Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Əbədi gün sorağında (Məqalə)
ƏBƏDİ GÜN SORAĞINDA
(Mədinə Gülgün poeziyası barədə düşüncələr)


Belə sahilə can atıram mən...
Mədinə Gülgün

     Haçansa yenə yaz gələcək... O badam ağacları haçansa yenə də çiçəkləyəcək və o ağ çiçəklər Vətənin bütovlüyündən, Vətənin vahidliyindən, ülviliyindən xəbər verəcək. Haçansa... nə üçün «haçansa»?
     Çünki o gələcək yaz adi fəsil deyil, o badam ağacları da adi ağaclar deyil. Mədinə Gülgünün «Ağ badam ağacları» adlı şerinin epiqrafı mötərizəyə alınmış və cəmi beş sözdən ibarət dünyanın ən sadə bir cümləsidir: «Təbrizdə badam ağacları çox olur». Lakin bu sadə cümlənin nisgili, bu sadə cümlənin qəlbləri dolduran həsrəti, ürəkləri döyündürən həyəcanı yalnız bir şairin, onun lirik qəhrəmanının yox, yalnız poeziyanın və ümumiyyətlə, sənətin yox, bütöv bir xalqın nisgili, həsrəti, həyəcanıdır. Təbrizin gülləri də, nə vaxtdı, eləcə qönçə qalıb:
Təbrizin gülləri qönçə,
Güllər açmaz mən gəlincə.

     Haçansa yenə yaz gələcək... O yazın həqiqiliyi, mütləqliyi şairi ruhdan düşməyə qoymur, ümid yaradır, inam yaradır, arzular misralara çevrilir, eyni zamanda, o nisgil də, həsrət də, həyəcan da şairin bütün varlığını ələ alır və beləliklə də poeziya yaranır.
     Mədinə Gülgünün lirik qəhrəmanı: «Mən kiməm?» - sualına «arzusu şirin bir ana» cavab verir və həmin «şirinlik» indiki hal- da bizimçün ona görə qiymətli görünür ki, onun daxili kütləsini başqa bir şerdə söylənən bu istək təşkil edir: «Vətən eşqi hər arzudan ulu olsun».
     Həmin poetik arzularda vətənpərvərlik ehtirası, mübarizə əz- mi, vətəndaş qayəsi ilə bərabər, bir təmizlik, akvarellə işlənmiş bir zəriflik var: «Quşların Vətənə dönən qatarı mənim arzularım, ümidlərimdir».
     Mədinə Gülgünün poeziyasında vətəndaşlıq ilə incə lirika bir-birini tamamlayır, biz, hətta xüsusi bir zərifliyin, xəfifliyin sinonim kimi «qadın lirikası» ifadəsini işlətmək istəyirik.
Qayıdaydıq o Təbrizli gunlərə,
Arzularım qönçəsindən çıxaydı,
Saçlarıma yaz yağışı yağaydı...

     Bu zərifliyin, bu poetik yüngüllüyün, xəfifliyin bizim poeziyamızda ənənələri var, onlar Heyran xanımın, Aşıq Pərinin, Natəvanın, Kəminənin, Aşıq Bəstinin, cəmi bircə beyti ilə ədəbiyyat tariximizdə işıqlı və eynı zamanda, həzin bir iz qoyub getmiş Ağabəyim Ağanın («Əfsus ki, yarım gecə gəldi, gecə getdi, Heç bilmədim ömrüm necə gəldi, necə getdi») yaradıcılığından süzülüb gəlir. Mədinə Gülgün poeziyasında xalqımızın qəhrəman qızı Mərziyyə Üskuyinin «göz yaşları» odludur, mübarizə əzmindən doğur və mübarizəyə çağırır, lakin o göz yaşları başqa bir yerə yox, «güllərin ləçəyinə» axır. Bu poeziyanın lirik qəhrəmanı kövrəkdir, həssasdır, ən kiçik bir fərəhi, ən kiçik bir məyusluğu sezmək və bədii düşüncələrinin predmetinə çevirmək iqtidarındadır:
Bir korpə quş görsəm açıbdır qanad,
Onundur, elə bil, bütün kainat.
Könlümdə başlanır sanki toy-büsat,
Mən susa bilmirəm, susa bilmirəm.

     Körpə bir quşun qanad açmağına beləcə sevinən, sevincini gizlədə bilməyən, susa bilməyən lirik qəhrəmanın qırx ildən artıq bir müddətdə Vətən ağrısmı ürəyində gəzdirməyi, əlbəttə, təbiidir, təsirlidir.
     Lirik qəhrəman: «Hələ yorulmamışam Vətənçün alışmaqdan, yanmaqdan, yanmaqdan... » - deyir və biz də Mədinə Gülgünün qırx yaşlı poeziyasını oxuduqca, mənimsədikcə, söylənən bu fikrin poetik təsdiqini tapırıq.
     Lirik qəhrəman bir vaxt «yazı masam bir parça daş idi, yatağım tozlu səngər» - dedikdə, biz həmin poeziyada gördüyümüz və qiymətləndirdiyimiz incə lirikaya, o kövrək təhkiyəyə, zərif obrazlar aləminə baxmayaraq, bu gün də bunu hiss edirik, şairin ən yaxşı şerlərində o daş sərtliyini, səngər ehtirasını duyuruq.
     Hərgah şair «Məni ozan etdi Vətənin dərdi» - deyirsə, elə bilirik sözlərin məsuliyyəti çox böyükdür, çünki həmin şairin poeziyasının estetik səviyyəsi, təfəkkür tərzi və ehtiva dairəsi, siyasi-ictimai məzmunu bir tərəfdən Vətənin dərdini göstərməyi (yəni Vətəni sevməyi!) bacarmalıdır, digər tərəfdən isə öz misraları, hətta sözləri ilə hərəmizin ozanlığı əyani şəkildə göstərilməlidir, iddia iddia kimi də qalmamalıdır (bu, əlbəttə, gülünc olardı!), imkanla vəhdətdə olmalıdır.
     Biz, uzun illərdən bəri ədəbi prosesimizdə fəal iştirak edən Mədinə Gülgün poeziyasının ən yaxşı nümunələrində həmin vəhdəti görürük. Qəhrəmanı «yora bilməz yollar məni» deyəndə də buradakı «yol» nəzərlərimizdə adi yol kimi yox, gözlərin çəkdiyi yol, sabaha aparan, xalqımızı birləşdirəcək yol kimi mənalanır və məhz bu mənada da qəhrəmana inanırıq.
     Bəzən bu lirik qəhrəman da xəyala dalır, «həsrətsiz günlərlə əkiz olaydım» - deyir, çünki həsrətin ağrısı-acısı ona yaxşı məlumdur, bu ağrı-acı güzəranının, yaşayışının tərkib hissəsidir və buna görə də, məhz həmin qəhrəmanın söylədiyi, deyək ki, aşağıdakı misraların emosional təsiri güclüdür.
Saxla dərdə həsrəti,
Yandır oda həsrəti!
Qoyma yata həsrəti, Yenə oyanar birdən...

     Gərək həsrətin «oyanmağını» dəfələrlə hiss edəsən, yanasan, yaxılasan, ondan beləcə qorxasan və həmin qorxunu beləcə poetik (və sadə!) şəkildə ifadə edə biləsən.
     Bizim tənqidimiz müasir Azərbaycan poeziyasını tədqiq edərkən, tez-tez belə bir cəhətlə rastlaşır ki, söylənən poetik mülahizələr şəxsən yaşanmış hiss-həyəcanlardan, şəxsi təcrübədən doğmur, bəzən iddia çox böyük olur, bir tərəfdən şerin versifikasiya səviyyəsi, digər tərəfdən isə mövzunun müəllif üçün doğmalıq dərəcəsi həmin iddianı doğrultmur, çünki müəllifin həyatı ilə, yaradıcılığı ilə o iddia arasında üzvi bağlılıq yoxdur. Bu, çox naqis cəhətdir, bədii-estetik təsir səhihliyinə ziyan vurur və təbii ki, sənətin gerçək-həyati, xəlqi bir sərvət kimi qavranmasına mane olur. O zaman ki, belə deyil, o zaman ki, bədii iddia yaşanmış hisslərin, sürülmüş ömrün təbii nəticəsidir, əksinə, emosional gücü daha da artır. «Mən ölmək istəməzdim adi ölənlər kimi. Buna yox haqqım mənim. Mən gərək ölümümlə doğam bir şəhər kimi»
     -Mədinə Gülgünün lirik qəhrəmanının bu iddiasında heç bir sünilik, təvazökarsızlıq yoxdur, çünki bu məqamda lirik qəhrə- manla şairin şəxsiyyəti birləşir və həmin poeziyanın Vətən həsrəti, mübarizə çağırışı, bu keyfiyyətlərin ildən-ilə davam və inkişaf etməsi o «haqq» iddiasını doğruldur.
     Eyni zamanda, lirik qəhrəmanla şəxsiyyətin beləcə eyniləşdiyi zaman biz səadətlə ictimai qayğıların poetik vəhdətinə təsadüf edirik. Balaş Azəroğluna həsr olunmuş şerdə lirik qəhrəman - şair deyir: «Nə yaxşı ki, el dərdini qoşa çəkdik». Buradakı «nə yaxşı ki» xoşbəxtliyi Mədinə Gülgün poeziyası üçün əlamətdar bir cəhətdir, çünki həmin xoşbəxtliyin özü də nisgillə yoğrulub... Başqa bir şerdə lirik qəhrəman - şair yüksək və səmimi hisslərlə hər şeyə hazırdır, hər şeyə gücü çatar, tufan da ola bilər, ümman da, yaz yağışı da ola bilər, lakin «könlün ala bilmirəm, Vətən ola bilmirəm səninçin, səninçin...».
     Əlbəttə, Şimal da Vətəndir, şair bu gün də öz Vətənindədir, lakin «bu nədir bəs? Bu dünyada həm yaxın, həm uzaq». Ayrı-ayrı xalqlar bir-birinə yaxın, bir-birindən uzaq ola bilər, lakin eyni bir xalqın eyni bir zaman yaxınlığı, həm də uzaqlığı işıqlı insani ideallara və ümumiyyətlə, insanlığın təbiətinə ziddir, mənəvi-ictimai dərddir. Mədinə Gülgünün bir şerində: «Bircə yol yuxuma gəl barı», «Məgər yuxumda da sərhəd var mənim» - deyə verilən yanıqlı bədii sual, məhz həmin mənəvi ictimai dərdin təzahürüdür. Mədinə Gülgün Şimalda yalnız Cənubun həsrətini çəkmir, bir vətəndaş kimi Vətən təəssübü çəkir və deməliyəm ki, bu vacib cəhət Cənubdan gəlmiş Balaş Azəroğlu, Söhrab Tahir, Aşıq Hüseyn Cavan, Əli Tudə, Billuri kimi şairlərimizin də yaradıcılığı üçün səciyyəvidir.
     Gülgün poeziyasının diqqəti cəlb edən cəhətlərindən biri də bu poeziyada Cənuba bağlılıq, Cənub məhəbbəti, Cənub təəssübü özünün Şimal qarşılığı ilə tamam müştərəkdir. Bu poeziya Cənub poeziyası deyil, necə ki, bizim şimallı müasir sovet şairlərimizin poeziyası yalnız Şimal poeziyası deyil. Bizim bir poeziyamız var: Azərbaycan poeziyası.
Bir torpaq üstündə dogulmuşuq biz,
Bir qolum Bakıdır, bir qolum Təbriz.

     Belə bir eynilik hissi Mədinə Gülgünün Cənub həsrətini daha da qabarıqlaşdırır, daha artıq təsirli edir, çünki burada məhəlli təəssübkeşlik yox, yuxarıda yazdığımız kimi, Vətən təəssübkeşliyi var. Bu cəhət şairin «Nənələr və nəvələr», «Xatirələrimin nəğ- məsi», «Ürəklərdə, nəğmələrdə yaşayanlar», «Dastana çevrilmiş həyat» kimi poemalarına da xasdır.
     Mədinə Gülgünün ən yaxşı şerlərində bədii ümumiləşdirmə gücü şəxsi hiss-həyəcanlara ümumxalq mahiyyəti verə bilir: Təbrizdə yaşayan ana ilə Bakıda yaşayan qızı uzun ayrılıqdan sonra telefonla danışırlar: «telefon xətlərində bir səs düşdü dünyaya, telefon xətlərində birləşdi ana, bala. Bir ananın səsindən sanki üşüdü dünya, bir balanın səsindən göy agladı az qala». Artıq burada sohbət konkret anadan və konkret baladan getmir. Sohbət Cənubdan və Şimaldan gedir.
     Mədinə Gülgün ya Təbrizə, Savalana, Marağaya müraciət edəndə, ya Mərənddən, Səlmasdan danışanda bu qədim toponimlərimiz müəyyən bir cografi ərazini bildirmir, Cənubun rəmzinə çevrilir. «Siz ey Ərdəbildə qalan günlərim, illərin əlində talan gün- lərim» - uzun-uzun illərin əlində talan olan o günlər yalnız Ərdəbildə qalmayıb, bütov Cənubda qalıb və o günlər yalnız Mədinə Gülgünün lirik qəhrəmanma yox, bizim hamımıza məxsusdur.
     Burası da diqqətəlayiqdir ki, bütün bu dərdə, həsrətə, nisgilə baxmayaraq, Mədinə Gülgünün poeziyası nostalgiya xəstəliyinə tutulmayıb, əksinə, buradakı nostalgiya, hərgah belə demək olar- sa, ümidlə nəfəs alır, arzuyla yaşayır; bu poeziya bədbin, əlacsız bir poeziya deyil («Hər gün məni oyadarlar qızıl rəngli səhərlərim»), mübarizəyə çağıran, yadda qalan, qəzəb oyadan bədii- estetik təbliğat vasitəsidir. Mən söz birləşməsini - «bədii-estetik təbliğat vasitəsi» - yazdım və ani olaraq duruxdum: poeziyaya belə bir meyarla yanaşıb onu «təbliğat vasitəsi» hesab etmək olarmı? Bu sualın cavabında mənim üçün mübahisəli bir şey yoxdur: o yerdə ki, söhbət Vətəndən gedir, o yerdə ki, poeziya xalqı ifadə etməyə çalışır, olar və olmalıdır.
     «Elimin, Vətənimin sabahma inandım» - dedikdə, biz də o lirik qəhrəmanla birlikdə bu inam hissini bölüşürük.
     Əlbəttə, hərdən bədbinlik notları özünü göstərir: «yaxındır Təbrizin yolu» və o yaxın yolu qət etmək üçün «bir ömür də çatmadı», yaxud «dərdli-dərdli ötərəm Təbrizi görməyincə», yaxud «gözümdə dünyanın həsrəti, qəmi» və biz bunu başa düşürük, yəqin ki, bu notlarsız mümkün deyil, çünki ayrılıq böyük ayrılıqdır, lakin səciyyəvi və bizim təqdir etdiyimiz cəhət budur ki, həmin bədbinlik bu poeziyanı ələ ala bilmir, çünki şanlı bir keçmişdən gələn mübarizlik ruhu, inam var: «Bir görüş yerinə gün doğar bir yaz...».
     O gün doğacaq, doğmalıdır, şairlə bərabər, biz də buna inanırıq, heç vaxt Təbrizi görməsəm də, atamı, anamı, bacımı, qardaşımı Cənublu qələm dostlarım kimi, orada qoyub gəlməsəm də, elə bil ki, mənim də o lirik qəhrəmanın dediyi kimi «çalınmamış toylarım var o tayda, yaşanmamış aylarım var o tayda, deyilməmiş boylarım var o tayda».
     Mədinə Gülgünün lirik qəhrəmanı: «Can qurtara bilmərəm köksümdə baş qaldıran tufanların əlindən, dalğaların əlindən» - deyir və əslində, biz bunu yaxşı duyuruq - o tufanların, dalğaların əlindən qurtarmaq istəmir də, çünki hisslərində, təfəkküründə bir qətiyyət var və buna görə də başqa bir şerdə: «Gəzməyincə Təbrizin küçələrini, həmişə beləcə yanan, alovlanan görəcəksiniz məni» - deyir.
     Mən Mədinə Gülgün poeziyasının doğurduğu bu təəssüratları yazıram və düşünürəm: «Axırdı önümdən Astara çayım...» - bircə bu sadə misra kifayətdir ki, ürəklərdəki hissləri təlatümə gətirsin, qəlbləri kövrəltsin, «həsrəti oyatsın», dərk etsin, lakin buradan heç vəchlə belə bir nəticə çıxarmaq olmaz ki, bu mövzu konyunktura mənasında poeziya üçün sərfəli və asandır, belə bir hasilatın qeyri-poetik ifadələrini biz, çox təəssüf ki, mətbuat səhifələrində, ayrı-ayrı kitablarda az oxumuruq, əksinə, bu yerdə mövzudan sui-istifadə etmək bir tərəfdən vətəndaş qayələrinin kasıblığıdırsa, digər tərəfdən də poetik imkanların məhdudluğu, bədii məğlubiyyətidir.
     ...Xalqlar azadlıq uğrunda, müstəqillik uğrunda, böyük arzular naminə mübarizələr aparır və bu zaman o şərəfli tarixin yaranmasının şahidi olan dağlar, qalalar həmin xalqların mənəvi rəmzinə çevrilir.
     Ərk qalası...
     Təbriz üsyanları Azərbaycan tarixinin işıqlı səhifələrindəndir və o üsyançı qəhrəmanların son istehkamı Ərk qalası oldu.
     Mədinə Gülgün «arzuları şirin» həmin ana ehtirası ilə: «Mən inanıram, bir gün Ərkin sinəsinə əbədi gün düşəcək. Gün düşə- cək!..» - deyir.
     Biz də inanırıq...

1985.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.06.2014) | Müəllif: R.C E W
Baxış: 650 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more