Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Tarixə böhtan atmaq və xalqı təhqir etmək olmaz!»
E L Ç İ N: «TARİXƏ BÖHTAN ATMAQ VƏ XALQI TƏHQİR ETMƏK OLMAZ!»

     -Elçin müəllim, noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin Milli Məclisdəki çıxışı cəmiyyətdə etiraz doğurub, narahatlıq yaradıb. Bu barədə Sizin fikrini bilməyə bir ehtiyac hiss etdik.
     -Təəssüf ki, Milli Məclisin həmin iclasında mən iştirak edə bilməmişəm. O çıxışı mətbuatda oxudum.Əlbəttə, «kül olub bu millətin başına» kimi bir leksikonla parlamentdə çıxış edən adama cavab vermək istəməzdim. Ancaq elə prinsipial məsələlər var ki, bu zaman susmaq mümkün deyil. Bu adam Azərbaycan xalqını, xüsusən də Qarabağ tarixini, Qarabağ camaatını təhqir edir, regionlararası nifaq üçün münbit zəmin yaradır. Neçə gündür ki, ziyalılar, xüsusən, əslən Qarabağdan olan ziyalılar, həmçinin sadə əmək adamları mənə telefon açaraq hiddət və nifrətlərini bildirirlər. Bu gün Qaarabağ mövzusu xalqımızın, müstəqil dövlətimizin müstəsna əhəmiyyətə malik bir problemidir. Belə bir vaxtda Əli Nağıyev tarixə böhtan ataraq Azərbaycan parlamentində heç bir erməninin cürət edib deyə bilməyəcəyi hədyanı car çəkir: «Kim idi İbrahim xan? O, Qarabağda fahişəxana yaratmışdı». Və bu çirkin iftirası ilə bağlı Qasım bəy Zakirin adını çəkir. Yəqin Zakirin M.F.Axundova yazdığı mənzum satirasından sui-istifadə etməyə çalışır və əlbəttə, misgin bir vəziyyət yaranır: Mirzə Fətəli 1812- ci ildə anadan olub, İbrahim xan isə körpə uşaqları ilə birlikdə rus ordusu tərəfindən 1806-cı ildə qətlə yetirilib. Nəticəni özünüz çıxarın. Heç kimi, heç bir regionu, eləcə də Qarabağ camaatını təhqir etmək olmaz! Əli Nağıyev Azərbaycan Respublikasının ali tribunasından dediyi hədyanın, regionlararası narazılıq toxumu səpmək cəhdinin məsuliyyətini daşımalıdır. Bu gün xalqımız erməni təcavüzünə qarşı bir yumruq kimi birləşməli olduğu halda, regionlar arasında ədavət üçün əlverişli şərait yaratmaq cəhdini mən Azərbaycan dövlətçiliyinə əsil təxribat hesab edirəm. Onun sözlərinə fikir verin: «Borçalını itirib nə olmuşuqsa, Dərbəndi itirib nə olmuşuqsa, Zəngəzuru itirib nə olmuşuqsa, Qarabağı da itirib ondan olacağıq». Bu təslimçi haray-həşir nə deməkdir? Nəyə hazırlıqdır? Bütün Azərbaycan xalqı işğal olunmuş torpaqlarımızı qaytarmaq əzmində olduğu bir vaxtda bu nə əhval-ruhiyyədir? Sonrasına baxın: «Ancaq millət sürüləşməyə gedəndə, bu millətdən heç nə olmayacaq». Xalqı, milləti bu dərəcədə təhqir etmək olar? Mən təkrar edirəm, Əli Nağıyev bir Azərbaycan vətəndaşı kimi bu sözlərin çox ciddi məsuliyyətini daşımalıdır.
     -Əli Nağıyev çıxışında deyib ki, «millət artıq uçurumun dibinə düşüb». Siz bu iddiaya necə şərh verərdiniz?
     -Hər halda «uçurumun dibinə düşmək» şəxsən Əli Nağıyevə o qədər də təsir etməyib. Heydər Əliyev şəxsiyyətinin kölgəsində daldalanaraq qısa bir müddətdə elmlər doktoru, professor, kafedra müdiri, nazir olub. İndi isə ittiham edir. Elə bilirəm ki, bu yerdə heç bir şərhə ehtiyac yoxdur.
     -Bu çıxışda teatrdan da bəhs olunub...
     -Baxın, nə dərəcədə gülünc bir vəziyyət yaranır: Əli Nağıyev çıxışında: «Anar müəllim durub burdan kitab çapından danışır» - deyə tənə edir. Mən Anarın yerinə bu tənəyə cavab vermirəm, amma Əli Nağıyev məntiqinin əcaibliyinə baxın: deməli, əlli ilin yazıçısı parlamentdə kitabdan danışa bilməz, amma Əmək və Əhalinin Sosial Müdafiəsi naziri həmin parlamentdə «teatrşünaslıq dərsi» keçə bilər. Aydın məsələdir ki, Azərbaycan sənətşünaslığı belə bir «teatrşünaslıq»dan, yumşaq desəm, heç nə əxz etməyəcək. Bu gün Milli Dram Teatrının son illərdəki gözəl tamaşalarından biri - Hüseyn Cavidin «Afət»i gedir, yeni peyda olmuş «tetrşünas»isə haray çəkir ki, Cavidin «əsərləri qalıb bir kənarda». Eləcə də M.F.Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun kimi görkəmli sənətkarlarımız haqqında əsassız fikirlər... Əli Nağıyev «Hökmdar və qızı» əsəri ilə «Vaqif»i qarşı-qarşıya qoymaq istəyir və obıvatel də o saat bundan istifadə edib absurd və misgin dedi-qoduları mətbuat səhifəsinə çıxarır: Elçinin vəzifəsi var, «Vaqif»ə qarşıdır, «Hökmdar və qızı»nı tamaşaya qoydurur və s. Bunlar o qədər avam və naşı dedi-qodulardır ki, mən onlara cavab verməyi özümə sığışdırmıram. Ancaq bir halda ki, söhbət «Hökmdar və qızı»ndan düşdü, bir faktı xatırlamaq, elə bilirəm ki, Əli Nağıyevin çıxışı konteksində ibrətamiz olar. 1997- ci il sentyabrın 20-də Heydər Əliyev Milli Dram Teatrında həmin tamaşaya baxdı və parlaq, əhatəli bir nitq söyləyərək əsərə çox yüksək qiymət verdi, onun tarixi əhəmiyyətini, aktuallığını xüsusi qeyd etdi. Oxucular Heydər Əliyevin nitqi ilə 1997-ci il 23 oktyabr tarixli «Azərbaycan» qəzetində tanış ola bilərlər. Ancaq Əli Nağıyevin Qarabağla bağlı iftirası və zərərli mövqeyi müqabilində Heydər Əliyevin həmin nitqindən bir fikri yada salmağı mühüm hesab edirəm. Heydər Əliyev deyirdi: «1988-ci ildən xalqımızın başına gələnlər, ermənilərin Azərbaycana təcavüz etməsi, Dağlıq Qarabağ məsələsini qaldırması nəyin nəticəsində oldu? Azərbaycanın içində gedən çəkişmələrin nəticəsi oldu. Əgər o vaxt Azərbaycan xalqı birləşsəydi, hamı bir olsaydı, ermənilərin qarşısını almaq mümkün olmazdımı? Onda torpaqlarımız işğal oluna bilərdimi?» Daha sonra Heydər Əliyev «Hökmdar və qızı» əsərinin aktuallığının mahiyyətini açaraq deyirdi: «Bu əsər çox aktualdır. Hesab etmirəm ki, Azərbaycanda bu çəkişmələrə son qoyulub, insanlar daha bunları unudublar və yenidən belə şeylər cücərməyəcək. Yox, Azərbaycanda təhlükə həmişə var». Bu gün bu sözlərin özü çox aktual səslənir və Əli Nağıyevin Milli Məclisdəki çıxışında Qarabağla bağlı deyilənlər həmin təhlükəni əyani şəkildə bizə göstərir. Nəhayət, bir məsələyə də toxunmaq istəyirəm. Mətbuat, xüsusən, müxalifət mətbuatı Əli Nağıyevin çıxışı ilə bağlı öz siyasi mənafelərini əsas tutaraq ajiotaj yaratmasınlar. Vətən və o cümlədən Qarabağ, Azərbaycan xalqı və o cümlədən Qarabağ camaatı həm iqtidarın, həm də müxalifətindir. Bu yerdə şəxsi maraqlara yol vermək olmaz.
24 noyabr 2004.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 579 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more