Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Bir parça gün işığı»
E L Ç İ N: «BİR PARÇA GÜN İŞIĞI...»

     Bu günlərdə Vətənimizin paytaxtı Moskvadan doğma respublikamızın ünvanına şad bir xəbər qanadlandı: istedadlı Azərbaycan yazıçısı Elçin paytaxtda rus dilində çapdan çıxan son «Əncir ağacı», «Toyuğun diri qalması» kitabına görə Ümumittifaq Lenin komsomolu mükafatı laureatı adına layiq görülüb! Respublikamızın, eləcə də ölkəmizin çoxmilyonlu oxucuları kimi «Azərbaycan pioneri» qəzetinin də oxucuları bu xəbəri hədsiz sevinclə qarşıladılar. Axı, Elçin öz kiçikyaşlı dostlarını da unutmur. Onun «Günay, Humay, bir də Səlim» kitabı uşaqlar üçün gözəl töhfədir. Yazıçının yaradıcılığında gənclərin, yeniyetmələrin həyatı, onların arzu və əməlləri xüsusi yer tutur.
     Əziz pionerlər! Gəlin, sizinlə birlikdə sevimli yazıçımız Elçini yüksək mükafat almağı münasibətilə bir daha təbrik edək, ona yeni-yeni yaradıcılıq uğurları arzulayaq!
     Redaksiyamızın xahişi ilə Baba Vəziroğlunun Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı, yazıçı Elçinlə apardığı müsahibəni sizə təqdim edirik.
     -Elçin müəllim, sizə məlumdur ki, bu müsahibəni «Azərbaycan pioneri» qəzeti üçün aparırıq. Yəqin ki, elə söz-söhbətimiz də gənc nəslin marağı dairəsində gedəcək...
     -Uşaqlarla danışmaq, böyüklərlə danışmaqdan daha çox məsuliyyət tələb edir. Yazıçı bu gündən əlavə, gələcək üçün də yazır. Əsər istedadlıdırsa, yalnız bugünün oxucularının deyil, gələcək nəsillərin də mənəvi sərvətinə çevrilir. Bu mənada «Azərbaycan pioneri» qəzetinin oxucuları çox xoşbəxtdirlər, çünki bugünün oxucuları olmaqla bərabər, gələcək də onlarındır.
     -Sizin uşaqlara, yeniyetmələrə yazıçı məhəbbətiniz əsərlərinizdə yaxşı hiss olunur. «Gümüşü, narıncı», «On ildən sonra» və başqa hekayələrinizdə, həmçinin uşaqlar üçün qələmə aldığınız «Günay, Humay, bir də Səlim» kitabmızda uşaq aləmi ilə dərindən bağlılığınız özünü göstərir. Bu barədə nə deyə bilərsiniz?
     -Ömrün uşaqlıq, yetkinlik çağı, əslində, çoxqollu bir yol ayrıcıdır. Bu yol ayrıcından gələcəyə doğru müxtəlif yollar, cığırlar, qarşıda enişli-yoxuşlu, yaxud qayası-qıpçağı, yaxud şüşə kimi hamar olacağı əvvəlcədən bilinməyən şaxələr uzanır. Yeniyetmə bu yollardan hansı birini seçirsə, taleyini də məhz həmin yol müəyyənləşdirir. Bu yol düzgün seçilməlidir! Babat bir rəssamdan, əla bir dülgər olmaq daha sərfəlidir. Nizami demişkən, yarımçıq papaqçılıqdan kamil palançı olmaq daha yaxşıdır. Gələcək sənəti müəyyənləşdirmək işin, ancaq bir tərəfidir. Əsas məsələ özünü gələcəyin çətin sınaqlarına hazırlamaqdır. Bunun üçün yeniyetmə özündə qüvvətli şəxsi keyfiyyətlər tərbiyə etməli, ən gözəl insani keyfiyyətlərə malik olmalıdır - təmizlik, düzlük, saflıq, mərdlik... Bax, mən də gənclərimizin həyatını qələmə alanda onlarla məhz bu keyfiyyətlər barədə söhbət etmək istəyirəm.
     -Elçin müəllim, yəqin ki, uşaqlar üçün müntəzəm mütaliəni də əsas şərt sayırsınız!
     -Əlbəttə. Mütaliə nəinki uşaqlar üçün, hamı üçün zəruridir. Həyatı dərk etməyin vacib şərtlərindən biri də mütaliədir. Bəşəriyyət özünü tanıyandan bəri bədii söz onun ən yaxın dostu olmuşdur. Maksim Qorki yazırdı ki, kitab, gələcək xoşbəxtlik və qüdrətə aparan yolda bəşəriyyətin yaratdığı möcüzələrdən olsun ki, ən mürəkkəbi və ən möcüzəlisidir. Əlbəttə, söhbət yaxşı kitabdan gedir və mənim də uşaqlara məsləhətim budur ki, yaxşı kitabın yaxşı oxucusu olsunlar. Yaxşı oxucu olmaq üçün isə oxumaq, fikirləşmək və yenə də oxumaq lazımdır!
     -Bizə məlumdur ki, sizin ssenariləriniz əsasında bir neçə bədii film çəkilib. Lakin uşaqlar dedektiv film həvəskarı olduqları üçün sizin «Arxadan vurulan zərbə» filmini daha çox xatırlayırlar. Bu filmin yaranması barədə bir neçə kəlmə...
     -Film bədii sənətin çox mürəkkəb bir növüdür. Müxtəlif sənət adamlarının birləşib yaratdıqları əsərdir. Filmin uğurluuğursuz taleyi də həmişə bu müxtəlif sənət sahiblərindən - ssenaristdən, bəstəkardan, rejissordan, operatordan, aktyordan, rəssamdan və nə qədər, nə qədər adamdan asılı olur. Əgər «Arxadan vurulan zərbə» uşaqların xoşuna gəlibsə, bu qiymət tək mənə yox, saydığım sənət adamlannın hamısına aiddir. Ssenarini mən birbaşa kino üçün yazmışam. Film Xeyirlə Şərin mübarizəsi üstündə qurulub. Şər qüvvələrin rəmzi Qurd Cəbrayıl, Xeyir qüwələrin rəmzi isə gənc müstəntiq Gündüz Kərimbəylidir. Dünyada yaxşılar həmişə pislərdən çox olur, elə dünya da buna görə öz oxu ətrafında belə asudə fırlanır. Yaxşılar həmişə qələbə çalmalıdırlar və «Arxadan vurulan zərbə» filmi də təbii ki, yaxşıların qələbəsi ilə bitir.
     -Azərbaycan uşaq ədəbiyyatı barədə fikriniz? Bu sualla sizə müraciət etməyimiz təsadüfi deyil. Axı, siz həm də respublikamızın ən tanınmış tənqidçilərindən biri sayılırsınız. Sizin ədəbi- tənqidi mülahizələriniz müntəzəm olaraq ümumittifaq mətbuatının səhifələrində geniş yer tapır...
     -Hər dəfə belə sual ortaya çıxanda öz uşaqlığımı xatırlayıram. Elə bil, o uzaq və əziz illərin bir hissəsiymiş kimi Mirzə Ələkbər Sabirin, Abdulla Şaiqin əvəzsiz uşaq şerlərini, Süleyman Sani Axundovun «Qorxulu nağıllar»ını xatırlayıram. Azərbaycan uşaq ədəbiyyatının bugünkü inkişafından narazı qalmağımıza haqqımız var. Çünki bu ədəbiyyatın dünənində zəngin ədəbi irsimiz, gözəl ənənələrimiz dayanıb. Uşaqlar üçün yazmaq məsuliyyətli olmaqla yanaşı, müqəddəs işdir! Uşaq səmimiyyətinə, ancaq səmimi əsərlərlə yol tapmaq olar.
     -Bu yaxınlarda biz «Azərbaycan» jurnalının builki 7 və 8- ci nömrələrində sizin «Mahmud və Məryəm» adlı romanınızı böyük maraqla oxuduq. Əsərin mövzusu çox mürəkkəb olsa da, qəhrəmanlarınızın 16-17 yaşı var.
     -Bəs indi nə üzərində işləyirsiniz?
     -Yeniyetmə bir oğlanın həyatından bəhs edən müasir mövzulu povest üzərində işləyirəm. Eyni zamanda mövzusu Səfəvilər dövründən alınmış bir roman üzərində yaradıcılıq işimi davam etdirirəm. Xalqın bu günü, onun keçmişi ilə gələcəyi arasında körpüdür. Mən fürsətdən istifadə edib gənc dostlarıma öz xalqlarının keçmişini diqqətlə öyrənməyi, qiymətləndirə bilməyi tövsiyə edirəm. Tarix ibrət dərsidir və gələcək fəaliyyətlərində onlara nümunə, örnək ola biləcək böyük şəxsiyyətlərlə zəngindir.
     -Elçin müəllim, sizin əsərlərinizdə tam mənfi qəhrəmana rast gəlmək olmur. Ən itirilmiş adamlarda belə bir parça işıq axtarırsınız və tapırsınız da. Bu nədən irəli gəlir?
     -Ondan irəli gəlir ki, dünyada pis adam yoxdur. Ən pis adamda belə bir parça işıq var, bir parça gün işığı. Günəş insanlann hamısını qızdırır və mən inanmıram ki, ən pis adamın bəxtinə belə, o gün işığından bir parça pay düşməsin?! Çətini odur ki, insanı yaxından tanıyasan, o bir parça işığı axtarıb tapasan və bu bir parça işığın izinə düşüb işıqlı bir dünyaya çıxasan. Eyni zamanda, özün də ta uşaqlıqdan özündəki o bir parça işığı qoruyub saxlamağı bacarmalısan.
     -Qəzetimizin oxucularına arzunuz?
     -Qoy gənc dostlarımızın qarşıdakı həyat yolu bax, bu cür gur işıq içində olsun!
     -Ən çox sevdiyiniz insani keyfiyyət?
     -Səmimiyyət.
     -Nəyə nifrət edirsiniz?
     -İkiüzlülüyə, yaltaqlığa.
     -Sizcə ən böyük amal nədir?
     -Xalqa məhəbbət, vətənə bağlılıq.
     -Elçin müəllim, maraqlı müsahibəyə görə çox sağ olun.
1982
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 580 | Reytinq: 2.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more