Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dünyada "Amur" üzürdü
DUNAYDA «AMUR» ÜZÜRDÜ
(Yol lövhələri)

     Təyyarəmiz Bakı hava limanından göyə qalxarkən... Bu yerdə üç nöqtə qoyub ağ vərəqi makinadan çıxartdım.
     Əlbəttə, 2860 kilometrlik Dunay çayı boyunca gəzdiyim Şərqi və Mərkəzi Avropa ölkələrindən çox yazmaq olar - Dunayın sahil mənzərələrinin təkrarsız gözəlliyindən də, hər qarışına, elə bil, əbədi yaz hopmuş Bolqarıstan torpağından da, Avropa memarlığında qotik üslubun ən böyük möcüzələrindən olan 137 metrlik Müqəddəs Stefan kilsəsindən də, məşhur Vyana Operasından da, Ştrausun valslarını yaratmış Vyana meşəsindən də, Budapeştin içindəki Margit adasından da, Praqadakı Vatslav meydanından da, filandan da, filandan da...
     Yaxud məlumatvari səhifələr - Macarıstanda maarif sistemi bu cürdür, Şenbrunn Sarayında filan sənət əsərləri saxlanır, Yuqoslaviyanın iqlim şəraiti belədir, Rumıniyanın isə coğrafi bölgüsü belədir...
     Bəs, evimizdəki televizor, kitab dolablarımızdakı ensiklopediyalar, bir belə jumallar?
     Belə bir qaravəlli var:
     Başqa şəhərdən gəlmiş bir impresario zırpı bir kişini bazar başında qurduğu səhnəyə çıxarıb camaata göstərir, tərifləyir ki, ay camaat, bu kişi dünyanın ən böyük pəhləvanıdır, dünyada bundan güclü məxluq yoxdur, bir dəfə bir öküzün buynuzlarından yapışıb yerə mıxlayıb, bir dəfə də yumruğu ilə kəlin belini sındırıb, bir dəfə də filan işi görüb. Bazardakı adamlardan heç kəs onlarm yanmda ayaq saxlamır, hərə öz işi ilə məşğul olur. Impresario yanmdan ötən bir nəfəri saxlayıb soruşur ki, mən bu şəhərə belə bir məşhur pəhləvan gətirmişəm, niyə heç kəs tamaşa eləmək istəmir? Şəhərli cavab verir ki, sən bir belə təriflər deyincə, elanlar verincə, qoy bu pəhləvan əl atıb bu yekə daşlardan birini götürsün, elə oynatsın ki, camaat da yığışsm başmıza.
     Yəni ki, danışma, göstər.
     Yəni ki, televizorda gördüklərimizdən başqa, kitablarda oxuduqlarımızdan və ya oxuya biləcəklərimizdən başqa, sən özün nə görmüsən?
     Nə görmüsən - yəni nə hiss etmisən, nə düşünmüsən?
1. GÜNDÜZLÜ DUNAY

     Dunayda gündüz idi. Gündüz günəşli idi.
     Dunayın üstündə buludlar ağappaq, yumşaq, haça-haça.
     Günəş quşvuranlara bənzəyən buludların arasından, elə bil, bu dünyada təkcə Dunayı nişan almışdı.
     Sahil boyu söyüd yarpaqları elə hey titrəyir, tərpənir və elə bil, axan, elə hey axan, tələsən Dunayı yola salır, yaxşı yol diləyirdi.
     Elə bu ağaclar bu saat nazlı yarpaqları ilə Dunaydan bir ovuc götürəcək, Dunay sularının arxasınca atacaq:
     -Uğurlu olsun gedişin... Uğurlu olsun...
2.BALIQÇIYEV İVANIN QARMONU

     Səhər yenicə açılır.
     Təbiətin şəffaflığı deyək, məsumluğu deyək, paklığı deyək.
     Dunay. «Amur» gəmisi. 312 nömrəli kayut.
     Bir nəfər azərbaycanlı öz yerində yatmışdı əməlli-başlı, özü də həmişə lap sübhdən ayağa qalxan kayut qonşusunun cingiltili səsinə yuxudan oyanırdı, özü də bu azərbaycanlı Azərbaycandan çoxdan çıxıb.
     Birdən yuxuda «Arşın mal alan»dan Əsgərin mahnısını eşidir. Yavaş-yavaş gözlərini açır, bir müddət yuxu ilə həqiqət arasında musiqiyə qulaq asır.
     Ona elə gəlir ki, Vətəndədir, evlərindədir və bu hiss yuxulu zövqünü oxşayır, ləzzət edir, sonra tamam ayılır və hövlnak yerindən qalxır - musiqi yuxuda çalmır. Nə radioda, nə də maqnit lentindədir. Sahildən gəlir musiqi, tanımadığı naməlum sahildən. Kökdən düşmüş qarmon səsidir.
     Ivan Balıqçıyevlə qısa, amma heç vaxt yaddan çıxmayacaq görüşüm belə oldu.
     Əynində nimdaş şalvar, boz pencək, sahildə - Bolqarıstanm Nikopol şəhərinin limanında, «Amur»un qarşısmda dayanıb təpəsi düyməli kepkasının uzun dimdiyini lap gözünün üstünə çəkmişdi, gülə-gülə qarmon çalırdı, özü də köhnə qarmonunu lap ürəkdən çalırdı, hərdən də kal səslə qışqırırdı:
     -A-arşın - mal ala-a-an!..
     Yəqin hardansa bilmişdi ki, azərbaycanlı turistlər var «Amur»da.
     Ivan bolqar idi. Qarmonsuz bir günü olmasın Ivanın.
     Ona «Nərgiz» siqareti, bir şüşə də «Sadıllı» bağışladım. O da ciblərini qurdalayıb mənə yadigar vermək istədi. Əlini tutub sıxdım və çox primitiv bir söz dedim.
     Ivan gülə-gülə:
     -Yest, yest, - dedi, elə bil ki, köhnənin dostu idik.
     Çox primitiv dedim, amma ürəkdən dedim.
     Ivan da ürəkdən güldü, ürəkdən «yest, yest» dedi.
     Ayrılanda «sağ ol» əvəzinə, «çox sağ ol» dedim. «çox sağ ol, Ivan Balıqçıyev».
3.MÜHARİBƏ

     Sofıyadan Vidinə 266 km-dir. Vidində «Amur» bizi gözləyir.
     Avtobusumuz Balkan dağ massivini yararaq dolay-dolay irəliləyir və bütün yol boyu bizi müşayiət edən Iskr çayı hərdən uzaqlaşır, görünməz olur, sonra özünü yetirir yenə.
     Deyəsən, yağış yağacaq.
     Tez-tez dayanırıq, düşünürük, gəzişirik, yazlı bolqar torpağının nikbinliyi sevinc rəngli uzun yolu yorğunluğumuzu canımızdan çıxarır və zarafatlaşırıq, gülürük.
     Bu dəfə gülmədik. 150 metr hündürlükdə sıldırım qaya, lap zirvədə kiçik abidə.
     Tərs kimi bir yağış başlayıb ki, gəl görəsən. Avtobusdan düşmək mümkün deyil. Yağış süzülən pəncərədən zirvəyə baxıram.
     -Birincini qabağa çəkin. Adı fılankəs, famili bu cür. Əclaf partizandır. Cinayətkardır. Canidir. Canilərə ölüm. Atın.
     Tükürpədici səs qulaqlarımı batırdı.
     Ikincini qabağa çəkin.
     Yox, cəhənnəm olsun yağış. Avtobusa sığmıram, darısqaldır avtobus, elə bil, ürəyimi qəfəsə salıb. Qalxıb yağış krantının altına girirəm. Su üstümdən sel kimi axdı - bax, buna deyiblər.
     -Adını danır, familini də demir. Əclaf partizandır, cinayətkardır. Canidir. Canilərə aman yoxdur. Atın.
     O, ayaqlarımın yanına düşdü. Yağışm altmda içimin istisi bütün bədənimi titrətdi.
     -Uçüncünü çəkin...
     -Dördüncünü çəkin...
     Beşinci, altıncı, yeddinci... insanlar...
     Lom qəsəbəsinin yaxmlığmdakı bu sıldırımdan üç min bolqarı - üç min insanı, bax, beləcə, başı üstə aşağı tulladılar, yer kürəsinin üç min övladmı. Cəmi iyirmi üç- iyirmi dörd il bundan əvvəl. Iyirmi üç-iyirmi dörd il...
     Qayalarm üstündə qanlarmm izini axtarırdım. Tərtəmiz. Yağışdan parıldayan qayalar - illərin yağışı yuyub qanlarmm izini.
     Urəyimizə isə yağış yağmır.
     Uç min insan...
     Vətəni sevirsən, deməli, canisən.
     Femidiya eşq olsun!
4.DUNAYIN TƏLƏSƏN SULARI

     Dunaym suları hara tələsir?
     Bu nə qəribə sualdır?
     Və həmin gün, nədənsə, mənə elə gəldi ki, Dunay suları kimünçünsə sevinc bəxş etməkdən ötrü tələsir, kiminsə yuxusuna axmaqdan ötrü tələsir.
     Yuxuda su - aydınlıqdır.
     Tələsir ki, ürəklərə yaz müjdəsi aparsın, kiminsə qəmginliyini, kədərini yusun, kiminsə həzinliyinə layla oxusun, kiminsə dərdini bölüşdürsün, iztirablarma şərik çıxsın, kimsə yuxusunu pıçıldasm ona - yaxşı yuxudursa, çin olsun.
     ... Və Dunayın suları tələsir ki, sonra gec olar, elə hey tələsir xeyirxah Dunay, nəhəng Dunay.
5.NAZİMLƏ BIRGƏ

     O sənə rast gələndə göydə bulud yox idi, amma söyüdlərin yağışlı idi. Lilli-lilli axırdın. Məmədini xatırlatdm. Istədi ki, Məmədi sənin sularm olsun. Səslədi Məmədini:
     -Hey, Hikrnətin oğlu, Hikrnətin oğlu.
     Indi lilli axırsan, sahil söyüdlərin də yağışlı deyil, amma bizi görüşdürdün. Ozü də bu görüş elə yerinə düşdü ki...
Denize dönmek istiyorum,
Mavi aynasında suların
Boy verib, görünmek istiyorum...
Denize dönmek istiyorum.
     Göyərtə. Axşamın sərinliyi və səssizliyi, Dunayın sakitliyi və sakit-sakit üzdükcə də adama elə gəlir ki, oxuduğun bu misraları sən yox, Dunayın özü pıçıldayır, Dunay suları Nazimin nəğməsini oxuyur.
     Bolqarıstanda Nazim Hikmətin əsərlərini türk dilində səkkiz cilddən ibarət nəşrə başlayıblar. Böyük kitabbaz olan Həkim Əli Ağabəyli Sofiyada ikən axtarıb ilk cildi ala bilmişdi.
     Çox nəfis şəkildə çap edilmiş bu kitabın redaktoru və tərtibatçısı, eləcə də ön sözünü yazan Azərbaycan alimi Əkbər Babayevdir. Illüstrasiyalar şairin dostu, məşhur türk rəssamı, hazırda Parisdə yaşayan Abidin Dinonundur.
     Əli Ağabəyli də bütün kitabbazlar kimi, iş kitaba gələndə yaman xəsisləşir, amma, nəhayət, oxumaq üçün mənə verdi bu kitabı.
     Indi neçə gündür Dunayda Nazimlə birlikdə üzürük. Neçənci axşamdır Dunayın suları Nazimin nəğmələrini pıçıldayır:
Ben sularda batan bir işıq kibi
Sularda sönmek istiyorum.
Denize dönmek istiyorum,
Denize dönmek istiyorum.
6.BELQRADDA GÖZƏL BİR BAĞ VAR

     Belqradm mərkəzi Tərəziyyəylə aşağı düşərkən qarşmıza gözəl bir bağ çıxar. Şəhərin ən baxımlı yerlərindən birindədir bu bağ.
     Orda sizi gülmək tutar: o qədər çolma-cocuq var ki... Hərəsi də yüz cürə pəstaha çıxarır — biri dombalaq aşır, biri çərpələng uçurur, o biri kiçik çarhovuzda qurbağa kimi atılıb-düşür, nə isə, kimin ağlına nə gəldi, edir — şən, qayğısız, azad.
     İyirmi neçə il bundan əvvəl bu bağın yerində... konslager salınmışdı.
     Balacalar bayaqkı kimi şən, qayğısız, azad. Uşaqlar, əsl uşaqdırlar, uşaqlıq edirlər.
     Bu nədir? Təsadüf, ya zamanın qanunauyğunluğu? Bəs, onda niyə bu təzadı xatırlayırıq? Bəlkə unudaq? Uşaqlar ki, uşaqlıq edirlər...
     Ya həmişə xatırlasaq yaxşıdır?
7.KÜLƏKLİ DUNAY

     Dunayda külək əsir.
     Dunayın küləyi də Dunayın suları kimidir.
     Dunayın küləyi, vallah, dərmandır insan üçün: üzünə vurur, saçlarını dağıdır və sənə əziyyət verən, səni sıxan bütün fikirlərini də başından çıxarıb, beynindən qoparıb özü ilə aparır, sonsuzluğa aparır.
     Sonsuzluğa əsir Dunayın küləyi.
8.BETHOVEN VƏ PİVƏXANA

     Bethoven burada gündüzlər işləyə bilmirdi: qonşularının istirahətinə mane olurdu. Qonşular binanın sahibəsinə şikayət edirdilər - onda da, Allah göstərməsin.
     Bethoven burada gecələr işləyirdi. Hamı yatandan sonra, xısın-xısın fortepianonu dınqıldadırdı.
     Bethoven də adam idi və nəhayətdə onun da yuxusu işə-zada baxmaq istəmirdi. Qalxıb küncdəki içi su ilə dolu vedrəni götürüb suyu yuxusuna tökürdü, yadından çıxarırdı ki, ev sahibəsi düz onun altında olur, su döşəmədən süzülüb üstünə töküləcək, gecənin yarısı təzədən bir qalmaqal başlayacaq ki, gəl görəsən: ev sahibəsi onu yenə də evdən çıxarmaq istəyəcək, o yenə də yalvarıb-yaxaracaq və axırda sahibəni dinə-imana gətirəcək.
     ... Binanın sahibəsi yaxşı ki, o vaxt Bethoveni öz evindən çıxartmayıb. Yəqin ki, indi kötücələri, yadıcaları ulu nənələrinə rəhmət oxuyurlar. Bethoven Şaxta baba kimi onların ciblərini şillinqlərlə doldurur, heç ulu nənələrinin ağlına gələrdi? Bethoven heç öz ev kirayəsini vaxtlı-vaxtında verə bilmirdi, o ki, qala başqalarının cibini şillinqlərlə doldursun...
     Yazıq arvad, nə biləydi ki, bir vaxt gələcək, xələfləri buranı pivəxanaya döndərəcəklər.
     Vyanada Bethovenin yaşadığı evi görmək istəyənlərin sayı yox. Buyurun, cənablar. Muzeyə bənzər bir şey yoxdur? Nə olar, qəminiz kəm. Y axşı sərin pivə ki, var.
     Bəlkə elə belə yaxşıdır - bir vaxt Bethovenin yaşadığı yerdə indi pivəxana? Bəlkə bir qeyrətli adam tapıldı, Bethovenin şərəfinə qədəh qaldırdı?
     Hərçənd burada qədəh yox, iri parçlardır...
9.PRİMA- RƏQQASƏ MARİYA, STRİPTİZ USTASI

     Zirzəmidə böyük salon. Qaranlıq və ağır nimdaş hava. Projektor Mariyanın üstünə düşdü.
     Mariya prima- rəqqasəsidir.
     Mariya oynayır, aramsız oynayır və aramsız da gülümsünürdü. Mariya mələkdir.
     Projektor sönür, təzədən yanır: Mariya ifritədir. Mariya qırmızı paltarda.
     Mariya çəhrayı paltarda, Mariya anası doğan paltarda. Olü sükut. Sonra hamı ayılır: «Əhsən, Mariya. Sağ ol, Mariya. Mariya, öldürdün məni. Aman, Mariya, Mariya, Mariya, Mariya. Mariya da aramsız gülümsünür. Mariya gözəlliyin özüdür. Mariya Allahdır. Amandır, Mariya, rəhm elə. Oldürmə, Mariya.
     Mariyanın iş saatı qurtardı, azaddır Mariya. Uç dəqiqədən sonra geyinib çıxır: əlində qara sumka, əynində sadə paltar. Küçədə görsəydim, əlaçı məktəb şagirdinə oxşadardım.
     Qaranlıqda heç kəs Mariyanı sezmir, çünki Mariya deyil daha. Indi onun bayaqkı yerində projektor altında gülə-gülə oynayan, gülə-gülə soyunub adamın atasını yandıran başqa bir qızdır Mariya.
     Mariya piştaxtaya yaxınlaşır, Mariya gülmür daha. Piştaxtaçı işini bilir, sifariş gözləmədən qədəhə konyak süzür. Mariya bir anın içində konyakı içir.
     Seks müşayiətli, sutenyor qoxulu qaranlığın içində onun gözlərində yaş parıldayır - bunu mən gördüm. Bəlkə mənə belə gəldi? Aldandım bəlkə? Bəlkə bu, xəyalımdakı Mariyanın onun sifətindəki şəkli idi?
     Mariya salona nəzər salmadan ağır-ağır qapıdan çıxır. Yorulub Mariya.
     Yatmayacaq Mariya şirin-şirin.
10.TOFİQ İMDADA YETİR

     Bu başdan deyim ki, söhbət bizim futbol hakimi Tofiq Bəhramovdan gedir.
     Mayın 12-də Vyananın reklamlarla alışıb-yanan küçələrində əsl yaz dolaşırdı. Y azın nəfəsi bizim də içimizə dolmuşdu. Bunun bir səbəbi də yəqin ki, Ştrausun musiqisi idi: «Xalq Opera Teatrı»ndan yenicə çıxmışdıq - «Yarasa»nı göstərirdilər. Rantye Eyzenşteynin başına gələn məzhəkə ilə bu ilıq yaz gecəsi, elə bil, bir-birini tamamlayırdı.
     İki nəfər söhbətləşərək addımlayırdıq.
     -Siz türkcə danışırsınız?
     Otuz beş-qırx yaşlarmda, hündürboylu, sarışm kişinin sifətindəki ifadə heyrət ilə sevincin vəhdəti idi.
     -Siz türkmisiniz?
     Deyirik ki, biz azərbaycanlıyıq. Bəs o kimdir? O, türkdür, Anadoludandır, amma lap əsli Gəncədəndir. Adı Səlimdir.
     -Ah, arkadaş, sevinc keheri beni bokmada. - O, həqiqətən, ağ yaylığmı çıxarıb gözlərini silir. Bizi qucaqlayır. Bax, elə indicə o qədər qəribsəmişmiş ki, az qalırmış ürəyi partlasm. Bizim azərbaycanca bir-birimizlə danışmağımız, elə bil, onu yuxudan oyadıb.
     -Ozü də pis yuxudan, arkadaş.
     Səlim şüşəsalandır. Vyanada işləyir. Uçüncü ildir.
     -Kendim burada, ürəyim isə Anadoludadır, arkadaş.
     Səlim son yarım ayda ilk dəfə ana dilində danışır.
     Biz onu yaxşı başa düşürük. Ana dilində danışmamaq - bu ki, dərddir, ay Səlim. Adam lap nostalgiya xəstəliyinə tutular. Axı, sənə deyən lazımdır ki, üç il burada nə işin var?
     -Şillinq məni çekip bura gətirmiş, arkadaş.
     Şillinq bir türk ərinə liradan bərəkətliymiş. Heç olmasa, bərkdən ana dilində öz-özünə danış, yazıq Səlim.
     Bunları ona demədim, ürəyim gəlmədi bir də ürəyini ağrıdam.
     Səlim ayda iki min şillinq qazanır, dörd yüzünü özünə xərclik edir, qalanmı Türkiyəyə yola salır, ailəsi oradadır. Soruşmadım neçə uşağı var, neçə yaşları var, adları nədir?- nəyə lazım idi, qoy Səlim bu gözlənilməz görüşdən, ana dilində danışmaq imkanmdan həzz alsın, bir də, kim bilir, haçan türkcə danışacaq.
     Allah qürbət eldə qəribçiliyi heç düşmənə də göstərməsin. Nədir o xəstəliyin adı? Hə, Səlim ondan olub lap, hələ bir az da artıq. Yaxşı ki, yaşadığı evin qarşısında böyük bir idman malları dükanı var. Dükanın vitrinlərindən birində ingilis futbolçuları ilə bərabər, Tofiq Bəhramovun da şəkli asılıb. Səlim hər dəfə onu görəndə, elə bil, ürəyi toxtayır bir az, elə bil, qardaşı Cövdətdir durub.
     Hər dəfə vyanalılar vitrinin qabağından keçəndə, şəklə baxanda Səlimin ürəyi dağa dönür. Nədir o xəstəliyin adı?
     Səlim Tofiqə məktub yazmaq istəyir, özü də böyük məktub, amma ünvanını bilmir. Unvanı mən də bilmirəm, amma elə adicə: «Bakı, futbol hakimi Tofiq Bəhramova» yazsa, məktubu çatar məncə.
     Səlim bizi buraxmaq istəmir. Bizə Vyananın ən yaxşı restoranlarından birində qonaqlıq vermək istəyir, bizimlə birlikdə yeyib-içmək, türk şərqiləri oxumaq istəyir.
     Bu da kiçicik görüşün sevinci. Anadoluda şillinq gözləyən balalalrını unutdurub ona. Sağ ol, Səlim.
     Urəyi Anadoluda olan Vyana fəhləsi ilə vidalaşıb ayrıldıq.
11.MOTSART VƏ MARİYA TEREZA

     1762-ci il, Vyanada payızdır.
     Şenbrunn Saraymm qarşısmda boş karetalar yan-yana düzülüb.
     Bax, bu, filan knyazın karetasıdır, bu, filan qrafm, bu kareta baron həzrətlərinindir, bu isə şəxsən filankəs hersoqun.
     Saraym qəbul zalma təntənəli sükut çöküb. 45 yaşlı Mariya - «Müqəddəs Roma imperiyası»nm imperatriçası - saysız uşaqları ilə yuxarı başda əyləşib.
     Bütün yüksək cəmiyyət ayaq üstə onun qulluğuna müntəzirdir, amma bu dəm onlarm nəzəri əynindəki paltarda par- par yanan imperatriçilərinə deyil, qarşıdakı klavesinə dikilib.
     Klavesinin dilləri üstünə ipək qara örtük örtülüb, dillər görünmür.
     Klavesinin arxasmda başı pudralanmış parikli, əyni qızıl naxışlı, əyan paltarlı, belindən kiçik şpaqa asılmış, canlı kuklaya bənzəyən balaca möcüzə - altı yaşlı Volfhanq Motsart oturub. Möcüzə bir an özünü yığışdırır, altı yaşlı dahiyə çevrilir və qara ipək örtüyün üstü ilə dilləri görünməyən klavesində buradaca dayanıb maddım-maddım ona baxan məşhur Vyana bəstəkarı Vahenzeylin ən çətin konsertlərindən birini çalmağa başlayır.
     Şenbrunn Sarayındakı təntənəli sükut ölüb, ölü sükuta çevrilib.
     Konsert qurtarır.
     Heç kəs bu ölü sükutu pozmağa cürət etmir.
     Birdən Mariya Tereza ayağa qalxıb rütbəsinə yaraşmayan addımlarla Volfhanq Motsartın üstünə yeriyir, onu qucaqlayıb öpür, bir də öpür, bunu gözləyirmiş kimi, ağızlardan yaylım atəşi açılır və bu dəm altı yaşlı kişi öz uşaq qəlbiylə qırx beş yaşlı bu qadını sevir.
     Sonra evə qayıdarkən Volfhanq anasına deyəcək:
     -Mən böyüyəndə Mariya Terezanı alacağam.
     ... Sən böyüyəndə Mariya Terezanı almadın, adicə olaraq Manheym teatrının suflyoru Veberin qızı ilə - Alonziyanın kiçik bacısı Konstansa ilə evləndin.
     Sən böyüyəndə Şenbrunn Sarayında yox, adicə olaraq Şlustraze küçəsində 8 nömrəli binada, xudmani mənzildə yaşadın. Buranın nə Şenbrunn kimi təmtərağı var, nə işığı, nə də axar- baxarı.
     Mariya Terezanın əri kim idi?
     Gərək ensiklopediyaya baxım. Əgər orda varsa...
12.DUMANLI DUNAY

     Dunayda duman idi.
     Dunay hündür dağlar arasmda görünməz olmuşdu, qarşımızda, elə bil, duman örtüklü balaca göl idi. Dumanlı gölə baxdım və dostum Fikrət Sadığın «Göy gölü dumanlı gördüm» misrasıyla başlayan şeri yadıma düşdü.
     Zaman da Dunayın suları kimidir, aramsız axır...
     Göy gölün dumanı qəribə idi onda: adamın üstünə qonurdu, amma tutqunlaşmırdı, ləkələnmirdi, təmizləyirdi, şəffaflaşdırırdı-pak, təmiz, ləkəsiz hisslər- bir az fərəh, bir az qürur, bir az vüqar, bir az da kədər.
13.MUZEY

     Bədbəxt Maya, cəmi yeddi yaşm var idi. Qalsaydın, bəlkə də indi özün kimi bir qızın anasıydın. Illərdən sonra, o da ana olacaqdı. Nəvələrin olardı, nəticələrin...
     Yazıq Monsey, səksən beş yaşlı qoca. Əgər belə bilsəydin, yəqin ki, hələ on il əvvəl, iyirmi il əvvəl ölüm dilərdin. Nəyinə lazım idi bu cür uzunömürlük? Millətini qan içində görməkdən ötrü? Sinən doqquz onilliyin əzab-əziyyətinə ona görə dözmüşdü ki, axırda bir nəfər sütül esesmannın gülləsinə hədəf olsun?
     Yazıq Sara, yazıq Abram, yazıq Sofya...
     Abramın cəmi iyirmi dörd yaşı var idi, krematoridə yananda. Sənə yazıq deyirəm, axı, bəlkə boylu-buxunlu bir igid idin, məğrur idin, başını dik tutardın yerində, bəlkə yazıq sözünü xoşlamazdın, bəlkə nifrət edərdin bu sözə, bəlkə mübariz, döyüşkən idin, həyatdan öz haqqını tələb etməyi bacarırdın? Yazıq sənə yox, yazıq taleyinə.
     Yazıq taleyinə Şolom, yazıq taleyinə Nehama, yazıq taleyinə David... Yazıq hamınızın taleyinə, hamınızın, uşaqlar, gənclər, qocalar, kişilər və qadınlar.
     Min-min taleyə yazıq.
     Praqanın mərkəzindəki sinaqoqun divarlarında yazılmış adınız qaldı yalnız.
     Daha nəyiniz?
     Paltarınız getdi, dişləriniz getdi, saçlarınız getdi.
     Hitler özü icazə verməmişdi buranı dağıtsınlar.
     Avropada yeganə qalmış bu «Qədim sinaqoq»u yer üzündən tamamilə siləcəyi bir millətin muzeyi etmək istəyirdi.
     Indi, doğrudan da, bura muzeydir: «Qədim sinaqoq».
14.BOLU PAŞANIN SALAMI

     Bratislava xudmani Avropa şəhəridir. Tarixi qədimdir: bir vaxtlar Roma legionları burdan keçən ticarət yollarını mühafizə edərdi.
     Avtobusla şəhəri gəzirik.
     Bələdçimiz ortaboylu, əlli beş-altmış yaşlarında eynəkli bir kişidir, özü də deyəsən, müharibə əlilidir.
     Gözəl nitqi var. Mikrofonu ağzına tutub danışır, şirin danışır, həm də, elə bil, özü öz danışığından həzz alır: - «Bax, bura qədim ratuş binasıdır. 1288-ci ildə tikilməyə başlanıb, on dördüncü əsrin ortalarında başa çatıb... Bax, bu bina qotik üslubun ən gözəl incilərindən biri hesab olunur, Müqəddəs Yan kilsəsidir... Sağ tərəfdəki bu bina isə, barokko üslubundadır, görürsünüzmü,
     Müqəddəs Aljbet məbədidir... Sol tərəfdəki bu qalanın qalıqlarını görürsünüzmü, hələ min iki yüz qırx beşinci il tarixli arxiv sənədlərində buranın təsvirinə rast gəlmək olar. Min səkkiz yüz on birinci ildə Napoleonun əsgərləri buranı yandırıblar... Buyurun, aşağı düşün, gəzək...»
     Bələdçi rus dilində, əsl rus kimi danışır. Bəlkə elə rusdur? Soruşuram.
     -Xeyr, mən rus deyiləm.
     Bu sözləri Azərbaycan dilində eşidərkən heyrətimi təsəvvür edirsiniz? O, rus dilində rus kimi, Azərbaycan dilində azərbaycanlı kimi, avtobusun sürücüsü ilə də slovak dilində danışır.
     -Siz milliyətcə kimsiniz?
     -Mənim millətim yoxdur.
     Onun adı Bolu paşadır. Adicə olaraq yer kürəsinin vətəndaşıdır. Ata-babası türk olub.
     -Milliyyətim insandır, bu azmı?
     Bolu paşanın millət barədə fikri bu cürdür. Onun ana dili də yoxdur: Bolu paşa on bir dili ana dili kimi bilir. Həm filologiya, həm də incəsənət doktorudur, heç kəsi yoxdur - nə uşaqları, nə də qohum-əqrəbası. Xarici turistlərə könüllü bələdçilik edir: Bratislavanı çox sevir və hamıya da sevdirmək istəyir (buna nail də olur).
     Bolu paşa yer üzündəki bütün ölkələri sevdiyi kimi, Azərbaycanı da qiyabidən-qiyabiyə də olsa sevir və tanıyır. Türkologiya ilə xüsusi məşğul olur. Ozbəklə özbək dilində, tatarla tatar dilində danışa bilir. (Bunlar on bir dilin içərisinə daxil deyil). Mənimlə də, demək olar ki, təmiz Azərbaycan dilində danışır.
     Bolu paşa deyir:
     -Xahiş edirəm, Azərbaycan xalqına mənim salamımı yetirəsiniz. Xalqınız bilsin ki, uzaq Bratislavada kiçik bir dostları dəxi var: Bolu paşa həmişə sizə xoşbəxtlik və səadət arzular.
     Yenə avtobusa minirik - yolçu yolda gərək.
     Bolu paşa mikrofonu ağzına yaxınlaşdırır:
     -Sağ tərəfdə gördüyünüz bina... - Mikrofon tutduğu əli bir neçə an titrəyir - müharibənin yadigarıdır, - sonra yenə də sözünə davam edir: - Bu bina İntibah dövründə tikilmişdir. Bu isə...
     Canına sağlıq, Bolu paşa.
15.DUNAYDA GECƏDlR

     Dunayda gecə idi.
     Dunay ulduz naxışlı par-par yanan nəhəng payandaz idi, uzağa - gecənin zülmətinə gedirdi.
     Dunay gecələrində iki ay olur: biri intəhasızlıqda, biri Dunayda. Dunaydakı ay aram-aram yırğalanır, yavaş-yavaş titrəyir, dalğalanır, sən irəlilədikcə o da qarşında üzür, elə bil, sənə yol açır; doğmadır, doğma nəfəs duyursan.
     Elə bil, bu payəndaz salınmış yol gələcəyə gedir, Dunaydakı ay da bu yola sirli, sehrli şeriyyət gətirir və bu sirli, sehrli şeriyyətin zövqü bütün mənəviyyatına doğur, Dunayda yox, bir ülvilikdə üzürsən.
     Belədir, iki aylı Dunay gecələri.
16.GÖRÜŞ

     Çexoslovakiya, Bolqarıstan, Macarıstan, Rumıniya, Yuqoslaviya, Avstriya... Uzaq ellər.
     Belqrad. II Dünya müharibəsində həlak olmuşların qəbiristanlığı. Kiçik, amma məğrur bir qəbir. Nə anadan olduğu, nə də həlak olduğu il. Yalnız qara hərflərlə:
İSMAYIL HƏSƏNOV
     Budapeşt. II Dünya müharibəsində həlak olmuşların qəbiristanlığı. Adsız qəbirlər, adsız əsgərlər, adsız insanlar. Bu adsız qəbirlər arasında bir-birinin yanında üç qəbir o saat seçilir. Qara hərflərlə:
İBRAHİMOV İ.
CABBAROV D.
HÜSEYNOV F. R.
     Buxarest, Praqa, Sofiya, Vyana... Qara hərflər:
ƏHMƏDOV SEYİDƏHMƏD
(1916-17.6.1945) 17
İBRAHİMOV ABBAS ABBAS OGLU
(1924 -11.7.1945)
     Vətəndən sizə salam və ehtiram!
17.ÇOX SAĞ OL, DUNAY

     «Amur»un bizimlə birgə səfərinin axırıncı dayanacağı.
     Dayanmışıq.
     Dunayda ilk dəfədir ki, hərəkətsizlik sıxıntısı ürəyimi deşir, amma göyərtədən boylanıb aşağı baxanda Dunay suları adamda elə bir illüziya yaradır ki, elə bil, dayanmamısan, axara qarşı üzürsən, hələ də üzürsən.
     Nə etmək olar, necə deyərlər, olacağa çarə yoxdur.
     Sağ ol, Dunay.
     Əslinə baxsan, sağ ol yox, əlvida. Yəqin ki, bir daha sənin sularınla birgə sənin sinən üstə axmayacağıq. Omür zaman çərçivəsindədir - səninlə ən böyük fərqimiz də, bax, bundadır.
     Görmədiyim yerlərin sayı yoxdur, gördüklərimi saya bilərəm ancaq.
     Zaman çərçivəsi isə möhkəm, sərt və amansız.
     Əlvida, Dunay.
     Bir də ki, kim bilir... Əlvidasız-zadsız. Sağ ol, Dunay və çox sağ ol, Dunay.
İyun, 1967.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 375 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more