin özünəməxsusluğuna dair yazılmış dissertasiyaya həqiqi və hərtərəfli qiymət vermək üçün, yalnız şərqşünas, yaxud nəzəriyyəçi alim olmaq kifayət deyil, Azərbaycan ədəbiyyatı ilə də məşğul olmaq, onun məxsusi problemlərinə bələd olmaq lazımdır, mən hələ Azərbaycan dilini bilmək zərurətini demirəm.
     Buna görə də Azərbaycan ədəbiyyatı, tarixi, sənəti ilə, ümumiyyətlə, ictimai fikrimizlə bağlı aşağı səviyyəli dissertasiyalar ilə əsl elmi araşdırma və təfəkkür bəhrələri arasında, demək olar ki, fərq qoyulmurdu, əksinə, çox zaman məncə təsadüfi dissertasiyalar, «cəld» və «imkanlı» iddiaçılar daha tez təsdiq olunur, diplomlarını alırdılar. Belə hallarda köməyə çatan «elmi» vasitələr isə bunlar idi: tanış tapmaq, qonaqlıqlar, banketlər vermək, Ali Attestasiya Komissiyasının üzvünün evinə «ayaq açmaq», Bakıdan «posılkalar» göndərmək və s.
     Belə bir «elmi fəaliyyət» adi, gündəlik, cari məsələyə çevrilmişdi. Çünki korrupsiya, rüşvətxorluq sovet idarələrinə, o cümlədən, Mərkəzə əsaslı surətdə sirayət etdiyi kimi, Ali Attestasiya Komissiyasında da etibarlı gücə malik idi. Digər tərəfdən isə bəzən kənardan elə səriştəli redaktorlar, tərcüməçilər cəlb edilirdi ki, (varlığa nə darlıq?!), onlar, əslində, rus dilində yeni avtoreferat yazırdılar və o avtoreferatlar zəif dissertasiyaları ifadə etmirdi, tamam başqa bir yazı olurdu. Ali Attestasiya Komissiyası isə belə bir «elmi fiksiyam» qanuniləşdirir, onu təsdiq edirdi.
     Mərkəzi Ali Attestasiya Komissiyasının hakimi-mütləqliyindən doğan ikinci eybəcər bir cəhəti, nə qədər də ağır olsa, qeyd etmək istəyirəm: elm sahəsində məlun milli şəxsi-qərəzlik get- gedə özünü daha artıq dərəcədə büruzə verirdi, Moskvanın elmi dairələrində milliyyətcə erməni olan bir çox vəzifəli şəxslər Ali Attestasiya Komissiyasının səlahiyyətli üzvləri idi və ümumiyyətlə, həmin komissiyada sovet erməni lobbisinin təsiri çox güclü idi. Xüsusi Azərbaycan tarixinin obyektiv tədqiqi və təhlili qarşısında beton sədlər məhz o komissiyanın fəaliyyətində açıq-aşkar nəzərə çarpırdı. Bəxtiyar Vahabzadənin də qeyd etdiyi kimi, görkəmli tarixçi alimimiz Fəridə Məmmədovanın «Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası» mövzusunda yazdığı və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən doktorluq dissertasiyasının aqibəti, elə bilirəm ki, hər şeyi əyani deyir: dissertasiyanın təsdiqi komissiyada illərlə süründürüldü və SSRİ dağılana qədər də o, təsdiq edilmədi.
     Nəhayət, üçüncü mühüm bir cəhəti qısaca qeyd etmək istəyirəm. Ali Attestasiya Komissiyası hakim müstəmləkəçi ideologiyanı bilavasitə həyata tətbiq edən inzibati orqan idi. Elə həmin tarix elmini, yaxud ədəbiyyatşünaslığı götürək və sadəcə olaraq avtoreferatların kataloqlannı nəzərdən keçirək: misal üçün, son əlli ildə bu və ya digər dərəcədə 26 Bakı komissarından bəhs edən və bir-birini təkrarlayan, heç bir yeni söz deməyən nə qədər müti dissertasiyalar yazılmışdır. Bunun müqabilində yenə də, misal üçün, Azərbaycan tarixinin çox mühüm, parlaq dövrü olan Səfəvilər dövlətindən nə qədər dissertasiya yazılmışdır? Birinci halda onlarla namizədlik və doktorluq dissertasiyası, ikinci halda isə barmaqla sayılacaq dərəcədə az.
     Nə üçün? Çünki birinci halda meydana çıxan dissertasiyaların böyük əksəriyyəti sistemin və onun hakim ideologiyasının vacib etdiyi gündəlik tələbat məlumatı olduğu üçün Ali Attestasiya Komissiyası tərəfindən demək olar ki, həmişə sürətlə və qeyd- şərtsiz təsdiq olunurdu, yəni elmi konyukturanın məqbulluğu (hətta mühümlüyü) rəsmən şirnikləndirilirdi. İkinci halda yazılan dissertasiyalar isə açıq-aşkar kin-küdurətlə qarşılanır, ən yaxşı vəziyyətdə isə tamam bir məchulluqla üz-üzə dayanırdı.
     Yaxud Azərbaycan poeziyasında kolxoz həyatının təsvirindən tutmuş Sov.İKP MK-nın maldarlığın inkişaf etdirilməsi haqqında qəbul elədiyi qərarın nəsrdə bədii inikasınacan elmi-estetik mətləbə nəinki dəxli olmayan, ona zidd olan dissertasiyalar yazılır və Ali Attestasiya Komissiyası tərəfindən sürətlə təsdiq edilirdi, bunun müqabilində isə, Əziz Mirəhmədovun Məhəmməd Hadinin yaradıcılığına həsr olunmuş dissertasiyası «millətçi şairdən» bəhs etdiyinə görə ləğv edilirdi.
     Eyni vaxtda sistemin həm törəməsi, həm də mühafizəçisi olduğu üçün Ali Attestasiya Komissiyası qeyri-elmiliyin inkişafına sövq edir, yalan və təhrif üçün münbit şərait yaradırdı. Buna görə də Səməd Vurğundan bəhs edən dissertasiyada heç mətləbə dəxli olmadan «Hüseyn Cavid xırda burjua mıillətçiliyi» ifşa olunurdu, «Molla Nəsrəddin» ədəbi məktəbindən bəhs edən dissertasiyada mütləq «Füyuzat» qatı burjua ideologiyası», amansız tənqid atəşinə tutulurdu, «Nina» mətbəəsinin fəaliyyətindən bəhs edən dissertasiyada isə Azərbaycan Demokratik Respublikasının «qanlı cinayətləri», «azğın müsavatçıların» əməlləri lənətlənirdi.
     Yetmiş ildə elm sahəsində Ali Attestasiya Komissiyasının fəaliyyəti ilə bağlı o qədər neqativ, eybəcər, antielmi faktlar, nümunələr, hadisələr bolluğuna malikik ki, bu gün bizə dərs olması üçün kifayətdir. Xalq müstəqilliyi əldə edirsə, maddi sərvətlərinin tam səlahiyyətli sahibi olmaq əzmindədirsə, eyni dərəcədə mənəvi dəyərlərin - elmi quruculuğun da qayğısına qalmalı, öz elmini dəyərləndirməyi, elmi nailiyyətini təsdiq etməyi, elmi qrafomanlığın, səriştəsizliyin və məhdudluğun qarşısını almağı bacarmalıdır. Bu şərəfli, vacib işi vətəndaş kimi Azərbaycan Attestasiya Komitəsi öz üzərinə götürməlidir.
     Azərbaycanın tam müstəqillik əldə etməsi - onun dünya ölkələri arasında öz yerini alması və həmin ölkələrlə eynihuquqlu tərəf-müqabil kimi, bütün sahələrdə və təbii ki, elmi sahədə də əməkdaşlıq edə bilməsi deməkdir. Artıq tələbə mübadilələri başlanmışdır, bir sıra yüksək ixtisaslı alimlərimiz müxtəlif Türkiyə universitetlərində dərs demək üçün dəvət olunmuşlar. Gənc alimlərimiz Almaniya, İngiltərə, ABŞ kimi ölkələrdə elmi təcrübə keçirlər. Bütün bunlar, şübhəsiz, artıq dərəcədə inkişaf edəcək. Buna görə də Azərbaycan Attestasiya Komitəsi başlanğıcdan elmi meyarları yalnız keçmiş SSRİ-də tətbiq olunmuş elmi təsnifatla yox, daha çox Avropanın, Amerikanın inkişaf etmiş ölkələrinin beynəlxalq elmi standartları ilə müəyyənləşdirməlidir.
     Bunlar üçün bizim elmi imkanlarımız və kadrlarımız var və onları səfərbərliyə almaq, onlardan səmərəli istifadə etmək lazımdır. Çox güman ki, bu gün elmi dərəcələrin, adların verilməsində islahatlara, hətta kardinal islahatlara ehtiyac var, dissertasiyaların mövzusunda, həcmində, formasmda ciddi təshihlər aparmaq lazımdır. Lakin bütün bu təxirəsalınmaz məsələlər səriştəli və sistemli şəkildə yalnız Azərbaycan Attestasiya Komitəsi yaradıldıqdan və səlahiyyətlər əldə etdikdən sonra mümkündür. Bu səlahiyyətləri kim verməlidir? Yəqin ki, dövlətin ali qanunvericilik orqanı. Elə isə, bu işə başlamağın vaxtı artıq keçir. Bəs Azərbaycan Attestasiya Komitəsinin özü necə orqan olmalıdır? Seçkili orqan? Yoxsa dövlət orqanı? Bütün bu və bir çox digər prinsipial suallar öz həllini gözləyir.
     Mən belə bir fikir ilə şərikəm ki, «Azərbaycan Attestasiya Komitəsinin strukturunun, vəzifə və hüquqlarının layihəsini çap edib ümumxalq müzakirəsinə vermək lazımdır» («Xalq qəzeti», 25 yanvar 1992). Məsələ həmin layihənin təxirə salınmadan hazırlanmasındadır. Tezliklə buna nail olunmalıdır ki, Azərbaycan Attestasiya Komitəsinin timsalında dünya miqyasında Azərbaycan elminin təəssübünü çəkməyi bacaran bir qurum fəaliyyətə başlasın.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.07.2014) | Müəllif: R.C E W
Baxış: 516 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more