Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Elçinin absurdu və gerçəkliyi
ELÇİNİN ABSURDU VƏ GERÇƏKLİYİ

     Akademik Milli Dram Teatrı builki mövsümün repertuarına İ.Əfəndiyev və B.Vahabzadənin əsərləriylə yanaşı, yazıçı Elçinin də «Ah Paris, Paris!», «Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim», «Mənim ərim dəlidir» komediyalarını daxil edib. Hər üç tamaşaya rejissor Azərpaşa Nemətov quruluş verib. Teatr bu tamaşalarla Türkiyə sənətsevərlərini də tanış etməyi planlaşdırıb. Başqa bir teatrımız - Gənc Tamaşaçılar Teatrı da mövsümün açılışına Elçinin «Mahmud və Məryəm» tamaşasını hazırlayıb.
     -Elçin müəllim, son illər Sizin komediyalarınız Azərbaycanda və Türkiyədə uğurlu səhnə həyatı qazanıblar. Bəs absurd əsərlərinizi səhnədə nə vaxt görəcəyik?
     -Mənə elə gəlir ki, bu komediyalar əvvəllər yazdığım absurd yazılarımın davamı və absurdlaşmış həyatın ifadəsidir.
     -Absurd hekayələrinizə gəlincə, məncə, onların yaranma tarixi 1968-ci ildə yazdığınız «Qatar. Pikasso. Latur. 1968» hekayəsindən başlayır.
     -Çox maraqlı müşahidədir... Yəqin bu yerdə demək olar ki, həyat özü başdan-başa absurd içindədir... Doğrusu, o hekayələr mənim özüm üçün də həm formasına, həm də məzmununa görə çox gözlənilməz oldu, amma sonra siz deyən cəhəti mən də hiss etdim. Yəni o mənada ki, otuz il əvvəl yazdığım həmin yazıların arxasında da bir absurd tənhalığı, qüssəsi var idi. Hətta bu gün mən o hekayələrdə o cavan müəllifin daxili bir naləsini hiss edirəm. Artıq kiminki olduğu yadımdan çıxıb, haçansa belə bir pyes oxumuşdum: səhnədə ancaq kəllədir, boğazacan yerə basdırılıb və tamaşaçıyla yalnız o kəllə ünsiyyətdədi. İndi keçmiş o qocalara nəzər salarkən mənə elə gəlir ki, o cavan Elçin o zaman boğazacan bir absurd içindəydi və özünü axtarırdı. Ən əsası isə, mən hələ dəqiq bilmirəm ki, o cavan oğlan özünü tapdı, ya yox? Görünür, həqiqətən, yazıçı ömrünün sonuna qədər özünü axtarır.
     -Nə üçün məhz «Ölüm hökmü» romanınızı ən sanballı əsəriniz hesab edirsiniz?
     -Mənə elə gəlir ki, o romanla 90-cı ilə qədərki yazılarıma bir növ yekun vurdum. Elə bil ki, o roman mənim yazı-pozu işimdə müəyyən bir mərhələnin son akkordu oldu. Ümid etmək istəyirəm ki, yeni bir mərhələ başlanıb. Yazıçılıq dinamik bir məfhumdur, o, daima bədii axtarışda olmalıdır, yazmalıdır, özünü axtarmalıdır. Hər halda mən bu fikirdəyəm və mənim diri ola-ola keçmiş yazıların istisinə qızınmaqdan xoşum gəlmir. Əgər belədirsə, deməli, «sazım, dınqıl-dınqıl...» əhvalatıdır, söz qurtarıb, haçansa verdiyi suya görə çox sağ olsun, amma daha quyu quruyub!
     -1989-cu ilin dekabrından 1990-cı ilin avqustunacan Siz janr etibarilə əvvəlkilərdən fərqli bir sıra hekayələr yazmısız. Yeni əsərlərinizi özünüz «dialoq-hekayələr» adlandırırsız, onlar bir qayda olaraq «iştirak edirlər» deyə personajların yığcam təqdimatıyla başlayır, konkret zaman-məkan koordinatlarını təyin edir və sözü verirsiz onların özünə («Mehmanxana nömrəsində», «Xüsusi sifariş», «Hövsan soğanı» və b.).
     -Mənə elə gəlir ki, bu, bayaq dediyim o yeni mərhələnin (hərgah doğrudanda yenidirsə!) başlanğıcıdır və buradakı hiss-həyəcanların, fikirlərin, demək istədiklərinin ifadəsi, bədii-estetik prinsip etibarilə əvvəlkilərdən fərqlidir.
     -Bir vaxtlar Siz Azərbaycanda ilk dəfə klassik yapon poeziyasından maraqlı tərcümələr etmisiz. Necə oldu ki, o poeziyaya müraciət etdiz?
     -Bu da, görünür, bayaq dediyim o özünüaxtarış məqamlarından birinin ifadəsi idi.
     -«Ədəbiyyatın predmeti insan xislətidir.» Bu da Sizin sözlərinizdir. Bu mənada Siz istədiyiniz qəhrəmanları yaratmısınızmı?
     -Bəli. Ancaq o xislət, o qədər mürəkkəb, o qədər ziddiyyətli, o qədər dibigörünməzdir ki, dediyiniz o qəhrəmanlar qurtaran deyil. Elə buna görə də ədəbiyyat ucu-bucağı olmayan təkrarsız bir şeydir.
     -«Ömrümü ədəbiyyat dediyimiz bir bəlaya həsr etdiyimçün heyfsilənirəm» (Xəzər, I, 1997) deməyiniz yazıçı ömrünüzə xəyanət deyilmi?
     -Məncə, Elmira xanım, siz baltanı lap kökündən vurursuz. O sözlər, çox güman ki, mənim ərkyana (yəni ədəbiyyata qarşı ərkyana) bir şikayətimdir.
     -Alın yazısına, qismətə inanırsınızmı? Möcüzəyə necə?
     -Alın yazısına, qismətə, taleyə inanıram. Mözücəyə də inanmaq istərdim...
     -Ömrünüzdə bircə dəfə də olsa, gözlərinizlə möcüzə görmüsünüzmü?
     -Əlbəttə, bu suala belə də cavab vermək olardı ki, elə həyatın, təbiətin özü bir möcüzədir, amma elə bilirəm ki, bu cavab indiki halda bəsit olardı. Yox! Təəssüflər olsun ki, görməmişəm. İlyas Əfəndiyev başqa sivilizasiyalardan gəlmiş «uçan boşqab»lar, onlarla təmas mövzusuyla çox maraqlanırdı və ömrünün son illərində yarızarafat, yarıciddi deyirdi ki, «yaxşı olardı, gəlib məni də aparaydılar...». Dediyiniz o möcüzəylə bağlı belə bir hissiyyat, maraq məndə də var. Hətta həyatımın ayrı-ayrı məqamlarında mən bir möcüzənin həsrətində olmuşam, amma təkrar edirəm, görməmişəm.
     -Bəs Siz özünüz həmin «uçan boşqab»lara, başqa sivilizasiyaların mövcudluğuna, onlarla təmasa inanırsız?
     -İnanıram! Və orasını da fikirləşirəm ki, bu çox mürəkkəb bir məsələdir, bizim təfəkkürümüzün dərkindən kənardadır. Nə üçün? Çünki həmin sivilizasiyalar bizdən min il irəlidədirlərsə, onlarla təmasda olmaq, onları bizim təfəkkürümüzlə dərk etmək güman ki, mümkündür. Ancaq onlar bizdən milyon il irəlidədirlərsə? Milyard il irəlidədirlərsə, onda necə? Əlbəttə, hər hansı bir sivilizasiyanın milyard il irəli getmiş inkişafı bizim dərketmə imkanlarımızın, bəlkə də vergimizin fövqündədir.
     -Elçin müəllim, Nazim Hikmət deyib ki, ən yaxşı şer, hənuz hələ yazmadığım şerdir. Bu mənada Sizə elə gəlmir ki, ən yaxşı əsəriniz hələ bundan sonra yazacağınız əsərdir?
     -Buna çox ümid edirəm.
Müsahibəni Elmira apardı.
1998.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.08.2014) | Müəllif: R.C E W
Baxış: 503 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more