Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ah, Paris, Paris!
AH, PARİS, PARİS!
(Iyirmi bir şəkildən ibarət komediya)
İŞTİRAK EDƏNLƏR


    Ə h m ə d b ə y – 28 yaşında, Fransadan gəlib.
    M e h d i q u l u b ə y – 60 yaşında, Ə h m ə d b ə yin dayısı,
    Fransadan gəlib.
    Bəbirzadələr ailəsi:
    Əsədulla – 55 yaşında, ət kombinatının müdiri.
    F i r ə n g i z x a n ı m – 50 yaşında, Əsədullanın arvadı.
    Z ü l e y x a – 21 yaşında, tələbə, Əsədullanın qızı.
    E y n ş t e y n – 30 yaşında, Əsədullanın köməkçisi.
    Polyaniçkolar ailəsi:
    I v a n I v a n o v i ç Polyaniçko– 50 yaşında, artist.
    V e r a N i k o l a y e v n a – naməlum yaşda, artist Ivan
    Ivanoviçin arvadı.
    Isgəndərzadələr ailəsi:
    Isgəndərzadə – 55 yaşında, Azərbaycan Kommunist
    Partiyası Mərkəzi Komitəsinin məsul işçisi.
    G ü l ə r x a n ı m – 50 yaşında, Isgəndərzadənin arvadı.
    G ü l b ə n i z – 22 yaşında, Isgəndərzadələrin qızı.
    N u r b ə n i z – 20 yaşında, Isgəndərzadələrin qızı.
    Süpürgəçi K i ş i.
    Müxbirlər:
    Birinci müxbir.
    Ikinci müxbir.
    Üçüncü müxbir.
    Fotoqraf qız.
    Fotoqraf O ğ l a n.
    Operator.
    Q a d ı n.
    B i r i n c i q ı z.
    I k i n c i q ı z.
    O ğ l a n.
    K i ş i.
    Xor.
    Pıçı-pıçı.
    Məkan – Bakı şəhəri.
    Zaman – 1991-ci il, avqustun sonu.

BİRİNCİ ŞƏKİL


    Xor.
    Səhnə tamam qaranlıqdır. Işıq yalnız sol küncdəki plakatın üstünə düşüb.
    Xor. – Istefa!
    – Is-te-fa!
    – Is-te-fa!
    – Yaşasın azad Azərbaycan!
    – Biz SSRI-nin tərkibindən çıxmaq istəyirik!
    – Bir dəfə yüksələn bayraq bir daha enməz!
    – Öz içimizdən olan satqınlara, imperiya nökərlərinə ar olsun!
    – Ar olsun!
    – Ar olsun!
    – Ar olsun!
    – Qarabağ Azərbaycanın döyünən ürəyidir!
    – Imperiya! Azərbaycandan əl çək!
    – Qəsbkar! Sən məğlub olacaqsan!
    – Sov.IKP, cavab ver!
    – Is-te-fa!
    – Is-te-fa!
    – Is-te-fa!
    Işıq sönür.

İKİNCİ ŞƏKİL


    Işıq Pıçı-pıçı. Süpürgəçi K i ş i.
    Işıq Səhnə yarımqaranlıqdır və güman ki, əsrin lap əvvəllərində tikilmiş bu Avropa üslublu binanın, onun həyətinin yalnız konturları görünür. Həyətin o tərəf-bu tərəfinə səpələnmiş pıçı-pıçı sahiblərinin də işıq düşəndən-düşənə ancaq siluetlərini görmək mümkündür.
    Işıq Və bir də ki, səhnənin dərinində həyəti süpürən Süpürgəçi K i ş i tez-tez pıçı-pıçı sahiblərinə tərəf boylanır.
    Işıq Q a d ı n(pıçıltı ilə). Ölmüş nə gözəldi!..
    Işıq B i r i n c i q ı z(pıçıltı ilə). Ah, Fransadan gəlib!..
    Işıq I k i n c i q ı z(pıçıltı ilə). Adı Ə h m ə d b ə ydi!..
    Işıq K i ş i (pıçıltı ilə). Milyonçudu!..
    Işıq O ğ l a n (pıçıltı ilə). Milyonçu?..
    Işıq K i ş i (pıçıltı ilə). Bəli!.. Milyonçu!..
    Işıq Q a d ı n (pıçıltı ilə). Burada evlənmək istəyir!..
    Işıq B i r i n c i q ı z(pıçıltı ilə). Ah!..
    Işıq I k i n c i q ı z (pıçıltı ilə). Fransa!.. Fransa!
    Işıq Q a d ı n (pıçıltı ilə). Ə h m ə d b ə y!..
    Işıq K i ş i (pıçıltı ilə). Milyonçu!..
    Işıq O ğ l a n (pıçıltı ilə). Fransa!..
    Işıq İ ş ı q s ö n ü r.

ÜÇÜNCÜ ŞƏKİL


    Bəbirzadələrin evi. F i r ə n g i z x a n ı m, Əsədulla, E y n ş t e y n. F i r ə n g i z x a n ı m qonaq otağında divanda oturub televizora baxır. Əsədulla hövlnak içəri daxil olur.
    F i r ə n g i z x a n ı m. Əsədulla, bax e, Bolqarıstanı göstərirlər. Nə gözəl yerdi e! Dükanlarının qabağında oçered-zad yoxdur! On-on beş adam dayanıb, vəssalam!
    Əsədulla(həyəcanlı). Əh!.. Fransanın yanında Bolqarıstan nədi?! Fransa! Başa düşürsən,
    Fransa! Nə Bolqarıstan? Bolqarıstan dünənəcən bizim əlimizin altındaydı də! Bizim də ki, toxumumuz hara düşdü, ora batır! Fransa! Nə oldu o əbləhin adı?
    F i r ə n g i z x a n ı m. Nə olub sənə, Əsədulla? Kimin adını deyirsən?
    Ə s ə d u l l a. Bizim o gədənin də! Pamoşnikin!
    F i r ə n g i z x a n ı m. E y n ş t e y n!
    Ə s ə d u l l a. Vay sənün atova lənət olsun! Alə, adama da belə ad qoyarlar? Beş ildi əlimin altındadı, hər gün də adını yadımdan çıxarıram! Noldu, gəlib çıxmadı o?
    F i r ə n g i z x a n ı m. E y n ş t e y n? Yox, gəlməyib. Nədi ki?
    Ə s ə d u l l a. Iş dalıyca göndərmişəm! Xəbər gətirsin görək nolacaq bu işlərin axırı?!
    Görmürsən dünya necə dağılır?! E y n ş t e y n... Allaha and olsun, mən heç pişiyimə də belə ad qoymaram! Adamın belə adda pamoşniki olanda, özü də pis günə qalar də!..
    F i r ə n g i z x a n ı m. Axı, nə olub yenə?
    Ə s ə d u l l a. Nə olacaq? Dünən nəyidi, bu gün onnan da pisdi, sabah bunnan da pis olacaq!.. It əzabıynan qazan, pul yığ!.. Indi də qal belə! Pulun qiyməti düşür gün-günnən! Almağa bir şey yox!.. Sabaha etibar yox!.. Bilmirsən kapitalizmdi, bilmirsən sosializmdi!..
    F i r ə n g i z x a n ı m. Əşşi, sənin nə işinə qalıb e! Istəyir kapitalizm olsun, istəyir sosializm!
    Ə s ə d u l l a. Ay-hay!.. Arvad ki, arvad! Elə bilir ki, hər şey elə göydən düşür! Ara qarışıb, məzhəb itib, Firəngiz!.. Çox e, çox qarışıb aləm, qadovu alım sənün!.. Heç xoşuma gəlmir bu işlərin axırı, Firəngiz!.. Bilmirsən yuxarının sözünə baxasan, yoxsa aşağının?! Bilmirsən kimə hörmət eləyəsən ki, mayon batmasın! Alə, belə də zəmanə olar?! Rüşvəti də bilmirsən ki, kimə verəsən?!
    Pauza.
    F i r ə n g i z x a n ı m. Əsədulla, sabah nə bişirəcəyəm?
    Ə s ə d u l l a (əlini yelləyir). Ay-hay!..
    F i r ə n g i z x a n ı m. Əsədulla, sabahkı xörəyin adını qoy!
    Ə s ə d u l l a. Zəhrimar! Xörəyin adı zəhrimar! Qoy qabağıma, yeyim, canım qurtarsın birdəfəlik! Belə də həyat olar? Altunda bu qədər pul olsun, sabahkı günüvə də etibar olmasın? Alə, hansı məmləkətdə belə əbləh iş görünüb? Vallah, mən deyirdim, bu sovet hökumətinə heç nə batmaz! Ordusu varıydı! Keqebesi varıydı! O boyda partiyası varıydı!.. Alə, hamısı əldə qayırmaymış e!.. Yalannan camaata «xox!» eliyirmişlər!.. Bude, dağılır! Batır! Bəs bizim pulumuz nolacaq?! Bu boyda imarət düzəltmişəm, day Bakıda adam qalmayıb rüşvət vermiyim, bəs bunnar kimə qalacaq, nolacaq?! Yox, Fransa! Ümid, ancaq Fransayadı!
    F i r ə n g i z x a n ı m. Əsədulla, xörəyin adını qoy! Fransa nədi, zad nədi?
    Ə s ə d u l l a. Xörəyin adını qoydum də, zəhrimar! Fransa da odu ki, köçüb gərək gedək oturaq orda! Bu ölkə day batır e, Aşqabad batan kimi batır! Bura day etibar yoxdu! Alə, mənə deyirlər ki, bisavadsan, amma mən başa düşürəm bunu, camaat mal kimi oturub baxır!
    F i r ə n g i z x a n ı m(heyrətlə). Necə yəni köçək gedək Fransaya? Kimdi səni Fransaya buraxan? Yenə Türkiyə ola, deyim, hə. Necə köçəcəksən Fransaya? Ət kombinatını da aparacaqsan Fransaya?
    Ə s ə d u l l a. Day ət var ki, ət kombinatında, onu da Fransaya aparım? Iyirmi ildi o kombinat mənə elədiyi xidməti eləyib! Indi gərək ağılnan hərəkət eləyək! Ə h m ə d b ə yi görmüsən?
    F i r ə n g i z x a n ı m. O şofer Kərimgilin qonağını?
    Ə s ə d u l l a. O şofer Kərimgilin qonağı bilirsən kimdi? Milyonçudu! Şofer Kərimgilnən qohum çıxıblar. Gəlib bunnarda qalır ki, mən gərək bu çətin vaxtda xalqımnan bir yerdə olam!
    Bərəkallah! Həm də Fransadan ona görə gəlib ki, evlənsin burda! Ata-baba yurdundan özünə bir qız tapıb alsın, aparsın Fransaya! Başa düşdün?
    Pauza.
    F i r ə n g i z x a n ı m. Sən Allah, sən sabahkı xörəyin adını qoy, mən də bilim işimi!
    Pauza.
    Ə s ə d u l l a. Bolşeviklər gələndə bizim dövlətlilərin başına nə oyun açdı?! O boyda Hacı Zeynalabdin Tağıyevin qızı küçədə az qalırdı dilənsin! Indi gündə televizornan göstərirlər, göz yaşı axıdırlar, sinələrinə döyürlər! Onda kömək eləyəydilər e, indi vətən məhəbbətindən danışmaqnan döyül! Açıq kömək eləyə bilmirdilər, gizlin eləyəydilər! O qədər gizlin işlərdən çıxırdılar ki!.. Indi bizi də elə qara günlər gözləyir, başa düş! O rəhmətliklər qanunla milyonçuydular, amma heç qanun da onnarın imdadına çatmadı! Nəyidi? Öz halal torpağıydı, nefti fontan vurmuşdu! Amma mənim ət kombinatım fontan vurub e, iyirmi ildə! Özü də mənim şəxsi kombinatım yox, hökumətin kombinatı! Eh, kül o hökumətin başına!.. O keçmiş rəhmətliklər, o tağıyevlər, nağıyevlər, bizim kimi padpolnu döyüldülər! Ah! Ah! Gül kimi vaxtlarımız qurtardı day! Pul qiymətdən düşür! Xərcləməyə yer yox! Almağa şey yox! Fransa! Ancaq Fransa! Ə h m ə d b ə y öz azərbaycanlımızdı, millətin oğludu, özü də milyonçu! O milyonçu, mən milyonçu, gör orda neyniyərik də! Fransada OBAXEES yox, qorkom yox, raykom yox! Partkontrol da yox! Alə, qaz vur, qazan doldur də! Hə? Onnan yaxçı kürəkən tapacam? Kimin indi hörməti qalıb ki, gedib onun oğluynan qohum olum? Ode, bizim həyətdəki o boyda Isgəndərzadəni indi vecinə alan yoxdu, görmürsən? Ya ode, o ikinci mərtəbədəki artist Ivan! Bir vaxt Lenini oynayırdı teatrda, bütün qəzetlər, televizor, radio onnan deyirdi! O qədər orden-medal taxırdı döşünə, elə bil Brejnevdi! Noldu? Indi itdən düşüb!
    Firəngiz x a n ı m. Deyirsən yəni Z ü l e y x anı verək ona?
    Ə s ə d u l l a. Allaha çox şükür, axır ki, başa düşdün! Bircə o gədənin adını yadunda saxlaya bilirsən, amma belə şeyləri başa düşmürsən! E y n ş t e y n tələsik otağa girir.
    Ə s ə d u l l a (hövsələsiz). Gəl çıx də! Hardasan? Səni iş dalınca göndərən, gərək özü də sənin dalınca gedə!
    E y n ş t e y n (bu sözlərdən pərt olub, başını həddən artıq aşağı salır). Yox...
    Ə s ə d u l l a. Yaxşı, noldu, nə cavab gətirmisən?
    E y n ş t e y n cavab vermir və başını da eləcə aşağı salır.
    Ə s ə d u l l a. Sənnən döyüləm? (F i r ə n g i z x a n ı ma) Buna noldu belə?
    F i r ə n g i z x a n ı m. Ürəyinə dəydin də...
    Ə s ə d u l l a. Bunun ürəyinə? Alə, səninnəyəm, adun da yadımdan çıxdı, şey, səninnəyəm, noldu?
    E y n ş t e y n eləcə yerə baxır.
    Sən öləsən, bunun dalına bir dənə təpik vuracağam!
    F i r ə n g i z x a n ı m. Bəsdi, Əsədulla! Iyirmi il bundan qabaq deyil səninçün! (Başını yerə dikmiş E y n ş t e y nə baxır.) Bu yazığın dalı səninçün o partkomuvuzun qapısı deyil ki, istədiyin vaxt təpiynən vurub içəri girəsən!
    Ə s ə d u l l a. Bəs görmürsən burnunu sallıyıb aşağı, söz soruşuram, cavab vermir?! Bilirsən hara göndərmişdim bunu? Irannan deyirlər bir mühəndis gəlib, Bayılda oturur... Elə xəbərini də bizim o partkom verdi mənə. Kam... Kampyüteri var, proqnoz verir. Nə sual istəyirsən, verirsən onun kampyüterinə, onun da o kam... kampyüteri cavab verir. Özü də bizim bu rus kağızından e-e-e, rus pulunnan götürmür, valyuta götürür, dollar! Verdim buna, göndərdim ki, gedib sual versin, görək kim olacaq rəhbərimiz bizim? Işimizi bilək də! Bu da gəlib mal kimi başını salıb aşağı! E y n ş t e y n başını daha da aşağı salır.
    F i r ə n g i z x a n ı m. Ürəyinə dəydin də...
    Ə s ə d u l l a (F i r ə n g i z x a n ı mı yamsılayır). «Ürəyinə dəydin də...» Ay-hay! Pir mənimdi, kəramətinə bələdəm. Bunun o incə ürəyi ki var a, ürək deyil, partmonedir, partmone! (Cibindən pul çıxarıb E y n ş t e y nə yaxınlaşır və o yaxınlaşdıqca da E y n ş t e y n yerində fırlanır.) Qorxma, alə, vurmuram! Demirəm sənə qorxma? Bay!...
    E y n ş t e y n (utana-utana). O birisindən!..
    Ə s ə d u l l a (təəccüblə). Nə o birisindən?
    E y n ş t e y n utana-utana him-cim eləyir.
    Ə s ə d u l l a. Nə o birisindən, alə?
    E y n ş t e y n (eyni utancaqlıqla). Valyuta...
    Ə s ə d u l l a. Nə? Bircə elə sən qalmışdın ki, Bəbirzadə sənə dollar versin! Ay sən öləsən! (Növbəti həmlədə əlindəki pulu E y n ş t e y nin şalvarının cibinə basır.) Hə, de görək nə oldu? E y n ş t e y n (yavaş-yavaş belini qaldırır). Siz mənim... Siz mənim qəlbimə...
    Ə s ə d u l l a (səbrsiz). Yaxşı, bildim, qəlbüvə. Sənün qəlbüvə mən e-e e... Indi de görüm noldu?
    E y n ş t e y n (belini tamam düzəldir və birdən-birə böyük ruh yüksəkliyi ilə). Getdim! Xeyli adam var idi priyomunda!
    Ə s ə d u l l a. Camaat neynəsin?! Heç kim bilmir ki, başına haranın daşını salsın də!
    E y n ş t e y n(ehtiyatla o tərəf-bu tərəfə baxıb yavaşdan). Ministirlər də varıydı orda. Biri gün eynəyi taxmışdı, o biri dəsmalı sifətinə basmışdı ki, guya, dişi ağrıyır. Bir nəfər də Dövlət müşaviri varıydı, özünə yalandan uzun bığ qoymuşdu. Ancaq mən hamısını tanıdım.
    Ə s ə d u l l a. Adlarını yazaydun də, birdən lazım oldu. E y n ş t e y n. Əlbəttə!
    Ə s ə d u l l a. Malades! Hə? E y n ş t e y n. Məni qəbul elədi. Oturdum kampyüterin qabağında, dillərini basa-basa yazıb soruşdum ki...
    Ə s ə d u l l a (onun sözünü kəsir). Mənim adımı çəkmədün ki? Öz adundan soruşdun də?
    E y n ş t e y n. Əlbəttə!
    Ə s ə d u l l a. Malades! Hə?
    E y n ş t e y n. Soruşdum ki, kto budet?..
    Ə s ə d u l l a (onun sözünü kəsir). Necə yəni «kto budet?»
    E y n ş t e y n. Kompyüter cavabı rusca verir, ona görə də gərək rusca soruşasan.
    Ə s ə d u l l a. Alə, bəs bu mühəndis Irannan gəlmiyib?
    E y n ş t e y n. Hə, Irandan gəlib. Amma kompyüteri rusca danışır.
    Ə s ə d u l l a. Ay maşallah! Fətəbərəkallah!.. Yaxşı, nə cavab verdi kam... kampyüter?
    E y n ş t e y n. Kampyüter cavab verdi ki, ili, ili!
    Ə s ə d u l l a. Bu nə deməkdi, alə?
    E y n ş t e y n yenə də ehtiyatla o tərəf-bu tərəfə baxa-baxa Əsədullanın qulağına nəsə pıçıldayır.
    Ə s ə d u l l a. O-o-o!.. (Sonra F i r ə n g i z x a n ı mın qulağına nəsə pıçıldayır.)
    F i r ə n g i z x a n ı m. A-a-a!..
    Ə s ə d u l l a (barmağını dodaqlarına aparıb gözlərini F i r ə n g i z x a n ı ma bərəldir). S-s-s!.. (Mat-mat E y n ş t e y nə baxır və bu dəfə də cibindən pul çıxarıb E y n ş t e y nin cibinə basır. Kövrəlmiş halda) Vallah, bu yaxşı O ğ l a ndı! Başı da var! (Birdən özünə gəlib kənara) Amerikada külqabıdı!..
    E y n ş t e y n (əli ilə cibindəki pulu yoxlayıb utana-utana əzilir). Bu nə xəcalətdi, Əsədulla məllim...
    Ə s ə d u l l a. Yaxşı! yaxşı! (Otaqda var-gəl edə-edə bərkdən) Aha! Deməli, belə!.. Ili on, ili on?.. Tak! Tak! Tak! Ili, ili! (Birdən ayaq saxlayır.) Indikinin adını çəkmədi?
    E y n ş t e y n. Xeyr.
    Ə s ə d u l l a (var-gəl edə-edə). Tak! Tak! Tak! Ili on! Ili on! (Yenə ayaq saxlayır.) Alə, adun nədi sənün, şey, bəs... (E y n ş t e y nin qulağına nəsə pıçıldayır.) Adını soruşmadun kam... kampyüterdən?
    E y n ş t e y n. Soruşdum.
    Ə s ə d u l l a. Nə dedi?
    E y n ş t e y n. Yandı.
    Ə s ə d u l l a. Nə?
    E y n ş t e y n.Onun adını soruşan kimi, kampyüter yandı!..
    F i r ə n g i z x a n ı m. Vay... yazıq iranlı!..
    Ə s ə d u l l a (otaqda var-gəl edir). Znaçit, ili, ili! Ili, ili! Tak! Tak! O biri – pojar! Bəlkə heç bunnar olmayacaq? Görmürsən o kam... kampyüter rusca danışır?.. Amma indikindən mənim də gözüm çoxdan su içmir, bunnan bir şey çıxmayacaq! Ili, ili! Druqoy pojar!.. Bəlkə K i ş i təzədən qayıdacaq iş başına, hə?! Qayıdan kimi əlüstü satdıq onu, vallah, qayıtsa, vay halımıza! Dərimizə saman təpsə də azdı! Znaçit ili, ili! Bəlkə ruslar təzədən gəlib alaçaqlar buranı? Hə? Bəs onda?! Yox, vallah, billah, baş açmaq mümkün döyül! Mümkün döyül! (Qışqırır.) Fransa! Fransa! Fransa!
    Pauza.
     (E y n ş t e y nə) Sən öləsən, o Ə h m ə d b ə ylə dost olub, götürüb bizə gəlməsən, bax bu Bəbirzadəni qəbrə qoyasan, öldürəcəm səni! Boğacam!
    İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL


    Polyaniçkoların evi. I v a n I v a n o v i ç, V e r a N i k o l a y e v n a.
    I v a n I v a n o v i ç qaz plitəsində kartof qızardır. I v a n I v a n o v i ç tez-tez pəncərədən həyətə boylanır.
    I v a n I v a n o v i ç. Neyləyək biz? Qızımız yox ki, verək ona!.. Görmüsən onu? V e r a N i k o l a y e v n a. Hə. Dünən həyətdə gördüm... I v a n I v a n o v i ç.Görürsən də necə yaraşıqlı O ğ l a ndı? Aristokrat! Elə bil Stanislavskinin cavanlığıdı!
    V e r a N i k o l a y e v n a (tavadakı kartofu çevirə-çevirə çiyinlərini çəkir). Eh!.. Mənə nə?
    I v a n I v a n o v i ç. Görünür, elə bizim bəxtimizə yazılıb ki, Sovet Ittifaqında yaşayaq, qalıb çürüyək burda!
    V e r a N i k o l a y e v n a. Oy! Day demə!.. Ode, o Marqarita!.. Mən Krupskayanı oynayanda, o qabağıma çay gətirən qulluqçunu oynayırdı. Nə oldu? Solomonu da götürdü, getdilər Izrailə!.. Mən o Ritanı yaxşı tanıyıram!.. Solomon axmağı atacaq Izraildə, boşanacaq ondan, çıxıb gedəcək Amerikaya!..
    I v a n I v a n o v i ç. Bu dünyada Allahın yəhudisi də olmadıq!..
    V e r a N i k o l a y e v n a. Eh!.. Sovet Ittifaqında yəhudidən xoşbəxt adam yoxdu!.. Kefi istəyəndə, deyir ki, gedirəm!.. Çıxır gedir!.. Perestroykadı də!..
    I v a n I v a n o v i ç. Mən bir dənə «Moskovski»ni yüz dənə belə perestroykaya dəyişmərəm!
    V e r a N i k o l a y e v n a (gülür). Oy, Vanya!.. (Istehza ilə) Bu nə sözlərdi? Sən ki, səhnədə Vladimir Iliç idin!.. Pionerlərlə görüş keçirirdin!.. Komsomolçuları əsl Volodya kimi olmağa çağırırdın!..
    I v a n I v a n o v i ç. Nə olsun? Sən də səhnədə Nadejda Konstantinovna idin!.. Həmişə rejissorlarla dava edirdin ki, sənə on səkkiz yaşlı qızların rollarını versinlər. Amma Nadejda Konstantinovnaya o saat razı oldun! Nə isə... Pis olardı bir dənə «Moskovski»?
    V e r a N i k o l a y e v n a. Yox, pis olmazdı. Ancaq, ay yazıq, sən indi hardan tapacaqsan «Moskovski»ni? Pulun var sənin? (Tavada qızaran kartofu çevirə-çevirə) Hə, olsaydı, mən də yüz qram vurardım bu kartofla!
    I v a n I v a n o v i ç (əli ilə burnunun pərələrini qapayır). Mən day qızarmış kartof yeyə bilmirəm! Kartof görəndə ürəyim bulanır! (Qışqırır.) Istəmirəm day kartof qızartması! Istəmirəm day semiçka yağı!..
    V e r a N i k o l a y e v n a. Istəsən də, istəməsən də, oturub yeyəcəksən! Özü də «Moskovski»siz!
    I v a n I v a n o v i ç (qışqırır). Yo-o-ox!.. (Birdən pəncərədən həyətə boylanır.) Ode, gəldi!
    V e r a N i k o l a y e v n a. Kim?
    I v a n I v a n o v i ç. Ə h m ə d b ə y! Aristokrat! Stanislavskinin gəncliyi! (Diqqətlə baxır.) Onu kinoya çəkəsən, Dzerjinski roluna! Bilirsən neçə çıxar?!
    V e r a N i k o l a y e v n a. Indi elə Dzerjinskimiz çatışmır!
    I v a n I v a n o v i ç. Eh, kiminsə bəxti gətirəcək! Kimsə qızını verəcək ona! Sonra qızla bərabər özləri də köçüb gedəcəklər Fransaya! Milyonçudu! Xoşbəxtlər! Xoşbəxtlər! (Birdən yenə burnunun pərlərini qapayıb qışqırır.) Istəmirəm day kartof qızartması!.. Istəmirəm day semiçka yağı!..
    V e r a N i k o l a y e v n a.Bağırma! Əlimi yandırdım!..
    I v a n I v a n o v i ç. Yaxşı oldu yandı! Qoy yansın!
    V e r a N i k o l a y e v n a. Heyvərənin biri, heyvərə!
    Ivan I v a n o v i ç. Özünsən!
    V e r a Nikolayevna. Pyaniskə!
    I v a n I v a n o v i ç. Idiotka!
    V e r a N i k o l a y e v n a. Kretin!
    Ivan I v a n o v i ç. Özünsən! (Daha da bərkdən qışqırır.) Istəmirəm day kartof qızartması! Istəmirəm day semiçka yağı! Istəmirəm! Fransaya!.. Fransaya getmək istəyirəm!..
    V e r a N i k o l a y e v n a. Buna bax bir!.. Sən, sən e, sən Fransaya getsən, onda, bəs, Fransa hara getsin?! Toje mne, Vladimir Iliç!
    I v a n I v a n o v i ç (birdən-birə ağlına nəsə bir fikir gəlir və çox mehriban). Veroçka!..
    V e r a N i k o l a y e v n a hirslə tavadakı kartofu çevirə-çevirə cavab vermir.
    I v a n I v a n o v i ç. Veroçka!.. (V e r a N i k o l a y e v n aya yaxınlaşır və tamam məftun nəzərlərlə onu aşağıdan yuxarıya süzür.) Veroçka!..
    V e r a N i k o l a y e v n a cavab vermir. Mənim əzizim!..
    V e r a N i k o l a y e v n a cavab vermir. Mənim gözəlim!.. Sənin ayaqların əvvəlkindən də gözəldi!.. Belinə bax e!.. Elə bil azərbaycanlıların armudu stəkanıdı!.. Hansı qızda belə incə bel var?!. Döşlərinə bax!..
    V e r a N i k o l a y e v n a (birdən-birə kövrəlib ağlamsınır). Yoxsa, elə bilirsən mənim xoşum gəlir hər gün qızarmış kartof yeməkdən? Hə? Mənim xoşum gəlir semiçka yağının iyindən? (Zırhazır ağlamağa başlayır.)
    I v a n I v a n o v i ç. Veroçka! (Əli ilə öz başına qapaz vurur.) Mən axmağa bax də!.. Özüm də narodnı artistəm!.. Niyə indiyəcən ağlıma gəlməyib? Veroçka! Əzizim! Tapmışam!
    V e r a N i k o l a y e v n a (ağlaya-ağlaya). Nə? Ət tapmısan?
    I v a n I v a n o v i ç. Ət nədi, əzizim?! Səni tapmışam, səni! (V e r a N i k o l a y e v n anı qucaqlayır.) Səni! Səni!..
    V e r a N i k o l a y e v n a. Yavaş, Vanya!.. Vaxtı deyil!.. Oy! Əlim yandı!.. (Tavanı plitənin üstündən götürüb I v a n I v a n o v i çin qolları arasında fırlanır.) Burax...
    I v a n I v a n o v i ç. Səni! Səni! Səni verəcəyəm Ə h m ə d b ə yə!
    V e r a N i k o l a y e v n a. Nə? (Tavanı əlindən salır və kartof qızartması döşəməyə dağılır.) Ay!..
    I v a n I v a n o v i ç. Lap yaxşı oldu! Gəl bura! Gəl bura, əzizim! (V e r a N i k o l a y e v n anı çəkib divanda özü ilə yanaşı oturdur.) Qulaq as! Bundan gözəl fürsət ola bilməz! Səninlə yalandan boşanaq! Sən də yalandan ona ərə get!
    V e r a N i k o l a y e v n a. Sən... Sən nə...
    I v a n I v a n o v i ç (onun sözünü kəsir). Qulaq as! Qulaq as! Bu bir şansdı düşüb bizim əlimizə! Gərək ağıllı olaq! Tədbirli olaq! Emosiyaya qapılmayaq! (Əli ilə həyət tərəfi göstərir.) Bunlardan seçilək gərək!.. Bunların tayı olmayaq gərək!.. Belə şans bir də heç vaxt ələ düşməyəcək! Bu bizim həyatımızın ən vacib nöqtəsidi, Veroçka! Bu azərbaycanlı cavanları da, özün yaxşı bilirsən, aldatmaq asan işdi! Özü də sənin kimi bir gözəl! Veroçka! O qızarmış kartofla, o semiçka yağı... vay... (Ürəyi bulanır və əli ilə ağzını qapayıb udquna-udquna birtəhər özünə gəlir.) mənim... mənim gözümü elə kor eləyib ki, sənin kimi canı təzədən görməmişəm! Biz yalandan boşanırıq! Əhməd bəyi aşiq eləyirsən özünə!.. Sən bacaracaqsan bunu, Veroçka! Həmişə başqalarının əsərlərində oynamışıq, indi də öz əsərimizdə oynamalıyıq, Veroçka! Şah əsərimizdə!.. Mənim əzizim!.. Məni necə aşiq eləmişdin özünə, onu da elə dəli-divanə eləyəcəksən!
    V e r a N i k o l a y e v n a. Sən o zaman Lenini oynayırdın...
    I v a n I v a n o v i ç. Hə. Ancaq indi Lenin girən kol deyil! Gərək Nadejda Konstantinovna girişsin bu işə, Veroçka, Nadejda Konstantinovna!.. Yalandan ərə gedəcəksən ona! Sonra bir yerdə gedəcəksiz Fransaya! Sonra da mənə dəvət göndərəcəksən, keçmiş ərin kimi. Fransada belə şeylərə pis baxmırlar. Fransada hamı keçmiş əriylə, keçmiş arvadıyla dostluq eləyir! Mən gəlirəm Parijə! (Əli ilə sinəsinə vurur.) Parij e, Ivan, Parij! Möhkəm ol, Ivan! Belə şans bir də heç vaxt ələ düşməz!
    V e r a N i k o l a y e v n a. Bəs onda səndən əvvəlki ərlərim necə olsun? Nikolay Petroviç, Viktor Aleksandroviç, Pyotr Matveyeviç.. Onları da Fransaya çağırmalıyam?
    I v a n I v a n o v i ç(hirsli). Yox! Əlbəttə, yox! Onları neynirsən? Muzey düzəldəcəksən? Parij... (Mülayimləşir.) Qulaq as, Veroçka! Mənim əzizim! Mənim toyuğum! Mən gəlirəm Parijə! Burda evimi satıram, nə lazımdı eləyirəm, gəlirəm. Özüm də deyirəm ki, qaçqınam! Azərbaycandan qaçmışam! Sən də boşanırsan Ə h m ə d b ə ydən! Veroçka! Milyonçudu o! Milyonlarının da yarısı qalır bizə! Məhkəmə avtomatiçeski qərar qəbul edəcək ki, yarısı sənindi!
    V e r a N i k o l a y e v n a. Fantastika! Elə bil aydan, ulduzdan danışırsan...
    I v a n I v a n o v i ç. Xeyr! Fantastika deyil! Fransada demokratiyadı, bizim kimi deyil! Orda insan hüquqlarını qoruyurlar! Orda insanın qiyməti var! Orda insanın ləyaqətinə toxunmurlar! Orda ərlə arvad eynidi, pulları da eynidi! Biz təzədən evlənərik!.. (Ayağa sıçrayır.) Kəbinimizi bu dəfə
    Notr-Dam kilsəsində kəsdirərik!..
    V e r a N i k o l a y e v n a (get-gedə xəyala dalaraq). Mən hələ indiyə qədər heç vaxt kilsədə kəbin kəsdirməmişəm...
    I v a n I v a n o v i ç. Veroçka! Mənim əzizim! Mənim toyuğum!.. Sən bacaracaqsan bunu! Mən səni tanıyıram, Veroçka!.. Sənin istedadını qiymətləndirməyi indiyə qədər heç bir rejissor bacarmayıb!..
    V e r a N i k o l a y e v n a (ayağa qalxıb pəncərədən həyətə boylanaraq romantik tərzdə). Özü də gözəl O ğ l a ndı!..
    Pauza.
    I v a n I v a n o v i ç. Vera! Mən səninçün Solomon deyiləm, ha!..
    V e r a N i k o l a y e v n a. Yaxşı! Yaxşı! Solomon deyil... Sən burda oturub gündə kartoşka yeyirsən, Solomon isə ode, gözəl Izraildə apelsin soku içir!..
    I v a n I v a n o v i ç. Yox, Vera! Mənə söz ver!
    V e r a N i k o l a y e v n a. Nə söz?
    I v a n I v a n o v i ç. Söz ver ki, mən Parijə gələnə kimi, onunla sənin aranda heç nə olmayacaq! Söz ver, Vera!
    V e r a N i k o l a y e v n a. Necə söz verim? Özün demirsən ki, ona ərə get?
    I v a n I v a n o v i ç. Fiktivni! Sən ona fiktivni ərə gedəcəksən, Vera! Indi Moskvada yalandan ərə gedib ev almırlar? Sən də o cürə gedəcəksən, yalandan! Hər gün onu aldadacaqsan! O daha da qızışacaq! Tanıyıram mən bu azərbaycanlı cavanları, Fransada olanda nə olar?! Day da çox aşiq olacaq sənə! Nə desən edəcək! Söz ver, Vera! Söz ver! Yox... Gərək müqavilə bağlayaq səninlə! Cibimdə rəsmi sənəd olsun! Yoxsa, sənə nə var? Bir də gördün, getdin, heç məni də çağırmadın!
    V e r a N i k o l a y e v n a. Yaxşı, yaxşı!.. (Gözü döşəməyə dağılmış kartofa sataşır.) Gördün neylədin kartoşkanı?
    I v a n I v a n o v i ç. Mən neylədim? Özün saldın də əlindən!
    V e r a N i k o l a y e v n a (yavaş-yavaş səsini qaldırır). Əlim şikəstdi bəyəm mənim? Sən atdın özünü üstümə! Elə bil ayısan!
    I v a n I v a n o v i ç (hirsli). Ayı özünsən!
    V e r a N i k o l a y e v n a (qışqırır). Heyvərə!
    I v a n I v a n o v i ç (qışqırır). Özünsən!
    V e r a N i k o l a y e v n a (qışqırır). Pyaniskə!
    I v a n I v a n o v i ç (qışqırır). Ifritə!
    İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL


    Isgəndərzadələrin evi. Isgəndərzadə dərin sarsıntılar keçirir.
    I s g ə n d ə r z a d ə. Ah, Lenin!.. Lenin!.. (Otaqda var-gəl edir.) Son zamanlar tərəddüdlər burulğanından çıxa bilmirəm!.. Kimin ağlına gələrdi, kimin?.. Partiya sarsılıb!.. Axmaq QKÇP heç nə eləyə bilmədi!.. Bu Baş katibin əməllərindən heç şeytan da baş aça bilməz! Ah, Lenin!.. Lenin!.. Partiya solub... saralıb... Kommunizm idealları ayaqlar altına düşüb... Bəlkə... Bəlkə mən də səhv etmişəm? Bəzən tərəddüdlər ucsuz-bucaqsız kolxoz tarlalarına ziyan vuran gəmiricilər kimi, mənim bütün mənəviyyatımı gəmirir! (Ayaq saxlayır. Həyəcanla) Leninizm nədir? (Təzədən var-gəl edəedə leninizmin tərifini birnəfəsə deyir.) Leninizm imperializm və proletar inqilabları dövrünün, müstəmləkəçiliyin süqutu və milli azadlıq hərəkatlarının qələbəsi dövrünün, bəşəriyyətin kapitalizmdən sosializmə keçməsi və kommunizm cəmiyyəti qurulması dövrünün marksizmidir! (Ayaq saxlayır. Dərin həyəcanla) Yaxşı, leninizm əyər marksizmdirsə, bəs onda niyə adı leninizmdir? Bax, bundadır məsələ! Bundadır! (Var-gəl edir.) Budur mənə əzab verən! Budur məni sarsıdan!.. Ah, Lenin!.. Lenin!.. Insan öz-özünə nə qədər sual verər. Mən sənin əsərlərini yenidən vərəqləyirəm... Doğrudanmı mən işıqlı kommunizm ideallarında yanılmışam? (Eşikdən səs-küy eşidib dayanır.) Yenə bu nə səsdi belə? Təzədən başladı?
    İ ş ı q s ö n ü r.

ALTINCI ŞƏKİL


    Xor.
    Səhnə yenə də tamam qaranlıqdır və işıq da yalnız sol küncdə plakatın üstünə duşüb.
    Məkan – Bakı şəhəri.
    Zaman – 1991-ci il, avqustun sonu.
    Birdən işıq sönür və dərhal da səhnənin ortasındakı plakaın üstünə düşür: eyni sözlər. Işıq sönür və təzədən səhnənin küncünə düşür: eyni plakat, eyni sözlər. Və beləliklə, işıq bir neçə dəfə yanıb-sönərək bütün səhnə boyunca orda-burdakı eyni plakat sözlərini işıqlandırır.
    X o r.
    – Is-te-fa!
    – Is-te-fa!
    – Is-te-fa!
    – Müstəqillik!
    – Azadlıq!
    – Sapı özümüzdən olan baltalara ar olsun!
    – Ar olsun!
    – Ar olsun!
    – Ar olsun!
    – Istiqlal, yaxud ölüm!
    – A-zər-bay-can!
    – A-zər-bay-can! v– A-zər-bay-can!
    İ ş ı q s ö n ü r.

YEDDİNCİ ŞƏKİL


    Isgəndərzadələrin evi. Isgəndərzadə, Gülər xanım, G ü l b ə n i z, N u r b ə n i z. Isgəndərzadə otaqda var-gəl edə-edə eləcə sarsıntılar keçirməkdədir.
    Isgəndərzadə. O cürə küçəyə yığışıb «Is-te-fa!», «Is-te-fa!» qışqırmaqla deyil! Problemin mahiyyətinə varmaq lazımdı! Ah, Lenin!.. Lenin!.. Yaxşı, leninizm marksizmdi, bəs marksizm nədi? (Yenə birnəfəsə marksizmin tərifini deyir.) Fəhlə sinfinin dünyagörüşünü, elmi ideologiyasını, beynəlxalq kommunist hərəkatının nəzəri əsasını, dünyanın dərk olunması və inqilabi yolla dəyişdirilməsi elmini təşkil edən fəlsəfi, iqtisadi və sosial-siyasi baxışların bütöv sisteminə marksizm-leninizm deyirlər!..
    Pauza.
    Belə deyirlər, bəli! Bu sözlər şübhəsiz ki, həqiqətdir, lakin... lakin özü nədir e, marksizmleninizm özü nədir?
    Pauza.
    Yenə ikisi bir yerdə: marksizm-leninizm... Bu da məni bir tərəfdən tərəddüdlər burulğanına atır!.. Marksizmi və leninizmi bir-birindən ayırmaq isə burjua alimlərinə və təftişçilərə məxsus cəhətdir, deyirlər ki, guya, bəli, guya, leninizm ümumdünya əhəmiyyətinə malik deyil, inkişaf etmiş kapitalist ölkələrində tətbiq edilə bilməz!.. Bax, bundadır!.. Bundadır məsələ!.. Bundadır mürəkkəblik!.. Çətinlik!.. Ah, Lenin!.. Lenin!.. (Ayaq saxlayır.) Doğrudanmı çıxış yolu inkişaf etmiş kapitalist ölkəsindədir? Doğrudanmı Fransa?.. Doğrudanmı mən innən sonra öz həyatımı Fransa ilə bağlamalıyam? Ah, Fransa!.. Fransa!.. (Ehtiyatla o tərəf-bu tərəfə baxır.) Sən indi mənimçün də cazibədar olmusan!.. (Tələsik) Yox! Yox! Bu indi, partiyanın bu ağır vəziyyətə düşdüyü zaman mənim prinsiplərimə xəyanət deyil! Mən tərəddüdlər burulğanındayam! Bir də ki... Bir də ki, Fransada da Kommunist Partiyası var də! Uzaqbaşı oranın üzvü olmaq olar!
    G ü l ə r x a n ı m, G ü l b ə n i z, N u r b ə n i z gəlirlər.
    Gülər x a n ı m. Salam!
    G ü l b ə n i z. Privet!
    N u r b ə n i z. Nə tez gəlmisən?
    G ü l b ə n i z. Oy, yenə küçələr adamla doluydu, mitinqə gedirdilər!
    N u r b ə n i z. Yox, qayıdırdılar!
    G ü l b ə n i z. Əla salat idi!
    N u r b ə n i z. Balıq da yaxşı idi!
    G ü l b ə n i z. Yox, balıq mənim xoşuma gəlmədi.
    N u r b ə n i z. Sənin xoşuna gəlmədi, mənim xoşuma gəldi!
    G ü l b ə n i z. Gəlsin də, mən neyləyim?! Gözüm aydın!
    G ü l ə r x a n ı m. Bəsdirin! Başlamayın yenə!
    G ü l b ə n i z. Görmürsən?
    N u r b ə n i z (Isgəndərzadəyə). Mənə zəng eləyən olmamışdı?
    Isgəndərzadə cavab vermir.
    G ü l ə r x a n ı m. Nə olub belə? Təzə nəsə baş verib, fikirlisən?
    G ü l b ə n i z Yenə mitinqdə nəsə deyiblər?
    N u r b ə n i z Eto mne uje nadoyelo!
    Isgəndərzadə otaqda var-gəl edir.
    G ü l ə r x a n ı m. Nə olub axı?
    I s g ə n d ə r z a d ə. Məndə Leninin «Inikas nəzəriyyəsi» ilə bağlı şübhələr əmələ gəlib.
    G ü l ə r x a n ı m. Nə?
    I s g ə n d ə r z a d ə. Leninin «Inikas nəzəriyyəsi»nə deyir? (Ayaq saxlayır.) Insan şüurlu maddi aləmin əksidir! Iliç belə deyir. (Yenə var-gəl edir.) Onda, bəs, maddi aləmin özünü kim yaradır? Insan şüuru yaratmırmı? Təfəkkür həmişə varlıqla, insanların həyat şəraiti ilə bağlı olmuşdur. Bəli, belədir! Lakin təfəkkür, eyni zamanda, həyat şəraitinin yüksəlməsi üçün madditexniki baza yaratmamalıdırmı? Hə?
    Pauza.
    G ü l ə r x a n ı m(qızlara). Bu barədə heç kimə heç nə deməyin ha!..
    G ü l b ə n i z. Mən onsuz da papanın dediklərindən heç nə başa düşmürəm!
    N u r b ə n i z. Ya toje!
    G ü l b ə n i z. Oy!.. Tort kakoy vkusnıy bıl!..
    N u r b ə n i z. Amma mənim xoşuma gəlmədi!
    G ü l b ə n i z. Çuşkasan da, ona görə!
    N u r b ə n i z. Çuşka özünsən!
    G ü l ə r x a n ı m. Bəsdirin! Eh!.. Dünya yaman dəyişdi!.. (Qızları göstərir.) Bunnarı istəyənlərin, sifariş göndərənlərin, eyham vuranların, telefon eləyənlərin əlindən yer tapa bilmirdik! Oturub birbir seçirdik ki, qızları hansı istəyənlərə verək? Onun papası kimdi, bunun maması kimdi?.. Day demirdik ki, görəsi günlərimiz varıymış!.. O mitinqlər başlayandan sonra ki, bu vurhavur araya düşdü, elə bil, o elçilər də dənizdə batıb boğuldular! Indi səsləri də çıxmır. Oturub gözləyirlər ki, SEKA-nın axırı nə olacaq?.. Qorbaçovu görüm... (Söz tapmır.) Qorbaçovu görüm... Qorbaçovu görüm tramvay altında qalsın!..
    G ü l b ə n i z. Oy, kakoy ujas!
    G ü l ə r x a n ı m. Mənə deyən lazım, nə tramvay, ay axmaq? Özü indi necə maşında gəzir, arvadıyla aradan çıxıb yenə elə maşında gəzəcək! N u r b ə n i z Deyirlər Amerikaya qaçacaq! Kaşu zavaril da!..
    G ü l b ə n i z. Ağlı olsa, Şvesariyaya qaçar!
    G ü l ə r x a n ı m(qızlara). Başqa yerdə ağzınızdan söz qaçırmayasız ha!
    G ü l b ə n i z. Oçen nujno! N u r b ə n i z Day demə!
    I s g ə n d ə r z a d ə. Ah, Lenin!.. Lenin!.. G ü l ə r x a n ı m. Nə Lenin, hə?! Nə Lenin? Sən öz dərdini çək! Bizim dərdimizi çək! Ode, camaat yenə toplaşmışdı Ali Sovetin qabağına! «Is-te-fa!», «Is-te-fa!» Tramvay bizi gözləyir e, bizi! Maşında gəzməyimiz day getdi işinə!
    Pauza.
    G ü l b ə n i z. Onda mən heç vaxt evdən çıxmayacam!
    N u r b ə n i z. Koneçno! Mən də! Tramvay... yox bir, traktor!
    G ü l ə r x a n ı m. Ağzınız isti yerdədi sizin!
    Pauza.
    I s g ə n d ə r z a d ə (var-gəl edə-edə). Görəsən, onda bizim yazıq şofer Əbdüləlinin işləri necə olacaq?
    G ü l ə r x a n ı m. Ay-hay!.. Sən şoferivin yox e, bizim, bizim dərdimizi çək! Əbdüləliyə nə var? Indi yoldaş Isgəndərzadəni gəzdirir, sabah işlər dəyişsə, başqa bir Isgəndərzadə bəyi gəzdirəcək! Dayanır qapının ağzında, yazıq, baxır mənə!.. Gözləriylə elə baxır, elə bil, iraq olsun, buzovu ölmüş inək gözləridi!.. Nə verim ona? Ode, o qonşumuz Əsədulla deyiləm ki!.. Spesmağazanı da bağladılar! Kül başına Kryuçkovun! KQB-nin elə adı varıymış!.. Bir dənə Allahın Qorbaçovunu yığışdıra bilmədilər! (Qızlara) Siz başqa yerdə bir söz deyib-eləməyin ha!
    G ü l b ə n i z. E-e-e!..
    N u r b ə n i z. Toje mne!
    G ü l ə r x a n ı m. Vaxtında sənə çox dedim! Ode, indi Mirizadəgildən gəlirik. O da sənin kimi SEKA-da işləyir də! Evinə top vursan, dağılmaz! Çox dedim sənə ki, özünü də fikirləş! Səhərdən axşamacan iclas! Partiya! Lenin!
    I s g ə n d ə r z a d ə (ayaq saxlayıb, dəruni bir pərişanlıqla). Görəsən, doğrudanmı partiyanın axırı çatıb?
    G ü l ə r x a n ı m. Heç əvvəli varıydı ki?! Eh!.. Mənim başıma o qədər iş açmısan ki!.. Yadına gəlir? Təzə nişanlanmışdıq, birinci dəfə kinoya getmişdik sənnən, məni yarımçıq çıxartdın ki, partiya iclasına gecikirsən...
    G ü l b ə n i z Kakoy ujas.
    N u r b ə n i z Kaşmar!
    Pauza.
    I s g ə n d ə r z a d ə (var-gəl edə-edə). Knipoviç Leninə məlumat vermişdi ki, iskraçılar Bakıda gizli mətbəə yaradıb «Iskra»nı nəşr eləmək fikrindədirlər. Bilirsən Lenin Knipoviçə nə yazmışdı?
    G ü l ə r x a n ı m. Mən nə bilim?
    I s g ə n d ə r z a d ə. Lenin yazmışdı ki, Yoldaş Knipoviç, «siz Rusiyada «Iskra»nı necə təşkil etmək fikrindəsiniz?». Pauza.
    G ü l ə r x a n ı m. Hə, nə olsun?
    I s g ə n d ə r z a d ə. Nə olsun? O olsun ki, bu adi sual deyil! Indi biz bu sualı özümüzə verməliyik!
    G ü l ə r x a n ı m. A K i ş i! Indi camaat partbiletini yandırır! Yandırmayan da gizlədir ki, görən olmasın! Aləm dəyib bir-birinə! Mitinqlərin əlindən küçəyə çıxmaq olmur! Özün işə gedəndə gizlincə SEKA-nın dal qapısından içəri girirsən! Indi hamı canının hayındadı ki, nə olacaq? Necə olacaq? Sən də bu vurhavurda Bakıda təzədən «Iskra» nəşr etmək istəyirsən?
    I s g ə n d ə r z a d ə. Yox, o mənada yox... Biz indi Leninin sualını bir az dəyişib özümüzə verməliyik!
    G ü l ə r x a n ı m (əllərini göyə qaldırır). Allah, sənə min şükür! Bu da Leninin sözlərini dəyişərmiş!
    G ü l b ə n i z. O-o-o!..
    N u r b ə n i z. O-o-o!..
    G ü l ə r x a n ı m (qızlara). Siz amma başqa yerdə ağzınızdan qaçırmayın!
    G ü l b ə n i z. Padumayeş!
    N u r b ə n i z. Komu eto interesno?
    I s g ə n d ə r z a d ə. Xeyr! Xeyr! Mən təftişçi deyiləm! Mən... Mən tərəddüdlər keçirirəm... Indi biz özümüzə sual verməliyik: «Biz Azərbaycanda həyatımızı necə təşkil etmək istəyirik?» Bax, budur əsas məsələ! Bu mümkündürmü, hə? Ah, Lenin!.. Lenin!.. Axı, sən özün də Fransaya getmişdin!..
    G ü l ə r x a n ı m. Nə Fransa?
    I s g ə n d ə r z a d ə. Məgər Vladimir Iliç Fransaya getməmişdi?
    G ü l ə r x a n ı m. Mən nə bilim? Həmişə elə çətin suallar verirsən ki...
    I s g ə n d ə r z a d ə. Bəli, getmişdi! Lafarqla və beynəlxalq fəhlə hərəkatının digər üzvləri ilə Iliç məhz Fransada tanış olmuşdu!
    G ü l ə r x a n ı m. Axı, nə olsun? Aləm dağılır, indi biz oturub təzədən Leninin tərcümeyi-halını öyrənməliyik?
    I s g ə n d ə r z a d ə. Məsələ belədir! Ə h m ə d b ə y Fransadan gəlib!
    G ü l ə r x a n ı m. Bilirəm. Bizim həyətdəki o şofer Kərimgildə qalan O ğ l a ndı.
    I s g ə n d ə r z a d ə. Bəli. Özü də milyonçudu! Düzdü, mən sinfi münasibətləri hələ saxlamışam, lakin, hər halda, maraqlı faktdır. Əbdüləli bizim həyətdə nə olur, hamısını səhər işə gedəndə maşında mənə xəbər verir. Bu Ə h m ə d b ə y də burada evlənmək istəyir.
    G ü l ə r x a n ı m. Nə olsun axı?
    I s g ə n d ə r z a d ə. Necə nə olsun, sluşi? O olsun ki... (Gəlib qızların qabaqında dayanır və iki əlilə də G ü l b ə n i zi göstərir.) Bude, bu da gəlin!
    Pauza.
    G ü l b ə n i z (bu gözlənilməz təklifdən sonra, özünə gələrək əllərini bir-birinə vurur). Oy, Fransa!
    N u r b ə n i z (qışqırır). Niyə o olur gəlin? Niyə mən yox?
    I s g ə n d ə r z a d ə. O böyükdür.
    N u r b ə n i z. Nə olsun o böyükdü? Ağıl yaşda deyil, başdadı! (Qışqırır.) Mən getmək istəyirəm Fransaya!..
    G ü l b ə n i z. Oy papa!.. Fransa!.. Qoy öpüm səni. (Yerindən atılıb Isgəndərzadənin üzündən öpür.)
    G ü l ə r x a n ı m (sevincdən hələ də özünə gələ bilməyib, sözləri güclə tapa-tapa). Ah, əzizim!.. Mən... mən bilirdim ki... haçansa... sən dissident olacaqsan!
    I s g ə n d ə r z a d ə (özündən razı halda). Mənim prinsiplərim hələ ki, qalır... Lakin baxıb görürəm indi elə bir vaxtdı ki, kapitalist ölkəsi olsa da, Fransaya bir əl yeri qoymaq lazımdı!..
    G ü l b ə n i z. Fransa!.. Milyonçu!..
    N u r b ə n i z(qışqırır). Niyə o?! Niyə?! Mən getmək istəyirəm Fransaya!..
    I s g ə n d ə r z a d ə. Bəlkə iş elə gətirdi ki, hamımız getdik...
    G ü l ə r x a n ı m (qızlara). Başqa yerdə deməyəsiz ha!..
    N u r b ə n i z(qışqırır). Mən deyəcəyəm!..
    G ü l b ə n i z. Nu i dura!..
    I s g ə n d ə r z a d ə. Əbdüləli deyir ki, bizim bu rüşvətxor antipod qonşumuz...
    G ü l ə r x a n ı m. Əsədullanı deyirsən?
    I s g ə n d ə r z a d ə. Hə, o da Ə h m ə d b ə yə girişmək istəyir! Istəyir o vulqarnı qızını sırısın ona! Onun bir pamoşniki var, E y n ş t e y ndi, Volterdi – nədi adı, qabaqlar SEKA-da instruktor işləyirdi, o Əbdüləlinin yanında ağzından qaçırdıb. Bax də, Əsədulla kimi antipod, prinsipsiz bir adam! Yox, gərək sərhesab olaq! O antipoda imkan verməyək!
    G ü l ə r x a n ı m. Ə h m ə d b ə y bizim kimi intelegent ailəni qoyub, gedib o... o... o hambal Dadaşın oğlu ilə qohum olacaq?
    I s g ə n d ə r z a d ə. Hər halda, çox ehtiyatlı olmaq lazımdı! Ə h m ə d b ə yi rəsmi surətdə bizim evə dəvət etmək lazımdı! Mən Xarici Işlər Nazirliyində də bəlkə bir razvedka apardım.
    G ü l ə r x a n ı m. Allaha min şükür! Min şükür ki, sən də bizim barəmizdə bir az fikirləşməyə başladın!.. Ancaq...
    I s g ə n d ə r z a d ə. Nə ancaq?
    G ü l ə r x a n ı m. Ancaq... KQB-yə bir söz demə!
    I s g ə n d ə r z a d ə. Nə KQB? (Hirslənir.) Yoxdu daha KQB! Qorbaçov atasını yandırdı KQB-nin! (Özünə gələrək) Ə h m ə d b ə y üçün evdə qəbul düzəltmək lazımdı!
    G ü l b ə n i z. Oy! Salatı mən özüm düzəldəcəyəm! Fransa!..
    N u r b ə n i z (qışqırır). Mən istəyirəm Fransanı!
    G ü l b ə n i z(gözəl bir xəyal aləmində). Milyonçu!..
    N u r b ə n i z (zırıldaya-zırıldaya qışqırır). Niyə o? Niyə mən yox?..
    G ü l ə r x a n ı m (qızların üstünə qışqırır). Bəsdirin!
    I s g ə n d ə r z a d ə (yenidən var-gəl etməyə başlayır və pərişanlıq içində). Görəsən, Lev Nikolayeviç Tolstoy doğrudanmı rus inqilabının güzgüsüdür, hə? Ah, Lenin!.. Lenin!..
    İ ş ı q s ö n ü r.

SƏKKİZİNCİ ŞƏKIL


    Pıçı-pıçı, M e h d i q u l u b ə y, Süpürgəçi K i ş i. Yarıqaranlıq səhnədə yenə də bizə tanış binanın və həyətin konturları görünür.
    Işıq adda-budda pıçı-pıçı sahiblərinin üstünə düşür və onların da yalnız siluetləri görünür. Səhnənin dərinində həyəti süpürən Süpürgəçi K i ş i tərəfə boylanır.
    Q a d ı n (pıçıltı ilə). Deyirlər Ə h m ə d b ə yin Isveçrədə də mülkü var!..
    B i r i n c i q ı z(pıçıltı ilə). Tehranda otelləri var!..
    K i ş i (pıçıltı ilə). Yunanıstanda yazlığı var!..
    I k i n c i q ı z (pıçıltı ilə). Ah, Fransa!..
    O ğ l a n(pıçıltı ilə). Milyonlarının sayı-hesabı yoxdu!..
    B i r i n c i q ı z (pıçıltı ilə). Özünün şəxsi gəmisi var!..
    Işıq pıçı-pıçı eləyənlərin arası ilə gələn M e h d i q u l u b ə yin üstünə düşür.
    M e h d i q u l u b ə y(bərkdən). Baba, bu necə məmləkətdi?! Bunlar niyə bu vəziyyətə düşüblər?! Yetmiş ildə ki, o kapitalist aləmi ki, deyirdilər, vallah, billah, baba, oralarda bu qədər puldan danışmırlar ki, bunlar danışır! O kapitalist aləmində iş görürlər, pul qazanırlar, bunlar əllərini ağdan qaraya vurmurlar, puldan danışırlar! Baba, bu qədər milyon söhbəti olar?! Bu qədər dükan söhbəti olar?! Pal-paltar söhbəti olar?! Ey vah, nə yaman çaşıb bu camaat!.. Niyə bu günə qalıblar?! Baba, bu bədbəxtlər elə bilirlər ki, kim xaricdə yaşadı, dünyanın ən bəxtəvər adamıdı! Elə bilirlər ki, xaricdə krantı açırsan, süd tökülür! Elə bilirlər xaricdə yaşayanda maşını, evi, torpağı göydən huri mələklər havayı endirir yerə! Vallah, belə ki, bunlar işləyirlər, istəyəndə gedirlər işə, istəyəndə çıxırlar, istəyəndə iş vaxtı gedib oturub yeyib-içirlər, bir müdiri iş vaxtı öz kabinetində tapmaq olmur, bir rəisin, bir nazirin katibəsi adama bir dənə düz söz demir, billah, baba, xaricdə bunlar acından ölər! Bir tikə çörək tapmazlar yeməyə! Baba, bu camaata nə olub belə? Bunlar niyə belə çaşıblar?
    K i ş i (pıçıltı ilə). Bu kimdi belə?..
    O ğ l a n(pıçıltı ilə). Ə h m ə d b ə yin dayısıdı!..
    Q a d ı n(pıçıltı ilə). Bu da Fransadan gəlib?..
    B i r i n c i q ı z (pıçıltı ilə). Ah, Fransa!..
    I k i n c i q ı z(pıçıltı ilə). Bu da milyonçudu?..
    Q a d ı n (pıçıltı ilə). Görmürsən, heç gözüm su içmir!..
    O ğ l a n(pıçıltı ilə). Görmürsən, nə boş-boş danışır?..
    K i ş i (pıçıltı ilə M e h d i q u l u b ə yi yamsılayır). «Baba, bu camaata nə olub belə?..»
    Q a d ı n(pıçıltı ilə). Ona deyən lazımdı ki, sən kimsən?..
    K i ş i (pıçıltı ilə M e h d i q u l u b ə yi yamsılayır). «Bunlar niyə belə çaşıblar?..»
    B i r i n c i q ı z (pıçıltı ilə).Özün çaşmısan!..
    I k i n c i q ı z (pıçıltı ilə). Bu milyonçu deyil!..
    O ğ l a n(pıçıltı ilə). Çəliyini görmürsən?!.
    K i ş i(pıçıltı ilə). Silindrini görmürsən?!.
    B i r i n c i q ı z (pıçıltı ilə). Qalstukuna bax!..

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.01.2014) | Müəllif: R.C E W
Baxış: 641 | Reytinq: 2.8/8
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more