Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dünya axirət əkini
«DÜNYA AXİRƏT ƏKİNİ...»
(Heydər Əliyev haqqında söz)

     1987-ci ildə Heydər Əliyev xəstələndi, Mixail Qorboçovun ətrafında get-gedə tamam dekorasiyaya çevrilən rəhbərliyin arasında görünmədi və Bakıda obıvatel şaiyələrindən tutmuş səriştələ və səriştəsiz siyasi proqnozlaracan cürbəcür fikirlər, gümanlar, yozmalar tüğyan eləməyə başladı.
     Həmin ilin payızında mən Moskvada novbəti Beynəlxalq Ki tab Y armarkasının işində iştirak edirdim və Heydər Əliyev xəstə likdən sonra ilk dəfə o yarmarkanın açılışma gəldi. Azərbaycan pavilyonunda başqa iştirakçılarla bərabər, onunla görüşdük. Arıqlamışdı, aşkar hiss olunurdu ki, ağır xəstəlikdən qalxıb və mən ona baxa-baxa 70 -ci illəri, 80 ci illərin əvvəllərini yadıma salırdım. Bakıda, rayonlardakı cürbəcür aktivlərdə, görüşlərdə, iclaslarda saatlarla sinədəftər və ehtirasla danışıqları gözümün qabağından keçirdi, Şuşada Vaqifin məqbərəsinin ziyarəti zamanı qarınçovğunun içində başıaçıq, iri və möhkəm addımlarla getməyi ni xatırlayırdım (elə bil ki, Leonid Brejnevin dediyi və indi hamı nın lağa qoyduğu «Şiroko şaqayet Azerbaydjan!» sözləri məcazi yox, fiziki mənada elə bu adamın özü haqqında deyilmişdi) və fi kirləşdim ki, elə bil, qorxunc sistem bu dəfə təbiətlə də əlbir olub və qopardığını ondan qoparıb...
     Yarmarkadan sonra mən Almaniya Demokratik Respublikası Yazıçılar İttifaqının dəvətilə «Drujba narodov» jurnalının baş re daktoru, ədəbiyyatımızın o zamankı Ittifaq səviyyəsində tanınmasında müəyyən xidmətləri olan Serqey Baruzdinlə birlikdə Şərqi Berlinə getdim və orada eşitdim ki, Heydər Əliyev Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və zifəsindən azad olunub.
     Təkcə elə S. Baruzdinin simasında «sovet cəmiyyəti» deyi lən o ictimai əxlaq pozğunluğunun bu hadisəyə necə münasibət bəsləyəcəyi mənim üçün tamam aydın idi: bütün səfər boyu yeri düşdü-düşmədi mənə və mən iştirak edən məclislərdə başqaları na Heydər Əliyevi şit-şit tərifləyən yazıq Sergey Alekseyeviç birdən -birə 180 dərəcə dəyişdi, onu tənqid etməyə, haqqında şovi nist bir istehza ilə danışmağa başladı. Təbii ki, cavabını verirdim və Baruzdin də artıq dünyasını dəyişdiyi üçün, bu barədə təfərrüata varmaq istəmirəm, amma məsələ burasındadır ki, onun o göz lənilməz dəyişikliyi küləyin səmt göstəricisi idi.
     Berlindən qayıdanda gecə Moskvada «Moskva» mehmanxanasına ayaq basarkən ilk gördüyüm dost adam Elmlər Akademiyamızın prezidenti Eldar Salayev oldu və salamsız-kəlamsız ona dediyim sözlər indiyə kimi mənim də yadımdadı, Eldar Salayevin də. Dedim: «Görəcəksən, birinci ermənilər başlayacaq!..»
     Təəssüf ki, belə də oldu.
     Heydər Əliyev nüfuz sahibi idi və o nüfuz, hətta erməni daş nak irqçiliyinin belə, qarşısmda bir səddə çevrilmişdi.
     Bu yaxınlardakı müsahibələrdən birində mənə belə bir sual verdilər ki, 70 ci illərdə, 80 ci illərin əvvəllərində Azərbaycanda «dalğalanan» Qırmızı Bayraqlar haqqında nə deyə bilərsiniz? Be lə cavab verdim ki, o Qırmızı Bayraqlar tarixin faktıdır, onları danmaq olmaz və lazım da deyil. Doğrudan da belədir. Bu günün nəzərləri ilə yaxın (eyni zamanda çox uzaq!) keçmişimizə nəzər salanda, o «təntənəli» iclasları xatırlayanda, indi onlar adama fatnosmoqarik, əcaib, hətta sürrealist təsir bağışlayır. Lakin bu, məsələnin bir tərəfidir: görünən və yekdilliklə pislənən, tənə gə tirən tərəfi. İkinci tərəf isə görünmür, dərindədir və mürəkkəbdir. O da bundan ibarətdir ki, həmin «təntənə»lərin arxasında konspe rativ şəkildə, xəlvətcə, bəlkə də təhtəlşüur, sövq-təbii olaraq xalqın nüfuzunun artması, uzun illərin sarsıntısından sonra akvarellə nəzərə çarpacaq milliyyətçi dirçəliş prosesi başlamışdı. Yüksək bürokratiya xalqın lideri ilə necə hesablaşırdısa, yavaş -yavaş xalqın özünə də münasibətdə, bəlkə də, daxilən istənilməyən, arzu olunmayan bir ehtiram yaranırdı.
     Bu sətirləri yazıram, xəyal isə məni bu dəfə 1985-ci ilə aparır: onda da Moskvada Beynəlxalq Kitab Y armarkası idi (iki ildən bir keçirilirdi) və «təntənəli» açılış mərasimini keçirmək üçün yüksək rəhbərlik, görkəmli ictimai xadimlər, yazıçılar yarmarka pavilyonunun qarşısına toplaşmışdı. Mən o zaman da yarmarkada Azərbaycan nümayəndəliyinin üzvü idim. Yavaş -yayaş yağış yağırdı, mərasim isə başlamırdı. Məlum oldu ki, hamı, o cümlədən, Sov.İKP MK-nın yüksək vəzifəli çinovnikləri, nazirlər Heydər Əliyevin gəlişini gözləyir, o isə gəlib çıxmır. Y ağış getgedə bərkiməyə başladı. Nazirlər, MK-nın şöbə müdirləri xaricdən gəlmiş qonaqların istehzalı nəzərləri altında başlarının üstünə qəzet tutub eləcə yağışın altında dayanmışdılar və mərasimi başlamağa cürət etmirdilər. Nəhayət, Heydər Əliyevin maşını gəldi və indiki kimi mənim gözlərimin qabağındadı ki, Aleksandr Nikolayeviç Y akov lev gələcək Siyasi Büro üzvü və bu gün köhnə üsul-idarəni ifşa eləyən adam, o zaman isə Sov. IKP MK-nın yeni təyin olunmuş şöbə müdiri o yağışın altında axsayaaxsaya necə maşının qabağı na yüyürdü, Heydər Əliyevi necə yaltaqcasına qarşıladı...
     Sistemin bir xüsusiyyi var idi: qorxanda yaltaqlanırdı və sənə yaltaqlanırdısa, mənsub olduğun xalqa da ehtiyatlı yanaşmaq məc buriyyəti qarşısında qalırdı. Stalin zamanı gürcülərə münasibəti xatırlayaq. Bu cür misalları çox gətirmək olar.
     O Qırmızı Bayraqlarla bərabər, xüsusən 80 ci illərin əvvəllə rində Azərbaycanda milli təfəkkürün, özünəqayıdışm ayrı ayrı fərdlər arasında yox, bir küll halında oyanma dövrü idi. Yalnız elə Hüseyn Cavidin cənazəsinin Sibirdən gətirilib doğma yurdda torpağa tapşırılması faktını xatırlayaq. Yaxud 1981ci ildə Azərbaycan yazıçılarının VII qurultayındakı sözün yaxşı, sağlam mənasında millətçilik əhvali-ruhiyyəsi, «İran Azərbaycanı» ifadəsinin «Cənubi Azərbaycan» ifadəsi ilə əvəz olunmasının rəsmiləşdirilməsi...
     Əlbəttə, bütün dövrlərdə olduğu kimi, o dövrdə də haqlı işdən çıxarılanlarla bərabər, haqsız işdən çıxarılanlar da olub, haqsız incidilənlər də olub, amma onilliklər boyu insani hisslərə yad olan ictimai əxlaqı (daha doğrusu, əxlaqsızlığı!) zorla həyata tətbiq edən, insanı mənən əzən və lazım gəldikdə cismən də məhv edən Sistemi də yəqin ki, yaddan çıxarmaq olmaz və mənim dediyim odur ki, həmin Sistem daxilində şəxsiyyətə və onun fəaliyyətinə hərtərəfli, obyektiv, düşünə -düşünə qiymət verməyə, fikir söyləməyə çalışmaq lazımdır. Başa düşürəm ki, bəzən bu çətin olur, şəxsi inciklikləri, şəxsi narazılığı boğmaq bir o qədər də asan deyil, lakin mənim təsəvvürümə görə həqiqi yol budur. Onsuz da, dünyanın hər üzünü görmüş qoca tarix belə də edəcək.
     Yadıma gəlir, Heydər Əliyevin həyat yoldaşı vəfat edəndə bu gün onun üzünə duranlar, kölgəsini qılınclayanlar, həm də yalnız nomenklatura yox, bəzi ziyalılar, ictimai xadimlər necə bir ciddcəhdlə, canfəşanlıq göstərə -göstərə Moskvaya getməyə, kişiyə şəxsən başsağlığı verməyə çalışırdılar. Bunlar hamısı mənim (və yəqin ki, yalnız mənim yox!) gözlərimin qabağındadı... O zaman mən də Heydər Əliyevə başsağlığı məktubu yazdım. O məktub dakı sözlər, təbii ki, indi olduğu kimi yadımda deyil, amma fikir lər, əhvali -ruhiyyə yaxşı yadımdadı. Əlbəttə, o şəxsi məktubdakı ları təkrar etmək düzgün olmaz, yalnız onu deyə bilərəm ki, mən yenə də həmin fikirdəyəm və məni tanıyanlar yaxşı bilir ki, heç bir konyukturada da bunu gizlətməmişəm.
     Artıq çox uzaqlarda qalmış aspirantlıq illərində haradasa oxumuşdum ki, (deyəsən, akademik Tarlenin fikridir), sarsıdıcı inqi lablardan, yakobinçilikdən və cəmiyyətin lyumpenləşməsindən sonra XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Fransada Napoleon hadisəsi zərurət idi, amma bu adamın məhz Korsikalı Bonapart olması təsadüfdir.
     Bu fikri şəxsiyyətlərin müqayisəsi üçün yox, iqtibas etmək üçün xatırladıram. Fikirləşirəm ki, görünür, Azərbaycanda da 28 apreldən, «bəysizləşdirmə»dən, kollektivləşdirmədən, 37 dən sonra, o dövr üçün Əliyev hadisəsi zərurətin ifadəsi idi. Bəlkə də fatalizmə qapılıram, amma dediyim odur ki, Azərbaycanın öz tam müstəqilliyi uğrundakı mübarizəsindən əvvəl imkan daxilində özünütanıtma və özünütəsdiq mənasında yəqin ki, «Əliyev dövrü»ndə bir zərurət var idi.
     Bu yaxınlarda hardasa belə bir məlumata rast gəldim ki, To dor Jivkov on cildlərlə «Seçilmiş əsərləri»nə toplanmış məqalələ rini nəinki özü yazmayıb, ümumiyyətlə, heç onları oxumayıb da! «Sosializm komediyası, farsı» üçün bundan gözəl bir illüstrasiya tapmaq, güman ki, çətindir... Leonid Brejnevi yaxından tanıyanların dediyinə və yazdığına görə, bu rəhbər də heç nə oxumurdu.
     Və həmin kontekstdə Heydər Əliyev şəxsiyyətinin «inkişaf etmiş sosializm» çərçivələrinə sığışmayan bir cəhəti də mənim üçün əlamətdardır: mətbuatı şəxsən izləmək. Onun çıxışlarında, söhbətlərində (mən həmin çıxışların sıravi dinləyicilərindən, o söhbətlərin təsadüfdən-təsadüfə sıravi iştirakçılarından biri kimi fikir yürüdürəm) dərhal hiss olunurdu ki, qələm əhlindən kimin kim olduğunu, hansı məzhəbə qulluq elədiyini yaxşı bilir və bu, köməkçilərin hazırladığı (eləcə də xeyirxahların, daha artıq dərə cədə isə bədxahların verdiyi) məlumatların nəticəsi deyil, öz müşahidəsi, öz biliyidir.
     Səksəninci illərin lap əvvəllərində mənim «Literaturnaya qazeta»da bir məqaləm çap olunmuşdu. O vaxt «Litqazeta» bir ədə bi problem, yaxud əsər haqqında müxtəlif fikirlər verirdi. Mənim məqaləm də Yuri Boldırevin məqaləsi ilə yanaşı verilmişdi və onunla kəskin ədəbi mübahisə edirdim. Onda Həsən Həsənov Mərkəzi Komitənin ideoloji katibi işləyirdi və birdən-birə gecə mənə evə zəng elədi. Məlum oldu ki, Heydər Əliyev Soçidə (əgər səhv etmirəmsə) istirahət edir, məqaləni oxuyub və zəng eləyib bu barədə Həsən Həsənova ətraflı fikrini bildirib. Burada yəqin ki, fəxr eləməli bir şey yoxdur, amma o var ki, cavan bir yazıçı nın, özü də sırf ədəbiyyat problemlərinə həsr olunmuş yazısı da diqqətdən (və maraqdan!) kənarda qalmırdı və bu diqqət «rəhbər diqqəti» yox, oxucu diqqəti idi. Məsələnin maraqlı bir cəhəti də o idi ki, ətrafındakıların xeyli qismi mətbuatla, ümumiyyətlə, mədə niyyətlə maraqlanan adamlar olmasa da, rəhbərdən çəkindikləri üçün, özləri də mətbuatı izləmək, ədəbi ictimaiyyətin problemlə rinə məhdud qabiliyyətləri daxilində diqqətlə yanaşmaq məcburiyyətində qalırdı.
     Dəfələrlə bunun şahidi olmuşam ki, Heydər Əliyev teatr tamaşalarına baxıb və qurtardıqdan sonra, səhnə arxasında yaradıcı kollektivlə görüş keçirib və heç bir mübaliğəyə yol vermədən deyim ki, yüksək səviyyəli professional sənətşünas kimi tamaşanın təhlilini verib. Orasının da şahidiyəm ki, həmin görüşlərdən sonra yaradıcı kollektivin həvəsi birə -on artırdı. Əsl sənət adamına, sənət kollektivinə nə lazımdır? İlk növbədə xalqın onun sənətinə qiymət verməsi, onu başa düşməsi. Xalqa rəhbərlik edən adam da qiymət verməyi bacarırsa, bu əlbəttə, çox təqdir ediləsi cəhət dir.
     Bu cür görüşlər Moskvada da keçirilirdi: görkəmli arxitektorlarla, yazıçılarla, teatr kollektivləri ilə və deməliyəm ki, onların əks -sədası Azərbaycan mədəniyyətinin inkişafı üçün münbit şərait yaranması baxımından çox xeyirli olurdu.
     Həmişə öz-özümə fikirləşəndə, təəccüb, bəzən, hətta heyrət etmişəm ki, Heydər Əliyev kimi, ucqar bir yerdə boya-başa çatıb təhsil alasan, uzun illər boyu DTK kimi sənətdən, yaradıcılıq mühitindən uzaq bir yerdə işləyəsən və bu dərəcədə də ədəbi estetik təfəkkür tərzinə malik olasan. Yadıma gəlir, 1976-cı il idi, on da lap cavan bir yazıçı idim və Yazıçılar İttifaqına yenicə katib se çilmişdim. Moskvada Səməd Vurğunun anadan olmasının 70 illi yini keçirdik və sonra Daimi Nümayəndəliyimizdə Yubiley işti rakçıları üçün kiçik bir qəbul düzəltdik. Adamların sayı az idi 30-35 nəfər, amma kimlər idi: Leonid Leonov kimi «canlı klassik»dən tutmuş o zamanın böyük «ədəbiyyat generalları» Georgi Markov, Aleksandr Çaykovski, Nikolay Qribacovacan rus ədəbi ictimaiyyətinin «rəsmi» və qeyri -rəsmi ən irəlidə gedənlə ri. Heydər Əliyev də orada idi və söhbətləri, çıxışları ilə miz arxasında əyləşənlərin, xüsusən, «ədəbiyyat generalları»nın çoxundakı «böyük qardaş» təkəbbürünü sözün əsl mənasında məhv etdi və o danışdıqca həmin «ədəbi generallar» göz-görəti kiçilirdi...
     Bu şəxsiyyətin miqyasıdır. O məclisdə yalançı məlumatfüruşluqla, əvvəlcədən hazırlaşma ilə, gözə lap ustalıqla da olsa kül üfürməklə, hətta Siyasi Büro üzvlüyünə namizədliyin hipnozu ilə iştirakçıları ovsunlamaq mümkün deyildi, çünki onların özləri so vet «hakimiyyət mətbəxi»nin aparıcı fiqurları, funksionerləri idi.
     Yalnız şəxsiyyətin təbii özünüifadəsi, fitri qabiliyyət onları o cürə göz-görəti kiçildə və hərəni öz yerində oturda bilərdi.
     Bir vacib məsələni qeyd eləmək istəyirəm: şəxsiyyəti, əlbəttə, cəmiyyət yetişdirir və bu mənada Heydər Əliyev də sovet cə miyyətinin yetişdirməsi idi və özünün də son çıxışlarından birində dediyi kimi, həmin cəmiyyətə xidmət etmişdi, bunun məsuliyyətini də dərk edir. Lakin şəxsiyyətin miqyası cəmiyyətin ideolo ji inzibati sərhədləri, çərçivələri ilə məhdudlaşdırıla bilməz. Bu baxımdan mən Heydər Əliyevin son dövr fəaliyyətindəki (və ümumiyyətlə, həyatındakı!) ideoloji dəyişikliyi təbii hesab edi rəm.
     Ales Adamovic yazır ki, «sosializmdən pis yalnız onun xarabalıqları ola bilər.» Burada yəqin ki, «sovet sosializmi» demək daha dəqiq olar. Xalqımızın «sovet sosilizmi»nin həmin real xarabalıq təhlükəsi ilə üzbəüz durduğu vaxtlarda Heydər Əliyevin bir az qəmli -kədərli, olsun ki, bir az da «heyhat...» əhvali -ruhiyyəli, amma təhlükəsiz, acılı-şirinli xatirələrlə dolu, rahat öz-özünə dərdləşmək üçün vaxt verən, heç kimdə və heç nədə işi olmayan (onda onunla da heç kimin, xüsusən, Kreml mafiyasının işi olmayacaqdı!) «fərdi təqaüdçü» həyatından imtina edib yenidən mürəkkəbliyin, çətinliklərin, xislət naqisliklərinin, min bir xarici və daxili fitnə fəsadın içinə daxil olmasına, öz xalqının arasına qayıtmasına da mən məhz şəxsiyyətin Əvvəldən Axıra, Başlanğıcdan Sona gedən yoldakı təbii addımları, təbii yolçuluğu kimi baxıram.
     Mən Heydər Əliyevi idealizə etmək fikrində deyiləm və heç bu mümkün də deyil, heç olmasa, ona görə ki, ideal xisləti təbiət yox, romantik ədəbiyyat yaradır. Heydər Əliyev bir rəhbər kimi onu (əslində isə bizim hamımızı!) yetişdirən cəmiyyətin bir hissə siydisə, deməli, cəmiyyətin səhvləri, eyni zamanda onun da səhvləri idi. Yetmişinci illər, səksəninci illərin əvvəlləri artıq tarixin səhifələrinə çevrildiyi bir vaxtda, o dövrə nəzər saldıqda bir rəhbər kimi onun özündən asılı olan səhvləri də indi gün işığı ki mi aydın görmək mümkündür. Misal üçün, ətrafına yığışmış və özü Moskvaya getdikdən sonra, respublikada qalan «kiçik rəhbərlər» kolleksiyası...
     Mən fıkirləşirəm ki, yəni Heydər Əliyev kimi iti zehnə, fəhmə malik bir adam ətrafındakıların bir çoxunun miskinliyini, riyakarlığını, konfromistliyini görmürdü? Ola bilməzdi ki, görməsin...
     Bu yerdə biz, görünür, cəmiyyətin şəxsiyyəti üstələməsi hadisəsi ilə qarşılaşırıq. Və görünür, bu da bir Allah işidir ki, bunun ən böyük acısını Heydər Əliyev özü daddı. Əlindən tutub, çörək verdiyi və rəyasət heyətlərində barmağının kiçicik bir işarəsi ilə minlərlə, hətta milyonlarla adamın gözü qabağında (televiziyanın sayəsində) top kimi yerindən atılıb onun qabağına yüyürən (və bununla özlərini xoşbəxt hiss edən, qürurlanan!) adamlar, o iqti dardan düşdükdən sonra, necə bəd üz göstərmələri hamıdan əvvəl Heydər Əliyevin özünə təsir etməli idi və emosional adam olduğu üçün, yəqin ki də etdi.
     Bu barədə çox danışmağa, xırdalamağa, elə bilirəm ki, ehtiyac yoxdur. Yunus Imrənin dediyi kimi, «Dünya axirət əkini, əkib götürən bilər», amma etiraf etmək istəyirəm (ümumiyyətlə, mənim bu ekspromt yazım, bir növ, etirafnamədir) ki, o zamanlar Heydər Əliyevin Bakıya qayıdışı və ona qarşı hücumlar vaxtı beynimdə bir obraz məni xeyli müddət rahat buraxmadı: Kral Lir. Şekspir ona gö rə əlçatmaz bədii fəlsəfi zirvədir ki, öz yaradıcılığında insan xislə ti kimi dəhşətli bir labirintin bələdçisi olub. Bu xislət nələrə qadirdir! Həmin vaxtlar mənim aləmimdə Heydər Əliyev o cürə xislət dəyişmələri ilə üz-üzə gələrkən, hərgah belə demək mümkünsə, Kral Lir dərəcəli bir pərişanlıq içində idi. Bəlkə də bu fikir, bu bən zətmə mənim fantaziyamın nəticəsidir? Bilmirəm... Amma mən belə hiss edirdim, belə görürdüm.
     Indi, gecə saat üçün sakit qaranlığında bu sətirləri yazarkən orasını da fikirləşirəm ki, Kral Lir dərəcəli bir pərişanlığı yaşayan şəxsiyyəti heç vaxt kin-küdurət, intiqam ehtirası ələ ala bilməz, əksinə, kiçikliyi, miskinliyi gördüyü üçün o, bağışlamağı üstün tutar.
     Əlbəttə, vaxt gələcək, bizim bu günlərimiz (çətin, özünü axtarışlarla dolu, ziddiyyətli, qanlı qadalı, amma şübhəsiz ki, tarixi günlərimiz!) də Azərbaycan yazıçılarının, şairlərinin, dramaturqlarının qələminin zəngin, Şekspir ehtirasları ilə dolu materialına çevriləcək, əsərlər yaranacaq, o əsərlərin real tarixi qəhrə manları olacaq, lakin o həqiqəti ki, Heydər Əliyev özü yaza bilər, onu heç kim yazmayacaq. Bilmirəm, Heydər Əliyev gündəlik tutub, bilavasitə iştirakçısı olduğu epoxal əhəmiyyətli hadisələrlə bağlı, heç olmasa, qeydlər aparıb, yoxsa yox? Mən çox istərdim ki, gələcək nəsillər o gündəlikləri, qeydləri, fikirləri oxumaq imkanma malik olsun. Və eyni zamanda, o yazılar da tamam obyektiv yazılsın, yaxşıya yaxşı, pisə pis deyilsin. O yazılar yazılarkən daxili «qlavlit» şəxsi təəssübkeşlik bir tərəfə atılsm və «cəmi məxluqatm əşrəfi» olan insan müəllifin simasmda o tarixi sənəddə bütün vüsəti ilə təsvir olunsun yaxşısı da pisi ilə bərabər, müdrikliyi və pərişanlığı, Xeyir ilə Şər arasmdakı ədəbi mübari zədə qadirliyi və səhvləri, aldanışları ilə birlikdə.
     Bu yaxınlarda yaxın adamlarla xudmani bir söhbət zamanı bir dost məndən soruşdu: «Heydər Əliyevi bir sözlə necə səciyyələndirərdin?» Özüm üçün də gözlənilməz bir cavab verdim: «Tənha adam.» Bilmirəm nə üçün belə dedim? Nəyə görə? Hansı əsasla? Bəlkə ona görə ki, istedadlı şəxsiyyət həmişə tənha olur? Bilmirəm... Amma belə dedim və indi də belə düşünürəm.
28 iyul 1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 397 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more