Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Mənim əsərlərim mənim daxili aləmimin ifadəsidir...»
E L Ç İ N: «MƏNİM ƏSƏRLƏRİM MƏNİM DAXİLİ ALƏMİMİN İFADƏSİDİR...»

     -Sizə elə gəlmirmi ki, Azərbaycan ədəbiyyatında bu günün real hadisələrinə biganəlik var?
     -Ümid edirəm ki, belə deyil. Sizin dediyiniz «bu günün real hadisələri»nin elə bu gün də mənzərəsini əks etdirmək publisistikanın vəzifəsi və missiyasıdır. Bədii ədəbiyyat isə «bu günün real hadisələri»ni öz təxəyyülünün süzgəcindən keçirməlidir, onu özü üçün mənalandırmalıdır, gördüklərini, duyduqlarını əxz etməlidir və yalnız bundan sonra «bu günün real hadisələri»nin ifadəsi olan böyük bədii əsərlər meydana gələ bilər. Mən tamam əminəm ki, üç ildən-beş ildən sonra biz o əsərləri oxuyacağıq.
     -İndi şairlərimizin də silahı sözdür, siyasətçilərimizin də. Bir tərəfdən də yazanlarımızın sayı artıb. Bu, ələmdəndir, yoxsa nəşədən?
     -Nəşədən heç vaxt əsl ədəbiyyat yaranmayıb. Ədəbiyyatın və ümumiyyətlə, sənətin əsasında ələm dayanıb. Ədəbiyyat nədir? Bu sualda mənim üçün tam aydınlıq var: ədəbiyyat insan xislətinin təhlilçisi, tədqiqçisidir. Xislətin isə nüvəsi nəşəli yox, ələmlidir. SSRİ dövründə hakim ideologiya 70 il müddətində bu cəhəti təftiş etməyə, dəyişməyə çox güclü surətdə cəhd etdi. Sosializm realizmi ədəbi metodunun mahiyyətində «xoşbəxtlik tərənnümü» tələbi dayanırdı. Roman, poema, pyes qəhrəmanları insanlar xoşbəxt olmalı idi, xoşbəxt gələcək uğrunda xoşbəxtcəsinə çalışmalı idi və biz sovet ədəbiyyatı tarixində rəsmi-inzibati şəkildə «klassika» elan edilmiş bu cür «əsərləri» az görməmişik. İndi onlar haradadır? Əbədi olaraq, tarixin ağır səhifələrinin arasında! Əlbəttə, sovet dövründə də əsl ədəbiyyat nümunələri yaranırdı, amma onları sosializm realizmi modellərinə pərçim etmək mümkün deyil. O ki, qaldı, bu gün yazanların çoxalmasına, bu, dəniz ləpəsi kimi bir şeydir, sahilə gəlir və qayıdır... Daimi olan dənizdir. Hər yazılan ədəbiyyat deyil, bu, aydın məsələdir. SSRİ kimi nəhəng bir imperiya sürətlə tarmar olduqdan sonra yaranmış kataklizm bu gün Azərbaycanda bütün cəmiyyəti siyasiləşdirib və buna görə də bəzən şair də, siyasətçi də Sözü səhv salır...
     -Son illərdə siz çox ciddi surətdə dramaturgiya ilə məşğulsunuz. Bu, atanız, xalq yazıçısı, böyük dramaturq İlyas Əfəndiyevdən sonra həmin sahədəki boşluqla bağlıdır?
     -Əlbəttə, yox! Mən heç vaxt qarşıma məqsəd qoymamışam ki, filan sahədə boşluq var, ona görə mən bu sahədə fəaliyyət göstərim, bu janrda yazım. Mənim əsərlərim mənim daxili aləmimin ifadəsidir və həmin əsərlərin janrını da daxildən gələn həmin bədii ifadə müəyyən edir.
     -Yazdığınız bir sıra komediyalarda dəlilik mövzusu qabarıq nəzərə çarpır. Sizin dəliləriniz Kefli İsgəndəri xatırladır. Bu mənada dəlilərinizi Kefli İsgəndərin sələfləri adlandırmaq olarmı?
     -Dəlilər və ağıllılar mövzusu həmişə bədii ədəbiyyatın predmeti olub. İlyas Əfəndiyevin bir pyesi elə belə də adlanır: «Dəlilər və ağıllılar». Kim idi Don Kixot? Dəli idi, ya ağıllı idi? Kim bu suala dəqiq cavab verə bilər? Güman edirəm ki, heç kim. Dəli ilə ağıllı arasındakı fizioloji-klinik sərhəd bədii ədəbiyyatda mövcud deyil. Bədii ədəbiyyatdakı bu sərhəd çox incədir, elə bil ki, impressionist akvarel arxasındadır. Kefli İsgəndər dərd xəstəsi idi, çünki, sizin indicə dediyiniz həmin ələm içində idi və bu mənada mənim də «dəlilərim»in diaqnozu dərddir, yaradır: ədalətsizlikdən doğan yara, cahillik və nadanlıqdan doğan yara, şeytani hisslərin vurduğu zərbənin yarası...
     -Bu gün əsl dost dediyiniz şəxs kimdir?
     -Dostların bir qismi yaşadığımız mürəkkəb dövrün - epoxal dəyişikliklər dövrünün sınağından çıxmadı. Bir qismi, çox acılar ki, artıq həyatda yoxdur. Bir də ki, mənim çox sevdiyim aşıq Cüma düz deyir: «Dostu qanan ya bir ola, ya iki».
     -İmperiya dövründə qələmə aldığınız mövzularla indiki mövzular arasında dəyişikliklər hiss edirsinizmi?
     -Heç bir dəyişiklik hiss etmirəm, sadəcə olaraq, ona görə ki, mənim üçün heç bir mövzu dəyişikliyi yoxdur. Mənim mövzum - insan xislətidir. Dövr dəyişir, ictimai quruluşlar dəyişir, epoxalar bir-birini əvəz edir, amma xislət daimidir.
     -Türkiyənin, eləcə də dünyanın hansı tanınmış ədiblərini mütaliə edirsiniz?
     -Türk ədəbiyyatı mənim üçün həmişə doğma olmuşdur. Klassik türk ədəbiyyatını mən, klassik Azərbaycan ədəbiyyatı qədər özümə doğma hesab edirəm. Sağçılığından, solçuluğundan asılı olmayaraq, modem türk ədəbiyyatı nümayəndələri - Orxan Kamal, Nazim Hikmət, Səbahəddin Ali, Ömər Seyfəddin, Orxan Vəli, Məlik Cövdət, Əziz Nesin, Yaşar Kamal və bir çox başqaları mənim mütaliə etdiyim müəlliflər olub. O ki qaldı, dünya ədəbiyyatına, güman edirəm ki, ad sadalamağa ehtiyac yoxdur. Yalnız onu deyə bilərəm ki, kitab oxumaq da yazmaq kimi, mənim gündəlik həyatımın çox ciddi bir hissəsidir və ta uşaqlıq çağlarımdan etibarən də, belə olub.
     -Elçin müəllim, Siz «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» kimi məşhur romanların, oxuculann böyük maraqla qarşıladığı bir çox hekayələrin müəllifisiniz. Sizin bu roman və hekayələriniz Türkiyədə də Azərbaycanda olduğu kimi geniş yayılıb və türk oxucuları tərəfindən sevgi ilə qarşılanıb. Lakin son zamanlar biz Sizin maraqlı yeni hekayələrinizi oxusaq da, yeni romanlannızı görmürük.
     -Mətbuatda ilk dəfədir ki, bu barədə sizə deyirəm: mən çoxdan bəri üzərində işlədiyim böyük həcmli romanı artıq bir ildən çoxdur ki, bitirmişəm. Bu, ailə romanıdır və XX yüzili əhatə edir. Əsər 1900-cu ilin ilk günü ilə başlayır və 2000-ci ilin ilk günü ilə sona yetir. Ancaq romanı hələ üzə çıxarmaq istəmirəm və belə bir istəyimin səbəbini heç özüm də əməlli-başlı bilmirəm... 80-ci illərdən yazmağa başladığım və II Şah İsmayılm həyatmdan bəhs edən romanı da bitirmək istəyirəm.
     -Maraqlıdır, hazırda başqa hansı əsərlər üzərində işləyirsiniz?
     -İki yeni pyes yazmışam. «Qatil» adlı psixoloji dramanı Akademik Milli Dram Teatrımıza, «Bolbolustan əhvalatı» adlı komediyanı isə Ankara Dövlət Teatrına təqdim etmişəm. Hər iki əsər tamaşa üçün qəbul olunub və yəqin ki, bu il onlar tamaşaçılara göstəriləcəkdir. Bu günlərdə mən İlyas Əfəndiyevin Azərbaycan dilində yeddi böyük həcmli cildlərdən ibarət «Seçilmiş əsərlər»ini, eləcə də rus dilində ikicildlik «Seçilmiş əsərlər»ini tərtib və redaktə edib nəşriyyata təhvil vermişəm. Bu, çox ağır, amma ağır olduğu qədər də, mənim üçün maraqlı bir iş idi. İlyas Əfəndiyev haqqında «Sənətkarın ikinci ömrü» adlı salnamə də mənim tərtib və redaktəmlə artıq nəşr olunub. Yeni hekayələrim var, İlyas Əfəndiyevin «Hökmdar və qızı» faciəsi əsasmda ikiseriyalı bədii film üçün kinopovest yazmışam, onun şəxsiyyəti və yaradıcılığı haqqında kitab üzərində işləyirəm. Bir sözlə, planlar çoxdur. Sağlıq olsun. - Sizin «Mənim ərim dəlidir» komediyanızın motivləri əsasında yazdığınız ssenari üzrə çəkilən «Manifest» filminin adını dəyişmisiz...
     Tamaşaçılar bu filmi səbirsizliklə gözləyirlər.
     -Hə, «Manifest» «Milli bomba»ya çevrilib... Ssenarini filmin rejissoru Vaqif Mustafayevlə birlikdə yazmışıq. Ümid edirəm ki, «Milli bomba» milli sənətimizi layiqincə təmsil edəcək.
     -Azərbaycanın son illərdəki sosial, iqtisadi, siyasi aspektləri barədə fikirlərinizi açıqlayasınız.
     -Bu gün Azərbaycan öz müstəqilliyi uğrunda, dünya birliyi arasında layiqli yer tutması uğrunda mübarizə aparır. Bu, öz-özlüyündə böyük problemlər doğuran çətin bir prosesdir. Bu azmış kimi, bu gün Azərbaycan sistemi dəyişir, yəni özünü doğrultmayan sosializm sistemi bazar iqtisadiyyatı ilə əvəz olunur. Bu da çox ağrılı-acılı, mürəkkəb bir prosesdir. Bu da azmış kimi, bu gün Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, Vətənimizin bir hissəsi işğal olunub, bir milyondan artıq qaçqınımız var. Üst- üstə düşən bu hadisələr, təbii ki, böyük sosial, iqtisadi və siyasi problemlər yaradır. Ancaq mən bütün varlığımla inanıram: bütün bu problemlər arxada qalacaq və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan həqiqi mənada çiçəklənən bir ölkə olacaqdır.
     -Elçin müəllimin təsəvvüründə canlandırdığı ideal türk dünyası necədir?
     -Gəlin, biz ideallıq illüziyalarına qapılmayaq və gözəl xəyalpərəstlikdən real və işgüzar vətənpərvərliyə keçək. Türk dünyası, ilk növbədə, ümumtürk mənəvi dəyərlərinin ifadəçisinə çevrilməlidir. Bu isə o deyən sözdür ki, türk dövlətləri lazım olan məqamlarda vahid bir yumruğa çevrilməyi bacarmalıdır və mən, dediyim həmin «vahid» anlayışında mədəni-mənəvi və siyasi-ictimai maraqların mütləq birliyini nəzərdə tuturam.
     -Avrasiya bölgəsində mühüm nəticələrin əldə olunmasının təməlində nələr olmalıdır? Bu bölgənin Avropa və bir-biri ilə daha sıx inteqrasiya olmasında hansı işlər önəmlidir? Sizcə, «Dialoq Avrasiya» jurnalı bu mənada qarşıya qoyulmuş vəzifələri həqiqətən də yerinə yetirir?
     -Mənim fikrimcə, sizin dediyiniz həmin təməldə iki mədəniyyətin - milli mədəniyyətin və Avropa mədəniyyətinin süni yox, təbii, üzvi vəhdəti dayanmalıdır. Milli və bəşəri - bunlar zəncir həlqələri kimi bir-birinə bağlıdır. Milli olmadan böyük sənət yaradıcısı olmaq mümkün deyil. Eyni zamanda, milli məhdudluğa qapılmaq böyük sənətin təbiətinə yaddır. «Dialoq Avrasiya» ciddi bir jurnaldır və mənim dediyim mənada, ciddi də fəaliyyət göstərir. Amma keçiləsi yol o qədər möhtəşəmdir ki, «Dialoq Avrasiya» jurnalı hələ ilk (və güclü!) bir başlanğıcdır. Biz hamımız «Dialoq Avrasiya»nın nəcib işində ona yardımçı olmalıyıq.
     –Nə üçün bu gün Qarabağla bağlı başımıza gələn faciələr ədəbiyyatımızda öz əksini tapmır?
     -Mütləq tapacaq! Qarabağla bağlı Azərbaycan faciəsi mütləq böyük ədəbiyyat nümunələri yaradacaq. Həm də həmin böyük ədəbiyyatı yaradanların arasında bu gün uşaqlığını qaçqınların vaqon, çadır şəhərciklərində keçirən gələcəyin böyük sənətkarları da olacaq.
2002.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 570 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more