Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Sənətə qiyməti xalq verməlidir
SƏNƏTƏ QİYMƏTİ XALQ VERMƏLİDİR


     Bu günlərdə «Gənclik» nəşriyyatı sənətşünas Firudin Şuşinskinin «Musiqişünasın düşüncələri» kitabının ilk nüsxələrini nəşr etmişdir. Bu nəşrlə əlaqədar müxbirimiz əməkdar incəsənət xadimi, yazıçı Elçinə sualla müraciət etmişdir:
     -Elçin müəllim, F. Şuşinskinin «Musiqişünaslıq düşüncələri» kitabı hələ tirajı basılmamış bir sıra görkəmli sənətkarların arasında ciddi narahatçılıq doğurmuşdur. Kitaba ön sözü siz yazmısınız. Son söz əvəzinə hörmətli yazıçımız İlyas Əfəndiyevin məktubu və müəllifin həmin məktuba cavabı verilmişdir. Oxucularımız sizi milli sənətimizi sevən və həmişə obyektiv meyarlarla onun təəssübünü çəkən bir qələm sahibi kimi tanıyırlar. Sizin, qısaca da olsa, bu kitabla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
     -Doğrusu, bu kitab mənim üçün də gözlənilməzdir. Məsələ burasındadır ki, yeddi il bundan qabaq, 1988-ci ildə Azəməşr F. Şuşinskinin «Musiqi məclisləri» adlı kitabını ön söz yazmaq üçün mənə göndərmişdi. Kitab Azərbaycan musiqi məclislərindən, o cümlədən Şuşa, Şamaxı, Bakı, Gənçə məclislərindən, ilk Şərq konsertlərindən, Şərq gecələrindən, dəsgahlardan bəhs edirdi. F. Şuşinski Azərbaycan xanəndəlik və xalq ifaçılığı sənətinin tarixi ilə məşğul olan, bu sahədə bir sıra qiymətli kitablar yazmış, fəaliyyət göstərmiş və tanınmış tarixçi-musiqişünasdır. Onun Azərbaycan xanəndələri haqqında Bakıda və Moskvada nəşr etdirdiyi kitabları, klassik xanəndələrimiz və instrumental ifaçılarımıza həsr olunmuş televiziya verilişləri buna sübutdur. O zaman Azəməşrin göndərdiyi həmin kitabın əlyazması məhz bu baxımdan məndə maraq doğurdu və mən o müqəddiməni yazdım. Yeri gəlmişkən deyim ki, o müqəddimədə nə yazmışamsa, bu gün də həmin fikirdəyəm. Eyni zamanda, əlyazmasında bəzi müasir sənətkarlar haqqında ötəri fikirlər də var idi ki, mən onlarla razılaşmırdım və bu barədə də müqəddimədə yazmışdım. O zaman bir çox kitablar kimi həmin kitab da nəşr olunmadı və yaddan çıxdı.
     Yeddi ildən sonra başqa bir nəşriyyatda nəşr olunmuş bu yeni kitabda isə müqəddimə mənim olsa da, orda toplanmış və müasir ifaçılıq sənətinə həsr olunmuş bir sıra məqalələri mən də oxucular kimi, ilk dəfə gördüm, həm də, doğrusunu deyim ki, buna təəssüf etdim. Söhbət ayrı-ayrı müğənniləri tənqid etməkdən getmir. Onları tənqid etmək olar və bəzi hallarda isə bu vacibdir də! Lakin tənqid təhqir deyil. «Mənim səndən xoşum gəlmir, ona görə də sənin səsin yoxdur, tar çala bilmirsən, kamança çala bilmirsan» - prinsipi, təbii ki, effektli ola bilməz və tamamilə əks təsirə malikdir, qarşılıqlı söyüşmədən o tərəfə aparmaz. Əlbəttə, mən istəməzdim ki, F. Şuşinski kimi ağsaqqal bir qələm sahibinin kitabında bu cür məqamlara rast gələk. Bir anlıq təsəvvür edək ki, müasir Azərbaycan muğam sənətində Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov, Səkinə İsmayılova kimi sənətkarlar, yaxud Habil, Ramiz Quliyev kimi instrumental ifaçılıq virtuozları yoxdur, o zaman nə qədər sönük bir mənzərə yaranar?! Polad Bülbüloğlunun Azərbaycan musiqisinin, ümumiyyətlə, mədəniyyətinin təbliğində xidmətləri çoxdur və onun bu yaxınlarda keçirilən əlli illik yubileyi bunu bir daha təsdiq etdi. Töhfə Əliyeva, Tələt Qasımov, Vəli Məmmədov kimi müğənnilərin sənətdən uzaqlaşmalarına yalnız təəssüf etmək olar və bu gün onları subyektiv tənqid atəşinə tutmağa ehtiyac varmı? Rəşid Behbudov, Haçıbaba Hüseynov, Rübabə Muradova kimi klassik müğənnilərimiz haqqında bu gün tənqidçi-tədqiqatçı sözü deyərkən, gərək yüz ölçüb bir biçəsən. Eləcə də qələm dostların, musiqişünaslar haqqında elə yazmalısan ki, tərifinin də, tənqidinin də əsası olsun, dediyin sözün arxasında kin-küdurət yox, sənətə məhəbbət dayansın. Bir sözlə, təəssüflər olsun. Axı söhbət təsadüfi müəllifdən yox, uzun illərdən bəri ömrünü xalq musiqimizin tədqiqinə həsr etmiş və bu sahədə xeyirli işlər görmüş F. Şuşinski kimi tanınmış müəllifdən gedir. O ki qaldı İlyas Əfəndiyevin bu kitaba son söz yazmasından, onun, ümumiyyətlə, bu kitabdan xəbəri yoxdur. İlyas Əfəndiyevin «Açıq məktub» formasında yazdığı «Karvan gedir» adlı həmin məqalə F. Şuşinskinin «Yazıçı» nəşriyyatı tərəfindən nəşr olunmuş «Azərbaycan musiqiçiləri» kitabı haqqındadır və 1990-cı ildə «Ədəbiyyat» qəzetində dərc olunmuş, F. Şuşinski tərəfindən oradan götürülərək bu kitaba daxil edilmişdir. Bir cəhəti də qeyd etmək istəyirəm. Bu gün respublikamız öz tarixinin çətin keçid mərhələsini yaşayır. Həmin çətinlik ilk növbədə mənəvi dəyərlərimizə, mədəniyyətimizə, görkəmli sənət xadimlərimizin güzəranına mənfi təsir edir. Belə bir şəraitdə sənət aləmində həmişəkindən daha artıq dərəçədə əl-ələ vermək, bir-birinin təəssübünü çəkmək, bir-birinə kömək etmək lazımdır. Bəzən əsl sənətə dəxli olmayan adamlar xoşagəlməz bir hadisədən istifadə edib qızışdırıçı rol oynayır, xəstə ab-hava yaratmaq istəyir, obıvatel dedi-qodusu törədirlər. Yuxarıda adını çəkdiyim sənətkarlar, eləcə də söhbəti uzatmamaq naminə adını çəkə bilmədiyim həqiqi sənət adamları özləri subyektiv tənqidə məruz qalsalar da, mən istəməzdim ki, onlar həmin qızışdırıçılığın təsirinə qapılsınlar. Qoy onların ürəyi geniş olsun, haqsız tənqidə sənətlərinin gücü ilə cavab versinlər. Çünki əsrlərin süzgəcindən keçib gəlmiş böyük bir həqiqət var: əsl qiyməti zaman verir. Qiyməti dinləyicilər, tamaşaçılar, yəni xalq verir.

1995
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.08.2014) | Müəllif: R.C E W
Baxış: 478 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more