Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Altmışın qəfilliyi
ALTMIŞIN QƏFİLLİYİ

     Əkrəm Əylisli ilə bağlı bu 60 rəqəminin gözlənilməzliyi içimdən gəlib keçən nisgilli, «heyhat!»lı bir sürətlə məni əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış keçmişə düz 32 il bundan əvvələ apardı, o gözəl vaxtlara ki, mən «Vaqif» küçəsindəki birotaqlı mənzilə, Əkrəm isə, «Bünyad Sərdarov» küçəsindəki «kommunalka»ya təzəcə sığınmışdıq, pəncərələrimiz bir-birinə baxırdı, o pəncərələrdən bir-birimizi salamlayırdıq və mən o pən cərədən baxanda Əkrəmin miz arxasında oturub necə bir ciddcəhdlə «Atalılar və atasızlar»ı yazmağını görürdüm və elə bil ki, onun hamıdan gizlətmək istədiyi (hər halda, mənə belə gəlirdi) daxili sarsıntılarının, daxili əzab -əziyyətlərinin şahidi olurdum; o vaxtlara ki, mən onun o zaman 26-27 yaşlı cavan bir oğlan olan Əkrəmin Əylisdən Bakıya gəlib tələbəlik illərini həmin «kommunalka»da yaşayan kiçik qardaşı Zahidə göstərdiyi qayğını və daxi li bir nəvazişi görürdüm; o vaxtlara ki, görüşüb şəhərin məşhur və qeyri -məşhur «zakusoçnu»larına təşrif buyururduq və o «zakusoç nu»lar o zaman bizim ədəbiyyat dediyimiz bir bəlanın dərdsəri içindəki söhbətlərimizin, mübahisələrimizin, zarafatlarımızın çox məhrəm bir guşəsinə, məskəninə çevrilirdi; o vaxtlara ki, biz birbirimizin əsərlərini əlyazmasında oxuyub fikrimizi bir-birimizə döşəyirdik və söylənən bu fikirlərin sərtliyini nə arağın təsiri də yişirdi, nə soyuq qış gecələri bulvarın girəcəyindəki çayxanada içdiyimiz çayın istisi, nə də zarafatlarımızın məzəsi.
     Sonralar mənzillər də dəyişdi, bir az keçdi, mən Nizami adı na Ədəbiyyat İnstitutundan Y azıçılar İttifaqına katib gəldim, son ra Yusif «Ulduz» jurnalına, daha sonra Əkrəm «Azərbaycan» jurnalına redaktor gəldi və yetmişinci illərin o unudulmaz ədəbiyyat davasında biz bir yerdə olduq.
     Xatirələr çoxdur, çünki hər şey vaxta baxsa da, vaxt heç nə yə baxmır və nə olsun ki, o 60 mənə beləcə gözlənilməz, qəfil gö ründü, 60 -ın 35i bizim ünsiyyətimizin tarixidir və bu 35 il bir yox, iki igidin ömrüdü və Allah qismət edib, biz bu ömrü yaşamırıq.
     Burası da gün işığı kimi aydın bir şeydi ki, özünə cəmi məxluqatın əşrəfi deyən insan üçün hamar ömür yolu yoxdu, amma bu da azmış kimi, Əkrəmlə mənim münasibətlərimiz də bu uzunuzadı illər boyu hamar olmayıb: sidq-ürəkdən dostluq elədiyimiz vaxtlar da olub, sərin çağlarımız da, hətta sərt məqamlar da olub və mən indi bunun da üzərində dayanmaq istəmirəm, çünki mən desəm ki, Əkrəm ziddiyyətli və mürəkkəb bir adamdı, bu ancaq mənim həqiqətim olacaq...
     Əkrəmin yazıları içində mənim bəyəndiyim də var, təbii ki, bəyənmədiklərim də var və mən yeri düşdükcə, bunlardan çox yazmışam, amma indi mənim üçün tamam şəkk-şübhəsi olmayan bir cəhəti qeyd etmək istəyirəm: Əkrəmin bütün yaradıcılığı (mə nim bəyəndiyim və bəyənmədiklərimlə bərabər!) əsl ədəbiyyat dediyimiz bu sözlərin pafosundan çəkinmirəm mənəvi sərvə tin tərkib hissəsidir.
     Əkrəm özü isə (xasiyyətindəki o ziddiyyət və mürəkkəbliklə bərabər, yəni onunla bağlı mənim həqiqətlərimlə bərabər!) hə min əsl ədəbiyyatın davasını edən bir adamdır.
     Mən siyasətçi Əkrəm Əylislini qətiyyən qəbul etmirəm.
     Mən özü haqqında, xüsusən, son vaxtlardakı müsahibələrində yüksək fikirlər söyləyən, bəzən hissə qapılan, özü öz bədii rənglər aləminin dərinliklərinə ləzzətlə baş vuran, öz təhkiyeyi kəlamından həzz alan, bəzən də obyektivlikdən kənar düşən Əkrəm Əylislini də heç cürə qəbul etmirəm.
     Mənim qəbul etdiyim (və sevdiyim! çox hörmətlə yanaşdı ğım!), əsl ədəbiyyat davaçısı Əkrəm Əylislidir.
     «Əsl ədəbiyyat davaçısı...». Bir az qəribə səslənən bu ifadə nin və sənət təəssübkeşliyi ilə bağlı bu ifadənin arxasında dayanan mənanın, məzmunun müəllifi mən deyiləm.
     Əkrəm haqqında bu ifadənin müəllifi Ilyas Əfəndiyev idi və və o həmişə özünə xas olan bir fəhm ilə Əkrəm xislətinin, Əkrəm əxlaqının bu damarını dəqiq tutmuşdu.
     Hərdən gecələr atamla telefon söhbətlərində Irandan danışırdıq, Turandan danışırdıq və birdən söhbətimizin məzmununa qə tiyyən dəxli olmadan atam qəfildən məndən soruşurdu:
     -Əkrəm Əylisli neyləyir e?
     Bu sual, əslində, atamın bədii ədəbiyyat adı ilə aləmi bürümüş makulaturaya, «ədəbiyyat məmulatına» qarşı özünəməxsus bir daxili üsyanı, etirazı idi.
      «Əkrəm Əylisli neyləyir e?»
     Yəni bu qədər makulaturanın əhatəsində, bu qədər naqis qrafoman-yazıçı ehtirasları və fitnə fəsadları içində Əkrəm Əylisli başını tutub hələ bu dünyadan qaçmayıb?
     Indi bu sətirləri yazarkən atamla gecələr o telefon söhbətlə rinin nisgili də birdən-birə ürəyimdə baş qaldırdı...
     Bu 35 ildə mən indiyə qədər elə bir hadisəyə təsadüf etmə mişəm ki, Əkrəm ya müəllifinə yazığı gəldiyinə görə (özü kövrək adam olmağına baxmayaraq!), ya hansı bir merkontil münasibətə görəsə zəif bir əsərə yaxşı desin və bu mənim üçün onun xisləti nin çox qiymətli bir cəhətidir.
     Düzü, bəzən o yaxşı əsərlərə də yaxşı deməkdə çətinlik çə kib və bunun da səbəbini mən həmin o Əkrəm ziddiyyətində və Əkrəm mürəkkəbliyində görürəm.
     Əkrəm Əylislinin 60 yaşı tamam olur.
     Sən demə, mənim də ürəyim dolu imiş və o 60 rəqəminin gözlənilməzliyi mənim də ürəyimi gözlənilmədən boşaltdı.
     Əkrəm ilə bağlı bu rəqəmi mən bu gün səhər «525ci qə zet»də Vaqif Bayatlı Onərin (mənimçün o həmişə Vaqif Cəbrayılzadədir!) kiçik, amma səmimi yazısını oxuyanda görüb diksin dim.
     Diksindim və içimə bir qüssə doldu: günbatana doğru gedirik...
     Sonra bütün günü böyük Bülbülün 100 illiyi ilə bağlı mərasimlərlə məşğul oldum, amma bütün günü də içimdəki o diksinti və o qüssə, Əkrəmlə bağlı o 60 rəqəmi mənimlə birgə oldu.
     Indi axşam saat 5-dir və mən Respublika Sarayına tələsirəm: bir saatdan sonra orada Bülbülün yubiley gecəsini açmalıyam.
     Və nə yaxşı ki, indicə mən bir saat vaxt tapıb bu sətirləri yaza bildim.
     Əzizim Əkrəm!
     Mən ürəyimi indi də bu 60 rəqəminin hüzurunda bo şaltmayandan sonra, nə vaxt boşaldacaqdım?
     Bu qədər.
     Səni ürəkdən təbrik edən və sənə cansağlığı arzulayan (istedad isə həmişə səninlədi!)
Elçin. 3 dekabr 1997.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 549 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more