Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Vətən övladlarını unutmur»
E L Ç İ N: «VƏTƏN ÖVLADLARINI UNUTMUR»


     Xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni əlaqələr Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçin «Vətən» Cəmiyyətinin adi iş günlərindən, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsindən söhbət açır.
     «Vətən» Cəmiyyətinin rəyasət heyətinin sədri, yazıçı Elçinin kabinetində ingilis, alman, holland dillərində kitablar, Türkiyədə və ərəb ölkələrində buraxılan qəzetlər, Fransa jumalları diqqəti cəlb edir. Onlar stolların, kresloların üstünə, rəflərə düzülmüşdür.
     Haqqında danışdığımız bu ədəbiyyat xarici ölkələrdən son vaxtlar göndərilmişdir. Axı, «Vətən» Cəmiyyəti öz fəaliyyətinə bu yaxınlarda başlamışdır: o, cəmi yarım ildir ki, yaradılmışdır.
     «Frans islam» jumalında və digər kütləvi nəşrlərdə müasir Azərbaycan ədəbiyyatının inkişafı haqqında tədqiqatlara, əlyazmalannın fotosurətlərinə, Şərq miniatürlərinə rast gəlmək mümkündür. Digər nəşrlərdəki məqalələrin sərlövhələrində «Azərbaycan» sözü, Nizaminin, M.F.Axundovun, Mirzə Şəfinin və Nəsiminin adları tez-tez təkrar olunur, Bakı memarlarının şəhərsalma sahəsində təcrübəsi, qədim abidələrin bərpası, Azərbaycan xalça sənətinin ustaları, ədəbiyyatımızın gənc qüvvələri haqqında yazılar, şerlər, hekayələr verilir. Görünür, oxucuların bütün bunlara tələbatı böyükdür. Açıq dənizdəki nadir neftçilər şəhərində, Şamaxı rəsədxanasında, kosmik proqramların iştirakçısı olan laboratoriyalarda çəkilən fotoşəkillər, Azərbaycan teatrlarının tamaşalarından səhnələr, alimlərin, artistlərin və idmançıların şəkilləri verilmişdir.
     Elçin deyir ki, onsuz da böyük olan poçtumuzun həcmi getdikcə artır. Dünyanın bütün guşələrində yaşayan azərbaycanlılar, habelə Qafqazın və Zaqafqaziya respublikalarının tarixini öyrənən türkoloqlar, şərqşünaslar, alimlər «Vətən» Cəmiyyətinin yaradılmasından xəbər tutmuş və bizimlə əlaqə yaratmağa tələsmişlər. İlkin hesablamalara görə ABŞ-da 150 mindən çox, Fransada 70 min, AFR-də 180 min, İsveçdə, Hollandiyada, Norveçdə, Danimarkada 100 mindən çox, Qərbi Berlinin, İspaniyanın və Avstriyanın hər birində 20 min azərbaycanlı yaşayır. Yaponiyada, Avstraliyada, Pakistan və Latın Amerikası ölkələrində də milliyyətcə azərbaycanlı olan minlərlə adam yaşayır və işləyir. Onların arasında görkəmli alimlər və incəsənət ustaları, biznesmenlər və siyasi xadimlər, idmançılar, jumalistlər, rəssamlar və yazıçılar vardır. Bu adamlar təhsil almışlar, ictimai və siyasi həyatda fəxri yer tuturlar. Azərbaycan xalqı böyük xalqdır.
     Cənubi Azərbaycanda onların sayı 20 milyona yaxındır. Bakı, Naxçıvan, Şamaxı və Şuşa kimi Təbriz, Ərdəbil, Xoy, Sərab və digər şəhər və kəndlər də onlar üçün vətəndir. Onlar burada dünyaya gəlmişlər, ata-babaları, ulu babaları da burada yaşamışlar. İraqdakı Kərkük kimi Türkiyədəki Qars, Ərzurum və İqdır da azərbaycanlılar üçün vətəndir.
     Bununla belə həmvətənlərimizin bir çoxu qürbətdə - dünyanın ən müxtəlif ölkələrində məskən salmışdır, orada qərib kimi, gəlmə kimi yaşayırlar. Vətəndən didərgin düşmüş bu tənha adamlarla çox vaxt hesablaşmır, onları özləri çaldıqları havaya oynamağa məcbur edirlər. Çox zaman onların qisməti tənhalıq olur.
     Bəs necə olmuşdur ki, bu adamlar gedib qürbətə çıxmışdılar? Onların taleyi necədir? Həmvətənlərimizi nələr gözləyir? Təbiidir ki, talelər müxtəlifdir. Onları nələr gözlədiyini isə demək asan deyildir. Ehtimal ki, bu məsələdə bizdən, dünyagörüşümüzün genişliyindən, onların dərdinə şərik çıxmaq bacarığımızdan, xeyirxahlığımızdan, hər şeyi obyektiv ayırd etməyimizdən, keçmiş günahları bağışlamağımızdan və unutmağımızdan çox şey asılı olacaqdır.
     Bağışlamaq və unutmaq... Uzun illər, hətta onilliklər boyu Ukraynada Qruşevskini burjua millətçisi kimi səciyyələndirirdilər. Umumiyyətlə, ona kifayət qədər damğa vurmuşlar. Halbuki o, böyük alim, vətənpərvər idi. İndi onun adı və əsərləri xalqa qaytarılmışdır. Böyük Şalyapinin, Buninin, Raxmaninovun adları kimi. Kitabsevərlər Nabokovun, Piter Ustinovun əsərlərini layiqincə qiymətləndirə bilmişlər. Onların yaradıcılığı dünya mədəniyyətində böyük hadisədir. Halbuki uzun müddət bu barədə susmuşlar. Mənəvi təmizlənmə prosesi ali ədalətə və müdrikliyə dəlalət və xidmət edir. Bu proses xeyirxahlığımızı, müdrikliyimizi və qəlbimizin səxavətini xeyli artırmış, planetimizdə bizə daha böyük hörmət və nüfuz qazandırmışdır.
     Düşmənlərimizə münasibət aydındır: onlar düşməndirlər. Ancaq yaxşı ki, dostu düşməndən ayırmaq üçün indi bizim sağlam düşüncəmiz, obyektivliyimiz vardır. İndi məlum olur ki, ağ mühacirlərin heç də hamısı vicdanını itirməmiş, əksinə, onların bir çoxu Vətənə bacardığı qədər xidmət etmişdir. Sizə lap təzə bir misal gətirmək istərdim. Həmin misalı «Literaturnaya qazeta»da bu yaxınlarda dərc olunmuş materialdan götürmüşəm. Əfqanıstan əksinqilabçılarına əsir düşənlər arasında bir cavan rus oğlan da olmuşdur. Həyatını xilas etmək naminə, o, özünü siyasi mühacir kimi qələmə vermiş, Qərbdən sığınacaq istəmiş, televiziya ilə çıxış etmişdir. Sonra isə o, evə tələsmiş, ölkə onu başa düşmüş və bağışlamışdır.
     Gəlin ayırd etməyə çalışaq: necə olmuşdur ki, xaricdəki həmyerlilərimiz qürbətə gedib çıxmışlar? Onların bir hissəsi Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını qəbul etməmiş, 1920-ci ildə, daha dəqiq desək, iyirminci illərdə Vətəni tərk etmişdir. Həmvətənlərimizn bir qismi tezliklə başa düşmüşdür ki, Vətənsiz, doğma xalqsız yaşaya bilməyəcəkdir və odur ki, geri qayıtmışdır. Əksəriyyətinin taleyi isə faciəli olmuşdur. Onlar Avropada gəzib-dolaşmış, Vətən həsrətindən üzülmüş və yoxsulluq içərisində ömürlərini başa vurmuşlar. Hətta varlı adamlar - özü ilə pul və qiymətli ziynət şeyləri aparanlar da Qərbdə xoşbəxt ola bilməmişdilər. Məlumdur ki, xüsusi idarələr, üzdəniraq xeyirxahlar, hər yerdə kifayət qədərdir. Onlar öz siyasi oyununda mühacirlərdən istifadə etməyə çalışmışlar: mühacirlərin taleyi ilə oynamış, onları bir-birinin üstünə salışdırmışlar. Onların demək olar ki, hamısı indi həyatdan köçmüşdür. Lakin uşaqları, nəvələri və nəticələri qalır. Əksəriyyəti də öz dilini bilmir, doğma xalqın adətənənələri ilə az tanışdır.
     Bütün bunlara baxmayaraq onlar azərbaycanlıdırlar. İllər keçdikcə onlarda Vətən hissi, doğma yurdun taleyinə, tarixinə, nailiyyətlərinə maraq hissi boy atıb böyüyüb.
     Avropanın bir sıra digər ölkələrində olduğu kimi, misal üçün Fransada yaşayan azərbaycanlıların bəzisi, ABŞ-dakı həmvətənlərimiz faşizmə qarşı mübarizədə tərəqqipərvər qüvvələrin tərəfində çıxış etmişlər. Mən belə hesab edirəm: Vətən ona görə Vətəndir ki, övladlarını heç vaxt unutmur. Yaxşı ki, uzun illər sürən səhv münasibətdən sonra, nəhayət, bunu biz də dərk etməyə başladıq.
     Mühacirliyin ikinci dalğası 40-cı illərə təsadüf edir. Bu adamların taleyi daha acınacaqlı, daha ümidsiz olmuşdur. Faşistlər başqa millətlərin övladları ilə birlikdə minlərlə azərbaycanlını da köçürülən şəxslər üçün olan düşərgələrə doldurmuşdular. Bu oğlanlar faşist cəhənnəmini - Osventsim və Terezin, Treblinka və Daxau ölüm düşərgələrinin fəlakətlərini öz gözləri ilə görmüşlər.
     Onlar doğma torpağı müdafiə edərkən əsgəri borcu ləyaqətlə yerinə yetirmişdilər. Vətənə xətər yetirməyi xəyallarına belə gətirməmişdilər. Lakin Stalin rejimi onların hamısına düşmən damğası basmış, adlarını düşmənlərin siyahısına yazmışdı. Bu sovet vətəndaşları yaxşı bilirdilər ki, qayıdanda hər birini nə gözləyir - həbsxana, Kolıma, taxta-şalban tədarükü və ölüm. Buna baxmayaraq bir çoxu təhlükədən çəkinməyib qayıdırdı.
     Lakin qürbətdə qalanları tənhalıq, qohum-əqrəbadan ayrılıq, qürbət elin məişətinə, həyatına məşəqqətli uyğunlaşma perspektivi gözləyirdi. Doğrudur, bizə taleyi uğurlu adamlar haqqında da məlumat gəlir. Onlar evlənmiş, ailə qurmuş, səhmlər və əmlak sahibi olmuşlar. Lakin bu, bir istisnadır. Yəqin ki, ömrünü qürbətdə başa vuran hər on nəfərdən doqquzunun taleyi üzünə gülməmişdir. İndi sağ olanlar da, həyatdan köçənlər də ömrünün son gününədək belə bir qorxunc l'ikir içində olmuşlar ki, Vətən onlardan üz döndərmiş, «satqın» sözü ilə damğalanmışdır. Axı, əsir düşmüş bu adamlar öz azadlığını Vətənin istiqlaliyyəti və azadlığı uğrunda qurban vermiş, qanlarını əsirgəməmişdilər.
     Bu yaxınlarda mən AFR-ə səfər zamanı Münxen qəbiristanlıqlarından birində həmyerlilərimizin məzarlarına rast gəldim. Mənə dedilər ki, bu qəbirlər müvəqqətidir, sonra olmayacaq. Orada qayda belədir: dəfn zamanı bu üç arşın torpaq üçün pul verməlisən. Bir neçə il sonra yenə torpaq haqqı ödəmək lazımdır. Sonra bu proses vaxtaşırı davam edir. Həmvətənlərimizin bir çoxunun isə nə yaxın qohum-əqrəbası, nə də dostları qalıb. Onların sümükləri öz yerlərini daha varlı mərhumlara verəcəkdir. Hətta adları da qalmayıb. Bax, beləcə izsiz-tozsuz itkin düşürlər.
     Mən «bütün xalqların və bütün dövrlərin rəhbəri»nin tərəfdarlarının dəlillərini arabir eşitməli oluram. Xoşlarına gələn, ürəklərinə yatan Stalin dövrünü bəh-bəhlə xatırlamaq üçün onların hərəsi bir səbəb tapır. Bir görün necə də «yaxşıdır»: əmr verib hamını itaətə gətirmək, əmrə boyun əyməyənləri isə ilim-ilim itirmək. Nə kimisə inandırmaq lazım gəlir, nə də demokratiya oyunu oynamaq. Bəlkə də vaxt bəzilərinə romantik ilğımda görünür. Elə buna görə də onlar ölkəmizi, adamları çulğalamış insan faciəsinin miqyasını dolğun təsəvvür edə bilmirlər. Bu elə bir dövr idi ki, rejim insanı əzir və eybəcərləşdirirdi, özünü isə tərifləməyə, şöhrətləndirməyə məcbur edirdi. Maqadan haqqında da, Vorkuta haqqında da, həbs düşərgələri haqqında da çox eşitmişik. Lakin sovet hərbi əsirlərinin, köçürülmüş şəxslərin, yaşamaq hüququndan məhrum olunanların, bir növ ikinci növ adamların nə cür cəhənnəm əzabı çəkdiklərini dərindən bilmirik. Mənə həmişə elə gəlir ki, biz hamımız onlara borcluyuq, onlara kömək əlimizi uzatmalı, qırx ildən çox müddətdə gözlədikləri xoş sözləri deməliyik.
     Bütün ömrüm boyu yazıçılıq sənəti ilə məşğul olmuşam. İndi dostların, tanışların, oxucuların bir çoxu mənə belə bir sual verir: gördüyüm bu ictimai iş həyatımın başlıca məqsədinə - yazıçılığa maneəçilik törətməyəcəkmi? Buna necə cavab verə bilərəm? Əlbəttə, mane olacaq. Burada iş çoxdur. Bu işin nə qədər böyük olduğunu təsəvvür etmək belə çətindir. Gələcəkdə işimiz daha da artacaqdır. Uzun müddətdən bəri üzərində işlədiyim romanı vaxt tapıb qurtara bilmirəm.
     Suala isə belə cavab verirəm: indi məşğul olduğum iş mənim üçün yazıçı əməyi qədər mühümdür. Bu bir də ondan görünür ki, yazıçı həmkarlarım da, Azərbaycanın rəssam və alimləri də bu işdə bizə canla-başla kömək edirlər. Yaxşı başa düşürəm ki, onlar bu işin əhəmiyyətini dərindən duymuşdular, xaricdəki həmvətənlərimizin faciəli taleyinə biganə deyillər.
     Mühacirlərimizə kömək əli uzatmağa, qonaq getməyə, həmvətənlərimizi qonaq çağırmağa, dinləməyə və ruhlandırmağa, onlarla əməkdaşlıq etməyə bizdə mənəvi bir ehtiyac yaranmışdır. İnsanlar meşşanlıqdan xilas olub, yaxa qurtarıb, Kainat miqyasında düşünən vətəndaşa çevrilməlidirlər. Özgə dərdini, özgə ağrısını özününkü hesab etməlidirlər. Ümidvaram ki, təmizlənmə prosesi bizi məhəbbət və dostluğun əsl gücünə inanmağa məcbur edəcəkdir, dünyanı zora əsaslanan ibarəbazlıq və yumruq idarə etməyəcəkdir.
     İndi səhvləri düzəldərək, hamımızın nifrət bəslədiyimiz damğalardan azad olmaq, müasir dünyanın mühacirət kimi böyük və mürəkkəb hadisəsini, o cümlədən, Azərbaycan mühacirətini dərindən araşdırmaq vaxtı gəlib çatmışdır. Onların əksəriyyəti, inanın mən bunu özgələrdən eşitməmişəm, xarici ölkələrdə çox- çox azərbaycanlı ilə tanışlıq, söhbət və mübahisəyə əsaslanaraq deyirəm, - təkrar edirəm, əksəriyyət özünü qətiyyən ləkələməmiş, qəlbində kin, intiqam hissi bəsləməmişdir, əksinə, ürəyində ölkəmizə övlad duyğusunu əzizləmiş, ana dilini və adət-ənənəsini qoruyub saxlamışdır; hələ bu harasıdır, mənəvi sərvətlərimizin ehtiraslı təbliğatçısına çevrilmişdir. Bu adamların əksəriyyəti ziyalıdır, əməksevərdir, hörmət qazanmışdır, ailələri, uşaqları var. Doğrudur, bir çoxunun arvadları başqa millətlərdəndir. Lakin uşaqları atalarının Vətənini tanımasalar da, Azərbaycana biganə deyillər: bir-birinə meyl edir, qeyri-formal birliklər yaradırlar.
     Bakıda, «Vətən» Cəmiyyətində bu təşkilatların fəaliyyəti, onların üzvləri haqqında hələlik istənilən qədər məlumat yoxdur. Bununla belə, sizə deyə bilərəm ki, Avropa və Amerikanın bir sıra ölkələrində mütərəqqi, yaxud loyal cəmiyyətlər yaradılmışdır. Lakin bildiklərimiz, mətbuatdakı yazılar, Bakıda və xarici ölkələrdə görüşlər əsasında bu barədə ümumi təsəvvür yaratmaq olar. İspaniyada bu cür cəmiyyətin 100, AFR-də 500, Qərbi Berlində də 500, İsveçrə və İngıltərənin hər birində 100, ABŞ-da 150, Fransada 200, Türkiyədə 1000 üzvü vardır və s. cəmiyyət və mərkəzlərə daxil olan həmin adamlar öz üzərlərinə müəyyən öhdəliklər götürmüşlər, fəal ictimai iş aparırlar, minlərlə, on minlərlə adama arxalanırlar. Onların iştirakı ilə sərgilər, sovet adamları ilə görüşlər, simpoziumlar keçirilir. Həmin təşkilatların nəzdində folklor kollektivləri, mədəni-maarif dərnəkləri, mahnı və rəqs ansamblları, Azərbaycan dili kursları yaradılmışdır. Məsələn, Birləşmiş Ştatların Nyu York şəhərində «Azərbaycan mədəniyyət mərkəzi» fəallıq göstərir, həmvətənlərimizin çoxunda böyük maraq doğurur. Qərbi Almaniyanın Bonn şəhərindəki «Ocaq» Cəmiyyətinin üzvləri maraq dairəsinin genişliyi, gördükləri işin böyük miqyası ilə fərqlənirlər, Qərbi Berlində azərbaycanlılar cəmiyyəti və «Qaynarca» mərkəzi vardır. Kopenhagendəki Azərbaycan mədəni cəmiyyəti yalnız həmyerlilərimiz arasında deyil, danimarkalılar arasında da tanınmışdır. Fransanın Strasburq Universiteti nəzdində Azərbaycan Universiteti yaradılmışdır. Professor İren Məlikova onun banilərindən və rəhbərlərindəndir. AFR- də «Ana dili», Qərbi Berlində isə «Qaynarca» qəzetləri nəşr olunur. Bu qəzetlər mütərəqqi istiqaməti olan nəşrlərdir, Azərbaycan, onun müvəffəqiyyətləri, iqtisadiyyat və elminin inkişafı haqqında bolluca məlumat dərc edirlər, Azərbaycanın söz ustalarının şerlərini, əsərlərindən parçalar verirlər.
     İsveçrədə yaradılmış «Cəfa» peşəkar vokal-instrumental ansamblı şöhrət qazanmışdır. Onun repertuarına Azərbaycan musiqi korifeylərinin əsərləri, folklorumuzdan nümunələr daxil edilmişdir. Belə bədii kollektivlər sayəsində Azərbaycan musiqisihəm klassik, həm caz, həm də xalq musiqisi dünya incəsənətinin amillərindən birinə çevrilmişdir. Məsələn, Azərbaycan xalq musiqisinin bu yaxınlarda ABŞ-da müvəffəqiyyəti göstərir ki, muğam hamı üçün anlaşıqlıdır. Musiqimizin bu janrını yalnız ayrı-ayrı musiqi biliciləri deyil, bütün dinləyici kütləsi layiqincə qiymətləndirmişdir. Məhz bu səbəbdən görkəmli sənətkarlarımız Zeynəb Xanlarova, Polad Bülbüloğlu, Habil Kaman və başqaları böyük şöhrət qazanmışlar.
     Yenə də təkrar edirəm, azərbaycanlıların xarici ölkələrdəki cəmiyyətlərinin xarakteri, işinin istiqaməti haqqında məlumatımız hələlik istənilən səviyyədə deyil. Əlbəttə, onların sayı yuxarıda adlarını çəkdiyimdən xeyli çoxdur. Onlar minlərlə adamı birləşdirir. Həmvətənlərimizin səyləri sayəsində oxucular yalnız M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov kimi klassiklərimizin əsərləri ilə deyil, müasir yazıçılarımızn yaradıcılığı ilə də tanış olmaq imkanı əldə etmişlər. Düzünü bilmək istəsəniz indi Azərbaycan mövzusu Avropa və dünya mədəniyyətində yeni baxımdan, daha ucadan və daha sanballı səslənir. Bu, əlbəttə, qəlbimizi qürur hissilə doldurur, həm də xalq qarşısında məsuliyyətimizi artırır: biz düşünməliyik ki, nə iş görürük, necə görürük və dünya ictimaiyyətinin mühakiməsinə nəyi veririk.
     Parisdə yaşayan həmvətənimiz xanım Um-Əl-Banindən bu yaxınlarda məktub almışam. Bu qadının haqqında ayrıca danışmağa dəyər. İndi onun yaşı 80-i keçib. Bakıdan 65 il əvvəl ayrılıb. Bakı milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyev onun babaları olmuşlar. Um-Əl-Banin yazıçıdır, ədəbiyyatşünasdır. Məşhur yazıçı İvan Buninlə dost olmuş, məktublaşmışdır. Son illər isə o, ədəbiyyat tarixi üçün çox qiymətli olan bu məktubları nəinki çap etdirmiş, hətta böyük söz ustası haqqında povest yazmışdır.
     Um-Əl-Banin məktubu şəxsən mənə yazmışdır (rus dilində). Məktubdan görünür ki, həmyerlimiz Sovet İttifaqında, o cümlədən Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir, eyni zamanda, müasir Azərbaycan yazıçılarının əsərləri ilə tanış olmağa vaxt tapır. Gizlətmirəm, onun məktubunda «Mahmud və Məryəm» romanım, «Parisdə avtomobil qəzası» adlı yeni hekayələr məcmuəm haqqında tərifli sözlər oxumaq mənim üçün xoş idi.
     Xanım Banini qonaq çağırmaq istəyirdik. Lakin bu məsələni bir qədər təxirə salmağı lazım bildik. Yenə də gizlətmək istəmirəm, bu, Zaqafqaziyada məlum hadisələrlə (söhbət Dağlıq Qarabağda və onun ətrafında baş vermiş hadisələrdən gedir) bağlıdır.
     «Ana dili» qəzetinin redaktoru, məşhur ictimai xadim, jurnalist Nurəddin Qərəvi respublikamızın qonağı olmuşdur. Yaxın vaxtlarda İngiltərədən, Türkiyədən və AFR-dən nümayəndə heyətlərini qəbul etməyə hazırlaşırıq. Zeynəb Xanlarovanın bədii rəhbəri olduğu musiqi kollektivi Cəmiyyətimizin xəttilə Danimarkaya gedəcəkdir. Azərbaycan xalça sənətinə dair II beynəlxalq simpoziumla əlaqədar Bakıya gəlmiş türkiyəli Tahir Səbuhi, Oksford universitetinin professoru Turxan Gəncəyi ilə çox məzmunlu söhbətlərimiz olmuşdur. Ceyhun bəy Hacıbəyovun oğlu Timuçin Hacıbəylidən aldığımız hədiyyə bizi çox mütəəssir etdi. O, «Arşın mal alan»ın librettosunun əlyazmasını göndərmişdir; əlyazmasını atası yazmışdır.
     Lakin Cəmiyyətin iş diapazonu müqayisəedilməz dərəcədə geniş olmalıdır. Cənubi Azərbaycandan iki qız bizim tövsiyəmizlə bu yaxınlarda N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna qəbul edilmişdir. Qoy onlar ilk qaranquşlar olsunlar! Bu işin davam etdirilməsi yaxşı olardı: axı, indi Bakı xarici ölkələr üçün də kadrlar hazırlayan iri Ümumittifaq mərkəzinə çevrilmişdir. Həmvətənlərimizin uşaqlarını yay fəslində pioner düşərgələrində dincəlməyə dəvət etmək də faydalı olardı, bu cür əməkdaşlığın formaları çox, təcrübəmiz isə zəngindir. Bütün bunlar yaxınlaşmağımıza kömək edəcək, xarici ölkələrdə dostlarımızın sayı artacaqdır.
     İlk addımlarımız haqqında ümumi şəkildə söhbət açmağa çalışdım. Məncə, yarım ildən sonra daha geniş söhbət edə bilərik. «Bakı» və «Baku» axşam qəzetlərinin oxucularına söz verirəm ki, bu söhbəti davam etdirəcəyəm.

Müsahibəni Mark Peyzel apardı.
1988.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 696 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more