Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Ən böyük müttəfiqimiz həqiqətdir!»
E L Ç İ N: «ƏN BÖYÜK MÜTTƏFİQİMİZ HƏQİQƏTDİR!»

     Görkəmli yazıçımız, «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri ELÇİN bu yaxınlarda Almaniyada qısamüddətli işgüzar səfərdə olmuşdur. Müxbirimiz səfərlə bağlı Elçindən müsahibə almışdır.
     -Elçin müəllim, Almaniyaya kimlərin dəvətilə və nə məqsədlə getmişdiniz?
     -Frankfurtda yaradılmış Türkdilli Xalqların Ədəbiyyat və Kültürünü Tanıtma Mərkəzi beynəlxalq bir qurum kimi bir ilə yaxındır ki, fəaliyyət göstərir. Və bu az zamanda xeyli nüfuz qazanmış, yalnız Almaniyanın yox, digər ölkələrin də elmi, ictimai dairələri, xüsusən, informasiya vasitələri ilə sıx əlaqə yaratmışdır. Mən həmin Mərkəzin həqiqi üzvlərindən biriyəm və onun, eləcə də, «Dağyeli verlaq» nəşriyyatının dəvətilə Azəraycandakı müasir siyasi vəziyyət və xüsusən, Qarabağ hadisələri, erməni təcavüzü ilə bağlı konfrans və görüşlər keçirmək, müsahibələr vermək üçün Almaniyaya getmişdim. Proqram çox geniş və samballı idi. Almaniyanın bir sıra böyük şəhərlərini əhatə edirdi. Təəssüf ki, o proqramı imkan daxilində qısaltmalı, daha doğrusu, sıxmalı olduq...
     -Səbəb nə idi?
     -Proqram on üç günlük tərtib edilmişdi və Almaniyanın Frankfurtdan başqa, Berlin, Köln, Hamburq, Nyürenberq, Bonn kimi böyük şəhərlərində konfrans və görüşlər nəzərdə tutulurdu. Mən Frankfurta mayın 15-də səhər gəlib çıxdım və elə təyyarədən enən kimi də ayın 14-də Bakıda baş verən hadisələrdən xəbər tutdum, sonra 15-16-sı hadisələri və Qərb informasiya vasitələrinin Azərbaycanla bağlı ziddiyyətli xəbərləri səbəbindən əsəb gərginliyi, nigarançılıq içində idim, bütün varlığım məni Bakıya çəkirdi. 13 günlük proqramı 6 günə məhdudlaşdırdıq, gecəni gündüzə qatıb əsas işimizi gördük və mayın 22-də səhər Frankfurtdan çıxıb Vətənə qayıtdım.
     -Elçin müəllim, Azərbaycan hələ də informasiya blokadası içindədir. Siz tez-tez xarici ölkə mətbuat orqanları, televiziya və radioları ilə əlaqə saxlayırsınız. Sizin Almaniyadakı konfranslarınız, görüşləriniz, çıxışlarınız da yəqin ki, faydalı olmuşdur. Bu barədə danışsanız, oxucularımız üçün maraqlı olar.
     -Əvvəla, informasiya blokadası barədə. Bu, acı həqiqətdir və bütün görüşlərimdə, çıxışlarımda, müsahibələrimdə mən bu məsələyə xüsusi toxunurdum. Qərb informasiya vasitələri Azərbaycan haqqında, burada gedən siyasi proses və xüsusən, müharibə barədə məlumatın demək olar ki, hamısını iki mənbədən alır: erməni lobbisinin təsiri altında olan dairələrdən və Moskva mətbuatından, televiziyasından, radiosundan. Qərbdə Azərbaycanla bağlı informasiya boşluğu var, xəbərsizdirlər, tanımırlar, məsələlərin mahiyyətinə varmaq imkanları yoxdur. Təbii ki, bu boşluğu doldurmağa çalışırlar, çünki bütün dünyanın zehnində indi Qarabağdır, necə ki, vaxtıyla, deyək Kipr idi. Erməni lobbisi bundan məharətlə istifadə edir, öz təsiri altında olan dairələri yalan məlumat verməyə sövq edir. O ki qaldı Moskvadan alınan məlumatlara, onlar da birtərəfli, bəzən isə ağ yalan olur, çünki bir tərəfdən yenə də erməni lobbisinin təsiri, digər tərəfdən isə can verən imperiyanın marağı... Mən bir daha əmin oldum: Azərbaycanın informasiya blokadasını biz özümüz yara bilməsək, başqası gəlib bu işi bizim yerimizə görməyəcək. Kimin nə qədər imkanı varsa, əlindən gələn köməyi ortaya qoymalı, dünya jurnalistlərini Azərbaycana dəvət etməyə çalışmalıdır. Qoy gəlsinlər və hər şeyi öz gözləriylə görsünlər. Mən bunu həmişə demişəm və bir daha təkrar edirəm: Azərbaycan mübarizəsində ən böyük müttəfiqimiz həqiqətdir! Xarici müxbirlər üçün şərait yaradılmalıdır, mehmanxana qiymətləri, yol xərcləri güzəştli olmalıdır. Nə qədər imkan varsa, xarici dillərdə ədəbiyyat nəşr etmək, Azərbaycan həqiqətini xalqımızın məruz qaldığı təcavüzü, soyqırımını əyani şəkildə göstərən albomlar, bukletlər basmaq, sənədli filmlər çəkmək lazımdır. Bəs biz nə edirik? Bakıda oturub xarici radiolara Azərbaycan dilində intervülər verir, sonra da özümüz özümüzə qulaq asırıq: «Pəh, filankəs yaman dedi!». Belə bir «yaman dedi!» ilə dünya ictimaiyyətinin diqqətini Azərbaycan mübarizəsinə cəlb etmək və həqiqəti başa salmaq mümkün deyil. Əlbəttə, Azərbaycan dilində də intervülər verilməli, məqalələr yazılmalıdır. Lakin yalnız bununla kifayətlənmək heç bir nəticə verməz. Nə isə mən, deyəsən, sualınızdan bir az uzaqlaşdım... Elə bu dediklərimin kontekstində Almaniyadakı bir sıra çıxışlarım, intervülərim elə bilirəm ki, faydasız olmadı. Onların bəzisini xüsusi qeyd etmək istəyirəm. Bütün dünyada məşhur olan «Döytçe velle» radiostudiyasında görkəmli politoloq, professor Mark Batunski ilə mən birbaşa efirdə Qarabağa həsr olunmuş 50 dəqiqəlik dəyirmi masa görüşü keçirdik. Söhbət rus dilində gedir və alman dilində tərcümə olunurdu, yəni söhbəti «Döytçe velle»nin dünyanın hər tərəfinə səpələnmiş alman və rusdilli dinləyiciləri eşidirdi. Yenə də həmin radiostudiyada məşhur politoloq-icmalçı Yefim Şuhmana, türk redaksiyasının müdiri Mehmet Bariyə geniş intervülər verdim. Bu söhbətlərin əsas mövzusu Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə, vəhşi erməni təcavüzü, Xocalı soyqırımı, qədim və zəngin erməni emiqrasiyasının bədnam fəaliyyəti, Qərbdə və Moskvada erməni lobbisinin çirkin əməlləri barədə idi. Almaniyanın ən nüfuzlu siyasi qəzetlərindən olan «Frankfurter Rundşau»da, «Yazin» həftəliyində dərc edilmiş ətraflı müsahibələri də qeyd etmək istəyirəm. Tanınmış alman telejumalisti Minette fon Krosika (Qazaxıstanın Semipalatinsk faciəsi haqqında dünyaya haray çəkən və oradakı nüvə sınaqlarının dayandırılmasına çalışan xanımdır) mənimlə geniş söhbət keçirdi, eləcə də Mayn, Bremen, Drezden, Münhen radiolarına (vaxt məhdudluğuna görə həmin şəhərlərə gedə bilmədim, müxbirlərlə Frankfurtda görüşdüm), digər informasiya orqanlarına müsahibələr verdim və bütün çıxışların da başlıca mövzusu Azərbaycan xalqının öz istiqlalını bərpa etmək uğrunda apardığı mübarizədə ərazi bütövlüyünü qorumaq yolunda qarşıya çıxan çətinliklər idi. Konfranslarda, görüşlərdə alman ictimai dairələrinin nümayəndələri saysız-hesabsız suallar verirdilər və çox zaman saat yarımlıq nəzərdə tutulmuş konfrans üç saatdan artıq davam edirdi.
     -Bu sualları doğuran da, yəqin Sizin dediyiniz həmin informasiya qıtlığı idi.
     -Bəli. Sözsüz belədir. Dünya ictimaiyyəti, informasiya orqanları bizimlə çox maraqlanır. Məlumatların azlığının təqsiri onlarda yox, bizdədir. Suallar həmişəki kimi professional, yəni ağıllı və səmimi olurdu. Düzdür, bəzən qərəzli suallar da verilirdi, amma cavab obyektiv olanda, həqiqət sübuta yetəndə, elə bil ki, o qərəz də əriyib yox olurdu. Lakin bir sual var ki, onu orada mənə vermirdilər, o sualı mən özüm özümə verirəm və cavab tapa bilmirəm. Cavabsız sualla yaşamaq isə, bilirsiz, daimi əzabdır.
     -Əgər sirr deyilsə, o hansı sualdır?
     -Biz yenə mövzumuzdan kənara çıxırıq... Baxın, hamı deyir ki, Xocalı soyqırımında da, Şuşa faciəsində də, Laçın dəhşətində də milli xəyanət var. Eyni sözü müxtəlif qütblərdə olan adamlar deyir. Rəhbərlik də deyir ki, xəyanətdir, müxalifət də deyir ki, xəyanətdir. Belə isə, xəyanətkar kimdir? Axı, bu suala cavab verilməlidir. Axı, nə qədər ki, bu suala cavab verilməyib, xəyanət davam edə bilər...
     -Elçin müəllim, müsahibəyə görə çox sağ olun.
     -Siz də sağ olun.
Müsahibəni apardı M.Talıblı
1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.08.2014) | Müəllif: R.C E W
Baxış: 576 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more