Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Cəlil bəyin taleyi və yaradıcılığı haqqında bir neçə söz
CƏLİL BƏYİN TALEYİ VƏ YARADICILIĞI HAQQINDA BİR NEÇƏ SÖZ

     Azərbaycan, eləcə də Orta Asiya respublikaları teatr sənəti nin inkişafmda böyük xidmətləri olmuş görkəmli teatr xadimi rejissor, dramaturq, teatr təşkilatçısı, aktyor Cəlil bəy Bağdadbə yov İlyas Əfəndiyevin dayısı, yəni onun anası və mənim nənəm Bilqeyis xanımın böyük qardaşı idi.
     Cəlil bəy vəfat edəndə mənim səkkiz yaşım hələ tamam olmamışdı, amma 1951 ci ilin həmin 21 aprel günü yaxşı xatirim dədir.
     O zaman mən Bakıdakı 7 nömrəli məktəbin birinci sinfındə oxuyurdum və biz, yəni bütün sinif və ümumiyyətlə, bütün məktəb aprelin 22 də Vladimir İliç Leninin anadan olmasının 81 ci il dönümünü bayram etməyə hazırlaşırdıq və mən məktəbin idman zalında keçiriləcək təntənəli yubiley mərasimində birincilər adından Lenin baba haqqında əzbər şer söyləməli idim.
     Mənim, məktəbdəki bəzi aktiv (ictimaiyyətçi!) uşaqlar kimi, pafosla şer söyləmək qabiliyyətim yox idi, amma atam yazıçı olduğu üçün, nədənsə, belə tədbir təşkilatçıları elə hesab edirdilər ki, bu cür məsul və təntənəli mərasimlərdə məhz mən şer söyləməli yəm (düzdür, sonrakı məktəb illərində bu ənənə mənimlə bağlı öz-özünə yox olub getdi...) və mən həmin aprel günü məktəbdən qayıdandan sonra indi xatırlamadığım o şeri cidd-cəhdlə əzbərlə məklə məşğul idim.
     «Mirzə Fətəli» küçəsindəki ikiotaqlı mənzilimizdə mən o şe ri bərkdən oxuyub əzbərləyə bilmirdim, çünki mənim, başı çox müsibətlər çəkmiş nənəm Bilqeyis xanım bütün varlığıyla, canıyla, qanıyla başdan-başa antisovet bir adam idi və Lenin babanm adını eşidən kimi, şübhəsiz ki, yenə əsəbiləşəcəkdi və Leninin qarasına dişinin dibindən çıxanı da növbəti dəfə və axıracan deyə cəkdi.
     O 21 aprel axşamı Cəlil bəy Bağdadbəyovun (Cəlil dayınm) qəfil ölüm xəbəri gələndə, məndən və kiçik qardaşım Temurçin dən başqa, evdəkilərin hamısı başıalovlu onlara getmişdi, mən isə daha heç cür o şeri əzbərləyə bilmirdim.
     O zaman ölüm -itimin nə olduğunu dərk eləmək mənim üçün, təbii ki, hələ gələcəyin işi idi, amma mən şövq-təbii bir qüssə içində idim və evimizin daimi ab -havasından sövq-təbiiliklə hiss edirdim ki, mənim əzbərlədiyim bu şerlə, sabah məktəbimizdə keçiriləcək o mərasimlə gördüyüm, haqqında eşitdiyim adamların (yaxşı adamların!) yaşayışı, taleyi, aqibəti arasında, nəsə bir uyuş mazlıq var, arada nəsə bir yalan, bir falş var.
     Gecə yarısı atamın, o zaman Xarici Dillər İnstitutunda təhsil alan əmim Tofiqlə (yazıçı Tofiq Əfəndiyev) evə qayıdarkən böyük bir ürək yanğısı ilə dediyi:
     -Kişini öldürdülər!.. sözlərini eşidəndə də mən başa düşürdüm ki, söhbət kimlərinsə tüfəng, ya xəncər götürüb, Cəlil dayını öldürməsindən getmir...
     Qəflətən vəfat edərkən Cəlil bəy Bağdadbəyovun 64 yaşı var idi və bu gün mən onun həyat yolunu bir daha təsəvvürümdən ke çirəndə, İlyas Əfəndiyevin o uzaq aprel gecəsi dediyi o sözləri xatırlayıram: «Kişini öldürdülər...»
     Düzdür, Cəlil bəy Bağdadbəyovu güllələmədilər, amma o da yüzlərlə həmin parlaq təhsilli, istedadlı, yazmaq, yaratmaq eşqi və qabiliyyəti ilə yaşayan ziyalılardan biri idi ki, bütün ömrü boyu tə qiblərə məruz qaldı, uzun illər boyu hər gününü güllələnmək qorxusu ilə yola saldı və sonunda da onu əcəl aparmadı, onu cəllad da güllələmədi, onu Sistem öldürdü.
     Burası da çox ağrılı acılıdır ki, Sistem onu yalnız öldürməklə, məhv etməklə kifayətlənmədi, onun irsini də it-bata saldı və yazdıqlarından çox az miras qorunub qaldı.
     Onun yazılarını «özəlləşdirənlər» də oldu, heç bir məxəz göstərmədən onun əsərlərindən istifadə edən tədqiqatçılar da oldu, hətta, onun tərcümələrini öz adına çıxanlar da oldu...
     Quzğunlar həmişə cəsəd axtarar.
     O Sistem (Stalin sistemi!) isə, 1920-30-40-cı illərdə mənəvi quzğunların qidalana bilməsi üçün çox münbit zəmin, əlverişli şə rait yaradırdı.
     Deyirlər yazıya pozu yoxdur.
     Sistem bu deyiləni bəşəriyyətin sınağından çıxmış bu qanunu da pozmaq gücünə (zoruna!) malik idi: yazını poza bilirdi.
     Mənim yadıma gəlir, nənəm Bilqeyis xanım Cəlil bəyin «Buxaranın əmiri» adlı pyesində baş verən əhvalatları xüsusi bir şövq və həvəslə nağıl edirdi və mən indi də həmişəlik hafizəmdə qalmış o hadisələri xatırlayanda, görürəm ki, söhbət çox maraqlı bir süjet xəttindən gedir.
     Cəlil bəy Bağdadbəyovun «Buxaranın əmiri» də, «Parlayan ulduzlar»ı və hələ Azərbaycanda sovet hakimiyyəti qurulana qə dər müxtəlif teatrlarda tamaşaya qoyulmuş bir sıra başqa pyesləri də qorxulu-qadalı illərin it-batına düşdü.
     Mən Cəlil bəyin ailəsində qorunub saxlanmış çox az saylı sə nədlərdən birində 20 fevral 1929-cu ildə Tacikistan Respublikası Xalq Maarif Komissarlığının Cəlil bəy Bağdadbəyovun yeni yaz dığı və tacik dilinə tərcümə olunmuş iki pyesini alması barədə müqaviləyə rast gəldim və bu gün o pyeslərin də sorağı yalnız saralıb solmuş, didilmiş həmin kağız parçasında qalıb.
     Cəlil bəyin 1920-ci illərin sonlarından etibarən Orta Asiya respublikalarında teatr sənətinin təşəkkül tapması və inkişafı ilə bağlı müstəsna xidmətləri olmuşdur və onun bu xidmətləri bu gün də arasıra xatırlanır, qeyd olunur.
     Misal üçün, «Azərbaycan» qəzeti yazır: «Cəlil bəy Bağdadbəyov Türkmənistan və Tacikistan teatrlarının bünövrəsini qoymuş şəxsdir» (28 mart 2001).
     Və təkcə elə bu faktın özü Azərbaycan teatr tarixinin çox fə rəhli hadisələrindən biridir, çünki Türkmənistanda, Tacikistanda teatr sənətinin bünövrəsini qoymuş, Özbəkistanda da, xüsusən, Daşkənd, Səmərqənd və Kokand teatrlarının yaranmasında rejissor, təşkilatçı, bədii rəhbər kimi böyük xidmətlər göstərmiş bu şəxs Cəlil bəy Bağdadbəyov Azərbaycanın teatr xadimi, Azərbaycan teatr məktəbinin nümayəndəsi idi.
     Təəssüf ki, Azərbaycan sənətşünaslığı Cəlil bəyin həyatını, yaradıcılığını və fəalliyyətini layiqincə tədqiq etməmişdir, halbuki, bu yaradıcılıq və bu fəaliyyətin tədqiqi bizim milli teatr sənə timizin (Azərbaycan teatrının!) əhatə dairəsi, miqyas genişliyi və mündəricə zənginliyi baxımından ciddi əhəmiyyətə malikdir.
     Əlbəttə, burada da əsas təqsir Sistemdədir, çünki Cəlil bəy Bağdadbəyov ibtidai təhsilini anadan olduğu Şuşa şəhərində almış, sonra Peterburqda və Moskvada təhsilini davam etdirmiş bu ziyalı, bütün varlığı ilə teatr sənətinə bağlı olan bu adam 1931 ci ildə Aşqabadda Sistem tərəfindən «xalq düşməni» kimi həbs olunur və təbii ki, əsərləri qadağan edilir, yandırılır, dağıdılır, itib batır...
     Və bundan sonra Cəlil bəy Bağdadbəyovun və ailəsinin mə şəqqətlərlə dolu həyatı başlayır...
     Oxucular, Cəlil bəyin yeganə qızı, yeniyetmə ikən könüllü olaraq şəfqət bacısı kimi ordu sıralarında II Dünya müharibəsinin ön cəbhəsində faşizmə qarşı döyüşmüş və yaralanmış, sonra bütün ömrünü pedaqoqluğa həsr etmiş rus dili müəlliməsi Züleyxa xanım Bağdadbəyovanın xatirələrində bu barədə, qısaca da olsa, oxuya bilər. (Bax: Cəlil bəy Bağdadbəyov. Xatirələr və etnoqrafik qeydlər, Bakı, «Qapp-Poliqraf», 2002.)
     Cəlil bəy Bağdadbəyovun əsərlərinin çox az bir hissəsi gəlib bizə çatmışdır və bunların arasında onun xatirə və qeydləri Azərbaycan musiqi tarixini və etnoqrafiyasını, xüsusən, Qarabağ elatı nın məişət və gündəlik həyatını öyrənmək baxımından, elə bilirəm ki, çox zəngin mənbədir və ciddi əhəmiyyətə malikdir.
     Bu xatirələrin, qeydlərin məğzində daxilən mədəniyyətə bö yük bir meyl, böyük bir məhəbbət, həvəs dayanır.
     Cəlil bəyin kitabına düşməyən yazılarından birində belə bir təsvir var: «Keçmişdə Afrikadakı Səhrayi -Kəbir adlı çöldə yay zamanı nəhayət isti olduğundan, gedən karvanlar gündüzlər yol gedə bilməyib gecələr gedirdilər. Karvan üçün aydınlıq gecələr əlverişli olub, ay olmadıqda Mərrix (Mars) ulduzunu qədəmpak qiblə nüma edərək, gündüz olmamış mənzil başına çatırdılar. Bəzi vaxtlarda göy üzündə bulud və qeyri dəyişikliklər olarkən Mars ul duzunu itirən karvanlar mənzilə çatmayıb, yolu itirdiklərində gün düz istisinə düşərək, əksəriyyət ilə məhv olurdular».
     Cəlil bəy mədəniyyəti belə bir Mars ulduzuna bənzədir və milləti öz nəzərlərini həmin ulduza tuşlamağa çağırırdı.
     Onun xatirələrində Azərbaycan xanəndəlik məktəbinin Hacı Hüsü, Məşədi Isi, Dəli Ismayıl bəy, Malıbəyli Həmid, Malıbəyli Əsgər, Xanlıq Şükür, Çarıqçı Bahadur, Şuşalı Qasım, Çəkməçi Məhəmməd, Bağban Əkbər, Məcid Behbudov (Rəşid Behbudo vun atası), Məhəmməd Fərzəliyev, Keçəçi Məhəmməd, Şəkili Ələsgər Abdullayev, Islam Abdullayev, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, onun böyük qardaşı Məhəmməd Qaryağdıoğlu, Məşədi Dadaş, Hacı Məhəmməd, Ağdamlı Muxtar, Qaraşərli Kərbəlayı Baba və başqaları kimi bu gün tanınan və yaxud yaddan çıx mış nümayəndələri haqqında ensiklopediketnoqrafik xarakterli və olduqca maraqlı məlumatlar, güman edirəm ki, o zaman 1930cu illərdə bizim sənətşünaslıqda ilk dəfə qələmə alınıbdı və sonrakı 1960-70-80-90-cı illərdə ayrı ayrı tədqiqatçılar arxivdəki bu məlumatlardan bol-bol istifadə etsələr də, onların istifadə etdikləri mə xəzlərin siyahısında Cəlil bəyin adına çox nadir hallarda təsadüf etmək mümkündür. Bundan başqa, həmin xatirə və qeydlərdə Gülablı Aşıq Nəcəfqulu, Aşıq Abbasqulu, Kürd Aşıq Dadaş və başqa aşıqlar, Çatı oğlu Ismayıl, Lotu Qulu, Abdal Qasım, Ibiş ki mi toy lotuları, təlxəklər, bir çox instrumental ifaçılar, mütrüflər haqqında da maraqlı məlumatlar verilmişdir.
     Cəlil bəy Bağdadbəyov nişan, paltarbiçmə, kənd toyları və ümumiyyətlə, toylar, cıdırlar, gəzintilər, sıra qonaqlıqları, duvaqqapma, qurşaq tutmaq, yallı getmək, çillə çıxartmaq, musiqisiz çillələr, misteriya çıxışları, ayrıayrı şəbih tamaşaları, dərvişlik və s. kimi mərasimlər, oyunlar, ənənələr haqqında qələmə aldığı qeydlərdə, təsvirlərdə Azərbaycan folklorunun və etnoqrafıyasının canlı və əyani mənzərəsini yaratmışdır.
     Cəlil bəy Bağdadbəyov bu xatirə və qeydlərini 1930cu illə rin sonlarında qələmə almışdır.
     Onun ailəsində saxlanılan sənədlər arasında Bülbülün Cəlil bəyə ünvanlanmış 1 və 9 aprel 1940cı il tarixli iki məktubu var. Bülbül o zaman Xalq Komissarları Soveti yanında Incəsənət Idarəsinin Elm-Musiqi Kabinetinin rəhbəri işləyirdi və həmin məktublardan məlum olur ki, Cəlil bəy «Musiqimizin keçmişi və Azərbaycan toy mərasimləri» adlı əsərini yazıb bitirmişdir.
     Güman edirəm ki, Cəlil bəyin kitabında nəşr edilmiş «Xatirə lər»i həmin əsərin variantlarından biridir.
     Mən yuxarıda qeyd etdim ki, Sistem tarixin sınağından çıxmış «yazıya pozu yoxdur» qanununu da pozmaq gücündə idi.
     Bəli, belə idi.
     Və Cəlil bəy Bağdadbəyovun əsərlərinin timsalında biz bunun şahidi oluruq.
     Ancaq biz yenə də Cəlil bəy Bağdadbəyovun əsərlərinin tim salında bunun da şahidi oluruq ki, yazını tam pozmaq, tam məhv etmək mümkün deyil.
     :Yazının, qoy lap cüzi bir hissəsi olsun, qalın asfalt örtüyü de şib üzə çıxan kiçicik bir ot yarpağı kimi, haradasa özünü biruzə verməsi qarşısıalmmazdır.
     Hətta o qorxunc Sistem də bunun qarşısmı tam şəkildə ala bil mədi.
     Cəlil bəy Bağdadbəyovun kiçik kitabı da bu həqiqəti sübut edən nümunələrdən biridir.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.09.2014) | Müəllif: R.C E W
Baxış: 524 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more