Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Elçin «Xəzər»in suallarına cavab verir
ELÇİN «XƏZƏR»in SUALLARINA CAVAB VERİR

     -«Xəzər» jurnalının nəşri bərpa olunub, bu barədə fikriniz?
     -Çətin bir vaxtda «Xəzərin nəşrinin bərpasını mən müasir ədəbi həyatımızdı çox əhəmiyyətli bir hadisə hesab edirəm və Afaq xanım başda olmaqla Tərcümə Mərkəzinin bütün yaradıcı kollektivini, jumalın redaksiyasını həm təbrik edirəm, həm də bir oxucu kimi sizə təşəkkürümü bildirirəm. Mən o «çətin» sözünü yalnız maddi mənada işlətmədim, mənim üçün o söz, eyni zamanda, bədii-estetik meyarların aşağı düşdüyü, ədəbi maklaturanın hegemonluq etdiyi, antiədəbiyyatın ədəbiyyatı, pirmitiv (bəzən də qərəzli!) həvəskar mühakimələrinin tənqidi fikri üstələdyi bir dövrü (dövrümüzü!), gerçəkliyimizi səciyyələndirir və belə bir boğucu ədəbi mühitdə, xüsusən də əlaqədar təşkilatların ədəbi biganəliyi və gözəl bir mürgü içində olduğu bir zamanda «Xəzər»in nəşri - qaranlıq içində adda-budda görünən işıq parçası kimi bir şeydir.
     -Jurnalın artıq iki nömrəsi işıq üzü görüb. Bu nömrələrlə tanış olmusunuzmu və bu barədə fikriniz?
     -Əlbəttə, hər iki nömrə ilə tanışam, fikrimi isə, elə bilirəm ki, birinci sualınıza cavab verərkən, söylədim. «Xəzər»in ümumi səviyyəsi yüksək olmasaydı, aydın məsələdir ki, o işıq da, Allahın hər verən günü, müasir mətbuatımızda rastlaşdığımız bulanıq bir şey olacaqdı....
     -Jurnalda gedən hansı tərcümələri, xüsusən, qeyd etmək istərdiniz?
     -Mənim bəyəndiyim əsas cəhət odur ki, «Xəzər»in ümumi mündərəcatı yaxşı zövqdən xəbər verir və orası da çox mühümdür ki, jurnalın həm coğrafi, həm də estetik əhatə dairəsi də genişdir. Konkret nümunələrə gəldikdə, mənim üçün - görünür, yaşdandır - esselər, məqalələr, məlumatlar daha maraqlıdır. Misal üçün, Sergey Dovlatovun Amerika etüdlərini mən oxumamışdım və Natiqin tərcüməsində o yazını həvəslə oxudum. Yeri gəlmişkən, unudulmaz Natiq Səfərovun vəfatı məni sarsıtdı və çox kədərləndirdi. 20-25 il bundan qabaq Yazıçılar İttifaqında onunla bir yerdə işləyirdik (mən aparatda, o «Azərbaycan»da) və Natiq həmişə mənim xatirimdə çox orijinal və istedadlı bir insan kimi qalacaq. Allah rəhmət eləsin. 0nun tərcümələri çox yaşayacaq və yaxışısı da budur ki, bu gün Natiqin layiqli davamçıları var, məsələn, «Xəzər»in müəlliflərindən biri olan Nəriman Əbdülrəhmanlının adını xüsusi çəkmək istəyirəm. Fürsətdən istifadə edib mən Cavanşir Yusiflinin və hələ ki, «Xəzər»də imzasını görmədiyim Əsəd Cahangirin ədəbi-tənqidi tərcümələrinin də əhəmiyyətini qeyd etmək istəyirəm. Bu , çox ağır və əsasən də həqiqi (layiq olduğu) qiymətini almayan bir zəhmətdir. Amma sizin sualınıza qayıdaq. Mən Cəmil Mericin, de Unamunonun esselərini, Heminqueyin və Tomas Vulfun məktublarını, Reyfilqin qeydlərini, Pamukun İstanbulla bağlı kitabından parçaları, «Prust anketi»ni, Darrel qardaşları ilə bağlı yazını da maraqla oxudum. Amma «Xəzər»dəki bədii yazıların çapı da çox vacib bir işdir. Cavanlıq çağlarımda mən Lev Tolstoyu və onunla bağlı nə vardısa tapıb oxuyurdum və «Yeddi məhbusun hekayəsi»ni də elə o vaxtlar indi əlçatmaz, üyetməz bir uzaqlıqda qalmış 60-cı illərdə oxumuşdum və «Xəzər»də onu Azərbaycan dilində görmək mənim üçün çox xoş oldu. Yaxud, «Şekspir yaddaşı»nı da mən çoxdan oxumuşdum, amma Afaqın gözəl tərcüməsində onu təzədən (özü də nostalgi bir ovqatla...) oxudum.
     -Jurnal haqqında tənqidi qeydləriniz? Jumalda hansı yazıçı və şairlərin imzalarını görmək istərdiniz?
     -Dilin səlistliyi, bədiiliyi hər bir yazıçı üçün ilkin şərtdir və çox da zəhmət (və istedad!) tələb edən bir işdir. Xüsusən də tərcümənin dili, «Xəzər»də isə vəziyyət daha da mürəkkəbdir, çünki onun səhifələrində bədii təfəkkürlə bərabər, elmi təfəkkür də öz ifadəsini tapır. 0na görə də mən istərdim ki «Xəzər»dəki dostlarımız bu jurnalın dili (dil müxtəlifliyi!) üzərində daimi bir vasvasılıqla işləsinlər, ilk nömrələrdə ara-sıra təsadüf etdiyimiz kələ-kötür cümlələrə rast gəlməyək. 0 ki, qaldı, imzalara, bunu mən bir oxucu kimi sidq-ürəkdən «Xəzər»dəki dostlara etibar edib, onların öhdəsinə buraxıram.
     -Sizin üçün tərcümə nədir?
     -Mənim üçün tərcümə - kəşfdir. Yeni hisslərin, tanımadığım koloritin, estetik özünüifadələrin... kəşfi.
     -Mərkəzin bu günəcən nəşr etdiyi hansı tərcümə əsərini, yaxud əsərlərini daha yüksək qiymətləndirirsiniz?
     -Ən vacib cəhət odur ki, sizin nəşr etdiyiniz tərcümə kitabları arasında əhəmiyyətsizi yoxdur.
     -Dünya ədəbiyyatından konkret olaraq hansı əsərlərin tərcümə olunmasına ehtiyac duyursuz?
     -Bu sualla bağlı uzun bir siyahı tutmaq olar və o siyahıdakıların da hamısını, təbii ki, tərcümə və çap etmək mümkün deyil. Odur ki, mən, indicə dediyim kimi, sizin zövqünüzə etibar edirəm.
     -Özünüz tərcümə ilə məşğul olmusunuzmu? Buna Sizi nə vadar edib və tərcümə prosesi Sizə nə verir?
     -Keçən əsrin 60-70-ci illərində mən klassik Çin və yapon ədəbiyyatı ilə çox maraqlanırdım. Elə o zamanlar da xokku janrında orta əsr yapon poeziyası nümunələrini Azərbaycan dilinə tərcümə etdim və müqəddəmə, şərhlər və məlumatlarla birlikdə 1979-cu ildə onları «Nərgizin bircə ləçəyi» adlı kitabda nəşr etdirdim. Əgər səhv etmirəmsə, o kitab klassik yapon ədəbiyyatına aid Azərbaycan dilində ilk nəşr idi. Lap cavanlıq illərindən mən xoşuma gələn hekayələrin bəzisini tərcümə edirdim. 1982-ci ildə mənim tərcüməmdə «Necə oldu ki, Pyer Duş məşhurlaşdı?» adlı kitab nəşr olundu. Mən o kitaba A.Moruanın, F.S. Fitsceraldın, H.Laksnesin,A. Truayyanın, R. Bredberinin, G. Apdaykın, M. Benedettin, A. Kristinin, Ayzek Azimovun və başqalarının hekaylərini, eləcə də L.Pirandelonunu, A. Maltsın, K. Xoinskinin pyeslərini daxil etmişdim. 90-cı illərin əvvəllərində isə Molyerin bir neçə komediyasını, o cümlədən, «Skapenin kələkləri»ni və «Jorj Danden, yaxud Aldanmış ər» əsərlərini tərcümə etdim və onlar kitab halında nəşr olundu. Başqa tərcümələrinm də var, amma təəssüf ki, mən bütün bu tərcümələri orijinaldan yox, rus dilindən çevirmişəm. Sualınızın ikinci hissəsinə gəldikdə isə, yəqin ki, daxili bir tələbat olub....
     -Ümumiyyətlə, yazıçının, şairin tərcümə ilə məşğul olması vacibdirmi? Bu ona nədəsə kömək edir, yoxsa...
     -Güman etmirəm ki, tərcümə bütün yazıçılar üçün vacib bir işdir. Tərcümə - ədəbiyyatın bir sahəsidir. Şair üçün vacib deyilki, roman yazsın. Eləcə də tərcümə. Mən istərdim ki, professional (və istedadlı!) yazıçılarımız, şairlərimiz, tənqidçilərimiz kimi, professional da tərcüməçilərimiz olsun və onlar çox olsun. Köməklik məsələsinə gəldikdə, bu asılıdır yaradıcılıq psixologiyasından. Dünyada nə qədər sənətkar varsa, bir o qədər də fərdi yaradıcılıq pisoxologiyası var. Ola bilər ki, tərcümə hansı bir yazıçıyasa nədəsə kömək etsin, ola bilər ki, heç bir köməkdən söhbət getməsin...
     -Hansısa konkret əsəri tərcümə etməyi arzulayırsınızmı? Buna nə mane olur?
     -Tərcümə ilə bağlı bütün ömrüm boyu mənim iki böyük arzum olub və təəssüf ki, onların heç biri həyata keçməyib və keçməyəcək. Mən istəmişəm (arzulamışam!) ki, Lev Tolstoyun tam küliyyatını birinci səhifəsindən tutmuş, sonuncu səhifəsinə kimi, Azərbaycan dilinə tərcümə edim. İkinci arzum da bu olub ki, «Don Kixot»u orijinaldan Azərbaycan dilinə çevirim... Amma arzu etməyə nə var ki...Bu da mənim həyatımın bir növ «ədəbi donkixotluq»u olub.
     -Tərcümə Mərkəzinin maddi vəziyyəti yaxşılaşsaydı, işimizi yenidən, daha şaxəli və müasir qurmamız üçün nələri məsləhət görərdiniz?
     -Sizin məsləhət almaq vaxtınız artıq geridə qalıb və bu çox gözəl cəhətdi...Təki maddi vəziyyətiniz yaxşılaşsın!
21 oktyabr 2004.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 493 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more