Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Sən demə, təyyarənin səsi dünyanın ən gözəl səsiola bilərmiş...»
E L Ç İ N: «SƏN DEMƏ, TƏYYARƏNİN SƏSİ DÜNYANIN ƏN GÖZƏL SƏSİ OLA BİLƏRMİŞ...»

     -Elçin müəllim, bu günlərdə yalnız Bakı sakinləri yox, bütün xalqımız bayram əhvali-ruhiyyəsi yaşadı. «Türk ulduzları»nın uçuşları hamımızda nikbin ovqat yaratdı. Bu barədə nə deyə bilərsiz?
     –«Türk ulduzları»ının Bakının üzərindəki uçuşu mənim həyatımın ən gözəl hadisələrindən biri oldu və doğrusu, əvvəldən də mən bu təşəbbüsü çox yüksək qiymətləndirirdim, bu uçuşu çox böyük bir həyəcan və səbirsizliklə gözləyirdim, türk əsgərinin qüdrətini, şücaətini, əlbəttə, yaxşı bilirdim, amma avqustun 24- dəki uçuş zamanı o fərəh hissini, o qürur hissini ki, mən keçirdim, bu dərəcədə yüksək olacağını, mənə bu dərəcədə təsir edəcəyini fikirləşmirdim. Təkrar edirəm, bu uçuşlar mənim həyatımın ən gözəl hadisələrindən biridir. Sən demə, təyyarənin səsi dünyanın ən gözəl səsi ola bilərmiş və o səsin, o gurultunun doğurduğu hissiyyatı məndə indiyə qədər heç bir hərbi marş, heç bir təntənəli musiqi yaratmamışdı.
     -Bu uçuşları siz necə mənalandırırsınız?
     -Bu uçuşların siyasi mənası, həm də böyük siyasi mənası gün işığı kimi aydın bir şeydir və bunun üzərində dayanmağa, yəqin ki, ehtiyac yoxdur. Yalnız onu qeyd etmək istərdim ki, bu hadisə Azərbaycan Prezidentindən və Türkiyə rəhbərliyindən böyük də siyasi cəsarət tələb edirdi və «Fantom»ların o uçuşu həmin siyasi cəsarəti yaxşı nümayiş etdirdi. Güman edirəm ki, həm avqustun 24-də, həm 25-dəki uçuşların və millətin bu dərəcədə təsirlənməsinin milli-strateji mənasında da tam aydınlıq var. Eyni zamanda təbiət də, elə bil, o uçuşlarla sözləşmişdi, göyün üzü tərtəmiz idi və bu təmizlik içindəki o uçuşlar mənim üçün həm də rəmzi bir məna daşıyırdı: təmizliklə cəsarət əkizdir, təmizlik olmayan yerdə hünər yoxdur.
     -Maraqlıdır, «Türk ulduzları»nın uçuşu, yazıçı Elçində hansı assosiasiyaları doğurdu?
     -«Fantom»lar o tərtəmiz göy üzündə böyük bir ürək şəkli cızdılar və göydəki o ürəyin təmizliyi, o ürəyin genişliyi müqabilində, bizim Yer üzündəki Azərbaycan dediyimiz bu gözəl məmləkətdə adamların bir-birini çirkaba bulaşdırması, ona-buna böhtan atmaq, kreslo hərisliyi naminə hər şeyə hazır olmaq, xalqa, vətənə iş, əməl əvəzinə, boşboğazlıqla xidmət etmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq, varidat ehtirası, yalançı pəhləvanlıq, yalançı «millət qəhrəmanlığı», cahil və nadan mülahizələr mənə nə qədər cılız və nə qədər misgin göründü...
     -Son olaraq nə demək istərdiz, nə arzulayardız?
     -Əvvəlcə sual vermək istərdim.
     -Sual?
     -Bəli. Bakının bütün küçələri, eyvanları, damları insan ilə dolu idi və o insanların hamısı bir fərəh içində idi. «Azadlıq» meydanındakı yüz minlərlə insan arasında iqtidarın da, müxalifətin də nümayəndələri var idi və onların gözləri eyni bir qürur hissi ilə gülürdü və mən fikirləşirdim ki, əgər, bizim fərəh, qürur mənbəyimiz bu dərəcədə eynidirsə, nə üçün bir-birimizə qənim kəsilməliyik? Bu düşmənçilik nədir belə? «Sən müxalifətə yaxınsan, ona görə də gözümün işığısan, sən isə iqtidara yaxınsan, ona görə də pissən!»- düşüncəsi ilə, o eyni qürur, eyni fərəh necə uyuşur? Bu mənim suallarım. İndi isə arzumu deyirəm: o gün olsun ki, «Türk ulduzları»ilə bərabər, «Azərbaycan ulduzları» da ərazisi tam və həmişəlik bərpa olunmuş Azərbaycan Respublikasının, o cümlədən, Qarabağın səmasında da beləcə dinc uçuş nümayiş etdirsinlər. Və bu da mənim inamım: o gün uzaqda deyil!
Müsahibəni Turqut Mustafayev apardı.
2001.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 306 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more