Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Azərbaycan həqiqətini dünyaya çatdıra bilsək
AZƏRBAYCAN HƏQİQƏTİNİ DÜNYAYA ÇATDIRA BİLSƏK...

     Xəbər verdiyimiz kimi, bu yaxınlarda Pakistanın paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin humanitar məsələlərə həsr olunmuş toplantısı keçirilmişdir. Respublikamızı toplantıda Baş nazirin müavini, yazıçı Elçin təmsil etmişdir. Toplantıda müzakirə olunan məsələlər barədə ətraflı məlumat almaq üçün müxbirimiz Elçin müəllimlə görüşüb söhbət etmişdir.
     -Elçin müəllim, Pakistana səfəriniz nə ilə bağlı idi?
     -Pakistanda İqtisadi Əməkdaşlıq təşkilatı ölkələrinin humanitar məsələlərə həsr olunmuş konfransı keçirilirdi. Bildiyiniz kimi, bu təşkilat Pakistan, İran və Türkiyə dövlətləri tərəfindən 1985-ci ildə birlikdə yaradılıb. Bundan sonra bu təşkilata Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistan dövlətləri də daxil olublar. Nəhayət, Əfqanıstan da onların sırasına qoşulub. Təşkilatın yaradılmasında əsas məqsəd birliyə daxil olan ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığı inkişaf etdirib, möhkəmlətmək olub.
     Biz konfransa çox ciddi hazırlaşmışdıq. Çünki, İqitisadi Əməkdaşlıq Təşkilatı artıq dünyada nüfuz qazanmaqda, beynəlxalq aləmdə bir qurum, bir təşkilat kimi öz yerini möhkəmlətməkdədir. Digər tərəfdən də bu təşkilat Azərbaycanın beynəlxalq aləmdə sözünü deməsi üçün effektli bir tribunadır. Ona görə də biz bu tribunadan yalnız iqtisadi və humanitar məsələlərdə deyil, bütün sahələr üzrə maksimum istifadə etməliyik. Biz də bunu nəzərə alıb toplantıya ciddi təkliflər paketi ilə getmişdik.
     Buraya təhsil sahəsindəki əməkdaşlıq, Azərbaycandakı diplomların, atestatların, sertifikatların beynəlxalq aləmdə tanınması məsələsi, yəni onların ekvivalentinin tapılması və belə bir elmi cədvəlin yaradılması, tələbə-müəllim, professor-müəllim heyətlərinin mübadiləsi, mədəni irs haqqında qarşılıqlı tədbirlər, texnologiya, arxeologiya, biotexnologiya, enerji mənbələrindən istifadə, idman, jurnalistika və s. sahələrdə əlaqələr və digər məsələlər daxil idi. Üç gün çox ciddi müzakirələr keçirildi. Bu müzakirələrin yekunu kimi sonda rəsmi bir sənəd qəbul olundu. Sənəddə bizim bir sıra təkliflər də öz əksini tapdı. Bunlardan bizim üçün ən dəyərlisi Azərbaycandakı hadisələrlə bağlı qəbul olunan hissə idi. Belə ki, yekun sənədində Azərbaycandakı hadisələrə obyektiv qiymət verildi. Yəni Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması, onun ərazisinin 25 faizinin təcavüzkar qonşu tərəfindən işğal olunması, Azərbaycan əhalisinin öz torpağından məcburi qaçqına çevrilməsi sənəddə açıq və aydın şəkildə əksini tapdı.
     Bu sənədin bizim üçün əsas bir mühüm cəhəti ondan ibarət idi ki, beynəlxalq səviyyələrdə buna qədərki qəbul olunmuş sənədlərin əksəriyyətində yalnız yerli erməni təcavüzündən, yerli erməni işğalından söhbət gedib. Ancaq budəfəki görüşdə biz ona nail olduq ki, cinayətkar öz adı ilə çağırıldı. Yəni torpaqlarımıza olunan bu təcavüz erməni işğalı yox, Ermənistan işğalı kimi qiymətləndirildi. Qəbul olunmuş müraciətin ruhu da öz reallığı və kəskinliyi baxımından razılıq doğurur. Bu hissəyə diqqət yetirin: «komitə Azərbaycan nümayəndə heyətinin Ermənistan tərəfindən törədilən dəhşətli hadisələrlə bağlı çıxışını böyük həmrəylik hissi ilə qəbul etdi. Bu hadisələr nəticəsində mədəni və tarixi dəyərlərin, təhsil sisteminin, sosial və elmi binaların dağıdılması və Azərbaycan xalqının məcburi qaçqınlığa məruz qalması xüsusilə diqqətə səbəb oldu». Beləliklə, məsələyə siyasi qiymət verildi.
     Düzdür, bizə qarşı düşmənçilik mövqeyindən olmasa da, bürokratik protokol təəssübü baxımından bir sıra nümayəndələr yekun sənədinə bu hissənin daxil edilməsinə etiraz edirdilər. Əsas da onu göstərirdilər ki, bu görüş humanitar bir toplantı olduğundan hadisələrə siyasi qiymət vermək onun səlahiyyəti, funksiyası xaricindədir və rəsmi sənəddə bunu əks etdirmək düzgün deyil. Məsələ belədir ki, bu görüşlərdə qəbul olunan rəsmi sənədlər yekunda BMT-yə, YUNESKO-ya və digər nüfuzlu təşkilatlara göndərilir. Vəziyyətin ciddiliyini nəzərə alıb mən əlavə bəyanatla çıxış etməli oldum. Bəyanatımın məğzi ondan ibarətdi ki, biz burada oturub elmin problemlərindən, ədəbi irsə verilən qiymətdən, tarixi abidələrimizin bərpasından, idmanın inkişafından və s. humanitar məsələlərdən danışırıq. Bəs, onda əgər bu gün Azərbaycanın işğal olunmuş ərazilərində min illərin məscidləri dağıdılırsa, məktəblər, muzeylər yandırılıb, talan edilirsə, bu vəhşiliklərə münasibət bildirmək siyasətlə məşğul olmaqdır, yoxsa mədəniyyətin təəssübünü çəkməkdir? Və yaxud burada danışırıq ki, stadionlar sağlamlıq mənbəyidir, idmanı inkişaf etdirmək lazımdır. Yaxşı, bəs bu gün işğal olunmuş ərazilərdəki stadionlarda Azərbaycan gəncləri məşq etmək, idman yarışları, olimpiadalar, cür- bəcür səviyyərlərdə dostluq yarışları keçirmək əvəzinə həmin stadionlarda Ermənistanın təcavüzkar ordusu təlim keçirsə, buna münasibət bildirmək nə vaxtdan siyasətlə məşğul olmaq sayılır?
     Həmin çıxışın nəticəsi belə oldu ki, göstərilən hissə yekdilliklə sənədə daxil edildi, mənim bəyanatımın mətni də rəsmi bir sənəd kimi YUNESKO-ya göndərildi.
     -Elçin müəllim, Pakistanda başqa səviyyələrdə görüşləriniz oldumu?
     -Dediyim kimi, mən Pakistana rəsmi səfər yox, İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına getmişdim. Lakin buna baxmayaraq, mənim Pakistanda yüksək səviyyədə bir sıra faydalı görüşlərim də oldu. Pakistan İslam Respublikası xarici işlər naziri vəzifəsini həyata keçirən cənab Zahid Səidlə keçirdiyimiz səmimi görüşdə qarşılıqlı əlaqələrimizin inkişafından geniş söhbət etdik. Mən Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə, Azərbaycan qaçqınlarının ağır vəziyyəti və bir sıra digər məsələlər barədə cənab Zahid Səidə ətraflı məlumat verdim. Eyni zamanda, öz respublikamız adından Pakistan tərəfinə Türkiyədən sonra ikinci dövlət kimi bizim müstəqilliyimizi tanıdıqları üçün minnətdarlığımızı çatdırdım. Çünki, bu elə bir vaxta təsadüf edirdi ki, Azərbaycan öz müstəqilliyi uğrunda apardığı mübarizənin ən dramatik dövrünü yaşayırdı və Pakistanın o zaman bizi müstəqil dövlət kimi tanıması respublikamıza çox böyük siyasi və mənəvi kömək idi. Cənab Zahid Səid də öz tərəfindən bundan sonra da Azərbaycanla Pakistan arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün əlindən gələn köməyi əsirgəməyəcəyini bildirdi. Pakistanın xarici siyasətində Azərbaycana hörmətin, məhəbbətin, ehtiramın xüsusi yer tutduğunu söylədi.
     Pakistan İslam Respublikasının elm və texnologiya naziri Pərviz Əhməd Battla söhbətimiz də qarşılıqlı əlaqələrin inkişaf etdirilməsindən, tələbə-müəllim mübadiləsindən, universitetlərin, elmi mərkəzlərin bir-biriləri ilə əlaqə yaratmalarından, əməkdaşlıqlarını artırmalarından və s. danışdıq. Pakistanda bu gün əhalinin yalnız 25 faizinin savadlı olmasına baxmayaraq, elm, xüsusən də dəqiq elmlər çox yüksək inkişaf edib. Azərbaycanın da böyük elmi potensiala malik olduğunu nəzərə almaqla ümumi razılığa gəldik ki, hər iki ölkənin qarşılıqlı elmi əlaqəsini artırmaq vacibdir. Bu addım hər iki tərəfə yalnız fayda gətirər.
     Digər bir görüşümüz Pakistan hökuməti yanında Elm və Texnologiya Şurasının (bizim Elmlər Akademiyası kimi bir qurumdur ) sədri doktor Altaf Hüseynlə oldu. Burada da qarşılıqlı əlaqələrin inkişafından ciddi söhbət getdi. Mən onu Azərbaycana dəvət etdim. Yaxın vaxtlarda cənab Altaf Hüseyn Azərbaycana gələcək. Bizim Elmlər Akademiyasında danışıqlar aparacaq. Sözsüz ki, onun bu səfərinin Azərbaycanla Pakistan arasında elmi əlaqələrin artmasında böyük köməyi olacaq.
     Maraqlı görüşlərimizdən biri İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini Hüseyn Avni Botsali ilə oldu. Cənab Hüseyn Botsali təşkilatın işində fəal iştirak etdiyimiz üçün bizə öz təşəkkürünü bildirdi. İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək inkişafı barədə onunla xeyli söhbət etdik. Söhbət zamanı belə bir məsələdə ortaya çıxdı ki, təşkilat növbəti iclaslarından birini Bakıda keçirsin. Bu məsələ indi öyrənilir. Əgər bu görüş baş tutarsa, bu bizim üçün çox gərəkli olar.
     Mən özümlə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikası prezidentinə məktubunu da aparmışdım. Toplantı keçirilən müddətdə Pakistanda parlament seçkilərinin növbəti turu keçirilirdi. Həm prezident, həm də baş nazir əyalətlərdə seçki kompaniyasında iştirak etdiklərindən prezidentlə görüşə bilmədim. Heydər Əliyevin məktubunu xarici işlər nazirinə təqdim etdim. Heydər Əliyev məktubunda Pakistan prezidentini Azərbaycana rəsmi dostluq səfərinə dəvət etmişdi. Dəvət böyük məmnuniyyətlə qəbul olundu.
     Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, Pakistanın sadə adamları, Pakistan xalqı arasında Azərbaycana böyük məhəbbətin şahidi oldum. Konfransdan sonra mən orda bir mətbuat konfransı da keçirdim. İstər mətbuat konfransında, istərsə də ayrı-ayrı görüşlərdə Azərbaycana eyni hörməti, səmimiyyəti gördüm.
     -Elçin müəllim, mənə elə gəlir ki, bir çox problemlərin həllində, o cümlədən müharibə məsələsində Azərbaycan üzünü daha çox Avropaya tutur. Bu nədən irəli gəlir? İslam aləminin bizim faciələrimizə biganəliyindən, yoxsa burda başqa amillər də rol oynayır?
     -Mən sualın bu cür qoyuluşunu qəbul etmirəm. Çünki, bu gün Azərbaycan «erməni militarizmi», erməni millətçiliyi kimi elə bir qorxulu düşmənlə üz-üzə dayanıb ki, bu düşmənə qalib gəlmək üçün o, həm Şərqin, həm Qərbin, ümumilikdə bütün dünyanm sivilizasiyalı ölkələrinin birgə köməyindən istifadə etməlidir. Bu kömək isə ilk növbədə Azərbaycan həqiqətini olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatmm da imkanları böyükdür və ondan istifadə etmək lazımdır. Bu l'ikri əvvəllər də demişəm, yenə də təkrar edirəm ki, Azərbaycanın öz ərazisi uğrunda mübarizəsində ən böyük müttəfiqi həqiqətdir. Biz həqiqəti olduğu kimi dünya ictimaiyyətinə, dünya ölkələrinin rəhbərlərinə çatdıra bilsək, çox şey qazanarıq. Ona görə də biz həm İslam aləmindən, həm Qərb aləmindən, həm Şərq aləmindən, ümumiyyətlə, bütün dünya ölkələrindən istifadə etməliyik.
     -Axı, dünya bu günəcən bizim ağrılarımıza çox biganə yanaşır.
     -Məsələ belədir ki, Azərbaycanın problemlərini Azərbaycanm əvəzinə heç kəs gəlib həll edəsi deyil. Öz problemlərimizi özümüz həll etməliyik. Amma bu problemləri həll etməkdən ötrü münbit beynəlxalq şəraitin yaradılması əsasdır. Siyasətimizin də məğzi bundan ibarət olmalıdır.
     -Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatmdan daha nə kimi kömək əldə edə bilər?
     -Açığını deyim ki, hələ indiyəcən biz öz qiymətimizi lazımınca ala bilməmişik. Mən bunu cəsarətlə deyə bilərəm ki, bu gün Azərbaycanda simfonik musiqidən, teatrdan, operadan, baletdən, rəngkarlıqdan, ədəbiyyatdan, ədəbi tənqiddən başqa sahələrəcən mədəniyyətin inkişafı ən qabaqcıl ölkələr səviyyəsindədir. Biz hansısa ölkədən təmənnasız yardım ummamalı, bütün bu sahələrdə qarşılıqlı əlaqələrə nail olmalıyıq. Təəssüf ki, indiyəcən hələ də biz özümüz öz qiymətimizi lazımınca dərk etməmişik.
Söhbəti yazdı İlham Məmmədli.
1993.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.08.2014) | Müəllif: R.C E W
Baxış: 505 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more