Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dövlət dili
DÖVLƏT DİLİ

     Müsahibimiz Dövlət dilinin tətbiqi üzrə hökumət komissiyasının sədri, baş nazirin müavini, xalq yazıçısı Elçin.
     -Elçin müəllim, həm Dövlət dilinin tətbiqi üzrə hökumət komissiyasının sədri, həm də müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri kimi xahiş edirəm belə bir suala cavab verəsiniz: Azərbaycan dilində «departament» sözü varmı?
     -Bir sıra latın mənşəli sözlər var ki, onlar dilimizə rus dilindən keçiblər. Mən o fikrin tərəfdarı deyiləm ki, biz bunların hamısını ləğv etməliyik və əvəzində yeni adlar quraşdırmalıyıq. Amma o sözlərin ki, qarşılığını tapa, sırf türk mənşəli sözlə əvəz edə bilmirik, onu saxlamaq olar. Azərbaycan dilinə keçmiş, özümüzünküləşmiş sözlərə çox ehtiyatla yanaşmaq lazımdır. Konkret olaraq, «departament»dən söhbət gedirsə, düzdür, Azərbaycan dilinin ahəng qanunu baxımından bir az yad səslənir. Əgər onun qarşılığı tapıla bilərsə, yaxşı olardı ki, dəyişilsin. Amma yenə təkrar edirəm ki, bu məsələlərə birmənalı şəkildə, inkar nöqteyi-nəzərindən yanaşmaq lazım deyil.
     Dünyanın bütün dillərində həmişə başqa dillərdən gəlmə sözlərlə zənginləşmə prosesi olub. «Departament» bizə rus dilindən keçsə də, rus dilinin özündə də nə qədər türkizmlər var. Rus dili bundan itirməyib, əksinə, qazanıb. Türkiyədə ikinci tənzimat prosesindən sonra ərəb və fars mənşəli sözlər türk dilindən təmizlənməyə başladı. Düzdür, onların bir sıra müqabilləri çox təbii alındı və bugünkü türk ədəbi dilində öz yerini tutdu. Lakin, eyni zamanda, çox süni sözlər də əmələ gəldi. Misal üçün, ərəb mənşəli və artıq türkləşmiş «məktəb»in əvəzinə «okul» işlətdilər ki, onun özü də fransız mənşəlidir.
     -Bakı Şəhər İcra Hakimiyyətinin vaxtilə mövcud olmuş baş idarələri «departament»lə əvəz olunub. Azərbaycan ədəbi dilinə aid olmayan əcnəbi sözlərin yersiz işlənməsi sizin komissiyada müzakirə edilirmi?
     -Şübhəsiz! Əvvəla onu deyim ki, dərinə getsək, «departament» kimi heç «idarə»də bizim söz deyil. Görünür, struktur məsələlərində bu cür hallara təsadüf eləmək mümkündür. Amma yaxşı olardı ki, Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşmayan sözləri özümüzün təbii sözləriylə əvəz edəydik.
     Dövlət dilinin tətbiqi üzrə hökumət komissiyası öz yığıncaqlarında belə işlərə baxır. Komissiyanın üzvləri Azərbaycanın bir çox tanınmış dilçiləri, qələm sahibləridir. 3 ildən artıq idi ki, Azərbaycan dilinin orfoqrafiya qaydaları üzərində işləyirdik. Bu yaxınlarda, biz nəhayət ki, bu orfoqrafiya qaydalarını qəbul elədik. Latın qrafikalı əlifbamızda Azərbaycan dili orfoqrafiya qaydaları son dərəcə vacib məsələdir. Orfoqrafiya qaydalarının olmaması yazılı dildə savadsızlığa, hərc-mərciliyə gətirib çıxara bilər. Latın qrafikalı əlifbaya keçməyimizlə əlaqədar, ilk növbədə ixtisaslı, savadlı korrektorlar yetişdirməliyik. Bu korrektorları yetişdirə bilməsək, çox bərbad vəziyyət əmələ gələ bilər. Çünki Azərbaycan ədəbi dili sabitləşib, formalaşıb. Hətta deyərdim ki, Azərbaycan ədəbi dili başqa türk xalqlarının ədəbi dilindən daha mükəmməldir. Amma biz latın qrafikası ilə ixtisaslı korrektorlar yetişdirə bilməsək, bu dilin çox zərər çəkəcəyindən ehtiyatlanıram. Bir az kobud səslənsə də deyim ki, korrektoru qarabağlı olan qəzet Qarabağ, naxçıvanlıdırsa - Naxçıvan, bakılıdırsa - Bakı ləhcəsində çıxacaq. Nəticədə isə ədəbi dilə böyük zərbə dəyəcək. Eyni fikirlərim özəl nəşriyyatlara da aiddir. Bu baxımdan, latın qrafikasında orfoqrafiya qaydalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Bundan əvvəlki orfoqrafik qaydalar 1958-ci ildə Nazirlər Soveti tərəfindən qəbul olunmuşdu. İndiki orfoqrafik qaydalar komissiyada baxılandan və mətbuat vasitəsilə ictimai müzakirəyə çıxarılandan sonra qəbul olundu.
     -Yeni orfoqrafik qaydalarda dilçilər arasında ciddi fikir ayrılığına səbəb olmuş apostrof işarəsi saxlanılıbmı?
     -1991-ci ildə Milli Məclis tərəfindən təsdiq olunmuş Azərbaycanın latın qrafikalı əlifbasında apostof işarəsi yoxdur. Bu qərar bizim komissiyada müzakirələr zamanı qızğın mübahisələrə səbəb oldu və çoxluq apostrofun olmamasına tərəfdar çıxdı. Eyni zamanda, Tofiq Hacıyev kimi görkəmli dilçi alimlər apostrofun saxlanılmasının lüzumlu olduğunu bildirdi. Ona görə də komissiya bu qərara gəldi ki, gələcəkdə Milli Məclisin müvafiq komissiyasında, lazım gələrsə, Milli Məclisin özündə bu məsələ müzakirə olunsun. O şəkildə yox ki, komissiya apostrofun saxlanılmasını və ya götürülməsini tələb edir. Sadəcə olaraq, komissiya bu fikirdədir ki, bu məsələ yenə Milli Məclis səviyyəsində müzakirə obyektinə çevrilə bilər.
     -Komissiyanın dövlət təşkilatlarında Azərbaycan dilinin işlənmədiyi hallarda müdaxilə etmək səlahiyyəti varmı?
     -Bizim komissiyanın əsas məqsədi odur ki, Azərbaycan Respublikasının dövlət dili bütün rəsmi dairələrin kargüzarlıq dili olsun. Bu sahədə böyük işlər də görülüb. Bu gün Prezident Aparatında və Nazirlər Kabinetində bütün yazışmalar ancaq latın qrafikalı Azərbaycan dilində aparılır.
     -Bəs nazirliklərdə necə?!
     -Hamısında Azərbaycan dili əsasdır. Əvvəllər Xarici İşlər Nazirliyində yazışmalar bəzən rus dilində aparılırdı. Bunun isə obyektiv səbəbləri var idi. Çünki bu sahədə işləyən səriştəli mütəxəssislərin savadı rus dilində olub.
     -Bunu subyektiv səbəb adlandırmaq daha düzgün olmazdı- mı?
     -Xeyr, obyektivdir. Ona görə ki, həmin mütəxəssislərin təhsili rus dilində olduğu üçün azərbaycanca yaza bilmirlər. Amma son dövrlərdə XİN-də bütün yazışmalar dövlət dilində aparılır.
     -Qısa müddət tətbiq olunduqdan sonra, XİN-in mətbuat üçün açıqlamaları yenə də rus dilində hazırlanır...
     -Bəzi spesifik nazirliklər ola bilər ki, mütəxəssislər özlərindən asılı olmayan səbəblərdən rus dillidirlər. Amma həmin mütəxəssislər çox ciddi surətdə Azərbaycan dilini öyrənməlidirlər. Amma dil öyrənməyin bir problemi də var ki, sonradan onu öyrənməklə danışmaq, fikirlərini izah eləmək mümkündür, amma yazmaq yox. Amma ümumilikdə götürəndə, Azərbaycan dilinin işlədilməsi ilə əlaqədar heç bir maneəçilik, ətalət yoxdur. Əksinə, Azərbaycan dilinin dövlət idarəçiliyində tamamilə bərqərar olunması üçün ruh yüksəkliyi var.
     -Komissiyanın qoyduğu tələblərin icrası müəssisə və təşkilatlar üçün məcburidirmi?
     -Mən xırdalığa varmaq istəməzdim. Amma dil problemi olan təşkilatlarla, xüsusən, böyük zavodlarla komissiya iş aparır. Tam obyektivliyi ilə deyirəm ki, bu sahədə işlər yaxşı gedir. O mənada ki, Azərbaycan dilinin Azərbaycan dövlətçiliyindəki rolu son dərəcə böyük sürətlə artır.
«525-ci qəzet».
2000.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 330 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more