Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Millətin qılıncı iş görən zaman,
E L Ç İ N: «MİLLƏTİN QILINCI İŞ GÖRƏN ZAMAN, SAZI, SÖZÜ DƏ SUSMAMALIDIR»

     -Elçin bəy, müasir Azərbaycan ictimai fikrinin formalaşmasında ədəbiyyatımızın altmışıncı illər nəslinin bir sıra istedadlı nümayəndələrinin, o cümlədən Sizin böyük rolunuz olub. Bugünkü demokratlar, belə desək yanılmarıq ki, başqa mənbələrlə yanaşı, həmin mənbədən də su içə-içə yetişiblər. Bu barədə nə deyə bilərsiniz?
     -Əslində, cavabı siz elə öz sualınızda verirsiniz. Gizlətmək istəmirəm, bu fikri demokratik hərəkatın liderlərinin, o cümlədən iqtidarın da ayrı-ayrı nümayəndələrinin təsdiq etməsi, yazı-pozu ilə məşğul olan bir adam kimi, mənim üçün əhəmiyyətsiz deyil. Əbülfəz Elçibəy «Yeni fikir»dəki müsahibəsində bu fikri söyləyir. Bu yaxınlarda İsa Qəmbərovla söhbətimiz əsnasında da o, eyni fikri söylədi. Siz hələ altmışıncı illər nəslini deyirsiniz. Mən isə bunu daha geniş aspektdə götürərdim. Son yetmiş ildə Azərbaycan ədəbiyyatında «gündəlik tələbat məmulatları» ilə bərabər, həqiqi sənət əsərləri də az yaranmamışdır. Elə təkcə bu faktı götürək ki, Azərbaycan yazıçısı Azərbaycan dilində yazmışdır. Yəni hakim müstəmləkəçilik siyasətinə baxmayaraq, ana dilini qorumuş, onu kasıblamağa qoymamış, əksinə, inkişaf etdirmişdir. Bu illərdə yalan deyən, qondarma «xalq düşmənlərini» ifşa edən, həyatda olduğu kimi, roman səhifələrində, teatr səhnələrində də onları güllələyən, partiyaya, Leninə, Stalinə, Moskvaya, Kremlə vəsfnamələr söyləyən yazılarla bərabər, həqiqəti deyən, xalqın dərdindən-sərindən, mənəvi və maddi ehtiyacından bəhs edən, tarixinin işıqlı səhifələrindən xəbər verən əsərlər də yaranıb. Bütün bunların isə, şübhəsiz ki, xalqın öz müstəqilliyi uğrundakı mübarizəsinin bugünkü mərhələyə gəlib çıxmasında mühüm rolu olub. Amma bir məsələni qeyd etmək istəyirəm: indi sizin dediyiniz fikri, bəli, təsdiq edirlər. Çox sağ olsunlar. Lakin yalnız fikir söyləməklə iş aşmaz. Ədəbiyyatın, o cümlədən altmışıncı illər nəslinin bu gün sanballı söz deməsi, qol-qanad açması üçün münbit zəmin, əlverişli şərait yaradılmalıdır. Hətta indiki çətin zamanda, günahsız qanların axdığı bir vaxtda belə, iqtidar ədəbiyyatın, ümumiyyətlə, sənətin təəssübünü çəkməlidir. Təəssüf ki, belə bir təəssübkeşliyin heç olmasa başlanğıcı, əhval-ruhiyyəsi isə hələ hiss olunmur...
     -İstərdik ki, Pikrinizi bir az da inkişaf etdirəsiniz. Azərbaycanın suverenliyindən, müstəqilliyindən tez-tez danışılır, deyilir. Müstəqillik isə birtərəfli inkişaf deyil. Cəmiyyəti bütövlükdə əhatə etməlidir. Sizi yaradıcılıqda öz dəst-xətti olan, simasını, sözünü qoruyub-saxlayan, müstəqil l'ikir söyləyən və fəaliyyət göstərən bir ədib kimi tanıyırıq. Mədəniyyətimizin həm təmsilçisi, həm də təbliğçisisiniz. Bu mənada milli mədəniyyətin bugünkü durumu barədə fikirlərinizi bilmək istərdik.
     -Çox təəssüflər olsun ki, mədəniyyət məsələləri bu gün ən arxa planlara keçməkdədir. Müasir dünya səviyyəsində mədəniyyətə sahib olmayan bir müstəqillik tam müstəqillik ola bilməz. Bu, mümkün deyil. Bu gün sənətin bir sıra sahələrini, xüsusən, ədəbi prosesi hayıflar olsun ki, yalnız bu sözlər səciyyələndirir: durğunluq, təşəbbüssüzlük, biganəlik... Bunun isə altını gələcək nəsillər çəkəcək. Deyək ki, hərgah Milli Teatrımızın təmiri illər boyu gecikirsə, yalnız mədəniyyət nazirliyində günah axtarmaq olmaz. Tək Polad Bülbüloğlu nə edə bilər? Onsuz da Polad bəy bu ağır vaxtda əlindən gələni edir... Mədəniyyətin inkişafı gündəlik dövlət siyasətinin tərkib hissəsi, həm də mühüm hissəsi olmalıdır. Halbuki həmin teatrın səhnəsində indi şəhidlərimizin taleyi öz bədii təcəssümünü tapa bilərdi... Bu, yalnız bir misaldır. Yeri düşmüşkən qeyd edim ki, mən Müslüm Maqomayevin 50 illik yubileyinin respublikada yaxşı səviyyədə keçirilməsini gözəl hadisə hesab edirəm. Millətin qılıncı iş görən zaman, sazı, sözü də susmamalıdır. Son vaxtlar çox dediyim bir fikri yenə təkrar etmək istəyirəm: milli mədəniyyət uğrunda mübarizə millətin öz müstəqilliyi, ərazi bütövlüyü uğrundakı mübarizəsinin bir parçası olmalıdır.
     -Elçin müəllim, iqtisadi, siyasi böhran keçirən bir dövlətdə mədəniyyətimizin mövcudluğu görünür, xeyriyyəçilərin də fəaliyyətindən asılıdır.
     -«Bazar iqtisadiyyatı» dediyimiz bizim üçün naməlum və hələ ki, çox işgəncəli dönüş nöqtəsinin həyata tətbiq olunmasının ilkin mərhələləri (ümid edək ki, yalnız ilkin mərhələləri!) millətin güzəranınıda çətinliklər yaratdığı kimi, mədəniyyətin də inkişafında çətinliklər yaradır. Belə vəziyyətdə xeyriyyəçilik fəaliyyətinə şübhəsiz ki, böyük ehtiyac var. Xeyriyyəçilik Azərbaycanda böyük milli-vətəndaşlıq ənənələrinə malik idi. Hələ əsrin əvvəllərində Azərbaycanda «Həmiyyət», «Nəşri maarif», «Nicat», «Səadət», «Səfa» və digər xeyriyyə cəmiyyətləri fəaliyyət göstərir və məktəblərin, qiraətxanaların, kitabxanaların açılmasında, teatr truppalannın yaranmasında, imkansız ailələrdən çıxmış şagirdlərin, tələbələrin təhsil almasında böyük rol oynayırdı. Azərbaycan Demokratik Respublikası zamanı Bakıda təşkil edilmiş «Təlim və tərbiyə əncüməni», «Tərəqqi», «Yaşıl qələm dərnəyi» və s. kimi dəməklərin, ittifaqların, cəmiyyətlərin vətəndaş fəaliyyəti arxasında xalqı maarifləndirən böyük xeyriyyə ənənələri dururdu. Təəssüflər olsun ki, müstəmləkəçi totalitar rejim həmin ənənələri məhv etdi. Hacı Zeynalabdin Tağıyev xeyriyyəçi ənənələri yalnız əlçatmaz, ünyetməz xatirələrdə qalmışdı... Şəxsi mülkiyyət dağıldıqdan sonra, xeyriyyə işləri ilə böyük müəssisə, zavod, fabrik rəhbərləri məşğul ola bilərdi. Sistem isə elə bir şərait yaratmışdı ki, onların da çoxunu qazancın millətin ehtiyacına sərf olunması yox, Sosialist Əməyi Qəhrəmanının qızıl medalı, SSRİ, yaxud uzaq başı Azərbaycan SSR Ali Sovetinin deputatlıq nişanı, Lenin ordeni, Dövlət mükafatları və s. maraqlandırırdı. Amma bu gün də elə zavod müdirləri var ki, Əkrəm Əylisliyə şair deyir, Elçinlə Anarı da qarışıq salır. Bu gün biz gələcəyimizi düşünürüksə, keçmişimizin işıqlı ənənələrini bərpa və bərqərar etməliyik. Həmin dövrün o ənənələrinə bələd olub hiss etmək üçün, yalnız elə qocaman ədibimiz Qulam Məmmədlinin salnamələrinə nəzər salmaq kifayətdir. Azərbaycan teatr salnaməsinə f'ikir verin: xeyriyyəçilik fəaliyyəti teatr sənətimizin inkişafında nə qədər böyük rol oynamışdır! Yeri düşmüşkən qeyd edim ki, Qulam müəllimin bir neçə, çox lazımlı kitabları iqtisadi çətinliklər ucbatından bu gün mətbəələrdə yatıb qalır. Mən xeyriyyəçilərimizin diqqətini həmin kitablara cəlb edirəm.
     -Azərbaycan musiqisinin, incəsənət ustalarının dünyada tanınmasında başçılıq etdiyiniz «Vətən» Cəmiyyətinin də qısamüddətdə az rolu olmayıb.
     -Bu, məsələnin bir tərəfidir. Ən vacib cəhət isə ondan ibarətdir ki, minbir əzab-əziyyətlə, maddi qıtlıq içində xaricə göndərə bildiyimiz sənət ustaları əyani şəkildə zəngin Azərbaycan mədəniyyətini təbliğ etməklə bərabər, həmvətənlərimizi bir yerə toplamış, bir-biri ilə görüşdürmüşdür. Qərb ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan cəmiyyətləri məhz həmin tədbirlərdən sonra yaranmağa başlamışdır. «Vətən» Cəmiyyətinin xəttilə xaricdə həmvətənlərimiz üçün verilən konsertlər milli dirçəliş, milli oyanma baxımından az iş görməmişdir. On illərlə vətənindən, torpağından, yaxınlarından, ana dilindən uzaq düşmüş adamlar üçün deyək ki, «Qarabağ şikəstəsi»nə qulaq asmaq sadəcə musiqiyə qulaq asmaq və həzz almaq deyil... Lakin bütün bunlarla bərabər, bu gün əsas iş informasiya blokadasını qırmaq, Azərbaycan həqiqətini bütün dünya ictimaiyyətinin diqqət mərkəzinə yönəltmək üzərində qurulmalıdır.
     -Elçin müəllim, maraqlı müsahibə üçün Sizə təşəkkür edir və xalqımız üçün faydalı fəaliyyətinizdə uğurlar diləyirik.
Müsahibəni apardı Elton Dünyamalıoğlu.
1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.08.2014) | Müəllif: R.C E W
Baxış: 360 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more