Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bizim haqqımız (Məqalə)
BİZİM HAQQIMIZ


     V.İ.Lenin «Sovet Respublikasının beynəlxalq və daxili vəziyyəti haqqında» adlı məqaləni 1922-c ildə yazmışdır. V.V.Mayakovskinin isə 1922-ci ildə 29 yaşı var idi, yəni yaş etibarilə o, bugünkü Azərbaycan ədəbiyyatının yeni nəslindən kiçik idi. V.İ.Lenin həmin məqalələrində bu cavan müəllifin «İclasbazlar» şeri haqqında yazırdı: «Çoxdan idi mən siyasi inzibati nöqteyi-nəzərdən belə həzz almamışdım».
     Mən bu misalı və bu analogiyanı nə üçün gətirdim? Ona görə ki, hərgah böyük bir ölkənin Xalq Komissarları Sovetinin sədri müasir tənqidçilərin dili ilə desək, «cavan bir müəllifin» şerindən siyasi həzz alırsa, bu, hər şeydən əvvəl, həmin müəllifə ciddi yanaşılmasına dəlalət edir.
     Bu gün müasir Azərbaycan ədəbi tənqidinin, Azərbaycan ədəbiyyatının yeni nəslinə münasibətin məhz belə bir ciddiliyi çatışmır, «gəncdir də...» əhval-ruhiyyəsi hələ də bir çox məqalələr- də özünü büruzə verir və buna görə də həmin məqalələr çox zaman əldə edilən elmi-nəzəri nəticələr baxımından qənaətbəxş səviyyədə olmur, mülahizələrdə primitivlik, fikirlərdə dayazlıq özünü büruzə verir.
     Bizim ədəbiyyatımızın Əkrəm Əylisli və Fikrət Sadıq, Anar və Fikrət Qoca, Rüstəm İbrahimbəyov və başqaları kimi cavan nümayəndələri var və onların yaradıcılığı bir küll halında artıq Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Adını çəkdiyim və çəkə bilmədiyim bu yazıçı və şairlərin hamısı eyni səviyyədə yazmırlar, lakin həm dünyagörüşünün əhatəliyi və qaldırılan, qələmə alınan ictimai-siyasi problemlərin sanbalı, həm üslub və yazıçı mədəniyyəti, həm savad və sənətkar istedadı baxımından bir-birindən bu və ya digər dərəcədə seçilən həmin cavanları bir-birinə yaxınlaşdıran, doğmalaşdıran ümumi cəhətlər də az deyil və məncə bu cəhətlərdən ən başlıcası onların xalqa və Vətənə bağlılığı, xalq və Vətən məhəbbəti, sədaqəti, məfkurə sağlamlığıdır. Bu yazıçı və şairlər öz sələflərinə dərin hörmət bəsləyir, onlardan öyrənir, yəni ədəbiyyatımızın klassik ənənələrini novatorcasına inkişaf etdirirlər. Onların yalnız respublikada deyil, ümumittifaq miqyasında çıxışları, mərkəzi mətbuatda, fəal iştirakları bu cavan yazıçıların bir küll halında özlərini ifadə və təsdiq etmək qüdrətinə malik olmalarını göstərir.
     Məhz bu cəhətlər ayrı-ayrı imza müəlliflərindən deyil, Azərbaycan ədəbiyyatından, yeni yaranmış nəsildən danışmağa sövq edir. Tənqidçi Y.Seyidov bu yaxınlarda çap olunmuş bir məqaləsində yazır ki, «Gənc yazıçılardan» danışarkən «həmin sözü təcrübəsizliyin sinonimi kimi işlətməkdə haqlı deyilik. «Gənc yazıçı» adlandırılan yazıçıların çoxunun yaşı otuzu öt- müş, ilk əsərlərini çap elətdirdikləri vaxtdan da on ildən artıq vaxt keçmişdir. Mən onları «altmışıncı illər nəsli» adlandırmağı daha doğru sayıram.
     Artıq bütün kəskinliyi ilə demək lazımdır ki, «altmışıncı illər nəsli» ədəbi tənqidimizdə hələ özünün hərtərəfli qiymətini tapmamışdır, onun bədii təəssüratı yüksək nəzəri səviyyəli təlimdən keçirilməmiş, müsbət və mənfi cəhətləri lazımınca araşdırılmamışdır. Səbəb nədir? Burada mən, üç səbəb üzərində dayanmağı lazım hesab edirəm.
     Birinci məsələ ondan ibarətdir ki, Azərbaycan ədəbi tənqidinin təcrübəli və istedadlı nümayəndələri «altmışıncı illər nəslinin» yaradıcılıq həyatına, yumşaq desək, az müdaxilə edirlər, bu nəslin arzu və istəyi, düşüncə tərzi, mövzusu və mövzuya münasibətilə az maraqlanırlar. Əgər son illərdə respublika qəzet və jurnallarında, xüsusilə, ədəbi-bədii orqanlarında dərc olunmuş məqalələri nəzərdən keçirsək, bu «şikayət»ə (əslində isə tələb!) bəraət qazanar, çünki «cavanların» yaradıcılığına dair təcrübəli tənqidçilərin qələmindən çıxmış bir dənə də olsun problemlər qoyan və bu problemləri həll edən, böyük, ümumiləşdirilmiş yüksək elmi-nəzəri səviyyəli məqaləyə rast gəlmək çətin işdir. Bu cür etinasızlığı görərkən yenə də ədəbiyyat tarixində bizə məlum olan faktlar yada düşür.
     V. Belinski ilk dəfə L.Tolstoydan bəhs edərkən, L.Tolstoy hələ bütün dünyanın Tolstoyu deyildi, 19-26 yaşlarında bir gənc idi. Məhz V.Belinski bu cavan yazıçıya çox ciddi yanaşaraq, onun böyüklüyünü əvvəlcədən xəbər verdi və L.Tolstoy da bundan sonra bütün dünyanın Tolstoyu oldu. 62
     V.Lunaçarski 1929-cu ildə o vaxt lap cavan oğlan olan M.Şoloxovun «Sakit Don»undan bəhs edərək bu əsəri klassiklərin əsərləri ilə yanaşı qoydu.
     Məni düzgün başa düşün, mən bilirəm ki, analogiya hələ arqument deyil, eyni zamanda mən, cavan Azərbaycan yazıçı və şairlərini L.Tolstoyla,V.Mayakovski ilə, yaxud M.Şoloxovla müqayisə də etmirəm. Ancaq, hərgah, bizim cavan yazıçılarımız arasında gələcək tolstoylar, mayakovskilər, şoloxovlar yoxdursa belə, elə bu halın özü dərin elmi təhlilə möhtac deyilmi? Azərbaycan ədəbiyyatının gələcəyindən çox şey umulduğu bir zamanda nə üçün onun perspektivi zəifdir, bu özü görkəmli tənqidçilərimizi düşündürməlidir, onlar ədəbiyyatımızın gələcək inkişafı naminə belə bir vəziyətin səbəbini bir vətəndaşlıq borcu kimi, ehtirasla, yana-yana izah etməlidirlər.
     Yox, əgər xoşbəxtlikdən vəziyyət belə deyilsə, Azərbaycan ədəbiyyatının perspektivləri işıqlıdırsa (buna mənim heç bir şübhəm yoxdur!), cavan yazıçı və şairlərimizin arasında gələcəyin böyük sənətkarları varsa, bunu da ilk növbədə həmin tənqidçi və ədəbiyyatşünaslar göstərməlidir.
     Yəni dediyim budur ki, sükuta, sərf-nəzərə heç bir bəraət yoxdur, pisdirsə tənqid elə, yaxşıdırsa münasibətini bildir, çünki bu tənqidə də, bu tərifə də, nəinki yalnız «altmışıncı illər nəsli»nin, ümumiyyətlə, ədəbiyyatımızın ehtiyacı var. Məhz belə bir ehtiyacın sayəsindədir ki, elmi avtoritet qazanmış görkəmli tənqidçilərin cavanların yaradıcılığına həsr olunmuş lap kiçik məqalələri belə, respublika ədəbi həyatında hadisəyə çevrilir.
     Hörmətli Məmməd Arif müəllimin mənim və Anarın kitabları haqqındakı resenziyalarını misal çəkə bilərəm. Düşünən və düşündürən bir qələmin məhsulu bu iki kiçik məqalə təkcə respublika mətbuatında deyil, mərkəzi mətbuatda da xüsusi bir hadisə kimi qeyd edildi. Doğrudan da, ümumi sükunət və biganəlik fonunda Arif müəllimin məqalələri ədəbi hadisə oldu və gizlətmək istəmirəm, məqalələrdəki təqdir də, təkdir də bizim - mənim də, Anarın da ədəbiyyat qarşısında hiss etdiyimiz məsuliyyəti daha da artırmış oldu.
     «Altmışıncı illər nəsli»nin yaradıcılığı - mən özümü kənara çəkib, yuxarıda adlarını çəkdiyim yazıçıları nəzərdə tuturam - yalnız yaxşı resenziyalar üçün deyil, böyük elmi-nəzəri məqalələr üçün əsas verir. Azərbaycan ədəbiyyatının gələcək inkişafını, onun yaradıcılıq qüdrətini təmin etmək üçün, məhz bu tipli məqalələrin meydana çıxması, elmi mübahisələr doğurması (qoy qızğın, lap kəskin, amma sağlam polemikalar olsun!) artıq vaxtı çatmış vacib bir məsələdir.
     Üzərində dayanmaq istədiyim ikinci səbəb də çox prinsipial mahiyyət daşıyır, çünki o da bilavasitə ədəbiyyatımızın gələcəyi ilə bağlıdır, onun bədii-estetik, fəlsəfi-ictimai inkişafını müəyyənləşdirən amllərdən biridir.
     Hərgah bu gün biz həm nəsr sahəsində, həm poeziya sahəsində «altmışıncı illər nəsli»ndən danışa biliriksə, tənqid sahəsində bu barədə danışmaq iqtidarında deyilik, çünki tənqidçilərin «altmışıncı illər nəsli», mənim fikrimcə, hələ formalaşmamışdır.
     Düzdür, bu illərdə Yaşar Qarayev, Asif Əfəndiyev, Şamil Salmanov, Akif Hüseynov, Arif Səfiyev kimi istedadlı tənqidçilərin ayrı-ayrı maraqlı məqalələrini mətbuat səhifələrində oxumuşuq, ancaq məsələ burasındadır ki, həmin tənqidçilərin ədəbiyyatımızın «altmışıncı illər nəsli» ilə yaradıcılığını bir-birinə doğmalaşdıran nəzəri-estetik prinsiplər də bir o qədər nəzərə çarpmır. Yəni söhbət ədəbi zövqün, nəzəri-estetik prinsiplərin fərdi estetik ifadəsindən yox, həmin fərdi estetik ifadənin bütün çalarlarını nəzərə almaqla bərabər, onların müştərəkliyindən gedir.
     Həm Yaşar Qarayevin, həm Akif Hüseynovun, həm də Asif Əfəndiyev ilə Şamil Salmanovun, Arif Səfiyevin ədəbiyyatın ayrı-ayrı problemlərinə, cari ədəbiyyat məsələlərinə həsr olunmuş məqalələri öz-özlüyündə bu və ya digər dərəcədə yüksək elmi-nəzəri səiyyədə yazılmış olsalar belə, bir küll halında yeni yaranmış ədəbi nəslin estetik tələblərini ifadə etmirlər.
     Ayrı-ayrı tənqidçilər var, ancaq ədəbi nəsil - tənqidçlər nəsli hələ ki, yoxdur. Görünür, bu, bir də onunla əlaqədardır ki, həmin tənqidçlər bilavasitə ədəbiyyatımızın «altmışıncı illər nəsli»nin yaradıcılığı ilə məşğul olmurlar, halbuki, bu, həm onların özlərinin bir nəsil kimi formalaşmasına xidmət etmiş olar, həm də cavan yazıçıların yaradıcılıq fəaliyyətinə kömək edər, bu yaradıcılığı daha da vüsətləndirər.
     Bu mülahizəni söyləməklə mən, cavan yazıçı və şairlərin əsərlərini təcrid etmək, onları müasir Azərbaycan ədəbiyyatına qarşı qoymaq fikrindən çox uzağam, fəqət ədəbiyyat, eləcə də ictimai fikir tarixi sübut edir ki, hər bir nəslin özünün təhlilçisi olmalıdır, hər bir nəslin istək və amalını işıqlandıran, bədii-estetik səciyyəsini aydınlaşdıran məxsusi projektoru olmalıdır, əks təqdirdə, həmin nəslin fəaliyyəti bütöv, tam olmaz, onun vahidliyinə xələl toxunar.
     Düzdür, bəzi tənqidçilər, məsələn, A.Əfəndiyev bu «boşluğu» doldurmaq vəzifəsini öz üzərinə götürmək istəyir, ayrı-ayrı məqalə və çıxışlarında gənc nəslin yaradıcılığı ilə əlaqədar bəzi fikir və mülahizələr söyləməyə çalışır, lakin təəssüf ki, subyekti- vizm və prinsipsizlik halları bu fikir və mülahizələrdə özünü tez- tez büruzə verir. Çox zaman o hərtərəfli elmi-nəzəri təhlil əvəzinə heç bir sübut-dəlillə əsaslandırılmamış mücərrəd hökmlər verməklə kifayətlənir.
     Məsələn, A. Əfəndiyev «Ədəbiyyat və incəsənət» qəzetində (19 yanvar 1973) dərc etdirdiyi məqaləsində istedadından, yaradıcılıq çəkisindən asılı olmayaraq, cavan yazıçıların adlarını sadalayır (buyurun, bu da cavanlar yaradıcılığına bələdlik!) və birdən- birə belə bir ümumiləşdirilmiş fikir söyləyir: bu cavan yazıçıların əsas nöqsanı ondan ibarətdir ki, onların yaradıcılığında «təsvir edilən hadisələr bir ideyaya qurban verilir»; əvvəl ideya uydurulur, sonra hadisə tapılır.
     Yuxarıda yazdığım kimi, A.Əfəndiyevin bir çox məqalələrinə xas olan cəhət - sübuta yetirmədən çılpaq hökmlər vermək - burada da özünü göstərir. O nə üçün bu qərara gəlib, hansı bədii əsərlərin (söhbət bütün cavanlardan - «altmışıncı illər nəslindən» gedir!) təhlilindən çıxış edərək bu hökmü verir - məlum deyil.
     Əlbəttə, toyuğunmu, yaxud yumurtanınmı əvvəl yaranması haqqında əbəs mübahisələr aparmaqdansa, bədii təcrübəyə müdaxilə etmək, onu dövrün zənginliyi, ictimai-sosioloji cəhətləri ilə vəhdətdə götürüb ciddi əsərlər - tədqiqatlar, məqalələr, resenziyalar yazmaq çox zəhmət və savad tələb etsə də daha məqsədəuyğundur. A.Əfəndiyev elə oradaca özü özünü «Qərb ədəbiyyatı mütəxəssisi», «nəzəriyyəçi» adlandırır, ancaq təəssüf ki, onun yuxarıdakı kimi fikir və mülahizələri bu cür «özünü müəyyənləşdirmələri» təsdiq etmir...
     Fəaliyyət bütövlüyü daha geniş vüsət əldə etmək üçün bilavasitə cavan yazıçı və şairlərin yaradıcılığına müdaxilə edəcək tənqidçilər nəslinin Azərbaycan ədəbiyyatına gəlməsi bu ədəbiyyatın ehtiyacına müvafiq və vacibdir. Burasını da qeyd etmək lazımdır ki, ədəbi tənqidimizin nisbətən cavan və istedadlı nümayəndələrinin bu barədə potensial istedadları az deyildir.
     Doğrudan da hərgah Y.Qarayev, Ş.Salmanov, A.Hüseynov kimi tənqidçilər daha aktiv surətdə ədəbi prosesə qoşulsalar, ədəbiyyatımızın müxtəlif problemləri ilə bərabər «altmışıncı illər nəsli»nin yaradıcılıq problemləri ilə də ciddi surətdə, heç bir kompromisə getmədən, prinsipial, eləcə də subyektivizmə varmadan obyektivcəsinə məşğul olsalar, A.Əfəndiyev kimi tənqidçilər, daha artıq məsuliyyət hiss etsələr, elə bilirəm ki, ümumi işimiz xeyli irəli gedər.
     Nəhayət, üçüncü səbəb isə, ümumiyyətlə, ədəbi-tənqidin respublikamızda qənaətbəxş səviyyədə olamaması ilə bağlıdır. Doğ- rudur, bu, yalnız Azərbaycanla əlaqədar bir məsələ deyil və ümumi sovet ədəbi tənqidinin nöqsan cəhətləri, kəsir və naqislikləri haqqında çox söhbət etmək olar.
     Bu nöqsan cəhətlər, kəsir və naqisliklər müasir Azərbaycan ədəbi tənqidinin qarşısında duran - deməli, bədii ədəbiyyatımızın inkişafını ləngidən bir maneədir. Tənqid təsərrüfatına təhlilin səthi xarakter daşıması, fəlsəfi və estetik səviyyəsinin aşağı olması bədii qüsurlara barışdırıcı münasibət, subyektivizm, dostbazlıq və dəstəbazlıq meylləri - ümumittifaq tənqidində özünü göstərən bu cəhətlər müasir Azərbaycan ədəbi tənqidində daha qabarıq şəkildə nəzərə çarpır. Məhz buna görə də Azərbaycanda tənqid sahəsində yaranmış müasir vəziyyət cəmiyyətin inkişafında ədəbiyyatın rolundan doğan tələblərə heç cürə uyğun gəlmir.
     Təbiidir ki, cəmiyyətin inkişafında bədii ədəbiyyatın rolu yeni yaranmış əsərlər vasitəsilə artır. Deməli, hər bir yeni əsər böyüklüyündən və kiçikilyindən, dilindən və təmsil etdiyi milli ədəbiyyatdan, müəllifinin «gəncliyindən», yaxud «qocalığından» asılı olmayaraq irəliyə doğru bir addım təşkil etməlidir. Bunun üçün isə, aydın məsələdir ki, həmin əsərlər sərf-nəzər edilməli və tənqid tərəfindən onun hərtərəfli qiyməti verilməlidir, yəni mənfi və müsbət cəhətləri elmi-nəzəri əsaslarla, obyektivlik və prinsipiallıqla göstərilməlidir. Ancaq deməliyəm ki, ədəbi tənqidimizdə nəinki yalnız cavan yazıçı və şairlərin əsərlərinə münasibətdə, ümumiyyələ, müasir ədəbiyyatımıza münasibətdə məhz belə bir prinsipiallıq çatışmır, əksinə, daha tez-tez difirambalara, kompli- mentçilik hallarına, şəxsi-qərəzliklərə rast gəlirik, sükunətin, yanlış və zərərli fikirlərin şahidi oluruq.
     Əlbəttə, belə bir vəziyyət üçün ədəbi-bədii orqanlar da tənqid ilə eyni və bəlkə daha artıq dərəcədə məsuliyyət daşıyır, çünki ədəbi prosesə müdaxilə etmək, yaxşı ilə pisi bir-birindən ayırmaq, yeni tənqidçilər nəsli yetişdirmək bilavasitə onların vəzifəsidir. Son zamanlar ədəbi müşavirə və görüşlərdə ədəbi tənqidlə əlaqədar qəzet-jurnalların mövqeyi barədə kəskin və haqlı iradların bildirilməsi də məhz bununla bağlıdır.
     Bu kontekstdə mətbuatdan danışanda təbiidir ki, ilk növbədə, «Azərbaycan» jumalının son illərdəki nömrələri gözlərimiz önündə canlanır, çünki bu jumalın həm həcm, həm də uzun illərdən bəri qazanmış olduğu bədii avtoritet etibarilə imkanları daha artıq olduğundan, ondan daha çox umuruq. Ancaq təəssüflə deməliyik ki, son illərdə böyük imkanlarına baxmayaraq, tənqidə heç də istənilən qədər yer verməyən digər ədəbi-bədii orqanlara nisbətən belə, «Azərbaycan» jurnalının fəaliyyət solğunluğu təkzibedilməz bir fakt olaraq qalır.
     Jurnalı «hörmətli» yazıçılardan fərqli olaraq cavanlar haqqında difirambalar, komplimentlər çap etməkdə təqsirləndirmək olmaz, əlbəttə, bu çox yaxşı haldır. Ancaq bu, necə deyərlər, rəqiblərlə görüşmədən (biri xəstə olub, o birini yarışlra buraxmayıblar) çempion olmağa bərabərdir, çünki «Azərbaycan» jurnalı son zamanlar cavanların yaradıcılığı ilə əlaqədar bir dənə də olsun yüksək elmi-nəzəri səviyyəli məxsusi məqalə çap etməmişdir. Son illərdə biz, bu jurnalın səhifələrində bir nəfər də olsun sözün əsl mənasında gənc tənqidçini nəinki kəşf etməmişik, onunla heç tanış da olmamışıq.
     Ümumiyyətlə, qeyd etməliyəm ki, «Azərbaycan» jumalı tənqidlə əlaqədar özünəməxsus «prinsipial» bir mövqe tutub: tənqidin zəifliyi, gücsüzlüyündən çoxdanışılan bir vaxtda, misal üçün, 1972- ci il müddətində respublikada ədəbi tənqidin vəziyyəti və perspektivləri ilə əlaqədar bir dənə də olsun məxsusi məqalə çap etməmişdir...
     Bizim digər ədəbiədii jumalımızda - bilavasitə gənclərin or- qanı və özü də gənc olan «Ulduz» jumalında - vəziyyət nisbətən pis deyil, hiss olunur ki, redaksiya ədəbi prosesə müdaxilə etməyə, öz sözünü deməyə, cavanların yalnız bədii əsərlərini çap etməklə kifayətlənməyib,onların əsərləri haqqında fikir söyləməyə çalışır. Ancaq bu, hələ başlanğıc, ilk addımlardır. Cavan yazıçı və şairlərin yaradıcılığı ilə bağlı «Ulduz»da çap olunmuş məqalələr ədəbi tənqiddəki sükunəti pozmaq baxımından diqqətəlayiq hadisə olsa da, çox zaman bu məqalələrdə ciddilik, məsuliyyət çatışmır, onlar bir küll halında nəzəri səviyyə etibarilə çox da yüksəkdə durmurlar, ara-sıra hələ də birtərəfli fikirlərə, yanlış mülahizələrə, hətta açıq-aşkar əsassız təhriflərə belə rast gəlirik.
     Ancaq «Ulduz»un disputlar açması, öz səhifələrində fikir mübadilələrinə yer verməsi bizdə belə bir qənaət hasil edir ki, redaksiya son zamanlar, «Azərbaycan» jumalından fərqli olaraq, əsasən, düzgün mövqe tutmuşdur ki, gələcəkdə daha obyektiv, daha samballı məqalələr çap etmək, nüfuzlu söz demək üçün artıq onun bü- tün imkanları vardır. Məncə, hal-hazırda «Ulduz» jumalmm birinci dərəcəli vəzifəsi tənqidçilərin yeni - «yetmişinci illər nəsli»ni yetişdirməkdən ibarətdir.
     Azərbaycan ədəbi tənqidi zəngin və qabaqcıl, işgüzar ənənələrə malikdir. M.F.Axundovun, F.Köçərlinin, eləcə də sovet dövrü Azərbaycan tənqidçilərinin - M.Quluyevin, H.Zeynallmm, Ə.Nazimin, M.Hüseynin, M.Arifin, M.Cəfərin, C.Cəfərovun, M.Rəfilinin yaradıcılığmı səciyyələndirən ən ümdə cəhətlərindən biri onların irəliyə - gələcəyə can atması, ədəbiyyatın və ümumiyyətlə, mədəniyyətin gələcək maraqları uğrunda mübarizə aparmasıdır.
     Ədəbiyyatm yeni nəsli - onun gələcəyidir.
     Mən artıq şablona çevrilmiş bu fikri ona görə bir daha təkrar edirəm ki, müasir Azərbaycan ədəbiyyatında bu yeni nəslin yaradıcılığını hərtərəfli təhlildən keçirməyin, mənfı və müsbət cəhətlərini araşdırıb nüfuzlu - obyektiv və prinsipial - söz deməyin vaxtı çatmışdır (əgər gecikməmişsə!).

1973.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.06.2014) | Müəllif: R.C E W
Baxış: 697 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more