Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bizə birlik gərəkdir
BİZƏ BİRLİK GƏRƏKDİR

     «Vətən» Cəmiyyəti rəyasət heyətinin sədri, görkəmli yazıçımız ELÇİN sentyabrın 10-dan 22-dək Mərkəzi «Rodina» Cəmiyyətinin nümayəndə heyəti tərkibində ABŞ-da olmuşdur. Aşağıda müxbirimizin onunla söhbətini dərc edirik.
     -Elçin müəllim, əvvəlcə deyin görək, səfərinizin məqsədi nə idi?
     -Nümayəndə heyətinə Moskvanın, RSFSR-in, Ukraynanın, Belorusiyanın, Özbəkistanın, Litvanın, Gürcüstanın, Ermənistanın elm, mədəniyyət və din xadimləri daxil idilər. Azərbayanı mən təmsil edirdim. ABŞ-a yollanmaqda əsas məqsəd mühacirətin nəzəri problemləri, təsnifatı, mənəvi inkişaf təmayülləri, hazırkı dövrdə Sovet İttifaqında milli münasibətlər məsələləri barədə müxtəlif səviyyələrdə fikir mübadiləsi aparmaq idi. Tədbirlər Birləşmiş Ştatların Nyu-York, Los-Anjeles, Frezno, San-Fransisko, Klivlend şəhərlərində keçirildi. Elə buradaca qeyd edim ki, bu şəhərlərdən üçü - Los-Anjeles, Frezno və San-Fransisko Kaliforniya ştatında yerləşir. Həmin ştatdakı mühacirlər əsas etibarilə ermənilərdən ibarətdir. Ştatın qubematoru da milliyyətcə erməni olan Amerika vətəndaşı Düyməçiyandır.
     -Yəqin ki, görüşlərinizdə uydurma Qarabağ problemləri ilə bağlı söhbətlər xüsusi yer tutub.
     -Əlbəttə. Bunu mən əvvəldən də bilirdim və necə deyərlər, səfərə hazırlıqlı getmişdim. Qarabağın dağlıq hissəsilə bağlı fitnəkarlıqların bir çox səbəbkarları ABŞ-a köçüb həmin ştatda cəm olublar. Ölkəmilzdən qovulmuş Paruyur Ayrikyan kimi qatı millətçilər yalnız Avropa ilə kifayətlənməyib, bütün dünyada qalmaqal salmaq istəyirlər və tez-tez Kaliforniya ştatına da baş çəkirlər. Deməliyəm ki, bu qüvvələr Amerika ictimaiyyətində, o cümlədən, hətta mütərəqqi dünyagörüşlü elmi dairələrdə yanlış fikir oyatmağa müyəssər ola biliblər.
     Oradakı erməni ekstremistləri özlərini son dərəcə davakar ruhda aparır, həqiqətlə üzləşəndə çığır-bağır salırdılar. Los- Anjeles şəhərində yəhudi mühacirlərlə görüşdə məqsədyönlü fikir mübadiləsi gedirdi. Bu zaman Ayrikyan başda olmaqla bir dəstə erməni ekstremist salona hücum etdi. Onlar Dağlıq Qarabağla əlaqədar, Sumqayıt hadisələri ilə bağlı iftiralar yağdırdılar: Sumqayıtda minlərlə erməni öldürülüb; Dağlıq Qarabağ qədim erməni torpağıdır; azərbaycanlılar orada yaşayan erməniləri qul kimi işlədirlər; Stalin Dağlıq Qarabağı Azərbaycan xalqına hədiyyə verib və s.
     Mən çıxışımda həqiqəti dinləyicilərə çatdırmaq üçün özümlə apardığım bir çox rəsmi sənədi, dəlil-sübutu salondakılara göstərdim və elə bilirəm ki, bu, obyektiv təsəvvür yaratmaq baxımından xeyirli oldu. Təsəvvür edin ki, yalanla, böhtanla qərib bir ölkədə üz-üzə dayanmaq nə deməkdir...
     -Amerikada yaşayan azərbaycanlılarla görüşləriniz haqqında nə deyə bilərsiniz?
     -Təxmini hesablamalara görə Birləşmiş Ştatlarda azərbaycanlıların sayı 250 mindən az deyil. Hərçənd, bəzi həmvətənlərimiz söhbətlərdə ABŞ-da 500 mindən çox azərbaycanlı yaşadığını söylədilər. Onların 98-99 faizi Cənubi Azərbaycandan və Türkiyədən köçmüş azərbaycanlılardır. Soydaşlarımızın Amerikanın ayrı-ayrı şəhərlərində fəaliyyət göstərən müxtəlif qurumlu cəmiyyətləri var. Onların bir çoxu Azərbaycanla əlaqəyə can atır. Bu, əlbəttə, çox xoşdur!
     -Yeri gəlmişkən, «Vətən» Cəmiyyətinə dünyada yaşayan azərbaycanlıların dəqiq sayı məlumdurmu?
     -Çətin sualdır. Ermənistanda eyni funksiyalı cəmiyyət 30 il bundan əvvəl fəaliyyətə başladığı halda, biz cəmi bir il doqquz aydır ki, işləyirik. Buna görə də taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların sayı və onların yaşadıqları yerin coğrafi təsnifatı haqqında məlumatımız hələ tam dəqiq deyil, rəqəmlər təxminidir. Bu, bir tərəfdən Cəmiyyətin cavanlığı ilə bağlıdırsa, ikinci tərəfdən də mühacirətimizin Vətənlə əlaqələri baxımından sabitləşmiş ənənələrin zəifliyi ilə bağlıdır. Bütün bunlarla yanaşı, azərbaycanlı mühacirlərin doğma xalqla, Vətənlə bağlı gələcək monolit vətəndaş fəaliyyətlərinə nikbinliklə baxırıq. Mühacirətin əsas hissəsi gənclərdir. Həmin qeyrətli, vətənsevər, səmərəli iş görməyə cəhd göstərən gənclərin böyük bir qismi maddi çətinliklərə baxmayaraq Amerikanın böyük universitetlərinin müxtəlif fakültələrində təhsil alır. Onlar ABŞ vətəndaşlardır.
     Güman edirik ki, 15-20 ildən sonra bütün varlığı ilə dilimizin, torpağımızın təəssübünü çəkən görkəmli azərbaycanlı alimlərin, ictimai və dövlət xadimlərinin sorağını Ştatlardan da alacağıq. Amerika demokratik ölkədir. Burada siyasi karyera insanın özündən də, onun məsləkindən, əqidəsindən, mənəvi təmizliyindən də xeyli dərəcədə asılıdır. Bunun üçün biz indidən əlaqələrimizi təmiz və vicdanlı vətəndaş münasibətləri üzərində kökləməyi, Azərbaycanın tarixini, mədəniyyətini, ümumiyyətlə, mənəviyyatımızı həqiqətdə olduğu kimi aşılamağı bacarmalıyıq.
     -Amerikanın siyasi və işgüzar dairələrində görüşləriniz, söhbətləriniz haqda nə deyə bilərsiniz?
     -Əlbəttə, məni hər yerdə, hər məqamda Dağlıq Qarabağ məsələsinə münasibət maraqlandırırdı. Şəxsən mən səfərdən böyük bir məqsəd güdürdüm. Oyrənim görüm axı, nə haqla, kimlərin fitvası ilə ABŞ senatı bizim daxili işlərimizə qarışır?!
     Oxuculara məlum olduğu kimi, bu il iyul ayının 18-də bir neçə senator ABŞ senatında Dağlıq Qarabağ hadisələri ilə bağlı məsələ qaldırmış və gündəliyə mahiyyət etibarilə kökündən yanlış olan müddəalar salmışlar. Ola bilərdi ki, bunun bir səbəbi informasiyaların birtərəfliliyi ilə bağlıdır. Ancaq qərəzli məqsəd güdülməsi də açıq-aşkar duyulur. Əzəl fikrimiz çin oldu. ABŞ-da yaşayan və güclü siyasi ənənələri olan erməni millətçilərinin, daşnak tör-töküntülərinin fəaliyyəti öz xəyanətkar işini görüb. Görüşlərdə, mətbuat konfranslarında təbii ki, dəfələrlə bu məsələni qaldırmalı olduq. Həm də bir sıra Azərbaycan mühacirinin ABŞ senatına qəti etirazlarını bildirməsindən xəbər tutduq. Bu, fərəhli hadisə idi. Siyasi əqidəyə, həyatda tutduğu mövqeyə baxmayaraq milli fəaliyyət birliyi, nüfuzlu milli cəmiyyətlərdə mərkəzləşmə qabiliyyəti bizi də harada yaşamağımızdan asılı olmayaraq düşündürməlidir.
     Məni narahat edən bir məsələ haqqında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ABŞ senatına öz qəti etirazını bildirdi. Bəs, nə üçün SSRİ Ali Soveti bu məsələyə öz münasibətini bildirmir? Məgər Azərbaycan Sovet Sosialist Respublikasının daxili işlərinə qarışmaq, eyni zamanda, SSRİ-nin daxili işlərinə qarışmaq deyilmi? Ümid edirəm ki, xalq deputatlarımız hazırkı sessiyada bu məsələni bütün ciddiliyi ilə qaldıracaqlar.
     -Amerikada yaşayan azərbaycanlı gənclərlə görüşləriniz oldumu?
     -Görüşlərdən birinin işıqlı təəssüratını oxucularla bölüşmək istəyirəm. San-Fransisko şəhərinin yaxınlığında məşhur Berkli universiteti fəaliyyət göstərir. Universitetin dosenti, sosioloq Əkbər Bayramlının dediyinə görə burada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır.
     Berkli universitetində görüş zamanı məlum oldu ki, bu təhsil ocağında müxtəlif millətli tələbələrin milli dərnəkləri fəaliyyət göstərir. Məsələn, yunan, yapon, fars, ərəb, erməni... tələbə dərnəkləri. Azərbaycanlı tələbələrin isə müstəqil dərnəkləri yoxdur. Onlar müxtəlif dərnəklərdə fəaliyyət göstərdikləri üçün bir küll halında milli özünüifadələrini itirmişlər.
     Görüş zamanı məsələnin bu cəhətinə diqqəti xüsusilə cəlb etməyə çalışdım. Əlbəttə, həmin istiqamətdə fəaliyyətlərini qurmaq üçün «Vətən» cəmiyyətinin imkkan daxilində hər cür köməklik etməyə hazır olduğunu söylədik. Aydın məsələdir ki, milli varlığımızla bağlı müxtəlif ədəbiyyatın, mətbuatın, eksponatların həmin dərnəyə göndərilməsində respublikamızda yaşayan hər bir azərbaycanlı məmnuniyyətlə iştirak edər. Əkbər Bayramlının böyük ruh yüksəkliyi ilə bu işə girişməsindən, görüş zamanı tələbələrin çıxışından sonra bizdə belə bir ümid yarandı ki, Berkli universitetində lap yaxın günlərdə azərbaycanlı tələbələrin dərnəyi yaradılacaq. Mən öz təkliflərimizi universitetin rəhbərliyinə, fakültələrin dekanlarına çatdırmışam. Azərbaycanlı professorlar Həsən Cavadi və Firudin Səfizadə ilə söhbətlərim əsnasında da həmin məsələdən ətraflı bəhs etdik.
     -Görünür, başqa şəhərlərdə də azərbaycanlılarla belə maraqlı görüşlər keçirilib...
     -Rəsmi səfər proqramımızın gərginliynə baxmayaraq bir sıra unudulmaz toplantılarımız oldu. Misal üçün, San Fransisko şəhəri yaxınlığında səliqəli bir şəhərcik var. San-Hoze adlanır. Həmin şəhərcikdə Yaqub Xoşgəbani və onun amerikalı professor xanımının təşkil etdikləri görüşdə iştirak etdim. Görüşə, ancaq azərbaycanlılar yığışmışdılar. Onu da deyim ki, Yaqub Xoşgənabi xanımı ilə birlikdə Azərbaycan folklorunu toplamaq və araşdırmaqla məşğuldur. Bu məqsədlə xüsusi olaraq Cənubi Azərbaycana getmişlər, qoca nənə və babalarımızın söyləmələrində folklorumuzu maqnitafon lentinə almışlar. Yaşlı bir qadının çox duzlu Azərbaycan dilində, Təbriz ləhcəsində söylədiyi üst-üstə 28 saatlıq nağıl kasseti folklorşünaslığımız üçün çox əhəmiyyətli bir mənbədir. Biz «Vətən» Cəmiyyətinin xəttilə bu cür mənbələrdən mütləq istifadə edəcəyik və bu barədə danışıqlar aparmışıq.
     San-Hozedəki görüş Amerikada yaşayan azərbaycanlıların vətənlə, doğma xalqla əlaqələrinin genişlənməsi baxımından çox səmərəli oldu. Burada Azərbaycan problematikasının Amerikada gələcək təbliği formalarının prinsip və planlarının işlənməsi istiqamətində konkret razılaşmalar əldə edildi.
     -Amerikalı azərbaycanşünas alimlərlə görüşə bildinizmi?
     Sizin qəzetinizdən, «Odlar yurdu»ndan, digər mətbuat orqanlarımızdan oxuculara məlumdur ki, Amerikada Azərbaycan xalqının keçmişi və bu günü, Qarabağ hadisələri ilə bağlı birtərəfli informasiyanın çoxluğuna baxmayaraq, elmi dairələrdə güclü nüfuza malik bir sıra görkəmli alimlər ciddi tədqiqatlar aparırlar. Onlar öz əsərlərində, araşdırmalarında, mühazirələrində, müxtəlif auditoriyalarda söylədikləri məruzələrində məsələlərə obyektiv qiymət verir, əsl həqiqəti bildirirlər.
     Bu alimlərdən biri məşhur şərqşünas, milliyyətcə polyak olan Amerika vətəndaşı, professor Tadeuş Svyatoxovskidir. Nyu- Yorkda sonuncu gün onunla görüşdüm. Nə yaxşı ki, bu görüş sonuncu gün oldu. Elə bil ki, əvvəlki günlərin əsəbiliyini, gərginliyini yumşaltmaq üçün imiş. Elə bil ki, bunu professor özü də hiss etmişdi və kitablarından birində ingiliscə belə bir avtoqraf yazmışdı: «Elçinə. Bakıya dönməmişdən əvvəlki günün xatirəsi şərəfinə. Tadeuş Svyatoxovski. 21 sentyabr, 1989-cu il». Gecənin yarısınadək davam edən söhbət əsnasında professor Svyatoxovskinin Azərbaycanla, o cümlədən Dağlıq Qarabağ problemləri ilə əlaqədər yazdığı yeni əsərlər üçün vacib olan bir çox faktları dəqiqləşdirdik. Onu maraqlandıran suallara imkan daxilində cavab verildi və lazımi ədəbiyyat mübadiləsi etdik.
     Oxuculara məlumdur ki, professor Tadeuş Svyatoxovski «Rus Azərbaycanı. 1905-1920» adlı sanballı elmi kitabın müəllifidir. Kitab ingilis dilində yazılmış və ABŞ-da çap olunmuşdur. Həm elmi dairələr, həm də geniş oxucu kütləsi əsəri böyük maraqla qarşılamışdır. Kitab mövzu yeniliyinə, oradakı tədqiqatın elmi ciddiliyinə, nəzəri səviyyəsi və faktik zənginliyinə görə tez bir zamanda satılıb qurtarmışdır. Yeri gəlmişkən qeyd edim ki, həmin əsər Fransanın Strasburq şəhərindəki Azərbaycan cəmiyyətinin və həmin cəmiyyətin prezidenti cənab Əhməd Mehribaninin səyi nəticəsində farsca da nəşr edilib. Nuray Met onu türkcəyə çevirmiş və monoqrafiya 1988-ci ildə Ankaranın Bağlam Yayıncılıq nəşriyyatı tərəfindən də kitab halında çap olunmuşdur.
     Kitabın adındakı «Rus Azərbaycanı» ifadəsinin elmi cəhətdən dəqiq olmadığını və onu qəbul etmədiyimi müəllifə bildirdim. O isə bu ifadə altında Şimali Azərbaycanı nəzərdə tutduğunu və çarizmin müstəmləkəçilik siyasətini ifadə etdiyini söylədi.
     İstedadlı ədəbiyyatşünasımız Vilayət Quliyev həmin əsəri ingiliscədən azərbaycancaya çevirmişdir. Bu yaxınlarda oxucular ondan parçalarla «Azərbaycan» jumalında tanış ola biləcəklər. «Vətən» cəmiyyəti əsərin ayrıca kitab şəklində nəşrinə təşəbbüs göstərir. Professor bunları eşitdikdə çox məmnun qaldı.
     Orasını da qeyd edim ki, Svyatoxovskinin təmkinli, səbrli tədqiqat əhvali-ruhiyyəsi yaradan sakit və xudmani iş otağı Nyu- Yorkun zirvəsi görünməyən göydələnlərindən, küçələrlə sel kimi axan maşınların səs-küyündən sonra adamı məhz yaradıcılıq söhbətlərinə, elmi mükalimələrə sövq edirdi.
     -Beynəlxalq aləmdəki mürəkkəbliklərin artması ilə bağlı «Vətən» Cəmiyyəti də yəqinki, çətinliklərlə qarşılaşıb...
     -Əlbəttə, belə çətinliklər mövcuddur və onlar get-gedə daha da artır. «Vətən» Cəmiyyətinin xaricdə yaşayan azərbaycanlılar arasında xalq təəssübkeşliyi, mədəniyyətimizin təbliği, əlaqələrimizin genişləndirilməsi baxımından milli birliyə çalışmaq təşəbbüsü müəyyən dairələrin xoşuna gəlmir, onları rahat buraxmır. Bu zaman şayiələr yayılır, süni narazılıqlar yaradılır, böhtanlar söylənir, açıq qərəzçilik hücumları başlanır. Amerikada nəşr olunan bəzi farsdilli mətbuat orqanlarında Cəmiyyətimizin fəaliyyəti ilə bağlı qorxu hissi, vahiməyə düşmək açıq-aşkar öz ifadəsini tapıb.
     Bütün bunlar təsadüfi deyil. Azərbaycan torpağı şimalı və cənubu ilə bərabər bərəkətli torpaqdır. Min bir maddi sərvəti, neməti var. Xalqın birliyi özünün öz torpağına sahiblik qüdrətini və inamını artırır. Bu isə çoxlarının ürəyincə olmur. Təsadüfi deyil ki, bu qüdrəti, bu inamı parçalamaq üçün yayılan şayiələrdən əleyhimizə ilk növbədə erməni millətçiləri istifadə edirlər.
     Amerikaya işgüzar səfər məni bir daha əmin etdi ki, qarşıda bizi son dərəcə çətin və çətin olduğu qədər də şərəfli vəzifələr gözləyir. Biz bu günə qədər kütləvi məlumat və informasiya vasitələrindən lazımınca istifadə edərək özümüzü dünyaya layiqincə tanıda bilməmişik. Nyu-Yorkda bir saat vaxt tapıb həmyerlimiz, istedadlı gənc rəssam Araz Mirhadi ilə birlikdə məşhur Metropol muzeyinə getdik. Muzeydə Səfəvilər dövründə yaranmış sənət əsərlərinə həsr olunmuş salonları gəzdik. Buradakı Azərbaycan xalçaları, zərgərlik, misgərlik nümunələri, miniatürlər, xüsusən, bu sahədə Təbriz məktəbinin misilsiz sənət inciləri İran eksponatları kimi təqdim olunur. Bu barədə Metropol muzeyinin rəhbərliyinə artıq rəsmən müraciət etmişik. Lakin gəlin etiraf edək ki, bütün bunlar bir nəfərin, bir cəmiyyətin fəaliyyəti ilə başa gələn məsələlər deyil...
     Bütün azərbaycanlılar, harada yaşamağımızdan asılı olmayaraq, hamımız sıx və əlbir fəaliyyət göstərməliyik. Xüsusən, erməni millətçilərinin fitnə-fəsadları nəticəsində xalqımızın tarixindəki bu ağır sınaq günlərində hamımız ümumi haqq işimiz uğrunda səfərbər olmalıyıq. Xalqın təəssübünü və qeyrətini çəkən bütün qüvvələri birləşdirməyə çalışmalıyıq. Bütün yaradıcılıq təşkilatları da Azərbaycan Xalq Cəbhəsi də, ictimai cəmiyyətlər də səmərəli və xeyirli iş görmək üçün əl-ələ verməlidir.
Söhbəti İlham Rəhimli yazdı.
1989.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 637 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more