Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Azərbaycan» jumalının sorğusu
«AZƏRBAYCAN» JURNALININ SORĞUSU

     1.Dünyanın özü kimi qədim olan POEZİYA zamanın bu mürəkkəb, son dərəcə təzadlı çağında Sizə necə təsir bağışlayır? Niyə onun səsi bu gün əvvəlki kimi gur səslənmir?
     2.Azərbaycan poeziyasının son yetmiş ildə itirdikləri onun qazandıqları ilə müqayisəyə gələrmi? XXI əsrə qədəm basarkən dönüb arxaya baxmalı olsaq, nəyə təəssüflənərik, nəyə sevinərik? Bir sənət adamı kimi XX yüzilliyə, onun poeziyasına münasibətiniz? Sizcə, XXI əsrə hansı şairlərimiz canlı, diri gedib çıxacaq?
     3.Qayıdaq bu günümüzə. Azərbaycan poeziyasının son dörd ildə keçdiyi yolu qısaca ümumiləşdirək. Xalqımızın bu ağır, məşəqqətli dörd ili və poeziyamız...
     4.Sizinlə bir dövrdə ədəbiyyata gələn poetik nəslin bugünkü fəaliyyətindən razısınızmı? Xahiş olunur, konkret adlar çəkəsiniz.
     5.Poeziyamızın yeni nəsli barədə sözünüz, arzularınız...
     6.Poeziya və tənqid. Bu barədə sözünüz?..
     7.Sorğuda daha hansı sualı gözləyirdiniz və siz ona necə cavab verərdiniz?
     1.Çox təəssüflər olsun ki, bu gün ədəbiyyat və o cümlədən, poeziya on beşinci dərəcəli lazımsız bir şey kimi, arxaya atılıb qalıb və elə bil ki, o heç kimə lazım deyil...
     Bunun iki səbəbi var:
     Birinci - ədəbi proses tamam ölgün bir vəziyyətə düşüb və bu heç kimi, ilk növbədə isə bu işlə məşğul olası, bu işin təəssübün çəkəsi adamları, təşkilatları, redaksiyaları maraqlandırmır. Canlı ədəbi proses olmadığı üçün, son vaxtlar yaranan əsl poeziya nümunələri, yəni sənət əsərləri poeziya məmulatı içində itibbatır. Bu isə, təbii ki, zövqləri korlaşdırır, bizi, ümumiyyətlə, soyuqqanlı edir, yalnız poeziyanın, hətta yalnız ədəbiyyatın, sənətin yox, ümumiyyətlə, həyatın meyarları pozulur, naqisləşir...
     İkinci - ilham da elə bil ki, xəsisləşib, ətalət onu üstələyib... Beş il bundan əvvəl bir ilin mətbuatından «Azərbaycan şer antologiyası» üçün, deyək ki, altmış sənət nümunəsi seçə bilərdinsə, bu gün, elə bilirəm ki, on-on beşini ancaq axtarıb taparsan, yəni dediyim odur ki, tənasüb bu dərəcədə fəlakətli surətdə azalıb. Əlbəttə, belə vəziyyətin səbəbləri var: günahsız qanlar axıdılır, torpağımıza təcavüz olunur, yüz cürə fitnə-fəsadla üzləşirik, istiqlalımız, azadlığımız uğrunda mübarizə aparırıq...
     Amma bütün bunlarla bərabər, bir həqiqət mənim üçün gün işığı kimi aydındır: o müstəqillik, azadlıq ki, poeziyasız, ədəbiyyatsız, sənətsiz olacaq, mən o müstəqilliyin və azadlığın həqiqi vüsətinə inanmıram. Çünki bu mümkün deyil. Müstəqillik və azadlıq uğrundakı mübarizə bu gün bizim həyatımızın məqsədi olmalıdır - bu sözsüzdür. Lakin sənət uğrunda mübarizəni də məhz müstəqillik və azadlıq, demokratiya uğrundakı mübarizənin tərkib hissəsi hesab edirəm.
     2.Yalnız son yetmiş ildə, deyil, ümumiyyətlə, bütün dövrlərdə sənət ilə antisənət, indiki halda poeziya ilə antipoeziya yanaşı addımlayıb. Əsl şairlə birlikdə bütün dövrlərdə, bütün ictimai quruluşlarda buqələmun şair də, konyukturaçı, qrafoman, «zorən-təbib» şairlər də olub. İntəhası son yetmiş ildə bizdə bütün antisənət kimi, antipoeziyanın da «çiçəklənməsi» üçün başqa dövrlərlə müqayisə edilməyəcək dərəcədə əlverişli münbit zəmin yaranmışdı.
     3.Poetik mövzu qələmə alınarkən, mənim aləmimdə burada iki cəhət vəhdət təşkil etməlidir: estetika və etika. Son yetmiş ilin ideoloji-müstəmləkəçi hökmranlığı Azərbaycan poeziyasında estetikaya da sözsüz zərbələr vurdu, amma etikanı tamam xəcalətli bir vəziyyətə saldı. Şerlər, poemalar yarandı ki, qafiyələri də yerindədi, poetik obrazlara da malikdi, dili də səlis və poetikdir, amma yalanın vəsfinə həsr olunduğu, yəni sənətkar etikasına zidd olduğu üçün antipoeziya nümunəsidir. Bu nümunələr Stalin mükafatlarına da layiq görülüb, dərsliklərə də salınıb, saysız-hesabsız təntənəli mərasimlərdə böyük artistlərimiz tərəfindən əzbər də söylənib, alqışlar qazanıb, müəlliflərin döşünə Lenin ordenindən tutmuş «Əzməkdə fərqləndiyinə görə» medalına qədər ən rəngarəng nişanlar taxdırıb, lakin nəticə etibarilə onlar antipoeziya nümunələridir. Yetmiş il istedadlı şair istilahını ordenli şair istilahı ilə əvəz edib və bu ideoloji təxribat ən böyük poetik itkilərimizə sövq edib. Antisənət mükafatlandlırılıb, həvəsləndirilib, inkişaf etdirilib, sənət aləmində sürrealist bir mənzərə yaradıb, amma bir həqiqət də var və onu unutmaq olmaz: bu dövrdə sənət də ölməyib və ideoloji eybəcərlik içində olan o yetmiş ildə sövqtəbii ilə, yəni təbiətin, istedadın sayəsində əsl poeziya da yaranıb.
     Əsl poeziya bu yetmiş ildə güllələnib də, həbsə də salınıb, təqiblərə məruz qalıb, heç vəhclə şirnikləndirilməyib, lakin mövcud olub və XX əsr Azərbaycan poeziyası bütün itkilərinə baxmayaraq, xalqımızın mənəvi sərvətinin bir hissəsidir.
     O ki qaldı hansı şairimizin XXI əsrə «canlı, diri» gedib çıxmasına, bu suala belə cavab verərdim: o şairlər ki, bu gün bizə də «canlı, diri» gəlib çıxıblar: Nəsimi, Füzuli, Vaqif, Sabir... 70 ildəki sənətkarlarımızdan isə kimin XXI əsrə «canlı, diri» gedib çıxdığını isə XXI əsrin oxucusu deyəcək. Biz tələsməyək.
     3.Bu sualın cavabı, elə bilirəm ki, 1-ci sualınızın cavabında var. Dediyiniz həmin dərd, məşəqqət poeziyamızın bir sıra yüksək səviyyəli, hüznlü, kədərli, tragik nümunələrini yaradıb, lakin poeziya özü özlüyündə elə bil ki, arxa plana keçib, bax, dərd bundadır...
     4.Fikrət Qoca bu gün öz istedadının dərəcəsində yazıb çap olunurmu? Yox. Fikrət Sadıq necə? Yox. Məmməd İsmayıl? İsa İsmayılzadə? Məmməd Aslan? Musa Yaqub? Yox... Yox... Bir vaxtda ədəbiyyata gəldiyimiz, adlarını çəkdiyim və çəkmədiyim gözəl şairlərimizin istedadı bu gün o istedada layiq şəkildə təcəssümünü tapırmı? Yox... Təqsir nə fikrətlərdə, nə də məmmədlərdədi. Yuxarıda dediyim kimi, zəmanə mürəkkəb və ziddiyyətli, ədəbi prosesi vecinə alan yox, yaxşı ilə pisə qiymət verən yox... Bir tərəfdən də su yerinə axan günahsız qanlar...
     5.Poeziyamızın və ümumiyyətlə, ədəbiyyatımızın ən yeni nəsli söykənə biləcəkləri ədəbi-mənəvi dayaq mənasında ən acınacaqlı bir vəziyyətdədir... Arzum, istəyim budur ki, təki mən yanılmış olum... Amma bütün daxilimdə hiss edirəm ki, yanılmıram. Yeni nəslin onlara münasibətdəki biganəlikdən doğan ədəbi yetimliyini hiss edirəm. Bu isə yalnız ədəbiyyatın yox, millətin fəlakətidir.
     6.Siz hansı tənqiddən danışırsınız? Hanı o tənqid? Son illərdə poeziya ilə bağlı ciddi analitik bir məqaləni əvvəlcə mənə göstərin, sonra fikir mübadiləsi edək. Acı həqiqət budur: bu gün Azərbaycanda poeziyanın problemlərini ehtiva edən, yaxşını və pisi ünvanlı şəkildə göstərən ciddi vətəndaş tənqidi yoxdur və ədəbi prosesdəki bu vəziyyət, təkrar edirəm, heç kimi nəinki narahat etmir, ümumiyyətlə, maraqlandırmır: nə ciddi qələm sahibləri, nə bu işlə məşğul olası təşkilatları, nə də redaksiyaları.
     7.Bəs nə olacaq? Bizi nə gözləyir?
     Mənim də cavabım: Bilmirəm...
1991
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.08.2014) | Müəllif: R.C E W
Baxış: 572 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more