Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Azərbaycan yazıçısına mükafat
AZƏRBAYCAN YAZIÇISINA MÜKAFAT

     ÜİLKGİ MK bürosu ədəbiyyat, incəsənət, jumalistika və arxitektura sahəsində 1982-ci ilin Lenin komsomolu mükafatlarını vermişdir.
     Yeni laureatlar arasında Azərbaycan yazıçısı Elçin də vardır. O bu yüksək mükafata «Əncir ağacı», «Toyuğun diri qalması» povest və hekayələr məcmuəsinə görə layiq görülmüşdür.
     «Gümüşü furqon», «Əncir ağacı», «Dolça», «Poçt şöbəsində xəyal» povestlərinin, hekayələrin, tənqidi monoqrafiyaların, məqalələrin və tərcümələrin müəllifi Elçin çoxdandır ki, öz mövzusu, öz dəst-xətti, öz yazı üslubu olan həssas sənətkar kimi tanınır.
     Onun Ümumittifaq miqyasında ilk ədəbi əsəri 1970-ci ildə «Drujba narodov» jumalında dərc edilmişdir. Bundan əvvəl yazıçı respublika nəşriyyatında çox çıxış etmişdi. O vaxtdan bəri Elçinin əsərləri «Yunost», «Drujbanarodov» jurnallarında, Moskvada çıxan başqa nəşrlərdə vaxtaşırı dərc olunmuşdur. Yazıçının əsərləri Sovet İttifaqının bir çox xalqlarının dillərinə tərcümə olunmuş, xarici ölkələrin nəşriyyatlarında çapdan çıxmış, macar, çex, bolqar, slovak, ingilis, fransız, ərəb, türk dillərində və başqa dillərdə dərc edilmişdir.
     Şad xəbərin alındığı gün Azərinformun müxbiri yazıçı ilə görüşmüş və ondan bir neçə suala cavab verməsini xahiş etmişdir.
     -Söhbətimizə başlamazdan əvvəl icazə verin, sizi səmimi qəlbdən təbrik edim.
     -Sağ olun. Əlbəttə, əməyimin belə yüksək qiymətləndirildiyi üçün xoşbəxtəm və çox sevinirəm. Lakin mən bu mükafatı təkcə öz şəxsi mükafatım deyil, Azərbaycan yazıçılarının mənimlə birlikdə ədəbiyyata qədəm qoymuş bütün nəslinin mükafatı sayıram.
     -Bu əlamətdar fakta toxunmaqla siz mənim verməyə hazırlaşdığım sualı qabaqladınız. Sizdən xahiş etmək istəyirdim ki, müasir Azərbaycan nəsri haqqında, bu gün, əsasən, sizin indicə qeyd etdiyiniz nəslin təmsil etdiyi nəsr haqqında fikrinizi bildirəsiniz. Zənnimizcə, müasir Azərbaycan nəsrinin ən səciyyəvi xüsusiyyətləri hansılardır?
     -Cavab verməzdən əvvəl xatırlatmaq istəyirəm ki, bizim yaradıcılığımızın püxtələşdiyi dövr, xoşbəxtlikdən, 70-ci illərə düşmüşdür. Bu illər Azərbaycan üçün gözəl dəyişikliklərlə, yaradıcı adamların zəngin mənəvi həyatı ilə səciyyəvidir.
     Ən parlaq əlamət isə zənnimcə, budur ki, nasirlərimiz öz əsərləri ilə nəinki təkcə respublikanın, eləcə də bütün Sovet İttifaqmın ədəbi prosesində fəal iştirak edir, ictimai münasibətləri bütün mürəkkəbliyi, rəngarəngliyi ilə əks etdirməyə çalışırlar.
     Onlar həyat pafosunu təsdiq etməklə cəmiyyətə zidd olan mənfi halları, müasir meşşanlığm mahiyyətini ifşa edir, bizim günlərin qəhrəmanlığmı doğru-düzgün, bədii cəhətdən parlaq əks etdirirlər...
     -Sizin «Əncir ağacı» məcmuəniz üçün məşhur sovet tənqidçisi Lev Annenskinin yazdığı sözardında bu sətirləri oxudum: «... Onun nəsrində özünəməxsus bir cazibə qüvvəsi vardır. Bu nəsrdə bir coşğunluq, bir yüksəliş, gündəlik hadisələrin çərçivəsindən kənara çıxmaq meyli duyulur. Bir qədər də... poeziya...» Mənə elə gəlir ki, bu sətirlər sizə xas olan yazı üslubunun, sizin yaradıcılıq tərzinizin xüsusiyyətlərini çox dəqiq əks etdirir. Kitabınızın necə yarandığmı soruşmaqla mən, əslində, ədəbi bioqrafiyanızm tam bir mərhələsinə toxunmuş oluram.
     -Fikrinizlə şərikəm. Məcmuəyə daxil edilmiş hekayələr və povestlər bir növ mənim 12 illik yaradıcılıq əməyimin yekunudur. Mən kitaba ən yaxşı əsərlər saydığım əsərlərimi daxil etmişəm. Üslub məsələsinə gəldikdə isə... Mən həmişə bədii və psixoloji dəqiqliyi, hisslərin və münasibətlərin doğruluğunu gözləməyə can atmışam və can atıram. Buna nə qədər nail olduğumu qoy oxucularım desinlər... Mənim bütün qəhrəmanlarım adi adamlardır, onlar adi həyatda yaşayırlar. Əgər mən bəzi fantastikaya əl atıramsa, bu, mütləq müasir real həyata əsaslanan fantastikadır.
     -Əgər gizli deyilsə indi nə yazdığmız barədə danışm. Yaradıcılıq planlannız necədir?
     -«Azərbaycan» jumalmm 7-ci və 8-ci nömrələrində «Mahmud və Məryəm» romanım dərc edilmişdir. Tarixi janra ilk dəfə müraciət etdiyim kimi roman jann da mənim üçün ilk sınaqdır. Lakin məşhur «Əsli və Kərəm» dastanının motivləri əsasında yazdığım romanda hadisələrin tarixiliyi sırf şərti tarixilikdir. Əsərdə keçmiş günlər bir növ zəmanəmizlə çuğlaşır, müasir təcrübəmizin süzgəcindən keçirilir.
     Planlarım çoxdur, lakin onların heç də hamısı dəqiq müəyyənləşdirilməmişdir. Müasir həyat haqqında povest yazmaq fikrinə düşmüşəm. Tənqid, tərcümə sahəsində, ədəbiyyatşünaslıq tədqiqatları sahəsində işi davam etdirmək fikrindəyəm.
Söhbəti T.Seyidova apardı.
1982
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (07.08.2014) | Müəllif: R.C E W
Baxış: 558 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more