Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Borçalıdan gələn yollar (Məqalə)
BORÇALIDAN GƏLƏN YOLLAR


     Eyvaz Borçalının «Dünya, məni tərkinə al» adlı yeni şerlər kitabı xeyli müddət şer çap etdirməyən şairin oxucularının da, qələm dostlarının da marağına səbəb oldu. Biz hamımız Eyvazı məxsusi deyim tərzi olan istedadlı bir şair kimi tanıyırıq, onun poeziyası ilə mətbuat səhifələrində, yeni-yeni kitablar vasitəsilə daimi ünsiyyətdə olurduq və birdən-birə gözlənilməz bir hadisə baş verdi: Eyvaz susdu.
     Nə gizlədim, Azərbaycan poeziyasını sevən bir oxucu kimi mən hərdən Eyvazın bu poetik sükutu barədə təəssüflə düşünürdüm, çünki sənət gözəlliyi, məhrəmliyi, mülayimliyi, nəvazişi ilə bərabər, eyni zamanda, amansızdır. Quyunun suyu daha qaynamırsa, ondan su ummağın nə mənası var?
     Amma nə yaxşı ki, bu quyunun suyu qaynayırmış... Eyvazın poetik sükutu onun poeziyasının inkişafında bir mərhələ imiş. Eyvazın lirik qəhrəmanı:
Payız günəşinin nurundan içib
Yenə də üzümə gülür bu yollar.
Yoxsa, kəndimizin içindən keçib -
Qoca Borçalıdan gəlir bu yollar? -

deyir və biz, bu yeni kitabı oxuduqca əyani şəkildə görür və şahi- di oluruq ki, qoca Borçalıdan gələn yollar, əslində, məhdud coğ- rafi əraziləri bir-biri ilə birləşdirmir. Bu yollar Eyvazın poeziyası- nı ürəklərə aparıb çıxarır, insan xislətinin mürəkkəbliyindən, zənginliyindən söhbət açması üçün həmin poeziyaya dəqiq ünvanlar göstərir. Bu yollar müxtəlif şerlərdə Təbrizə aparır, təyyarə sürətinə çevrilir, ümumiyyətlə, bəşəriyyət haqqında, dünya haq- qında düşüncələrə sövq edir. Qoca Borçalıdan gələn bu yollar Eyvazın ən yaxşı şerlərində bəşəri səciyyə daşıyır, çünki onlar ilk növbədə doğma Azərbaycan torpağı ilə bağlıdır və yəqin elə buna görə də Azərbaycan motivi, bu yeni kitabda bir ana xətt kimi ilk səhifədən sonuncu səhifəyə qədər davam edir:
Payız günəşini içən bu yollar,
İçib ömrümün də günortasından.
Qoca Borçalıdan keçən bu yollar,
Keçib ürəyimin tən ortasından.

     Ürəyin «tən ortasından» keçən yollar həmin ürəyin poetik özünüifadəsində vətəndaşlığı, xalq və Vətən məhəbbətini, övladlıq borcunu ilk plana çəkir və belə bir milliliklə bərabər, daha doğrusu, məhz bu milliliyə görə də Eyvazın lirik qəhrəmanı öz daxili aləmi ilə bəşəri mövqedə dayana bilir, həmin mövqe onun üçün əlçatmaz deyil.
     Lirik qəhrəman, Eyvazın misraları ilə: «Anam, ana Vətənim, hər misrada bitənim; Əlborcunam, gərək mən, ömrüm ilə ödə- nim» - dedikdə biz onun sözlərinə inanırıq, başqa bir şerdə «Tu- rist şairlərin saxta həsrəti, Vətən sevgisini ucuzlaşdırıb» - dedikdə də biz onun ürəyinin vətəndaş ağrısını hiss edirik. Ona görə ki, biz bu lirik qəhrəmanı Vətənə, torpağa baglayan hisslərin, həyəcanların poetik yetkinliyini və eyni zamanda, təravətini görürük, onun vətəndaşlıq qayələrinin həqiqiliyinin, səmimiliyinin şahidi oluruq. Yeri gəlmişkən deyək ki, elə buna görə də biz istəməzdik ki, ayrı-ayrı şerlərində olduğu kimi, Eyvazın lirik qəhrəmanı «Səndən gözəli yoxdur, anam, Azərbaycanım», «Çiçəklənən, gül- lənən, sonam Azərbaycanım» - kimi birbaşa vəsfçilik, çılpaq təriflər yolu ilə getsin. Qoca Borçalıdan gələn yollarda Eyvaz Borçalının öz poetik izi var və əlbəttə, onun lirik qəhrəmanı məhz bu məxsusi izlərin vüsətini artırmalıdır, isbatdan çıxmış cıgırlarla getməməlidir, çünki bu, həmin lirik qəhrəmanın artıq formalaş- mış, sabitləşmiş poetik təbiətinə ziddir.
Dünya, məni tərkinə al,
Görüm yolun hayanadır!

     Bax, bu cür məğrur çagırışa görə, dünəndən gələn və sabaha aparan yollar axtarışındakı bu vüsətə, epikliyə görə biz həmin lirik qəhrəmanı qəbul edirik və ona ürək qızdırırıq. Eyvazın lirik qəhrəmanı belə misralarda müasir dünya ilə təkbətək dayanmaq iqtidarındadır və onun həyati detalları, ictimai məqamları, hiss və həyəcanları mənalandırmaq və ümumiləşdirə bilmək bacarığı, fikirləri, müşahidələri göstərir ki, söhbət o lirik qəhrəmanın simasında həm ictimai, həm də estetik bir kateqoriya kimi müasirliyin səviyyəli tərəfmüqabilindən gedir.
     Biz yuxarıda Eyvazın neçə illər şer çap etdirmədiyini yazdıq və indi aydın olur ki, o sükut «ilham çeşməsinin» günahı deyilmiş, şerə, sənətə ehtiramın, məsuliyyət hissinin «günahı» imiş və qarşımızdakı bu yeni kitab həmin məsuliyyət hissini yaxşı nümayiş etdirir. Lakin burası bizim üçün daha əlamətdar göründü ki, bu günün özündə də Eyvaz «Heç vədə oxuya bilməyəcəyim, Bir nəğmə çırpınır dilim ucunda» - deyə öz poetik imkanlannı (həm də gördüyümüz kimi, tutarlı imkanlarını!) poeziyanın, ümumiyyətlə, sənətin imkanları səviyyəsinə qoymur və yuxarıda dediyim məsuliyyət hissi baxımından səmimi bir təvazökarlıqla «Bir cavan şairi qoy gələcəyin, oxusun bu şeri könlü acanda» - deyir. Bu cəhət bizim üçün ona görə əhəmiyyətli görünür ki, bir küll halında müasir poeziyamızda məhz belə bir məsuliyyət hissinin çatışmazlığını açıq-aşkar müşahidə edirik və az qala, ictimai qayğımıza çevrilmiş (mən hələ estetik qayğını demirəm!) «şer axını» prosesi də elə buradan başlanır. Bəzən biz imkanla iddia arasında belə bir komik, eyni zamanda, acı təzadın şahidi oluruq ki, hər hansı bir müəllif öz poetik imkanlannı iqtidarsız bir poeziya ilə yüksək qiymətləndirir.
     Lakin biz yenə də qarşımızdakı kitabın üzərinə qayıdaq.
Mən səni ürküdüb perikdirəli,
Çatıb çənbərində boğulub dalğam.
Hardasan, uzalı qalıb bir əlim,
Qayıt öz yuvana, qayıt, ey ilham.

     Əlbəttə, ilhamı çağırmaq asandır, bunu hamı bacarır, amma həqiqi ilhamın məhsulu olan şerlər yazmaq isə, ancaq şairin, sənətkarın imkanı daxilindədir və mən Eyvazın yeni kitabını oxuduqca sevinirdim ki, qələm dostumun dili ilə ilhamı çağıran mənəvi ehtiyacın, «könül aclığı»nın özü də elə ilhamdan gəlir.
     Bu kitabın yaxşı cəhətlərindən biri budur ki, oradakı şerlərdə insani hisslərlə, hərgah belə demək olarsa, «adi» insanlıqla vətəndaşlıq arasında üzvi bir bağlılıq var, buradakı vətəndaşlıq adicə insani duyğuların fövqündə deyil, əksinə, həmin «adi» duyğulardan, hisslərdən qidalanır, buna görə də təsir gücünə malikdir, söylənən sözün effekti var.
Mən dağlara yağan qaram,
Qar əriyib itəsidir.
Mən daglarda bitən baram,
Bar yeyilib gedəsidir.
Məndən sonra dağ qalacaq,
Şükür, şükür, sağ qalacaq.

     Əlbəttə, zərif insani hisslərdir, burada kameralıqdan doğan bir həzinlik var, hətta intimlik var, amma dünyagörüşünün, bədii ehtivanın məhdudluğu yoxdur, çünki bu zərif və həzin hissləri açıqlayan lirik qəhrəman başqa bir şerdə ayrıca bir dağ barədə, yaxud kənddəki bir ağac, çəməndəki bir lalə barədə yox, bütün dünya barədə fikirləşir, deyək ki, «Aeroportda» şerində olduğu kimi, «dünyanın üstündə fırlanan» duman barədə fikirləşir və ən başlıcası isə, həmin bəşəri düşüncələrin bədii inikası bizim qəlbimizlə bərabər, şüurumuza da yol tapır, bədii-estetik təminat hissi oya- dır. Bu mənada, Eyvazın kitabına toplanmış şerlər bir-birini da- vam etdirir, bir-birini tamamlayır və ona görə də bizdə belə bir təsəvvür yarandı ki, yazıldıqları vaxtdan, bəhs etdiyi mövzulardan asılı olmayaraq biz bütöv, tam bir əsər oxumuşuq, müasir bir şai- rin təbiət barədə, xalq və Vətən barədə, dünya barədə düşüncələrindən ibarət vahid poema-panoram oxumuşuq.
     Eyvazın ən yaxşı şerlərində yaradıcılıq narahatlığı ilə yaratmaq əzmi qoşa addımlayır, öz dialektik vəhdətini tapır. Onun lirik qəhrəmanı narahatdır, Təbrizi xatırlayıb, «Elə yuxu qonağınam nə vaxtdı» - deyə əzablı, yanıqlı düşüncələr içindədir, lakin o bu na- rahatlıqdan çəkinmir, bu əzabdan qorxmur, əksinə, «Atlan,ürə- yim!» - deyir, poetik meydan axtarır, «Vətən təkdisə, niyə parça- lanıb təkcə Vətənim?!» - yanğısı ilə dövrün mühüm ictimai-sosial problemlərinə müdaxilə edir.
     Eyvazın lirik qəhrəmanının söylədiyi söz təsir edir, ələ alır və düşündürür, çünki bu qəhrəmanın özü də daxilən bir kəlmə sözə möhtacdır («Bir dünya yaşayar bir kəlmə sözdə!») və bu mənəvi tələbatını oxucudan gizlətmir, əksinə, onu şerin «materialına» çevirir:
Mən təşnə torpağam, sən dolmuş bulud,
Şimşəyə həsrətdi qulaq da, göz də.
Susma, dərdin alım, bürküdü sükut,
Ürəyim partlayır, bir kəlmə söz de!

     Bu yerdə ustad Füzulinin bir beyti bizim yadımıza düşdü:
Sən ey söz dilbərinə ziynətü ziyvər verən insan,
Libasi-mərifətdən qılma gəl məhrum o cananı.

     Füzuli hələ adi insana müraciətlə bu beyti söyləmişdi, şair isə o insandır ki, sözə verdiyi «ziynətü ziyvər» adi insanların işlətdiyi «ziynətü ziyvər»dən seçilməlidir, daha tutarlı və mənalı olmalıdır və bu baxımdan Eyvaz bizim o şairlərimizdəndir ki, sözü seçməyə, ümumiləşdirməyə, obrazlaşdırmağa çalışır, sözü, necə deyərlər, başlı-başına buraxmır, sözlə işləyir.
     Eyvazın poeziyası Azərbaycan dilini yaxşı bilən, bu dili sevən və bu dilin zəngin poetik imkanlarından istifadə etmək istəyən bir şairin poeziyasıdır. Onun nəinki sözlərlə işləmək, hətta səslərlə işləmək istəyi və bu zaman əldə etdiyi poetik uğurlar bu mənada bizə prinsipial, əhəmiyyətli görünür. Misal üçün, aşağıdakı parçada «ş» səsi, ümumiyyətlə, şerin qavranmasında, söylənən fikirlərin əxz edilməsində münbit bir estetik əhvali-ruhiyyə yaradır:
Hərdənbir balaca naxoşlayanda,
Könlüm çisəkləyib yağışlayanda
Mənə elə gəlir, mən yaxşılaşsam,
Bəlkə yaxşılaşam bir yaşıl axşam
Doğma kəndimizdə, çay qırağında...
Nərgizli göylərin çilçırağında...

     Eyvazın obrazlar aləmində də sözü duyan, hiss edən və həmin duyğudan, hissdən yaranan estetik bir saflıq var, onun lirik qəhrəmanı «Çapır, atlı könül düşmür yəhərdən», yaxud «Şair taleyimin didərginiyəm» - dedikdə, buradakı, necə deyərlər, ağıllı sadəliyi doğuran da məhz həmin estetik saflıq, təmizlikdir.
     Eyvaz heca vəzninin artıq sabitləşmiş formalarında yazan şa- irlərimizdəndir və yaxşı cəhətdir ki, bu istiqamətdə də o axtarışlarını davam etdirir, yeni bölgülər, yeni qafiyələr axtarır. Bəzən o, ilk baxışdan kobud görünən sözləri, misal üçün, «Hey-gəlib-ley- gəlir-heykəli» kimi sözləri elə qafiyələndirir ki, onlar şerin kontekstində təbii səslənir, təravət gətirir. Eyvaz qulaq qafiyələrindən də yaxşı istifadə edir:
Göydə təklənən duma,
Təklənib göydə durma,
Köç, mənim qəlbimə köç.

     Əlbəttə, ilk baxışda fikirləşə bilərik ki, duma göydə dayana bilməz, ya uçmalı, ya da enməlidir, lakin şair «durmaq» çoxmənalı felinin çalarından yaxşı istifadə edə bilmişdir və buna görə də «durna-durma» qulaq qafiyəsi də təbii səslənir, mənzərəni, əhvali-ruhiyyəni incə, akvarel boyalarla həkk edir.
     «Dünya, məni tərkinə al» kitabı, eyni zamanda, bəzi arzularımızı da müəllifin diqqətinə çatdırmağa sövq edir. Yuxarıda artıq bunlardan birini qeyd etdim: ümumi sözlərin yaratdığı vəsfçilik hələ yalnız zəif bir təmayül kimi ara-sıra Eyvazın bəzi şerlərində özünü göstərir və biz istərdik ki, onun yaradıcılığı gələcəkdə həmin təmayüldən tamam azad olsun.
     İkinci arzumuz budur ki, yenə də ara-sıra bəzi şerlərdə nəzərə çarpan nəsihətçilik əhvali-ruhiyyəsi Eyvazın poeziyasının həyatiliyinə, canlılığına yad olduğu üçün aradan qaldırılsın. «Ayağın altında sev bu torpağı!», yaxud «Kim yetirsə sənə qada, əvəzini salma yada; Vaz keç ki, yaxşılıqların biri artsın bu dünyada!» - deməklə bu gün, elə bilirəm ki, bədii nailiyyət əldə etmək mümkün deyil, çünki nəsihətçilik, çılpaq şəkildə ibrət dərsi vermək, didaktika müasir poeziyanın təbiətinə yaddır. Bu gün poeziyada torpağın, xalqın, Vətənin təəssübü elə çəkilməlidir ki, tərif sözləri yox, təsirli detallar, müşahidələr, obrazlılıq səni ələ alsın, düşündürsün, yaddan çıxmasın.
     Əlbəttə, hər misrada, hətta hər bir şerdə poetik kəşfə nail olmaq mümkün deyil, lakin məhz Vətən məhəbbətini tərənnüm edən, eləcə də insanı «yaxşılığa» dəvət edən şerlərdə poetik kəşflərə ehtiyac daha artıqdır, çünki bu barədə çox yazılıb və sənin yazdığın mütləq seçilməlidir, əks-təqdirdə şer məmulatı içində itib-batacaqdır.
     Nəhayət, bir arzumuzu da bildiririk: biz istərdik ki, Eyvaz Borçalı sözaltı mənalardan, misraların sətirarası daşıdığı fikir ağırlığından daha artıq istifadə etsin. Misralar hər şeyi dəqiq surətdə, sözlərin yalnız müstəqim mənası ilə səhifələrə həkk edəcəksə, onda həyatın bədii dərki ilə zehni dərki arasındakı fərq get-gedə aradan götürülməzmi?
     Eyvazın bir çox şeri ona görə bizi ələ alır, bizə təsir edir ki, onlar məhz bədii təfəkkürün məhsuludur və biz istərdik ki, bu mənada onun yaradıcılığında istisnalar olmasın.
     ... Qoca Borçalıdan gələn yollar bu gün uğurlu bir şer kitabını bizə çatdırıb. Yol yalnız məkanla bağlı məfhum deyil, yol eyni də- rəcədə zamanla da bağlıdır. Borçalıdan gələn yollar bizi sabahın da yeni poetik görüşlərinə aparır və bu görüşlərin bir daha gecikməməsi üçün şair dostumuza deyirik: Yolçu yolda gərək.

1984.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.06.2014) | Müəllif: R.C E W
Baxış: 408 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more