Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Beyinə qida, gözə nur, dizə qüvvət
BEYİNƏ QİDA, GÖZƏ NUR, DİZƏ QÜVVƏT

     Yeni il ərəfəsində müxbirimiz «Vətən» Cəmiyyəti rəyasət heyətinin sədri, əməkdar incəsənət xadimi, yazıçı Elçinlə görüşmüş, ondan müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
     -Elçin müəllim, söhbətimiz «Vətən» Cəmiyyətinin yaranmasının ikinci ildönümünə təsadüf edir. Cəmiyyətin bu müddətdəki çoxşaxəli, faydalı fəaliyyəti barədə nə deyə bilərsiniz?
     -Bakıda qonaq olan dünya şöhrətli rəssam İbrahim Əhrarinin bu yaxınlarda «Vətən» Cəmiyyətində keçirilən görüş zamanı dediyi bir cümləni xatırlatmaq istəyirəm: «Vətən» Cəmiyyəti biz qəriblərin beyninə qida, gözünə nur, dizinə qüvvət verir». Eyni sözləri bu və ya başqa şəkildə digər həmvətənlərdən də dəfələrlə eşitmişik. Əlbəttə, bu sözlərin əsası var və arxasında Cəmiyyətin bütün əməkdaşlarının gərgin işi, böyük zəhməti, axtarışları durur.
     Bir neçə fakta diqqət yetirin. Fəaliyyətə başladığımız ilk aylarda 300-ə yaxın həmvətənlə əlaqə saxlayırdıq. İndi isə söhbət dördrəqəmli ədədlərdən gedir. Yenə ilk vaxtlar ayda cəmi 10-15 məktub alırdıq. Bu gün isə məktubların sayı müqayisəedilməz dərəcədə artmışdır. İki il ərzində Bakıda yüzdən çox həmvətən qəbul edilmiş, qürbətdə azərbaycanlıların məskunlaşdığı ölkələrə 10-dan çox nümayəndə heyəti göndərilmişdir.
     Bu günlərdə «Vətən» Cəmiyyəti rəyasət heyətinin bürosu Avropa, ABŞ və Latın Amerikası şöbəsinin hesabatını dinləmişdir. Məlum olmuşdur ki, son 10 ay ərzində daha 115 nəfərə yaxın həmvətənlə əlaqə yaradılmşdır. Həmin müddətdə təkcə bu şöbə 754 ünvana müntəzəm olaraq mətbuat, kitab və musiqi valları göndərmişdir.
     Həmvətənlərimizin yaşadıqları ölkələrdə iri miqyaslı kütləvi mədəni tədbirlər keçirilməsi sahəsində də müəyyən təcrübə əldə etmişik. Alman-Azərbaycan mədəniyyət mərkəzinin dəvətilə Qərbi Berlində keçirilmiş Azərbaycan həftəsi, ABŞ, Danimarka, Türkiyə və başqa ölkələrdəki tədbirlərimiz nəinki həmvətənlərlə, eyni zamanda, həmin ölkələrin xalqları ilə Azərbaycanın əlaqələrini möhkəmləndirmişdir. İki il bundan qabaq həyat tərzi, məşğuliyyəti, psixologiyası, cəmiyyətdəki mövqeyi barədə adi məlumatımız olmayan bir çox həmvətənimiz bu gün xaricdə Azərbaycanın xoş məramlı elçilərinə çevrilməkdədir.
     Yeri gəlmişkən deyim ki, «Vətən» Cəmiyyətinin yaranması ilə işə başlayan, yaxud fəaliyyətinin yeni mərhələsinə qədəm qoyan 30-dan çox ölkədəki mədəniyyət mərkəzi, cəmiyyəti, birlik, dərnək və ocaq azərbaycanlıları səfərbər etməklə, respublikamızla daha yaxın ünsiyyət yaratmaqda əhəmiyyətli rol oynayır. İndi Avropadakı azərbaycanlıların bir sıra mətbuat orqanları, dil kursları, ansamblları var. Onlar mədəniyyətimizin, ədəbiyat və incəsənətimizin, tariximizin öyrənilməsinə və təbliğinə böyük həvəslə qoşulmuşlar. Lap son bir məlumatı deyim: Strasburqdakı Azərbaycan mədəniyyət mərkəzi fransız dilində «Dağlıq Qarabağın tarixi və ona dair sənədlər» adlı bir kitab nəşr etdirmişdir. Müəllifi Əhməd Təbrizli olan həmin kitabı AFR-in «Dağyeli» nəşriyyatı buraxmışdır.
     Həmvətənlərin iştirakı ilə Bakıda keçirdiyimiz tədbirlər respublika ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. Yəqin oxucularımızın yadındadır: M.F.Axundovun yubileyinə müxtəlif ölkələrdən adlı-sanlı həmvətənlərimiz dəvət olunmuşdular. Yaxud qürbətdəki azərbaycanlı rəssamların əsərlərinin R.Mustafayev adına Dövlət incəsənət muzeyindəki sərgisi respublikamızın mədəni həyatında hadisəyə çevrildi. Daha bir tədbir hazırlanır: üzümüzə gələn ilin payızında Bakıda adlı-sanlı həmvətən rəssamlarımız İbrahim Əhrarinin və Əkbər Behkəlamın əsərləri sərgisi açılacaqdır.
     Bakıda qonaq olan həmvətənlərə paytaxtın, yaxud rayonlarımızın görməli, tarixi yerlərini göstərməklə kifayətlənmirik. Onların maraq dairəsini nəzərə alaraq Azərbaycan SSR Elmlər Akademiyasında, ayrı-ayrı ali məktəblərdə, ictimai təşkilatlarda görüşlər təşkil edir, tanınmış ədəbiyyat, mədəniyyət, səhiyyə xadimləri ilə ünsiyyət yaradırıq.
     Fəaliyyətimizin daha bir sahəsi barədə. Yetmiş il ərzində qürbətdən bir nəfər belə azərbaycanlı Bakıda ali təhsil almamışdır. Cəmiyyətimiz yaradılan il iki nəfər təbrizli tələbənin Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul edilməsinə nail olduq. Bu il isə Bakıda təhsil alan əcnəbi azərbaycanlıların sayı 6 nəfərdir. Gələcəkdə də bu işi davam etdirəcəyik. Eyni zamanda, gənclərimizi dünyanın adlı-sanlı ali məktəblərində təhsil almaq üçün başqa ölkələrə göndərməyə çalışacağıq.
     -«Odlar yurdu» qəzetiniz demək olar ki, hər nömrəsində «Oxucularımızın nəzərinə» rubrikasında qohumları tərəfindən axtarılanların siyahısını verir. Qohumlardan bir-birinə qovuşanlar, ayrılığa son qoyanlar varmı?
     -Bu cür məktublar, müraciətlər böyük axına çevrilmişdir. Son vaxtlar isə eyni məzmunlu məktublar xaricdən də daxil olmağa başlamışdır. Bizim xüsusi axtarış imkanlarımız və səlahiyyətimiz yoxdur. Sevindiricidir ki, elanlarımız vasitəsilə uzun illərin ayrılığına son qoyanlar, yaxın qohumlarını tapanlar vardır.
     -Yeri gəlmişkən, «Odlar yurdu» qəzeti ilə bağlı bir sual da vermək istərdim: son iki ildə bu qəzetə maraq xeyli artmışdır. Onun tirajı 2,5 mindən 250 min nüsxəyə çatmışdır. Bu marağı nə ilə izah edə bilərsiniz?
     -Xaricdəki həmvətənlərimiz Azərbaycana böyük maraq göstərdikləri kimi, respublikamızda yaşayanlar da qürbətdəki qardaşlarının həyatı ilə çox maraqlanırlar. «Odlar yurdu» qəzetində isə xaricdəki azərbaycanlıların taleyindən bəhs edən yazılar müntəzəm dərc olunur. Qəzetdə xalqımızı düşündürən, narahat edən problemlər barədə yazılar verilir. Xaricdəki azərbaycanşünasların məqalələri də geniş əks-səda doğurur. Məsələn, Tadeuş Svyatoxovski, Odri Alstadt kimi alimləri indi respublikamızda tanımayan yoxdur.
     -Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrlə bağlı bəzən iradlar eşidilir: nə üçün qürbətdəki azərbaycanlıların həmrəylik səsi eşidilmir? Bu barədə nə deyə bilərsiniz?
     -Qürbətdəki azərbaycanlılar da xalqımızın haqq səsinə qoşulub, erməni millətçilərinin torpaq iddiasına düşməsindən hiddətlənirlər. Bonnda azərbaycanca çıxan «Ana dili» və Londonda çıxan «Ayrılıq» qəzetləri bu barədə dəfələrlə materiallar dərc etmişlər. Həmvətənlərimiz kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrdə bu məsələyə öz münasibətlərini bildirmiş, qəti sözlərini demişlər. Lakin xaricdəki erməni lobbisi ilə müqayisədə azərbaycanlıların fəaliyyəti zəifdir. Bunun həm obyektiv, həm də subyektiv səbəblərini görmək lazımdır. İstər daxildəki, istər xaricdəki erməni millətçilərinin çirkin təbliğat kampaniyası on illərlə aparılır, bu işə milyonlar xərclənir. Qürbətdəki azərbaycanlılar respublikamız, xalqımızın bu günü və tarixi barədə yalnız son illərdə obyektiv məlumat alırlar. Bəzən elə həmvətənlə rastlaşırsan ki, o, Azərbaycan haqqında ingilisin, ya fransızın bildiyi qədər bilir. Mən söhbətin əvvəlində İbrahim Əhrarinin sözlərini xatırladım. Düzdür, «Vətən» Cəmiyyəti, onun orqanı olan «Odlar yurdu» qəzeti taleyin hökmü ilə xaricdə yaşayan azərbaycanlıların yurdumuz barəsində mənəvi ehtiyaclarını ödəməyə çalışır. Lakin bu ağır iş geniş fəaliyyət tələb edir. Hamımız əl-ələ verib bu nəcib işi görməliyik.
     -Elçin müəllim, fəaliyyətinizə mane olan amillər, qüvvələr varmı? Ümumiyyətlə, işinizdəki çətinliklər barəsində nə deyə bilərsiniz?
     -Son vaxtlar, yəni «Vətən» Cəmiyyəti öz fəaliyyət dairəsini genişləndirdikcə xaricdəki bəzi dairələrin təşviş və qorxusu artmaqdadır. Nəticədə böhtanlar atılır, şaiyələr yayılır. Bu, təbii hesab edilməli və bizi çəkindirməməlidir. Çünki xalqımızın övladlarının «Vətən» Cəmiyyəti vasitəsilə rəmzi və mənəvi cəhətdən qovuşması çoxlarını, xüsusilə, fars mühacirətini narahat edir.
     «Vətən» Cəmiyyətinin valyuta imkanları çox məhduddur. Həmvətənlərimizin arzusunu yerinə yetirməkdə bəzən çətinlik çəkirik. Ərəb, latın əlifbaları ilə kitablar yoxdur, yaxud çox azdır. Bədii və sənədli filmlər əldə etmək, kasetə köçürmək problemə çevrilir. Musiqi alətləri, rəqs geyimləri almaq da çox vaxt müşkül olur. Müasir texniki avadanlıqlarımız yoxdur və s.
     -Elçin müəllim, «Vətən» Cəmiyyətinin sədri kimi fəaliyyət göstərməyiniz sizi yaradıcılıqdan uzaqlaşdırmır ki?
     -Mən həmişə həqiqəti deməyə çalışmışam və bu sualınızın cavabında da həqiqəti deyirəm: uzaqlaşdırır.
Müsahibəni A.Tahirov apardı.
1989.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 618 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more