Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: Ədəbiyyat sərbəstliyin, qəlibsizliyin ifadəsidir
E L Ç İ N: «ƏDƏBİYYAT SƏRBƏSTLİYİN, QƏLİBSİZLİYİN İFADƏSİDİR»
 
Təvəllüd 1943-cü il
Bürc Buğa
Doğulduğu yer Bakı
İxtisası Filoloq
Vəzifəsi Yazıçı
Bəyəndiyi qəzet (jurnal) "Molla Nəsrəddin"
-televiziya verlişi AZTV-də "Xəbərlər", TRT-də "Haberler", ORT-də "Vremya"
-idman növü yüngül atletika, futbol
-yemək növü şüyüdlü plov, yarpaq dolması, balıq kababı və s.
-siqaret Fevralın 22-dən ilk dəfə olaraq tərgizmişəm
-ölkə Türkiyə (təbii ki, Azərbaycandan sonra)
-şəhər İstanbul, Paris (Bakıdan savayı)
-yazıçı Azərbaycanda Mirzə Cəlil, Ə.Haqverdiyev və İ.Əfəndiyev
-şair Füzuli, Vaqif və Sabir
-aktyor Azərbaycanda M.A.Əliyev, A.S.Gəraybəyli, M.Sənani, M.Mərdanov, M.Vəlixanlı, A.Cavadov, İ.Osmanlı, M.Davudova, B.Şəkinskaya, F.Qədri, S.Hacıyeva, H.Qurbanova...
-müğənni S.Şusinski, Bülbül, X.Şuşinski, Y.Kələntərli...
Üstün cəhətiniz çox fikirləşirəm
Çatışmazlığınız çox fikirləşirəm
Xobbisi indi daha xobbiyə vaxtım yoxdur
Şəxsi avtomobili yoxdur
Ailə tərkibi həyat yoldaşı, üç qızı, bir nəvəsi


     -Taleyinizdən və Azərbaycan cəmiyyətindəki bugünkü rolunuzdan razısınızmı?
     -Mən taleyə (alın yazısına) inanıram və öz taleyimdən razı olsam da, olmasam da, payıma düşəni budur. O ki qaldı cəmiyyətdə bugünkü rolumdan, özümün razı olub-olmamağıma, hər halda, əlimdən gələni edirəm və məni tanıyanlar bilirlər ki, bu, gəlişi gözəl söz deyil.
     -Millətçilik məfhumuna münasibətiniz?
     -Mən hələ sovet dövrünün ən şıdırğı vaxtlarında dəfələrlə yazmışam (və Bakıda da, Moskvada da çap etdirmişəm) ki, bəşəriliyə aparan yol millilikdən keçir, millidən kənarda, millinin fövqündə bəşərilik yoxdur. Ancaq milli təəssübkeşlik, millətçilik başqalarının inkarı hesabına olmamalıdır, çünki, belə olduqda, bu artıq sağlam bir əqidə yox, xəstəlikdir. Erməni millətçiliyi məhz belə bir xəstəliyin, iddialı məhduduyyətin bariz nümunəsidir.
     -Yazıçılar Birliyinin dünəni ilə bu günü arasında uçurum var. Bunun səbəbini nədə görürsünüz?
     -Yazıçılar Birliyinin taleyi mənimçün çox əzizdir. Mən gözümü açıb oranı görmüşəm, ora gedib-gəlmişəm, cavanlığımın düz on iki illik enerjisini ordakı işimə sərf etmişəm və bu on iki il (1975-1987) o dövr olub ki, həqiqətən, ədəbiyyatımıza təzə bir ab-hava gətirib, yuxarıda dediyiniz o millətçilik, milli təəssübkeşlik baxımından da çox zəngin olub. Axır vaxtlar bəzən «Azərbaycan» və «Ulduz» jurnallarının o dövrdəki fəaliyyətinə müsbət qiymət verən yazılar, müsahibələr çap olunur və bu, yaxşı bir hadisədir, çünki həqiqətdir. Ancaq o jurnallar Yazıçılar İttifaqının mətbu orqanları idi və Yazıçılar İttifaqı, birinci katib rəhmətlik İmran Qasımov (yalançı təvazökarlıq etmək istəmirəm), mətbuata baxan katib kimi, mən, bütün qalmaqallara, hakim ideologiyanın təqibinə və qrafomanların tərkibinə baxmayaraq, münbit şərait yarada bilməsəydik, xətt-hərəkatlarını müdafiə etməsəydik, o jurnallar necə fəaliyyət göstərə bilərdilər? Yaxşı yadıma gəlir, Əkrəm Əylislini «Azərbaycan»a redaktor gətirmək üçün, biz nə qədər əziyyət çəkdik, mən Allahın hər verən günü, çox xeyirxah adam olan rəhmətlik İmran Qasımovun başının üstünü kəsdirirdim, İmran müəllim də başqalarının redaktorluğa can atmasına, bizə güclü təzyiq etməsinə baxmayaraq, telefonun dəstəyini götürüb Əkrəmin redaktor təyin olunması üçün əlaqədar adamlara, təşkilatlata zəng çalırdı, axırda məsələ şəxsən Heydər Əliyev səviyyəsində həll olundu. «Ulduz» da həmçinin. Mən arxivimi götürqoy etməyə başlamışam və o zaman, yəni biz onun redaktorluq məsələsini həll etməyə çalışdığımız vaxt Əkrəm Əylislinin mənə yazdığı bir məktub bu günlərdə əlimə keçdi, çox duzlu, mehriban və gələcəkdə «Azərbaycan»ın redaktoru işləmək həvəsi ilə dolu bir məktubdu, hayıf ki, Əkrəmin özünə göstərib razılığını almamışam, yoxsa verərdim çap edərdiniz... Bir sözlə, Yazıçılar İttifaqı əlbəttə, çox ziddiyyətli, mürəkkəb 37-nin ideoloji təxribatlarının, inzibati hökmlərinin və müdhiş ifşalarının şahidi olmuş, amma eyni zamanda işıqlı xatirələrlə dolu tarixi bir mədəniyyət ocağı idi. Orada demaqogiya və böhtanlarla bərabər, əsl ədəbiyyat uğrunda mübarizələr gedirdi, ora öz mətbuat orqanları da daxil olmaqla coşğun bir ədəbi prosesin mərkəzi idi, rəsmi-ideoloji tədbirlərlə bərabər yaradıcılıq plenumları, ədəbi disputlar, müzakirələr keçirilirdi, oradakı Natəvan adına klubun divarları şüarlarla, həmin böhtan və ifşalarla yanaşı ağıllı, səmimi mülahizə və mükalimələri, əsl ədəbiyyat mübahisələrini də az eşitməyib. Ədəbiyyat, aydın məsələdir ki, sakitlik və tənhalıq içində yazıçının mizinin üstündə yaranır, amma bədii zövqün keşiyində dayanan ədəbi proses belə bir sakitlik və tənhalıqla daban-dabana ziddir, o enerji, ehtiras, həvəs tələb edir. Sizin soruşduğunuz səbəbi mən onda görürəm ki, dövran dəyişib, bu gün artıq tam başqa bir zəmanədir və mən çox arzu edirəm ki, Yazıçılar İttifaqı maddi və mənəvi çətinliklərə sinə gərərək milli ədəbiyyatımızın təəssübünü çəkən bir mədəniyyət ocağı kimi yeni zəmanədə öz yerini, həm də sanballı, nüfuzlu yerini tam dəqiqliyi ilə tapsın və möhkəmlətsin. Bəzən deyirlər: Yazıçılar İttiafqı sovetdən qalıb, başqa ölkələrdə belə şey yoxdur və s. Bəli, sovetdən qalıb, amma sən onu özünkü et! Başqa ölkədə yoxdu, amma bizdə olsun!
     -Siyasətlə ədəbiyyatı birləşdirən və ayıran cəhətlər.
     -Siyasət ayıqlığın, praqmatizmin ifadəsidir, ədəbiyyat isə sərbəstliyin, azadlığın, qəlibsizliyin ifadəsidir. Amma hər ikisində həmişə improvizasiya üçün geniş imkanlar var, sadəcə olaraq, o improvizasiyaların istiqaməti çox zaman daban-dabana zidd olur.
     -Elə bir hal olubmu ki, təzyiq altında öz iradənizin əleyhinə hərəkət edəsiniz?
     -Yox.
     -Sizin fikrinizcə, Azərbaycan ədəbiyyatının ən zəngin dövrü hansı əsrə təsadüf edir?
     -Bütün böyük sənətkarlar öz dövrlərinin yetişdirməsidir. Ancaq küll halında bir dövr kimi, mənim üçün ən yaxın və doğma dövr XIX əsrin ikinci yarısı və XX əsr.
     -Azərbaycan ədəbiyyatına mənfi təsir etmiş hərəkətləriniz olubmu?
     -Yox.
     -Belə bir fikir var ki, başımıza gələn bütün bu bəlalar Allahın bizdən üz döndərməsinin nəticəsidir. Bu fikirlə razısınızmı?
     -Səhvlər çox olub, yanlış addımlar az atılmayıb, ləyaqətsiz işlər görülüb (və bu gün də görülür!), amma bütün bunlarla bərabər, mən həmin fikri tamamilə ziyanlı və millət üçün təhqiramiz bir fikir hesab edirəm. Bu, əlacsızlıq psixolojisinin yaratdığı qara arxayınçılıq ovqatıdır: yəni bizdən nə asılıdı, heç nə, Allahın bizdən üzü dönüb də, nə edə bilərik...
     -Bədnəzərə inanırsınızmı?
     -Bəli inanıram.
     -Türk dünyasının bu günü sizi qane edirmi?
     -Dünən dünyada cəmi bir müstəqil türk dövlətinin bayrağı BMT-nin qarşısında dalğalanırdı. Bu gün isə orada beş türk dövlətinin bayrağı dalğalanır. Bu fərəhli və tarixi hadisə ilə bərabər, hərgah bu gün Avropanın mərkəzində - Bolqarıstanda türklər Todorov, Stoyanov olurlarsa, Bosniyada qırılır, Albaniyada isə bir- birini qırırlarsa, Azərbaycanda bir milyon qaçqın varsa və torpaqlarımız da zəbt olunubsa, bir çox ölkələrdə milyonlarca bacı və qardaşlarımız öz dilində yazıb-oxuya bilmirsə, türk dünyasının çağdaş aqibəti məni necə qane edə bilər? Ancaq türk dünyasının sabahını mən işıqlı görürəm.
     -Bildiyimiz kimi dünyanın yeddi möcüzəsi mövcuddur. Səkkizinci möcüzə əlavə etmək lazım gələrsə, Siz nəyi əlavə edərdiniz?
     -Bu mənada 8-ci, əslində isə 1-ci möcüzə insanın özüdür. İnsan xisləti - bundan artıq möcüzə, bundan böyük sirri-xuda varmı?
     -Qarşıdan Qurban bayramı gəlir. Bu bayramda siz nəyi çəkinmədən qurban verərsiniz?
     -Qurban bayramına hələ bir az qalıb. Bu gün isə mən torpaqlarımızın qaytarılması naminə imkanımda olan hər şeyi qurban verməyə hazıram.
     -Son bir ildə ən böyük itkiniz?
     -Atamın haqq dünyasına köçməsi.
     -Son bir ildə ən böyük sevinciniz?
     -Nəvəmin dünyaya gəlməsi.
     -A. Məsud olmasaydı ədəbiyyatımız nə qazanardı və nə iti- rərdi?
     -Afaq Məsud olmasaydı ədəbiyyatımız istedadlı bir yazıçını, qeyrətli və işgüzar bir azərbaycanlı qadını və gözəl bir xanımı itirmiş olardı. Aydın məsələdir ki, burada qazancdan söhbət gedə bilməz.

1997.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (19.08.2014) | Müəllif: R.C E W
Baxış: 491 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more