Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Birneçə söz
TƏNQİD VƏ NƏSR BİR NEÇƏ SÖZ


     «Təqlid və nəsr» monoqrafiyasının 1999-cu il nəşrinə (Bakı, «Günəş» nəşriyyatı) yazılmış ön söz
     Bu monoqrafiyanın yazıldığı vaxtdan düz otuz il keçib. O vaxt anadan olan bir körpə bu gün artıq orta yaşa çatmış bir alimtədqiqatçı, ədəbiyyatşünasdır.
     Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır...
     Mən bu monoqrafiyanı vərəqləyirəm və Bakıda M.F. Axundov kitabxanasında, Moskvada Lenin kitabxanasında, o zamankı Leninqradda Saltıkov-Şedrin kitabxanasında cidd-cəhdlə həmin vərəqləri yazdığım günlər yadıma düşür və o gənclik həvəsini, ehtirasını, şövqünü (həqiqəti demək! heç nədən və heç kimdən çəkinməmək!), o axtarış, tapıntı məqamlarının həyəcanını bu gün ilə o vaxtın əlçatmaz, ünyetməz uzaqlığına (əbədi bir uzaqlığa!) baxmayaraq, elə bil ki, yenidən yaşayıram.
     Və oxucudan gizlətmirəm, bu gün bu kitabı ona təqdim etmək mənimçün xoşdur və hətta mən o cavan Elçinin (gənc tədqiqatçının!) yerinə bir az, elə bil ki, qürurlanıram...
     Qürurlanıram ona görə ki, hakim və hikkəli partiya ideologiyasının fironluq etdiyi dövrdə, estetikanı, sənəti, o cümlədən, ədəbiyyatı «sosializm realizmi»nin cansıxıcı, boz və şablon qəliblərinə pərçim etməyə çalışan (və əsas etibarilə buna nail olan!) nəzəriyyəçiliyin hökmranlıq etdiyi bir zamanda bu əsəri yazarkən, ədəbiyyat haqqında mülahizələr irəli sürərkən, təhlil aparıb bədii qiymət verərkən, əslində, mütləq mahiyyətlı bir konyukturadan nəinki uzaq olmuşam, hətta əsas götürüb dirsəkləndiyim prinsiplər o konyukturaya qarşı tam müxalifətdə durubdur.
     Güman edirəm ki, oxucu özü bunu hiss edəcəkdir.
     Təsadüfi deyildi ki, mən bu əsəri ilk dəfə yalnız 1981-ci ildə yazıldığından 12 il sonra, həm də çox böyük çətinliklərlə nəşr etdirməyə nail oldum.
     Bu ikinci nəşrdir.
     1945-1965-ci illər arasında ədəbi tənqidin Azərbaycan bədii nəsrinə münasibətini tədqiq etmək və nəticələr çıxarmaq, əslində, həmin dövrün ideoloji həyatını izləmək, götür-qoy etmək və bu ideologiyanın bədiiyyata və estetikaya mənəvi-inzibati təsirini tədqiq etmək deməkdir.
     Elə bu mülahizəyə görə də mən otuz ildən sonra monoqrafiyam yenidən oxuculara təqdim etməyi lazım bildim.
     Bugünün oxucusu nəinki başqa bir zamanın oxucusudur, o tamam başqa bir ictimai formasiyanın nümayəndəsidir və bədiiyyatla, estetika ilə, milli özünüifadə ilə bağlı ideoloji azadlıq içində yaşayır.
     Və dediyim kimi, mənim üçün çox xoşdur ki, bu monoqrafiyamn mahiyyət etibarilə ideoloji bir əsərin bircə cümləsini də dəyişmədən, bircə sözünə də toxunmadan, vaxtilə necə yazılmışdısa, eləcə də bu gün onu həmin oxucuya təqdim edirəm.
     Əsərdə bir neçə yerdə, hətta Lenindən sitatlar da var və mən onlara da toxunmuram (yazıya pozu yoxdur!), diqqətli oxucu görəcək ki, gənc alimin Leninə bu müraciətləri, bədii ədəbiyyata münasibəti ortodoks «Sosializm realizmi» çərçivələrindən çıxarmaq, pəncərə gözü açmaq istəyindən doğur və gəmidə oturub gəmiçi ilə aparılan ədəbiyyat mücadiləsində Leninin adından istifadə etmək təşəbbüsüdür.
     İlkin olaraq, mən monoqrafiya yox, namizədlik dissertasiyası yazırdım və sonradan 500 səhifədən artıq çıxmış o dissertasiyanı, az qala, yarıbayarı ixtisar etdim və əsər indiki şəkildə meydana çıxdı.
     Bu mövzunu mənə universitetin filologiya fakültəsini yenicə bitirmiş gəncə məsləhət görən Kamal Talıbzadə olub və mən yazı-pozu işlərindəki bu faktı həmişə Kamal müəllimə minnətdarlıq hissləri ilə xatırlayıram, çünki bu mövzunun, bu kitabxana axtarışlarının (və kitabxana həyatının!) mənim qələmimin bərkiməsində, gələcəkdə tənqidlə ciddi surətdə məşğul olmağımda, ümumiyyətlə, həyatımda mühüm rolu oldu.
     Eyni zamanda bu mövzu «sovet ədəbiyyatı» dediyimiz məfhumu hərtərəfli dərk etmək, onun bütün mürəkkəbliyini və ziddiyyətini obyektivcəsinə görmək, zamanın və sənətin faciəsini, eləcə də, bu ağır dövrdə əldə edilən yaradıclıq uğurlarını qiymətləndirməyi və hissə qapılmamağı bacarmaq baxımından mənim üçün çox əhəmiyyətli olmuşdur.
     Orasını da demək istəyirəm ki, bədii ədəbiyyatla bərabər, ədəbiyyatşünaslıqla da ciddi məşğul olmağa başladım və bu işi yazdığım o ilkin yaradıcılıq mərhələsi mənim təkrar edirəm, tamam cavan bir yazıçının, ədəbiyyatşünasın Azərbaycan filologiya elminin bir çox parlaq şəxsiyyətləri ilə daha yaxından tanışlığım, yaş fərqinə baxmayaraq, dostluğum üçün çox münbit bir şərait yaratdı.
     O rəhmətliklərlə ən səmimi elmi və insani münasibətlərimin hərarəti bu gün də mənim ürəyimi qızdırır və mənim üçün həmişə də belə olacaq.
     İndicə bu cümlələri yazarkən mən həmin hərarət və səmimiyyətlə, eyni zamanda, ötən illərin itkilərindən gələn bir qüssə ilə (o şəxslər indi yalnız XX əsr Azərbaycan filologiyasının tarixində və xatirələrdə yaşayırlar!) onları xatırlayıram: Məmməd Cəfər, Mir Cəlal, Məmməd Arif, Cəfər Cəfərov, Abbas Zamanov, Məmmədağa Şirəliyev, Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə...
     ...Əgər səhv etmirəmsə, 1966-cı il idi, Yazıçılar İttifaqı ilə Nizami adına Ədəbiyyat İnstitutu məşhur «Natəvan» klubunda nəsə birgə ədəbi müşavirə keçirirdi və indicə adını çəkdiyim bu adamların da çoxu orada iştirak edirdi.
     İndiki kimi yadımdadır, atamla birgə o müşavirədən çıxıb «Xaqani» küçəsi ilə gəzə-gəzə evə gedəndə mən bir gənclik təkəbbürü (və inkarçılığı!) ilə o müşavirədən gileyləndim və o zaman İlyas Əfəndiyev indi xatırladığım bu adamları nəzərdə tutaraq dedi:
     -Bir vaxt gələcək onların heç biri dünyada olmayacaq. Siz onların qədrini onda biləcəksiniz.
     «Biz» yəni o zamanın cavanları.
     «Onda» yəni gələcəkdə, yəni bax, bu gün!
     Əlbəttə, bu gün o sözlər mənim üçün, deyildiyi vaxtdan qatqat artıq dərəcədə təsirlidi...
     Bu işi yazarkən unudulmaz Mir Cəlal müəllim mənim elmi rəhbərim idi.
     Mən müdafiə edəndə institutumuzun direktoru (o zaman aspiranturanı bitirib Nizami adına Ədəbiyyat İnstitutunun nəzəriyyə şöbəsində məşhur «Məmməd Cəfərin şöbəsi»ndə kiçik elmi işçi işləyirdim) Mirzağa Quluzadə və sənətşünaslıq doktoru Mehdi Məmmədov opponentlərim idi. Abbas Zamanov ayrıca bir rəy yazmışdı. Elmlər namizədi olan Bəkir Nəbiyev müdafiə şurasının elmi katibi idi.
     Cavan, enerjili, ancaq daha seçilən-sayılan alimlərdən Kamal Talıbzadə, Əziz Mirəhmədov müdafiədə çıxış etdilər. Rəhmətlik Kamran Məmmədov xüsusi bir şövq və səmimiyyətlə Seçki Komissiyasının qərarını oxudu. Müdafiədən sonra Mehdi müəllim, bu iş haqqında ayrıca bir məqalə yazıb, o zamankı «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdi.
     Və bütün bunlar hamısı indi yalnız xatirələrdir...
     Bir də mənim üçün qalan bu monoqrafiyadır.

10.fevral 1999.Bakı.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 569 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more