Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Qiyməti tarix verəcək...»
E L Ç İ N: «QİYMƏTİ TARİX VERƏCƏK...»

     -Elçin müəllim, siz hələ yetmişinci-səksəninci illərdə milli mədəniyyətimizin, ədəbiyyatımızın, ədəbi prosesin problemləri ilə bağlı o dövrlər üçün çox cəsarətli, sərt, prinsipial məqalələrlə çıxış edirdiniz. Son zamanlar bu barədə yazırsınız, çıxış edirsiniz. Bu gün Azərbaycan mədəniyyətinin vəziyyəti barədə nə deyə bilərsiniz?
     -Bu gün Azərbaycan milli mədəniyyəti milli inkişaf baxımından nəinki yerində sayır, çox yazıqlar ki, o istedadın çatışmazlığı ucbatından yox, güzəran ağırlığı nəticəsində tənəzzül dövrü keçirir və hərgah bu sahədəki yiyəsizlik, biganəlik və bacarıqsızlıq beləcə davam edərsə, yaxın gələcəkdə fəlakətə uğraya bilərik. Milli mədəniyyətin bir kompleks halında inkişafı uğrundakı mübarizə indiki vəziyyətdə, müharibə şəraitində belə Azərbaycan xalqının öz istiqlaliyyəti uğrundakı mübarizəsinin bir hissəsi olmalıdır. Mən axır vaxtlar bu barədə çox demişəm, yazmşıam. Bu prinsip dövlət səviyyəsində əsas götürülməlidir, mədəniyyətin problemləri ilə məşğul olan iqtidar nümayəndələrinin fəaliyyətini səciyyələndirməlidir. Təəssüf ki, belə bir təmayül heç olmasa bir başlanğıc kimi də, hələki, özünü göstərmir. İqtidarın bu sahədə yanğısı duyulmur, fəaliiyyət ehtirası, müdafiə etmək, dəyişdirmək, yenisini yaratmaq şövqü duyulmur. Söhbət mədəniyyət nazirliyinin fəaliyyətindən yox, ədəbiyyatdan tutmuş rəngkarlığacan respublika səviyyəli konseptual mədəniyyət siyasətindən gedir. Misal üçün təhsillə bağlı belə bir ehtiras, istək, yanğı hiss olunur. Mən testlə qəbul məsələsi ilə bağlı Vurğun Əyyubun (onunla yalnız telefon tanışlığım var) çıxışlarına qulaq asanda, məqalələrini, müsahibələrini oxuyanda mülahizələrinin bir qismini qəbul edirəm, bir qismini isə qəbul etmirəm. Dedikləri ilə razılaşdığım da var, razılaşmadığım da, amma bundan asılı olmayaraq l'ikirlərinin, fəaliyyətinin bünövrəsində məhz həmin vətəndaş ehtirasını, yanğısını hiss edirəm. Məndə inam yaranır ki, bu il çox çətin oldu, gələn ildə yəqin ki, asan olmayacaq. Amma... sonrakı illər üçün artıq tam formalaşmış, heç kimi yamsılamayan sabit bir qəbul sistemi əldə ediləcək, çünki, bünövrə böyük təəssübkeşliklə, həvəslə qoyulur. Yəni bu fəaliyyətin arxasında millətə yaxşı xidmət edəcək perspektiv görünür. Amma ümumi, milli mədəniyyətimizin inkişafı ilə bağlı iqtidarın əməli fəaliyyətində isə mən bu perspektivi hələ ki, görmürəm. Belə bir vəziyyətin əsas səbəbi məncə, ondan ibarətdir ki, iqtidar Azərbaycan milli mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti konsepsiyasına malik deyil. Biz bütün bu kəsir cəhətləri bu gün deməliyik ki, sabah gec olmasın.
     -Mədəniyyət abidələrimizlə bağlı fikrini?
     -Azərbaycan qədim mədəniyyət abidələri ilə xəttatlıqdan tutmuş, xalçaçılığa və misgərliyə qədər mədəniyyətin bütün sahələrində nadir sənət inciləri ilə zəngin bir ölkədir. Lakin bu gün hərc-mərclik, biganəlik nəticəsində həmin nadir sənət inciləri Azərbaycan muzeylərini bəzəmək, dünya miqyasında millətin qədim mədəniyyətin göstəricisinə çevrilmək əvəzinə, Türkiyədən tutmuş ABŞ-can xarici ölkələrə daşınır və su qiymətinə satılır. Yüz dollar xaricdə nədir? Heç nə. Bizdə isə 50 min rubl deməkdir. Gəlib yüz dolları rubla çevirirlər, xalqın ağır güzəranından istifadə edərək, istədiklərini alıb aparırlar. Xarici ölkə dəllalları, təbii ki, bu satış prosesini davam etdirir və milyonlar qazanırlar. Nəticəsi bu olur ki, misal üçün, Nyu-York metropolunda olduğu kimi Azərbaycan xalçası, Azərbaycan saxsısı erməni mədəniyyəti nümunəsi kimi nümayiş etdirilir. Qədim qəbiristanlıqlardan tutmuş, dağ başındakı qalalaracan torpağımızda mövcud olan abidələr, babalarımızın yadigarları isə tam biganələik nəticəsində qarın-boranın altında məhv olur. Bu ağır vəziyyət əlbəttə, keçmişdən miras qalmışdır. Bəs bu gün iqtidar həyəcanı, harayı hanı? Hanı xüsusi qanunlar paketi? Heç olmasa həmin paketin ortaya çıxması üçün təşəbbüslər hanı?
     -Bəs mədəniyyət xadimlərimizin xaricə getməsinə necə baxırsınız?
     -Bu gün Azərbaycan mədəniyyət xadimləri öz vətənlərini tərk edib xaricdə ən ucuz kontraktlarla işləməyə gedirlər. Bu cür də davam etsə, çox yaxın gələcəkdə bizim mədəniyyət ocaqlarımız acınacaqlı vəziyyətə düşəcəkdir və bu da təbii ki, milli mənəvi deqradasiya ilə nəticələnəcəkdir. Artıq indinin özündə simfonik orkestrlərimiz dağılmaq üzrədir, opera və balet səhnəsində ağır itkilərimiz var və s. Əlbəttə bu yerdə yalnız «adam nə qədər çətin olsa da, öz Vətənini tərk etməz!»- deyə emosiya ilə, quru nəsihətçiliklə iş görmək olmaz. Bu vəziyyəti doğuran səbəblər ciddi təhlildən keçirilməli, tədbirlər görülməli (təbii ki, inzibati tədbirlər yox!) münbit zəmin, əlverişli şərait yaradılmalıdır. Bir az da belə getsə, vallah sonra gec olacaq, çox geri düşəcəyəik və bunun da ağrısını-acısını gələcək nəsillər çəkəcək! Deyəcəklər: Ay atalar, ay babalar, nə üçün böyük mədəniyyətimizin qədrini bilmədiniz ? Axı, doğrudan da biz musiqi sahəsində, rəngkarlıqda, ədəbiyyatda, teatr sənətində, müasir dünya miqyasında o nailiyyətləri əldə etmişik ki, başqa qardaş müsəlman ölkələrində, qardaş türk respublikalarında onlar yoxdur! Və bu mübaliğə deyil, həqiqətdir!
     -Elçin müəllim, Milli Məclis Azərbaycan Respublikasının dövlət dili haqqında qərar qəbul edib. Biz bu barədə doğma dilimizdə onlarla kitab, yüzlərlə məqalə çap etdirmiş, hekayələr, povestlər, romanlar, elmi monoqrafiyalar müəllifi, yazıçı və tənqidçi-ədəbiyyatşünas Elçinin də fikrini bilmək istərdik.
     -Çalışacağam ki, sualınıza qısaca cavab verim. Dilimiz türk dilidir. Və burada mübahisəli heç bir şey yoxdur. Ancaq hansı türk dili? Azərbaycan türk dili! «Azərbaycan dili» ifadəsini qorxunc Stalin inzibatçılığı ilə bağlayırlar və bu barədə böyük həqiqət var: 30-cu illərin ikinci yarısına kimi dilimiz «türk dili» adlanırdı və get-gedə dilimizi də, mənşəyimizi də türk dünyasından təcrid etdilər, «türk» sözündən Sibir qoxusu, barıt iyi gəldi, o yasaq edildi. Amma alimlərimizə burası da məlumdur ki, «Azərbaycan dili» ifadəsinin qədim tarixi var və onu son 55 ilin hadisəsi hesab etmək yalnız ədəbiyyatımızı deyil, ümumiyyətlə, bir millət kimi mənəviyyatımızı kiçiltmək, cılızlaşdırmaq deməkdir. İlkin orta əsr mənbələrinin açıqladığı bir fakt: XII əsrin əvvəlində böyük Azərbaycan ədibi Xətib Təbrizi Məərən-Neyman şəhərindəki məscidlərdən birində öz müəllimi, ərəb filosofu əl-Mərri ilə əsər oxuyurdu. Bu zaman namaz qılmaq üçün bir təbrizli qonşusu məscidə gəlir. Yaqub Həmavinin yazdığına görə Xətib deyir: «Mən qonşumla Azərbaycan dilində çox danışırdım...» Elmi ədəbiyyatda bu faktın şərhi verilib. Azərbaycan ədəbi dilinin, müasir Türkiyədə işlədilən türk ədəbi dilinin, eləcə də özbək ədəbi dilinin, qazax ədəbi dilinin və s. formalaşması və iqtidar olması türk dünyasını mənən zənginləşdirən çox mühüm amillərdən biridir və onu bundan məhrum etmək lazım deyil və mümkün də deyil. Mənim üçün ən məqbul bu ola bilərdi: Azərbaycan respublikasında dövlət dili - Azərbaycan (türk) dilidir. «Türk» kəlməsi ilə «Azərbaycan» kəlməsini xətlə birləşdirib («Azərbaycan-türk dili» şəklində) mötərizəsiz də yazmaq olar. Bu halda biz həm Azərbaycan sözünü saxlayardıq, həm də dilimizin-soyumuzun əsasını bərpa edərdik.
     -Sədrlik etdiyiniz «Vətən» Cəmiyyəti artıq beş ildir ki, fəaliyyət göstərir və bu fəaliyyət şəxsən Sizin adınızla bağlıdır. Bu gün xaricdə yaşayan azərbaycanlıların bəzisi respublika rəhbərliyində təmsil olunmuşlar. İndi həmin beşillik fəaliyyətə nəzər saldıqda yazıçı Elçin nə fikirləşir, razıdır, təəssüf hissi keçirir, ya necə?
     -Gurultulu səslənməsin, amma bu fəaliyyətə obyektiv qiyməti tarix verəcək və yazıçı Elçinin təskinliyi də yəqin elə bundadır. Siz rəhbərlikdə təmsil olunmuş həmvətənlərimizi yada saldınız, qeyri-təvazökarlıq olmasın, amma elə həmin prezident müşaviri hörmətli Nihat Çətinqaya ilə də, hörmətli nazir Cəmil Ünalla da ilkin əlaqələri biz yaratdıq. Hələ 1988-ci ilin əvvəllərində lap təzəcə fəaliyyətə başladığımız dövrdə KQB-nin, Sov.İKP-nin qılıncının dalı da, qabağı da kəsdiyi zaman gəmidə oturub gəmiçi ilə sözün həqiqi mənasında dava edə-edə, Rəsulzadə ənənələrinin ən layiqli davamçılarından biri - Türkiyədəki Azərbaycan milli mərkəzinin sədri Məhəmməd Kəngərlini ilk dəfə Bakıya dəvət edə bildik. Azərbaycanda onu yad həmlələrdən, fitnə-fəsadlardan qoruya bildik və mən özüm onu Moskvadan sağ-salamat, həm də aramızda inidyəcən davam edən qarşılıqlı hörmətlə, mənəvi nailiyyətlərlə Türkiyəyə yola saldım. İndi onunla əlaqə yaratmağa, dostluq etməyə nə var ki? Amma onda... həmin səfərin Azərbaycan Demokratik Cümhuriyyəti ideyalarının da davamçıları, keçmiş təbirlə desək, «qatı antisovet qüvvələrlə» Azərbaycan arasındakı ünsiyyətin çox tutarlı başlanğıcı kimi böyük rolu oldu və Məhəmməd bəy də həmişə bunu xüsusi qeyd edir. Azacıq sonra Ankara Kültür Dərnəyinin dəvətilə Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və mən «Vətən» Cəmiyyətinin rəsmi nümayəndəliyi kimi Türkiyəyə getdik və bu, Azərbaycandan gəlmiş ilk rəsmi nümayəndəlik oldu ki, səfəri Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarəti ilə başladı, həm də gizli şəkildə yox, açıq. Allah o kişiyə rəhmət eləsin, onun silahdaşlarından olan Müsavat Partiyasının və Kültür Dərnəyinin genel-sekreteri, «antisovet və qatı millətçi», «Azərbaycan» jumalının baş redaktoru Əhməd Qaracanı ilk dəfə Bakıya dəvət etdik. Yəhyə Daşdələni... və ilaxır... 1990-cı ilin yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecələrdə Azərbaycan ilə xarici aləm arasında yeganə ünsiyyət vasitəsi «Vətən» Cəmiyyətinin teleksi oldu. Həqiqəti öz bəyanatımızla, başqa bəyanatlarla, xəbərlərlə dünyaya yaydıq. Allahşükür Paşazadə həzrətlərinin bəyanatını alandan sonra Pakistan hökuməti bizim teleksimizə istinad edərək yanvarın 22-də Sov.İKP MK Siyasi Bürosuna etiraz notası göndərdi. Az müddət sonra Yanvar hadisələri və erməni irticası barədə obyektiv məlumat vermək üçün ABŞ-ın görkəmli siyasi xadimi, indi iqtidara gəlmiş demokratlar partiyasının liderlərindən biri, konqresmen Cim Budini Bakıya dəvət edə bildik və bu da respublikamıza yüksək səviyyəli ilk rəsmi səfər oldu ki, onu Şəhidlər Xiyabanına apardıq, oranın ziyarəti ilə başladıq... Nə isə...
     Mən Vaqifi istedadlı bir jurnalist kimi «Molodyoj Azerbaydjana» qəzetinin redaktoru olduğu vaxtdan tanıyıram və onu istəyənlər də, istəməyənlər də dana bilməzlər ki, söhbət ağıllı adamdan gedir. Mən fikirləşirəm: əgər onun millət qarşısında bu qədər günahı varıydısa, niyə başqaları kimi qaçıb gizlənmirdi? Moskvada komsomolun katibi işləmişdi. Jurnal redaktoru olmuşdu. Xarici İşlər Nazirliyinin məsul işçisi idi, oralarda dost-tanışı çox idi, niyə DTK-dan çıxdıqdan sonra, ailəsini də götürüb, evini- eşiyini də rahatca dəyiş-düyüş eləyib Moskvaya, yaxud başqa bir yerə köçüb getmirdi? Söhbət təkrar edirəm, sadəlöhv birisindən getmir, DTK generalından gedir. Məgər bilmirdi ki, bu qədər günahı varsa onu nə gözləyir? Axı köçüb getmək üçün hər cürə imkanı var idi... İndi isə, təbii ki, istəsə də heç hara gedə biməz. Qoy otursun evində, istintaq isə ən ciddi şəkildə obyektivcəsinə davam etsin, günahı varsa, məhkəmə qarşısında cavab versin, yoxsa da yox. Orasını da qeyd edim ki, bu dediklərim sırf şəxsi mülahizələrimdir.
     -Elçin müəllim, hörmətli prezidentimiz Əbülfəz Elçibəy müsahibələrinin birində Azərbaycan xalq hərəkatının xüsusiyyətlərindən bəhs edərək deyir: «Yusif Səmədoğlunun, Anarın, Əkrəm Əylislinin, Elçinin yazıları 60-cı illər ədəbiyyatında birdən qabağa çıxdı, onun böyük müsbət əhəmiyyəti oldu». Bu sözlərə nə əlavə edərdiniz ?
     -Əgər bir əlavə varsa, onu gələcək eləyəcək! Allah qoysa, müharibə ədalətlə xeyrimizə sona yetsin, istiqlalımız bərkisin, güzəranımız babatlaşsın, o zaman rahat bir şərait yaranacaq ki, ədəbiyyatımızn da dəyərləri yaxşıca müəyyənləşdirilsin... Hörmətli prezidentimiz isə sağ olsun ki, Azərbaycan ədəbiyyatının elədiklərini diqqətdən kənarda qoymur.
     -Elçin müəllim, siz hələ Ayaz Mütəllibovun guruldayan vaxtlarında sərt müxalifətdə olan bir partiyanın - AMİP-in Təşkilat Komitəsinin üzvü idiniz. İndi isə artıq təsis edilmiş həmin nüfuzlu partiyanın rəhbər orqanı olan Siyasi Şurasının üzvüsünüz. Bu cəhət bir yazıçı kimi sizin qələminizin demək istədiklərini mehdudlaşdırmırmı?
     -Yox, hər hansı bir məhdudiyyətdən söhbət gedə bilməz. Belə olsaydı, məni kim məcbur edə bilərdi ki, AMİP-in sıralarında olum? Əksinə, bir yazıçı kimi, vətəndaş kimi mənim xalqın gələcəyilə, taleyi ilə, istiqlalımızla bağlı fikirlərim, prinsiplərim AMİP-in ideyaları ilə üst-üstə düşür, bu isə, nə gizlədim, təklik, tənhalıq hissini azaldır...
     -Etibar Məmmədovla münasibətiniz?
     -Qarışlıqlı hörmətə və səmimiyyətə söykənən bir münasibətdir.
     -Elçin müəllim, Siz uzun müddət Yazıçılar İttifaqında işləmisiniz. Yazıçılarımızdan kiminsə elə bir sözü varmı ki, indi o sözü tez-tez yada salasınız, ona riayət edəsiniz?
     -Rəhmətlik Əli Vəliyev deyirdi ki, ən böyük biclik düzlük- dü!
     -Bu il Sizin əlli illiyiniz olacaq. Oxucularımız üçün maraqlıdır, öz əlli illiyi ərəfəsində yazıçı Elçin yeni nə yazmışdır?
     -Keçən ilin son günlərində satirik bir pyes bitirdim. Akademik Milli Dram teatrımızda tamaşa üçün qəbul edildi. Quruluşunu çox istedadlı rejissorumuz Vaqif İbrahimoğlu verəcək. Onunla yenicə yaradıcılıq əməkdaşlığına başlamışıq.
     -Uğurlu olsun!
     -İllah-amin!
     -Elçin müəllim, maraqlı müsahibə üçün təşəkkürümüzü bildiririk.
Söhbəti Taleh Həmid qələmə aldı.
1993.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.08.2014) | Müəllif: R.C E W
Baxış: 604 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more