Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Ədəbiyyat və cəsarət tərcümanı
ƏDƏBİYYAT VƏ CƏSARƏT TƏRCÜMANI
(Unudulmazprofessor Abbas Zamanov haqqında bir neçə söz)

     Artıq əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış 1960cı ilin mart ayı yadıma gəlir, Novruzdan sonrakı günlərdən biri idi.
     Elmlər Akademiyasının «İstiqlaliyyət» küçəsindəki binasında Səməd Vurğunun vəfatının beşinci ildönümü münasibətilə xatirə gecəsi keçirilirdi.
     O zaman mən orta məktəbin 10 -cu sinfındə oxuyurdum və bir gənclik həvəsi, marağı, hətta hərisliyi ilə Bakıdakı ədəbi məc lisləri izləyirdim.
     Həmin mart günü Səməd Vurğunun xatirə gecəsində mən də Akademiyanın böyük iclas zalında orta sıralardan birində oturmuşdum.
     Xatirə gecəsini akademik Məmməd Arif aparırdı.
     Məruzəçi İlyas Əfəndiyev idi.
     Xatirə gecəsi açıq elan olundu, məruzə oxundu, bir neçə çı xış oldu və növbəti söz parterdən əlini qaldırıb çıxış etmək istə yən Abbas Zamanova verildi.
     O vaxta qədər mən Abbas Zamanovu çox görmüşdüm və bu alçaqboylu, dolubədənli, ağır, sanballı kişi səhnəyə qalxıb xitabət kürsüsünün arxasına keçəndə də, mənim heç vəchlə ağlıma gəlməzdi ki, indicə eşidəcəyim çıxış sovet Azərbaycanının 70 illik tarixində ən cəsarətli çıxışlardan biri olacaq, illər, hətta onilliklər bir-birini əvəz edəcək, o çıxış isə yaddan çıxmayacaq.
     «Qardaş olub Hayastan Azərbaycan!» kimi süni mahnıların sədaları altındakı yalançı «xalqlar dostluğu» şüarçılığı mühitində Abbas Zamanovun o axşamkı çıxışı sosialist Bakısının XX partiya qurultayından bir neçə il keçdikdən sonra ətalət içində mürgülə yən ictimai həyatında günün günortaçağı çaxan qəfil ildırım kimi bir şey oldu. Sonralar isə məlum oldu ki, o çıxış Azərbaycanın taleyində də mühüm rol oynayıb.
     Abbas müəllim həmin odlualovlu çıxışında qədim Azərbaycan diyarı Naxçıvanın üzərini qara buludların almasından, erməni millətçilərinin Naxçıvanı Azərbaycandan qoparmaq məqsədilə ciddi fəaliyyətə başlamalarından, Moskvada onların havadarları nın olmasından danışdı və rəyasət heyətində oturub özünü tamam itirmiş (sabah izahat vermək tələb olunacaqdı!) bir vəzifəlinin:
     -Yoldaş Abbas Zamanov, biz bura Səməd Vurğunun xatirə sinə toplaşmışıq!sözlərinə Abbas Zamanovun:
     -Bəli, biz bura Səməd Vurğunun xatirəsinə toplaşmışıq və Səməd Vurğun da bu gün sağ olsaydı, bax, bu xitabət kürsüsündən deyərdi: «Naxçıvan qədim Azərbaycan torpağıdır! Qara niyyətlərinizdən əl çəkin, daşnaklar! Naxçıvan heç zaman ermə nilərin olmayacaq!»
     Və Abbas Zamanov xitabət kürsüsündən düşüb parterdə öz yerində oturdu.
     Elə bil ki, bütün zal hipnoz olmuşdu.
     Və birdən o hipnoz keçdi, alqışın hərarəti bütün zalı, hətta bütün o böyük daş binanı titrətdi.
     Mülayim bir adam olan rəhmətlik Arif müəllim rəyasət heyə tində ayaq üstə dayanmışdı və zalın sakitləşməyini gözləyirdi. Zal isə sakitləşmək bilmirdi. Nəhayət, Arif müəllimin səsi eşidildi:
     -Abbas Zamanov buradakı çıxışında hissə qapıldı. Mən inanıram ki, o özü də bu çıxışından peşiman olacaq.
     Bu zaman Abbas müəllim yerindən qışqırdı:
     -Çətin!
     Və bu bir kəlmə sözə görə yenidən qopan alqış yenə aləmi lərzəyə saldı.
     O gecə o, 10 -cu sinif şagirdinin də daxilinə, yəqin ki, səbəbi ni heç özünün də dəqiq izah edə bilməyəcəyi bir qürur, fəxarət, igidlik hissiyyatı dolmuşdu.
     Və əlbəttə, o zaman mənim ağlıma gəlməzdi ki, illər keçə cək və aramızdakı otuz ildən artıq bir yaş fərqinə baxmayaraq, Abbas müəllimlə dost olacağıq.
***

     Bütün Azərbaycan o çıxışdan danışırdı.
     Mənim yaxşı yadımdadır, həmin günlərdə bir axşam Mehdi Hüseyn bizə gəlmişdi, atamın iş otağında oturub həmişəki kimi söhbət edirdilər və ədəbiyyat söhbətlərinə çox maraqlı olduğum üçün (artıq hekayələrim çap olunurdu), mən də həmişəki kimi on ların yanında oturub o söhbətlərə qulaq asırdım.
     Mehdi Hüseyn dedi:
     -Vəli deyir ki, Abbasın çıxışı gedib Xruşşova çatıb. Deyir, Mikoyan başda olmaqla, doğrudan da, Naxçıvan məsələsini qaldı rıblarmış. Təklifləri hələ xeyli qabaqlar Tevosyan hazırlayıbmış. Abbasın çıxışından sonra bu məsələni gündəlikdən çıxarıblar.
     Mehdi Hüseyn, o zaman Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyən Vəli Axundov ilə dost idi və bu gizli söh bəti də Mehdi Hüseynə o danışmışdı.
     Əslən şuşalı olan İvan Fyodoroviç Tevosyan isə Orcenikidze nin dostu, Stalinin sevimli silahdaşlarından biri idi, uzun müddət böyük vəzifələrdə, o cümlədən, SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləmişdi və o zaman, səhv etmirəmsə, artıq vəfat etmişdi.
     İlyas Əfəndiyev Abbas Zamanovun xətrini çox istəyirdi və çox da həyəcanla, daxili bir ağrı acı ilə o çıxışdan sonra Abbas müəllimin aqibəti ilə maraqlanırdı və demək olar ki, hər gün tele fonla ona zəng edib hal -əhval tuturdu.
     Xeyli sonralar, 60 -cı illərin axırlarında mən aspirant olduğum zamanlar Abbas müəllimlə aramızda səmimi bir münasibət yarananda, Abbas müəllim deyirdi:
     -O vaxt yaxın dostların, tanışların çoxu küçədə məni görəndə qaçıb gizlənirdi. Ancaq İlyas hər gün mənə zəng eləyib kefimi soruşurdu. Rastlaşanda da mənimlə «demonstrativ» görüşürdü.
     Bu «demonstrativ» sözünü Abbas müəllim necə demişdisə, elə də yazıram.
     O çıxışdan sonra Abbas müəllimin başı çox bəlalar çəkdi, onu partiyadan çıxartdılar, işdən çıxartdılar, əsərlərinin çapı yasaq olundu, bir sözlə, Sistemin güclü təqib mexanizmi işə düşdü, Ab bas müəllim üçün böyük maddi çətinliklər dövrü başladı, amma mənən ona heç cür təsir edə bilmədilər.
     Abbas müəllim özü mərd və dostluqda möhkəm adam idi. Vaxtilə Cəfər Cəfərov «kosmopolit» kimi ifşa edilib təqibə mə ruz qaldığı vaxt onun ən çox qayğısına qalmış adam Abbas Zamanov olmuşdu və bunu mən dəfələrlə Cəfər müəllimin öz dilindən eşitmişdim.
     Abbas müəllim də təqibə məruz qalanda, bir sıra dostları ona qahmar çıxmışdı, amma əksəriyyət ondan gen gəzirdi...
     Təxminən yeddi il beləcə davam etdi.
     Sonra Abbas Zamanov əzmi, zəhməti, şövqü onu öz layiqli yerinə, əgər belə demək mümkünsə, bərpa etdi.
     Mən hələ 1985-ci ildə Abbas müəllimin 75 illiyi münasibəti lə onun haqqında kiçik bir yazı yazmışdım və o yazını başlarkən, istər-istəməz, Türkiyəyə ilk səfərimi xatırlamışdım, həmin yazını elə o səfərin təəssüratı ilə də başlamışdım.
     Mən 1979cu ilin yazında Əziz Nesinin dəvətilə Istanbula getdim və o səfər zamanı ədəbi məclislərdə, görüşlərdə, yığıncaqlarda türk yazıçıları, alimləri, sənət adamları məndən, əsasən, iki nəfəri xəbər alırdı və o iki nəfərə də salam göndərirdi: unudul maz maestro Niyazini və professor Abbas Zamanovu.
     Maestro Niyazi neçə dəfə Türkiyəyə getmişdi, orada konsertlər vermişdi, opera quruluşlarına rəhbərlik etmişdi və nəinki o zaman, bugünün özündə də türk musiqi xadimləri türk simfonik musiqi ifaçılığının inkişafında Niyazinin xidmətlərindən ağızdo lusu danışırlar.
     Abbas Zamanov isə o vaxtacan Türkiyədə olmamışdı, amma onun sovet zamanı Azərbaycan ədəbiyyatının, mədəniyyətinin Türkiyədəki təbliği sahəsində göstərdiyi fəaliyyət böyük və çox səmərəli rol oynamışdı və bu barədə söz düşəndə biz həmişə sidq-ürəkdən etiraf edirdik: Abbas müəllim o işi görür, o zəhməti çəkir, o əzab əziyyətə qatlaşır ki, onu bizim heç birimiz etmirik. Türkiyədəki elmi müəssisələrin, alimlərin ünvanını tapır, onlarla əlaqə yaradır, heç kimin köməyi olmadan o ünvanlara cild-cild ki tablar, jurnallar göndərir, qorxunc və beton sərhədlərin üzərindən türk professorunu, türk tələbəsini Azərbaycanın ədəbi, mədəni, elmi həyatına cəlb edə bilir.
     Abbas Zamanov «Sabir və müasirləri» monoqrafıyasında böyük şairimizin «öz dövründə təqib və təkfirlərə məruz qalmasından» bəhs edərək yazırdı: «Lakin çox zaman bu məsələni yanlış izah edirlər: guya, xalq Sabiri başa düşməmiş, millət Sabiri və rəmlədib öldürmüşdür. Əlbəttə, belə fikirdə olanlar kobud səhv edirlər. Onlar xalq ilə xalqın içərisində olan və azlıq təşkil edən mürtəce, istismarçı, tüfeyli təbəqələri ayırd edə bilmirlər».
     Olsun ki, bu, məlum həqiqətdir, amma indiki halda mənim üçün ona görə əlamətdardır ki, Abbas müəllimin xislətindəki ədə biyyat, sənət təəssübkeşliyinin əsasında da həmin xalq təəssüb keşliyi dayanırdı: kiçik detaldır, amma Abbas müəllimin xisləti barədə, onun cəsarəti, ötkəmliyi, məğrurluğu, eyni zamanda, xeyirxahlığı, həssaslığı barədə, elə bilirəm ki, az şey demir.
     Əlbəttə, həmişə belə olmalıdır, ədəbiyyatı tədqiq edən hər bir qələm sahibi, aydın məsələdir ki, ədəbiyyatın təəssübkeşidir, ədəbiyyatın təəssübü isə xalq təəssübünün fovqündə deyil, çünki həmin ədəbiyyat mücərrəd bir varlığın yox, xalqın özünüifadəsi, xalqın mənəvi sərvətidir.
     Bəli, həmişə belə olmalıdır, amma təəssüf ki, həmişə belə olmur və buna görə də Abbas Zamanov kimi ədiblərimizin sovet ideologiyasının heç vəchlə bəyənmədiyi, təqdir etmədiyi, bir sıra hallarda isə cəzalandırdığı xalq təəssübkeşliyi, xalqın milli -mənə vi sərvətinin təbliği naminə gənclik ehtirası ilə fəaliyyət göstərməsi, elə bilirəm ki, bu gün də gənclərimiz üçün bir örnəkdir.
     Abbas müəllim bir tədqiqatçı alim kimi klassik Azərbaycan ədəbiyyatını, xüsusən, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin adı ilə bağlı olan «Molla Nəsrəddin» və mollanəsrəddinçilər dövrünü araşdırırdı, öyrənir və öyrədirdi, mətnşünas bir alim kimi xalqın mənəvi sərvətini yenidən xalqın özünə təqdim edirdi, Cəlil Məmmədquluzadə ilə Sabirdən başqa M.P.Vaqifin, N.Nəri manovun, S.S.Axundovun, Ə.Haqverdiyevin, S.M.Qənizadənin, Hambalın, S.Hüseynin və başqalarının da əsərlərinin nəşrində yaxından iştirak edir, böyük Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın çox qiymətli xatirələrini, müasirlərinin Sabir haqqındakı xatirə və məqalələrini nəşrə hazırlayır, tənqidçi və teatrşünas ki mi müasir ədəbiyyatımızın və teatr sənətimizin problemlərindən, yaradıcılıq nailiyyətlərindən, çatışmazlıqlarından yazır, eyni zamanda həmin gənclik ehtirası ilə ədəbiyyatımızı, sənətimizi təb liğ edir, Q.Zakirin, S.Ə.Şirvaninin, Cəlil Məmmədquluzadənin ki tablarını rusdilli oxuculara təqdim edir, klassik ədəbiyyatımızın nümunələrini ərəb əlifbası ilə nəşr etdirir (Abbas müəllim deyirdi: «— Cənubda da oxuya bilsinlər!»), yalnız Türkiyədə yox, Yaxın Şərq ölkələrindən tutmuş Ispaniyaya, o zamankı AFR-ə, Fransaya, Ingiltərəyə, ABŞ-adək dünyanın bir çox ölkələrində yaşayan şərqşünas (konkret olaraq, türkşünas, daha konkret isə azərbaycanşünas) alimlərlə, nüfuzlu qələm sahibləri ilə yaradıcılıq əlaqəsi saxlayır, yuxarıda yazdığım kimi, Azərbaycanla bağlı hər hansı məlumatı əldə etmək üçün müxtəlif ünvanlara məktub yaz maqdan, rabitə şöbəsinə gedib -gəlməkdən yorulmur, yeni çıxan bədii kitablarımızdan, eləcə də tariximizlə, dilimizlə bağlı nəşr olunan kitablardan ibarət bağlamaları xarici ölkələrə göndərirdi...
     Unudulmaz akademik Həmid Araslı Abbas müəllimin «Sabir gülür» kitabının redaktoru idi və həmin kitabın kiçik müqəddimə sində yazırdı: «Abbas Zamanovun elmi maraq dairəsi son dərəcə genişdir».
     Mən həmişə fıkirləşmişəm və bu gün də bu fikirdəyəm ki, Abbas müəllimin həmin «son dərəcə geniş» elmi maraq dairəsi nin əsasında onun, az qala, cismani surətdə daima hiss etdiyi və təndaşlıq borcu dayanırdı. Məhz belə bir «Abbas Zamanov vətəndaşlığının nəticəsidir ki, Türkiyənin Ərzurum Universitetində qarşısındakı lövhədə «Abbas Zamanov bağış kitablığı» sözləri yazılmış üçotaqlı bir kitabxana artıq iyirmi ildir fəaliyyət göstərir.
     O üçotaqlı kitabxanadakı bütün kitabları Abbas Zamanov öz şəxsi hesabına alıb, şəxsi hesabına da Türkiyəyə göndərmişdi.
     Təbrizdəki Tərbiyə kitabxanasında Abbas müəllimin Cənubi Azərbaycana göndərdiyi mindən artıq kitab saxlanılır və istifadə olunur.
     Və bütün bu işlərin hamısını Abbas müəllim Sovet Ittifaqın da görmüşdü, hakim ideologiyanın türkçülüyü, milli təəssübkeşli yi təqib etdiyi bir mühitdə görmüşdü.
     Eyni zamanda, Abbas müəllim Azərbaycanla bağlı bir çox ki tabları, mətbu materialları, sənədləri xarici ölkələrdən Azərbaycana gətirdə bilmişdi. «Əli və Nino» romanını mən ilk dəfə (və təbii ki, gizli surətdə!) Abbas müəllimdən hələ 80 -ci illərin əv vəllərində alıb oxumuşdum, sonralar da bu barədə yazmışdım.
     Yaxud, Abayın «Füzuli» pyesini də mənə ilk dəfə Abbas müəllim vermişdi.
     70 -ci illərdə, Kommunist partiyasının və KQB -nin qılıncının dalı da, qabağı da kəsdiyi bir vaxtda, Abbas müəllim, deyək ki, Parisdə yaşayan azərbaycanlı rəssamı tapmışdı, onunla əlaqə yaratmışdı, onun bir neçə əsərinin orijinalını Fransadan Azərbaycana gətirmiş və Nizami adına Ədəbiyyat Muzeyinə hədiyyə etmişdi.
     Bu fakt, bəlkə, bir o qədər də heyrətamiz olmazdı, əgər hə min rəssam hakim sovet ideologiyasının qatı düşmən elan etdiyi Əli bəy Hüseynzadənin doğmaca oğlu Səlim Turan olmasaydı!
     Tale belə gətirdi ki, 1988ci ilin bir payız gecəsi mən Parisdə Səlim Turanın kiçik emalatxanasında oturub, az qala, səhərə kimi söhbətləşərkən, bu istedadlı rəssamın və yüksək mədəniyyətli bir insanın Abbas müəllimə necə hörmət və məhəbbət bəslədiyini onun öz dilindən eşitdim.
     «— Abbas bəyin sayəsində Azərbaycanı yenidən tanıdım» bu, rəhmətlik Səlim Turanın o zaman mənə dediyi sözlər idi.
     Bu cümlələri yazıram və hələ 60 cı illərin sonu, 70 ci illərdə Abbas müəllimgilin mənzilində o zamankı Cənubi Sovet meydanı, 5 nömrəli binada Abbas müəllimin qayğıkeş və mehriban xanımı Asya xalanın çayını içə -içə Abbas müəllimin Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyov kimi milli siyasi xadimlərimiz haqqındakı söhbətləri yadıma düşür. Abbas müəllim bu adamlar haqqında elə təfərrüatla və elə bir səmimiyyət və həvəslə danışırdı ki, elə bil, onları görmüşdü, nəinki görmüşdü, hətta elə bil, onlarla uzun illərin dostu olmuşdu.
     Ona görə ki, Abbas müəllim onlarla, həqiqətən, əqidə, məslək, əməl dostu idi.
     Abbas Zamanov hələ 1967-ci ildə yazdığı bir məqaləsini «Əməl dostları» adlandırmışdı (məqalə mollanəsrəddinçilərdən bəhs edirdi). Onun 1979cu ildə nəşr olunmuş məqalələr toplusu da bu cür adlanırdı. Abbas müəllim həmin məqalənin hissələrindən biri üçün Cəlil Məmmədquluzadənin həmişəki səmimiyyət və təvazökarlıqla yazdığı bu sözləri epiqraf seçmişdi: «Darülmüəllimi qurtaran zaman Naxçıvanda özümdən artıq huşyar dostları ma rast gəldim».
     XX əsr Azərbaycan ədəbi -ictimai həyatındakı belə bir «huşyar dostluq» getgedə böyüdü, mənəvi -məfkurəvi dostluğa əməl dostluğuna çevrildi, o dostluğun coğrafi ərazisi bütün Azərbaycanı əhatə etdi, əməl dostluğu yaşından, xasiyyətindən, istedadından asılı olmayaraq bir çox qələm sahibini birləşdirdi və indi mən bu qeydləri yazarkən həmin böyük əməl dostluğunu ona görə bir daha nəzərə çatdırıram ki, elə bil, əməl dostlarından yazan və ömrünü bu dostluğun həm siyasi-ictimai, həm də bədii estetik ifadəsi nin tədqiqinə həsr edən Abbas Zamanov özü də o dostluq estafetini böyük sələflərindən alıb XX əsrin sonlarına gətirmişdi, elə bil, o özü də əsrin əvvəlindəki həmin əməl dostlarından biri idi.
     Abbas müəllim zəmanəsinin vulqar sosiologizmindən uzaq bir tədqiqatçı və dövrünün konyunkturasından uzaq bir insan idi. Yəqin elə buna görə də, onun monoqrafiyaları, məqalələri xarici ölkələrdə Türkiyədə, Iraqda, Iranda, Avstriyada, Almaniyada nəşr edilir, çap olunurdu. «Sabir və müasirləri» adlı monoqrafıyası 1979-cu ildə Təbrizdə fars dilində nəşr olunmuşdu və burası da, yəqin, oxucular üçün maraqlı olar ki, həmin əsəri fars dilinə Sə məd Behrənginin qardaşı Əsəd Behrəngi çevirmişdi.
     Abbas müəllim filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universitetinin professoru, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü, o zaman mühüm informasiya imkanlarına malik «Xəbərlər» Mətbuat Agentliyi Azərbaycan Şurasının sədri, xarici ölkələrdəki bir sıra nüfuzlu qurumların, o cümlədən, Türk Dil Qurumunun üzvü idi, Səlcuq Universitetinin fəxri dokto ru seçilmişdi.
     Əlbəttə, bu adlar, vəzifələr hörmətli idi, Abbas müəllim onları istedadı və zəhməti ilə qazanmışdı və elə buna görə də mə nim üçün Abbas müəllimin şəxsiyyəti ilə «zəhmətkeş» sözü arasında çox üzvi bir bağlılıq var. Abbas müəllim zəhmətkeş idi, ədə biyyatımızın, mədəniyyətimizin təşəbbüskar, yorulmaq bilməyən fəhləsi (və fədaisi!) idi.
***

     Mən aspirant olarkən, «Azərbaycan bədii nəsri ədəbi tənqiddə» mövzusunda namizədlik dissertasiyasının müdafıəsinə hazırlaşarkən tez tez Abbas müəllimlə görüşürdüm, 30-40-50ci illər ədəbi prosesinin fəal iştirakçısı kimi onunla məsləhətləşirdim. Ni zami adına Ədəbiyyat Institutunda əvvəlcə kiçik, sonra baş elmi işçi işlədiyim vaxtlar isə 70 ci illərin əvvəllərindən etibarən, Abbas müəllimlə ünsiyyətimizdə xüsusi bir hərarət yarandı.
     Mən 1969cu ildə namizədlik dissertasiyasını müdafiə etdim və o müdafiəyə hazırlıqda, müdafiə mərasiminin özündə elmi rəhbərim Mir Cəlal müəllim, rəsmi opponentlərim Mirzəağa Quluzadə və Mehdi Məmmədovla birlikdə Abbas müəllim də çox aktiv iştirak etdi, çıxış etdi, xüsusi rəy yazdı və təklif etdi ki, bu dissertasiyaya görə namizədlik yox, birdən-birə doktorluq dərə cəsi verilsin.
     Müdafiədən sonra mən Abbas müəllimə təşəkkürümü bildi rəndə, o mənim qoltuğumdakı 500 səhifəlik dissertasiyanı göstə rərək:
     -Mən sənə görə yox, bax, bu işə görə o təklifi verdim, -dedi.
     Bəlkə də, bir başqasının dilində bu sözlər təmtəraqlı, ya süni səslənə bilərdi, bəli, başqasmın, amma Abbas müəllimin yox, çünki Abbas müəllim sözü şax üzə deyən az adamlardan, az ziyalılardan biri idi.
     Abbas müəllim ilə mənim aramda, yuxarıda yazdığım kimi, otuz ildən artıq bir yaş fərqi var idi, amma bu gün mən daxili bir qürur hissi keçirirəm ki, biz dost idik.
     Haləhval tutmaq üçün ona zəng edirdim:
     -Necəsiniz, Abbas müəllim?
     Bu sualın cavabı həmişə eyni olurdu:
     -Şikayətim yoxdur.
     Onun o cavabı mənim ücün mənalı, hətta rəmzi səslənirdi uzun (və şərəfli!) bir həyat yolunda keşməkeşlər, çətinliklər, tə qiblər çox olsa da, şəxsi həyatında kədərli problemlər yaransa da, səhhəti bəzən sözünə baxmasa da, Abbas müəllimin heç kimdən və heç nədən şikayəti yox idi, çünki Abbas müəllim həyatı sevirdi, həyat isə onun üçün ilk növbədə, ədəbiyyat demək idi, xalqın mənəvi sərvətinin keşiyində dayanmaq və xalqa xidmət etmək, bu xidmətlə də xalqı müdafiə etmək demək idi.
     Abbas müəllimin həyat eşqi ədəbiyyat eşqi, xalq məhəbbə ti idi.
     Bir də ki, yaratmaq şövqü, fəaliyyət ehtirası...
     Abbas Zamanovun yüksək qiymətləndirdiyi və tez -tez haqqında danışdığı böyük şairlərimizdən biri Məhəmməd Hadi yazırdı:
Nəzər qıl, diqqət et, öyrən həyatın əsl mənasın,
Həyatından sənin bir mətləbü mənzur lazımsa...
     Abbas müəllim bizim o qələm sahiblərimizdən idi ki, onların həmin «mətləbü mənzur»u xalqın marağı ilə yaşamaq idi.
***

     Abbas müəllim nə qədər nikbin, dözümlü, əyilməz bir adam idisə, bir o qədər də kövrək, ürəyinazik adam idi.
     Abbas müəllim: «Şikayətim yoxdur!»deyirdi, heç bir sıxın tısını büruzə vermirdi, amma, xüsusən, 80 ci illərdə mən onun içində bir kədər, bir nostalgiya hiss edirdim.
     Hərdən, axşam telefonla zəng edirdi:
     -Yaxşı konyakım var. Dur gəl bizə.
     Və kiçik qədəhlərdə o «yaxşı konyak»dan içə içə, Asya xalanın xüsusi bir səliqə sahmanla mizin üstünə düzdüyü gözəl nemətlərdən dada-dada Abbas müəllimlə söhbət edirdik.
     Abbas müəllim Mirzə Cəlildən, Sabirdən, Hadidən, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, Ismayıl bəy Qaspi rinskidən, Uzeyir bəydən, Ceyhun bəydən, Həmidə xanımdan, Məmməd Tağı Sidqidən, Nəriman Nərimanovdan, Sultan Məcid Qənizadədən, Əzim Əzimzadədən, Səməd Mənsurdan, Müznib dən, Caviddən, Nəzmidən, Seyid Hüseyndən, başqa əhli -qələmdən, eləcə də Məhəmməd Əmindən, Atatürkdən,Yusif bəydən, Xan Xoyskidən, Əlimərdan bəydən, Fətəli bəy Düdənginskidən, başqalarından danışırdı və o anlarda mənə elə gəlirdi ki, Abbas müəllimin ürəyini, çoxunu ömründə heç görmədiyi, bilavasitə ün siyyətdə olmadığı o insanların xiffəti bürüyüb.
     Mənə elə gəlirdi ki, Abbas müəllim onlar üçün darıxır...
***

     Hərdən zarafatla Asya xalaya deyirdim:
     Hərdən Abbas müəllim deyir ki, daha kitab almayacağam. Bundan sonra pulları büllur qablara verəcəyəm.
     Hərdən Asya xala:
     Hərdən -Keçdi daha! deyirdi. Bizim büllur yığmağımızın vaxtı keçdi...
     Hərdən Əvvəlcə Asya xala vəfat etdi, bir müddət sonra Abbas müəllim.
     Hərdən Axırıncı dəfə Abbas müəllimi yoluxanda yataqda əzab əziyyət içindəydi və mən yavaşdan onu çağıranda bir neçə an, elə bil ki, o əzab -əziyyətdən yaxa qurtarıb zəndlə mənə baxdı və mən bütün içimlə, fikrimlə hiss etdim ki, Abbas müəllim məni tanıdı, gözləri ilə mənə: «Elçin...» dedi və onun gözləri ilə dediyi o bir kəlmədə də o qədər söz dedi ki, dünyanın faniliyi cismani bir şey kimi özünü mənim varlığıma təpdi.
     Hərdən Sonra o olmazın əzab əziyyət yenə Abbas müəllimi yaxaladı.
     Hərdən O vaxtdan keçən bütün günlər ərzində mən o son görüşün acısı içində idim, eşidəcəyim çox kədərli bir xəbərin ərəfə qorxusu məni bürümüşdü, sarsıtmışdı, səksəkəyə salmışdı, evimizdə səslənən hər telefon zəngi elə bil ki, o qara xəbərin sorağı idi.
     Hərdən Və o amansız, acılı ağrılı xəbəri eşidəndə birdən -birə qoca Aşıq Alının haçansa yaddaşımda ilişib qalmış sadə və tamam əlacsız misraları yadıma düşdü:
Bu fani dünyadan bir köç eylərəm,
Aran qəmgin olub, dağ inciməsin...
     Hərdən Abbas müəllimi dəfn etdikdən sonra, qəbiristanlıqdan atamgilə getdim və o gecə Ilyas Əfəndiyevin dəruni bir kədərlə dedi yi sözlər də həmişəlik yadımda qalıb:
     -Abbasla birlikdə çox şey getdi...
     Abbas müəllim haqq dünyasına köçdü və bizim bu fani dünyamızda öz missiyasını alın açıqlığı ilə yerinə yetirib getdi, insanlıq borcunu, vətəndaş borcunu, maarifçi borcunu ödədi, getdi.
     Abbas müəllim XX əsrin əvvəllərindən xalqına xidmət edən böyük Azərbaycan ziyalıları nəslindən aldığı əxlaq, əqidə, cəsarət estafetini ən qorxuluqadalı illərdə belə, əlindən salmayan bir qələm sahibi, bir ağsaqqal dost idi, etibarlı idi, təpərli idi, ona güvənirdik.
     Babaların zaman sınağından çıxmış deyimi ağlıma gəlir: «Sə nə güvəndiyim dağlar, sənə də qar yağarmış!», amma Abbas müəllim ucalığına heç vaxt qar yağmazdı...
     O bizim ziyalı keçmişimizlə bugünümüz arasında canlı bir körpü idi və nə yaxşı, nə qənimət ki, həmin milli ziyalı mənəviyyatını təcəssüm etdirən, onun üçün çox qiymətli olan, bəlkə də bütün ömrü boyu içində gəlişini gözlədiyi üçrəngli bayrağımızın bir daha ucaldığını gördü, getdi.
     Abbas müəllim çoxlu xahiş eləyərdi, amma mən bu onilliklər ərzində bir dəfə də görmədim ki, onun o xahişlərinin hansısa özü ilə bağlı olsun.
     Telefon zəng çalardı, Abbas müəllimin təkrarsız səsi eşidilərdi: «Elçin, Əziz Şərifın xatirələrini nəşr etmək lazımdır... Qulam Məmmədlinin salnaməsinin çapı ləngiyir, köməkləşək, görək neyləyirik... Ərzurum Universitetinə təzə kitablar göndərmək lazımdır... »
     Beləcə Abbas müəllim narahatlığı. 1993-cü ildə Abbas müəllim vəfat edərkən mən yazmışdım:
     «İllər keçəcək... Abbas müəllimi tanıyan sonuncu insan yaşayana qədər Abbas müəllim də bu dünyada yaşayacaq. Sonrakı illər də Abbas müəllim unudulmayacaq. Nə qədər ki, Mirzə Cəlil yaşayacaq, o qədər də Azərbaycan elminin, ədəbiyyat tarixinin səhifələrində Abbas müəllimin adı çəkiləcək, onun o böyük qə ləm sahibləri haqqındakı tədqiqatları xatırlanacaq.
     Illər keçəcək... Və gənc bir tədqiqatçı, Həmidə xanımın xatirələrini oxuyanda, Sabirin müasirləri ilə tanış olanda, «Molla Nəsrəddin»çiləri öyrənəndə, bütün bunları üzə çıxaranlardan biri olan Abbas müəllimin də əməyinə qiymət verəcək, amma min tə əssüf, min təəssüf ki, o gənc alim Abbas müəllimin səsini eşitmə miş, canlı simasını görməmiş, onunla yola çıxmamış, onunla məs ləhətləşməmiş olacaq...»
     Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır.
     Abbas müəllimin vəfatından on il keçir.
     Artıq XXI əsr başlayıb.
     Və Abbas müəllimin kitabları bu gün də nəşr edilir və bu nəşrlər onun ömrünün yaradıcılıq ömrünün XXI əsrdəki davamıdır.
     Abbas müəllim bizim ailəmizin ehtiram bəslədiyi məhrəm adamlardan biri idi.
     1988ci ilin dekabrında, Yeni il ərəfəsində Abbas müəllim mənim kiçik qızım Aysuya həmişəki duzlu yumorla qələmə aldığı belə bir təbrik məktubu göndərib:
     «Aysu xanımın, onun valideynlərinin və bacılarının Yeni ili mübarək! İnanıram ki, təzə ildə Aysu xeyli böyüyəcək və evdəki lərə, nisbətən az əzab əziyyət verəcəkdir. Hələlik Allah sizə səbr versin. Aysunu çox istəyən babası Abbas Zamanov.25. XII. 88».
     O vaxtdan on beş il keçib.
     O zaman Aysunun üç yaşı var idi. Bu gün isə Aysunun 18 yaşı var.
     Və Abbas Zamanov bu gün də Aysunun (və aysuların!) mə nəvi babası olaraq qalır, çünki bu mənəvi səlahiyyəti və iqtidarı Abbas müəllimə onun amalı, əməlləri və əsərləri qazandırıb.
     Mən lap bu yaxınlarda SSRI KQB sinin keçmiş sədri, 1964cü il dövlət çevrilişində Nikita Xruşşovun hakimiyyətdən kənarlaşdırılmasında xüsusi rol oynamış Vladimir Semiçastnının kitabında Abbas müəllimin həmin çıxışı ilə bağlı xatirələrinə rast gəldim.
     Sovet İttifaqında müttəfiq respublikaların partiya rəhbərliyinə ikinci katib kimi, adətən, Moskvadan milliyyətcə rus olan partiya işçi si göndərilirdi və vaxtilə sovet komsomolunun rəhbəri olmuş Vladimir Semiçastnı 1959 1961-ci illərdə Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsində işləyirdi və onun xatirələrindən belə məlum olur ki, o zaman respublikanın faktiki rəhbəri Vəli Axundov yox, bu adam olub.
     V.Semiçastnı gənc yaşlanndan etibarən Nikita Xruşşovun daima irəli çəkdiyi və nəhayət, ən etibarlı bir adam kimi, 1961-ci ildə Azərbaycandan çağırıb birbaşa KQB-yə sədr qoyduğu general-polkovnik idi (bu rütbəni də ona Nikita Xruşşov vermişdi!), xeyirxah patronunun axırına çıxan da, əslində, real güc sahibi kimi Leonid Brejnev yox, elə bu adam oldu.
     V.Semiçastnı kitabında qəzəblə (və başa düşülən bir qərəzlə!) Səməd Vurğunun xatirə gününə həsr olunmuş həmin tarixi məclisin təfərrüatını xatırlayır, Abbas müəllimin çıxışınm yaratdığı təlatümdən bəhs edir və sən demə, Azərbaycan KP MK-nın o zamankı ideoloji katibi tamam sarısını udmuş halda və belə bir ürkmüş harayla ikinci katibin Semiçastnmm kabinetinə giribmiş: «Bədbəxtlik üz verib, Vladimir Yefimoviç, bədbəxtlik!»
     V.Semiçastnı yazır: «Büronun (söhbət Azərbaycan KP MK Bürosundan, yəni o dövrün ən yüksək partiya-dövlət qurumundan gedir) iclasını çağırdıq və çaxnaşma yaratmış təxribatçı bəyanat ilə çı xış edən həmin natiqi (Abbas müəllimi!) partiyadan xaric etdik. (Bespokoynoye serdtse, Moskva, «Vaqrius», 2002, səh. 128.)
     O zaman kimisə partiyadan xaric etmək əslində, insanı qanundan kənar elan etmək kimi bir şey idi və onun bütün hüquqları əlindən alınırdı, işdən çıxarılırdı, ictimai «ifşa» kompaniyasına məruz qalırdı...
     Amma belə şeylər Abbas müəllimi sındıra bilməzdi və sındırmadı da.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.09.2014) | Müəllif: R.C E W
Baxış: 619 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more